Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4962/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1855/2020 saylı qətnaməsindən cavabdeh N oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ş.Talıbov, iş № 2(008)-5230/2019) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və N oğluna qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən bankın xeyrinə 118.043,72 A BŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) cavabdeh Vəliyev Anar Qorxmaz oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC-nin Yasamal filialının əməliyyat şöbəsinin aparıcı mütəxəssisi Cavabdeh tanışı Vəliyev Anar Qorxmaz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əmanətçi X1 xx xxxxxx 2014-cü il tarixli 5 illik, faizlərin əmanət müddətinin sonunda ödənilməsi şərti ilə əmanətə qoyduğ u 80.000 ABŞ dolları məbləğində vəsaiti məxaric orderinə bilə-bilə yalan məlumatları daxil etməklə saxta etibarnamə əsasında bankdan məxaric etdirib ələ keçirməklə dələduzluq etmişdir. Həmin hərəkətlərinə görə Cavabdeh və N Azərbaycan Respublikası CM-nin 179.3.2, 32.5 və 313.1 maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək Cavabdeh cəzası 8 ildən 6 il 6 ay müddətinə, Nin cəzası 7 ildən 6 ilə kimi azaldılmışdır. Cavabdehlərin hərəkəti nəticəsində əmanətçi X2 dəymiş ziyan bank tərəfindən tam şəkildə əmanətçiyə ödənilmişdir. 2019-cu ilin iyul ayında İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Ndən bankın xeyrinə 119.515,56 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh N oğlu kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, ondan bankın xeyrinə 62.752 manatın yarısının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh Nin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılması na baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianın əsaslı olması barədə nəticəyə gələrkən cavabdeh Anar Vəliyevin banka əmanət qoymuş Nə məxsus əmanəti dələduzluq yolu ilə ələ keçirib buna görə məhkum olunmasını və əmanətçiyə dəymiş ziyanın bank tərəfindən ödənilməsini əsas göstərmiş və bu zaman iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1099.1, 1114-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasınin əsaslandığı həmin hallar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, əmanət müqaviləsi, əmanətçiyə dəymiş ziyanın bank tərəfindən ödənilməsi barədə təqdim olunmuş sübutlarla təsdiq olunmaqla həmin sübutların əsaslılığı və mötəbərliyi şübhə doğurmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməs i nəzərdə tutulmasın. (21.1) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hü quqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin yuxarıda göstərilən halları və sadalanan maddi hüquq normaları əmanətçiyə ödədiyi pul məbləğini cavabdehdən tələb etmək üçün banka əsas verdiyindən, kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianın təmin olunması qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa
Məhkəmə qərarları › İş №2(102)-4962/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4962/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver