Məhkəmə qərarları › İş №2(102)-4964/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4964/2021

04.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4964/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh YYYnə qarşı “işə bərpa və məcburi işburaxma üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4376/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları YYY ilə İddiaçı arasında bağlanmış 222 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı 07 noyabr 2018-ci il tarixdə Birliyin 000nə 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin 9.5.1.-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin aşağıda sadalanan bəndlərində nəzərdə tutulan hallarda xitam verilə bilər: a) tərəflərin qarşılıqlı razılığı. SOCAR**********00070020B00855 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında 08.06.2020-ci il tarixli əmrin surətindən görünür ki, Birliyin 000nin mühəndisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikas ının Əmək Məcəlləsinin 75.2a-ci maddəsi ilə qarşılıqlı razılıq əsasında xitam verilmişdir. 0034759 nömrəli əmək kitabçasının surətindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin SOCAR**********00070020B01151 nömrəli 07.11.2018-ci il tarixli əmrinə əsasən İddiaçı Birliyin 000nə 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş və SOCAR**********00070020B00855 nömrəli 08.06.2020-ci il tarixli əmrinə əsasən İddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən azad edilmişdir. SOCAR**********00040020A00765 nömrəli intizam tənbehinin tətbiqi haqqında əmrin surətindən görünür ki, Birliyin 000nin mühəndisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan intiz am tənbehi töhmət verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, öz razılığı ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini müdiriyyətin təhdidi ilə yazdırıldığından onunla YYY arasında bağlanmış 18 iyun 2020-ci il tarixli 222 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə həmin tarixli əmri etibarsız hesab etməklə onun öz işinə bərpa edilməsi və qanunsuz əmrə görə məcburi proqul müddətində ala bilmədiyi əmək haqqı miqdarının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Memarlıq və İnşaat universitetini bitirərək mühəndis sistemlərinin və qurğularının tikintisi, istilik-qaz təchizatı və ventilyasiya ix tisası üzrə bakalavr, habelə mühəndis sistemlərinin və qurğularının tikintisi, bina və qurğuların texniki istismarı və rekonstruksiyası ixtisası üzrə magistr ixtisas dərəcəsi almışdır. 18 iyun 2018-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin YYY tərəfindən 222 saylı əmək müqaviləsinə əsasən Birliyin 000nə 10-cu dərəcəli mühəndisi vəzifəsinə təyin olunmuşdur. Müqavilə üzrə vəzifələrini layiqincə yerinə yetirmişdir. İşlədiyi müddətdə heç bir intizam xətasına yol verməmişdir və hər hansı intizam cəzası almamışdır. 2020-ci ilin iyun ayında hiss etmişdir ki, müdiriyyət onunla olan əmək müqaviləsini pozmaq və onun yerinə ayrı adamı işə götürmək üçün bəhanə axtarır. Əsassız olaraq ona iradlar tutulur, vətəndaşların ondan narazı olması təəssüratı yaradılırdı. Konkretləşdirmədən, kimliyi bildir mədən ondan narazılıq olması bildirilirdi. Nəhayət Hüquq departamentinin rəisi 111 onu yanına çağıraraq bildirmişdir ki, öz razılığı ilə işdən çıxmaq haqda ərizə yazmasa, barəsində olan şikayətləri prokurorluğa göndərərək onu cinayət məsuliyyətinə cəlb etdirəcəklər. Ona demişlər ki, bir vətəndaş ondan 1600 manat pul alaraq ona qanunsuz qaz xətti çəkməyi haqda şikayət etmişdir. Araşdırılmasını tələb etsə də, onu şantaj etməkdə davam etmişlər. O, barəsində saxta ittiham sübutları toplanacağı ehtimalının real olduğunu görərək, 18 iyun 2020-ci ildə əmək müqaviləsinin xitamına razı olmağı barədə Hüquq departamentinə ərizə yazıb vermişdir. 18 iyun 2020-ci ildə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsin ə xitam verilmişdir və həmin tarixli əmrlə işdən azad edilmişdir. Əmək müqaviləsi pozularkən nə ölkədəki pandemiya, nə ailə vəziyyəti, nə də mövcud əmək qanunvericiliyi nəzərə alınmamışdır. 