Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-496/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-496/2024 (Açar sözlər: Əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-816/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 fevral 2 024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2010-cu il tarixdən əvəzçilik üzrə Zaqatala RMX-nın mühasibatlığına mühasib vəzifəsinə təyin edilmişdir. Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli 127 nömrəli qərarı ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanası əsasında “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi yaradılmış və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 tabeliyinə verilmişdir.
2. İddiaçı, xx.xx.2020-ci il tarixli əmrlə daşıdı ğı vəzifədən azad edilərək X3 bölməsinə Xəzinədar vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2022-ci il tarixli 2892 saylı və xx.xx.2022-ci il tarixli 3048 saylı əmrlərinin ləğv edilməsi, işə bərpa olunmağına dair və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ilin may ayından “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X11 Maliyyə şöbəsi, hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində işləyir. İşlədiyi dövrdə heç bir inzibati tənbehi olmamışdır. Cavabdeh təşkilatın direktoru Tamara Nurəliyeva 24 oktyabr 2022-ci il tarixdə onu öz iş otağına çağıraraq vətəndaşdan 0,50 qəpik tələb etdiyini səbəb göstərərək onu tutduğu vəzifədən azad etdiyini bildirdi. Tamara Nurəliyeva cavabdeh təşkilata direktor keçəndən sonra 2 dəfə onu öz otağına çağıraraq tələb etmişdir ki, ərizə yazıb işdən çıxsın. O, onun bu tələbinə etiraz etmişdir. Bundan bir müddət sonra Tamara Nurəliyeva ona demişdir ki, sən vətəndaşdan 0,50 qəpik almısan, yaz ərizəni işdən çıx. O yenə də etiraz etmiş, heç kimdən 0,50 qəpik almadığını bildirmiş, və bu barədə izahat yazaraq təqdim etmişdir. Heç bir əsas olmadan, heç bir xəbərdarlıq etmədən xx.xx.2022-ci il tarixədək işdə olduğu halda xx.xx.2022-ci il tarixdə əmr yazaraq onu işdən azad etmişdir. İşdən azad olunmağına dair 2 dəfə təkrar- təkrar əmrlər yazılmış və həmin əmrlər ona təqdim olunmamış, yalnız 26 dekabr 2022-ci il tarixdə o əmrləri və əmək kitabçasını təkidlə tələb etdikdən sonra ona verilmişdir. Beləliklə, əmək qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq onun hüquqları pozulmuşdur. Onun pensiyaya çıxmağına az vaxt qalmışdır. O, Tamara Nurəliyevadan pensiya yaşı bitənədək işdə saxlamağını xahiş etmiş və ona bildirmişdir ki, o heç bir vətəndaşdan əlavə 0,50 qəpik tələb etməmiş, bu ona atılmış bir böhtandır. Cavabdeh Tamara Nurəliyeva onu işdən çıxarmaq üçün 2 müxtəlif tarixlərdə əmr imzalamışdır. Həmin əmrlərdən biri xx.xx.2022-ci il tarixdə 28/92 saylı, digəri isə xx.xx.2022-ci il tarixdə 30/48 saylı əmrlərdir. Yazılan 2 əmrdən də görünür ki, o hər hansı hüquq pozuntularına yol verməmiş, əmək fəaliyyəti zamanı kobud səhvlər olmamışdır. Zaqatala rayonu ərazisində yerləşən Daxili Qoşunların N saylı hərbi hissənin Tibbi Xidmətini rəisi kapitan Zaira Sadiyeva böhtan xarakterli şikayət ərizəsi yazaraq qərəzli surətdə cavabdehlə birləşərək onun işdən çıxarılmağına səbəb olmuşdur. Zaira Sadiyevanın yazdığı ərizə, bundan başqa Qaragöz Məmmədovanın yazdığı təqrir ilə o tanış olmamışdır, onların surətləri ona təqdim olunmamışdır. Lakin hər hansı bir sübut növü olmadığı halda ona böhtan atılaraq işdən çıxarılmışdır. Məhkəmədən xahişi budur ki, Daxili İşlər Nazirliyinin X4 rayonunda yerləşən N saylı hərbi hissənin Tibbi Xidmətinin rəisi, kapitan Zaira Sadiyevanın cavabdehə təqdim etdiyi ərizəsi məhkəmə tərəfindən tələb olunsun, surəti ona təqdim olunsun. Bundan başqa xəstə xidmətləri şöbəsi müdiri X2 bir neçə dəfə saxtakarlıq etdiyinə görə aralarında narazılıq olmuşdur, bu barədə o öz müdirinə demişdir. Hesab edir ki, aralarında olan narazılıqlara görə Qaragöz Məmmədova onun haqqında yalan məlumatlar yazmışdır. Onun yazdığı təqrir məhkəmə tərəfindən tələb olunsun, surəti ona verilməklə hər iki şəxsin yazdığı və ona qarşı etdikləri hərəkətlər məhkəmə t ərəfindən araşdırılsın, sübuta yetmədiyi halda barələrində müvafiq tədbirlər görülsün. xx.xx.2022-ci il tarixdə əmr imzalansa da, o xx.xx.2022-ci il tarixədək işdə olmuş, öz vəzifəsini yerinə yetirmişdir, onun 31 oktyabradək işləməyi mühasibatlıq sənədlərindən də görünür. xx.xx.2022-ci il tarixli 2892 saylı və xx.xx.2022-ci il tarixli 3048 saylı əmrlərdə qeyd edilmişdir ki, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X11 Maliyyə şöbəsi hesabatlıq bölməsinin xəzinədarı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəg ötürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilsin. İşçiyə 30 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. İşdən çıxma barədə əmrlərin surətlərini və əmək kitabçasını 26 dekabr 2022- ci il tarixdə almışdır. Həmin əmləri qanuni hesab etmir. Əmək Məcəlləsinin tələblərinə əməl olunmadan o işdən çıxarılmışdır. Əmrlərdən açıq aydın görünür ki, onun Konstitusiya ilə müəyyən olunmuş əmək hüququ pozulmuşdur. Buna görə də həmin əmrlər ləğv edilməli və o işə bərpa olunmalıdır. Onun işdən çıxma barədə olan əmrlərdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinin zəruriliyi əsaslandırılmamışdır. Hesab edir ki, aşağıda qeyd etdiyi qanunun ma ddələrinə əsasən onu qanunsuz işdən azad etmişlər. Həmkarların onun işdən çıxarılmağına dair razılığı alınmamışdır. Həmkarlar iclasında xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda qərara alınmışdır ki, barəsində inzibati cəza tədbirinin görülməsinə həmkarlar etiraz etmir. Bu isə onun işdən çıxarılmağına razılıq deyil, inzibati tənbeh tədbiri şiddətli töhmət və sairdir. Həmkarların razılığı alınmamışdır. Məhkəməyə həmkarları dəvət edilməsini xahiş edir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müafiə etdiyini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, artıq onun işləmək üçün müəyyən olunmuş 65 yaşı 25 fevral tarixində bitmişd ir. Onun həmin idarədə bundan sonra işləmək fikri də yoxdur. O, uzun illərdir ki, qüsursuz işləmişdir. Hazırda onun yerinə başqa işçi götürülmüşdür. O, bilir ki, o işə bərpa olunduğu halda onu son yaş həddini bitirməsi ilə bağlı pensiyaya çıxaracaqlar. Əsas məqsədi onun adının ləkələnməməsi, əmək haqqının ona verilməsi və gələcəkdə pensiyasının düzgün hesablanması ilə bağlıdır.
6. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X12 direktoru X1 etirazla müraciət edərək İddiaçı “əmrin ləğv edilməsi, işəbərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair" iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən verilən iddia ərizəs i tamamilə əsassızdır, biri digəri ilə uyğun gəlməyən formal faktlardan ibarətdir. İddiaçı Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Maliyyə şöbəsi, hesabatlılıq bölməsinin Xəzinədarı vəzifəsində işlədiyi müddətdə əmək vəzifəsinini kobud şəkildə pozaraq işlədiyi müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X2 tərəfindən xəzinədə vətəndaşlardan artıq pul alınması ilə bağlı Zaqatala Rayon Xəstəxanasına məlumat verilmişdir. Tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində illik dispanseriya ilə əlaqədar olaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasına tibbi müayinədən keçmək üçün müraciət edən DİN-nin Daxili Qoşunlarının N saylı H/H- nin şəxsi heyəti sağlamlıq haqqında arayışı almaq məqsədilə qeydiyyatdan keçdikdən sonra müvafiq qaydada xəzinəyə yaxınlaşaraq 15.00 (on beş) manat dövlət rüsumunu ödəyən zaman xəzinədə çalışan X6 onların hər birindən əlavə olaraq 0.50 ( əlli qəpik) pul ödəmələrini tələb etmişdir. X6 tərəfindən eyni hal xx.xx.2022ci il tarixində də təkrarlanmışdır. Hərbiçilər 0.50 (əlli qəpik) pulu ödədikdən sonra sözügedən məsələ ilə bağlı olaraq HH-nin tibb xidmətinin rəisi Sadiyeva Zairaya şikayət etmişlər. Daxili Qoşunlar HH-nin tibb xidmətinin rəisi Sadiyeva Zaira İddiaçı tərəfindən yol verilən qanunsuz əməllərlə bağlı olaraq “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyeva ərizə ilə müraciət etmişdir. Qeyd edilən məsələ ilə bağlı olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-i n direktorun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov tərəfindən İddiaçı qeyri- hüquqi əməlləri barədə Zaqatala Rayon SİHİŞ-ə təqdimatla müraciət ünvanlanmış, Zaqatala Rayon SİHİŞ tərəfindən Emil Rüstəmovun təqdimatı müzakirə edilmiş, İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq yenidən eyni məzmunlu əməlləri törədilməsi nəticəsində barəsində inzibati cəza tədbirinin görülməsinə etiraz edilməməsi haqqında xx.xx.2022-ci il tarixli 162 nömrəli protokol tərtib edilmişdir. Qeyd edilən protokolun surətini halhazırda ünvanladığı etiraza əlavə edir. Qeyd etdikləri hallardan görünür ki, İddiaçı yol verdiyi qanunsuz əməllər barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, ancaq buna baxmayaraq öz niyyətindən əl çəkməyərək müəssisənin nüfuz və etibarına ciddi xələl gətirmişdir. Bundan başqa bildirir ki, İddiaçı vətəndaşlardan qanunsuz olaraq 0.50 (əlli qəpik) pul alması faktı ilə əlaqədar olaraq “Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X2 tərəfindən təqrir, DİN-nin Daxili Qoşunların N saylı HH-nin tibb xidməti rəisi Zaira Sadiyeva tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyevaya ərizə verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi Zaqatala Rayon Mərkəzi X8 Şəxsinin direktoru Tamara Nurəliyeva tərəfindən "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X2 tərəfindən təqrir, DİN-nin Daxili Qoşunların N saylı HH-nin tibb xidməti rəisi Zaira Sadiyeva tərəfindən verilən ərizə, Za qatala Rayon Mərkəzi Xəstəxanasın PHŞ direktorun inzibati məsələlər üzrə müavini Emil Rüstəmovun təqdimatı əsas gətirilərək İddiaçı Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 3048 nömrəli əmr verilmişdir. Yuxarıda saydığı hallardan görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Tamara Nurəliyeva tərəfindən verilən əmr qanunvericiliyin tələblərinə tamamilə uyğundur, iddiaçı tərəfindən verilən iddia ərizəsi rədd olunmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar uydurulmuş faktlardan ibarət olmaqla yanaşı heç bir hüquqi əsası mövcud deyildir.
8. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X11 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək iddia tələbi ni qəbul etmədiyini bildirmiş, əlavə olaraq etiraz ərizəsində göstərilənlərə uyğun izahat vermiş və qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli 2892 saylı nömrəli əmr xəstəxananın rəhbərliyi tərəfindən ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X11 nümayəndələri iddia tələbinin rədd olunmasını xahiş etmişlər.
10. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e2(033)-252/2023 saylı 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia qismən təmin edilərək Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X12 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri ləğv edilmiş, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X11 Maliyyə şöbəsinin, Hesabatlıq bölməsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa edilməsi qət edilmiş, iddia tələbinin qalan hissəsi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2022-ci il tarixli 2892 saylı əmrin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir.
12. Belə ki, iddia tələbində qeyd edilən xx.xx.2022-ci il tarixli 2892 saylı əmr cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 14 fevral 2023-cü il tarixli əmri ilə artıq ləğv edilmişdir.
13. Ona görə də məhkəmə iddia tələbinin “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2022-ci il tarixli 3048 saylı əmrin ləğv edilməsi hissəsinə qiymət verərək ona münasibətdə qeyd etmişdir ki, id dia tələbi qeyd edilən hissədə təmin edilməlidir.
14. Belə ki, cavabdehin qeyd olunan əmrində əmək müqaviləsinin xitam verilməsinə əsas kimi İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etməməsi və vətəndaşdan əlavə pul tələb etməsinə istinad edilmişdir. Həmin əmrin qəbul edilməsinə əsas olmuş sənədlərdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinin Tibb Xidmətinin rəisi Şahid tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoruna ünvanlanmış ərizə olmuşdur. Həmin ərizədə iddiaçının hərbi qulluqçulardan 0,50 manat əlavə haqq tələb etməsi qeyd edilmiş, lakin bu hala dair hər hansı sübut əlavə edilməmişdir. Qeyd edilən sübutların ərizə ilə bağlı Zaqatala rayon Mərkəzi Xəstəxan ası” Publik hüquqi şəxsi tərəfindən aparılmış araşdırma nəticəsində də aşkar edilmədiyi cavabdehin təqdim etdiyi etiraz və həmin etirazın əsası kimi qeyd etdiyi sənədlərin araşdırılması nəticəsində də aydın olur.
15. Eyni zamanda, cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli 3048 saylı əmri qəbul edərkən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etməməsini qeyd etsə də, iddiaçının yol verdiyi səhvlərin nədən ibarət olması nə həmin əmrdə, nə də əmrin qəbul edilməsinə əsas olmuş sənədlərdə öz əksini tapmamışdır.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin əsaslandığı hallar (xüsusən də iddiaçıya əvvəllər dəfələrlə şifahi xəbərdarlıq edilməsi və onun vətəndaşdan əlavə pul tələb etməsi) sübuta yetirilməmişdir.
17. Mə hkəmə araşdırması zamanı iddiaçının işdən azad olunmasına dair 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmrdə əsas kimi göstərilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində göstərilmiş nöqsanların heç birinin iddiaçı tərəfindən törədilməsi aşkar edilmədiyindən və “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq 71-ci maddəsində müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən qəbul edildiyindən məhkəmə hesab etmişdir ki, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri ləğv edilməlidir.
18. Birinci instansiya məhkəməsi iddia tələbinin işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, Əmək Məcəlləsi ilə işəgötürən tərəfindən işçi ilə olan əmək münasibətlərinə əmək müqaviləsinin ləğv olunma əsaslarına və qaydalarına əməl etmədən xitam verildiyi halda əmək mübahisəsini həll edən məhkəmənin iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarmalı olduğu müəyyən edilmişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68, 70, 71, 72, 83, 186 və 300-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. C avabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi apellyasiya şikayəti verilmişdir.
22. Apellyasiya şikayəti iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmışdır.
23. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-816/2023 saylı 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov sədrlik edən, məruzəçi, E.Mehdiyev və V.Məlikov ) apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-252/2023 saylı 4 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki birinci instansiya məhkəməsi işə baxark ən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri lə bağlı qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri onun birinci instansiya məhkəməsinə verdiyi iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinin Tibb Xidmətinin rəisi Şahid tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoruna ünvanla nmış ərizə olmuşdur. Həmin ərizədə iddiaçının hərbi qulluqçulardan 0,50 manat əlavə haqq tələb etməsi qeyd edilmiş, lakin bu hala dair hər hansı sübut əlavə edilməmişdir.
27. Məhkəmə kollegiyası tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinin Tibb Xidmətinin rəisi Şahid qismində kollegiyanın baxış iclasına dəvət edilməklə dindirilmiş, sonuncu bildirmişdir ki, xx.xx.2022-ci il tarixində DİN-nin Daxili Qoşunlarının H/H-nin şəxsi heyətinin illik dispanseriya ilə əlaqədar olaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasına tibbi müayinədən keçmək üçün müraciəti zamanı o şəxsən heyətlə birgə xəstəxanaya getmişdir və həmin vaxt onlardan 0.50 manat əlavə pul tələb edilməsi halına rast gəlməmişdir. Növbəti gün onun köməkçisinin müşayiəti ilə eyni məqsədlə xəstəxanaya müra ciət edən şəxsi heyət üzvləri xəstəxanadan qayıtdıqdan sonra ona müraciət edərək xəzinədarın onlardan 0.50 manat əlavə pul aldığını bildirmişdir. Ona eyni məzmunlu müraciət sabahı gün də təkrar olunmuşdur.
28. Göründüyü kimi, Şahid şəxsən H/H-nin şəxsi heyəti ilə birgə xəstəxanaya müraciət edərkən heç bir əlavə pul alınması halına rast gəlməmiş, növbəti gün onun şəxsi iştirakı olmadan xəstəxanaya edilən müraciətdən sonra həmin şəxsi heyətin üzvləri tərəfindən ona şikayət edilmişdir. Həmin şikayətlərin əsaslılığı ilə bağlı Şahid hər hansı sübut və ya dəlil yoxdur. Şahid cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasına yazdığı ərizə isə məlumat xarakterli olmaqla yalnız şəxsi heyətin üzvlərinin şifahi şikayətlərinə əsasən göndərilmişdir.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instan siyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur və birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə gəldiyi nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (vəkil-Nümayəndə2) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilib iddianın tamamilə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, əgər məhkəmə hesab edirsə ki, hərbiçilərin Şahid verdiyi məlumat əsassızdır bu zaman hərbiçilər məhkəmə iclasına çağırılıb dindirilməli idi. Necə ola bilər ki, məhkəmə hərbiçilərin məhkəmə iclasına çağrılmasına zərurət duymadan onların məlumatlarını əsassız saya bilər. Məhkəmə mövcud həqiqəti bərpa etmək üçün həmin hərbiçilərin məhkəmə iclasına çağrılaraq dindirilməsini təmin etməli olduğu halda bunu etməmişdir. Bu isə əlbəttə ki, kobud prosessual pozuntu hesab olunur. Həmçinin işin hallarından da görünür ki iddiaçı tərəfindən tələb edilmiş məbləğ 0.50 qəpik olmaqla kifayət qədər aşağı məbləğdir. Lakin buna baxmayaraq hadisə xəstəxananın nüfuz və etibarına ciddi zərər vurmuşdur. Mövcud praktikada isə belə bir hal baş verdikdə verilmiş məlumatın yazılı olması halına demək olar ki rast gəlinmir. Hərbiçilər tərəfindən məlumatın şifahi verilməsi həmin məlumatın yalan olması mənasına gəlmir. Bu faktın aşkara çıxarılması isə məhkəmənin səlahi yyətində olmalıdır. Tərəfin hərbiçilərin dindirilməsi barədə vəsatəti olmasa da, bu məhkəməni həqiqəti bərpa etmək vəzifəsindən azad etmir. Hesab edir ki, bu faktların aydınlaşdırılması üçün Şəki Apelyasiya Məhkəməsində hərtərəfli, tam, obyektiv araşdırma aparılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ədalətli qərarın verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:
32. Maddə 10. a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsu liyyət daşımaq; d) dövlət sirrini, habelə şəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir.
33. Maddə 68, 1-ci bənd. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
34. Maddə 70, ç bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
35. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
36. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
37. Maddə 72, “e” bəndi. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntula rı nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
38. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
39. Maddə 83, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərən camı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
40. Maddə 186.1-ci hissə. İşə götürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
41. Maddə 186.2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
42. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək mü nasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Kassasiya şikayətinin hərbçilərin şahid kimi dindirilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən həmin şəxslərin şahid qismində dəvət edilməsi barədə vəsatət verilməmişdir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X11 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-816/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.