3 azyaşlı uşağı vardır. Onlardan biri xroniki xəstə olmaqla mütəmadi həkim nəzarətindədir. O, sonradan dəfələrlə şifahi şəkildə müraciət edərək ərizə yazmağından peşman olmağını bildirib, ərizəsini geri götürmək istəmişdir. Rəhbərliyə məlumat verəcəklərini və ondan sonra onu çağıracaqlarını desələr də, başa düşmüşdür ki, onu aldadırlar. Ona görə də, məhkəməyə iddia ərizəsi vermək qərarına gəlmişdir. Yaşadığı Beyləqan rayonunda və Bakı şəhərində karantin olduğundan uzun müddət Bakı şəhərinə gələrək ərizə vermək imkanlarından məhrum olmuşdur. Ona görə də, ərizəni indi verə bilmişdir. Əmək müqaviləsinə xit am verilməsi barədə ərizəsini könüllü olaraq yazmadığından, barəsində toplanmış materialların prokurorluğa göndəriləcəyi və cinayət məsuliyyətinə cəlb ediləcəyi təhdidi ilə yazdığından və ərizə onun həqiqi iradəsini əks etdirmədiyindən onunla YYY arasında bağlanmış 18 iyun 2020-ci il tarixli 222 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə həmin tarixli əmr etibarsız hesab edilməli, o, öz işinə bərpa edilməlidir. Qanunsuz əmrə görə məcburi proqul müddətində ala bilmədiyi əmək haqqı miqdarı ona qaytarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(011)-910/21 saylı 25.02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh YYYnə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, YYY ilə İddiaçı arasında bağlanmış 222 saylı əmək müqaviləsinə əsasən İddiaçı 07 noyabr 2018-ci il tarixdə Birliyin 000nə 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin 9.5.1.-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin aşağıda sadalanan bəndlərində nəzərdə tutulan hallarda xitam verilə bilər: a)tərəflərin qarşılıqlı razılığı. İddiaçı tərəfindən 18 iyun 2020-ci il tarixdə verilmiş əmək müqaviləsinin xitamına dair ərizə əsasında onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2a maddəsinə əsasən xitam verilmişdir. İddiaçı məhkəməyə 02.11.2020-ci il tarixdə müraciət etmişdir. Bununla yanaşı iddiaçı öz razılığı ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini müdiriyyətin təhdidi ilə yazdırıldığını iddia etsə də, bu nunla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia müddətinin uşaqların xəstəliyi ilə bağlı ötürdüyünü bildirsə də, məhkəməyə təqdim etdiyi arayışların iddia müddətinə təsadüf etmədiyi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296, 75-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən, eyni zamanda iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 fevral 2021-c i il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 20 may 2021-ci il tarixli 2(103)-4376/2021 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilm əli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən işin faktiki halları nəzərə alınmadan, iş üzrə tam və hərtərəfli araşdırma aparılmadan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, işdən azad olunan vaxt ölkə ərazisində sərt karantin rejimi tətbiq edildiyindən işdən azad edilməsi barədə əmrin sürəti gec əldə etmiş, himayəsində 3 azyaşlı uşağının olması və işin digər hal ları nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və bunun səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 75.2. (a bəndi) Əmək müqaviləsinə tərəflərin qarş ılıqlı razılığı ilə xitam verilə bilər. Maddə 296. bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bi lə qəsdən pozulduğu gündür.

4. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, qeyd edilən maddi hüquq normalarının tələblərini həmin faktiki hallara uyğun düzgün tətbiq etmiş, maddi hüquq normalarının tətbiqində hər hansı səhvə yol verməmiş, məhkəmənin 18 iyun 2020-cı il tarixli 222 saylı əmrin ləğv edilməsi barədə tələb üzrə iddia müddətinin keçməsi, bu əsasla iddianın rədd edilməsi barədə qənaəti əsaslı və düzgün olmuşdur. Kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və məhkəməyə müraciət etmə müddətinin üzürlü səbəbdən ötürülməsi barədə dəlilləri yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlarda n istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən çıxma ərizəsini öz iradəsi ilə yazmaması, buna cavabdehin təzyiqi olması və iddiaçının məcburən həmin ərizəni yazması yalnız iddiaçının izahatında göstərilmişdir. İddiaçının bu izahatı işdə olan hər hansı sübutla təsdiq edilmir. Halbuki Mülki Prossesual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izaha tları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, iş üzrə Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin tələbləri məhkəmələr tərəfindən pozulmamışdır. İddiaçı ərizəsində əmək müqaviləsinin ləğvi müddətini dəqiq göstərildiyindən həmin ərizənin geri götürülməsi və ya onun etibarsız hesab edilməsi tələbini də iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətində deyil, ərizədə göstərilən tarixə kimi irəli sürməli idi. İddiaçının işdən azad edilmə barədə əmr verilənədək işəgötürənə ərizəsini geri götürməsi və ya onun etibarsız hesab edilməsi barədə yeni ərizə verməsi işdən müəyyən edilmir. Həmçinin iddiaçı iş üzrə iddia müddətini ötürmüşdür. Kassasiya şikayətində iddiaçı müddətin üzürlü səbəbl ərdən ötürüldüyünü göstərsə də, məhkəmələr tərəfindən təqdim edilən sübutlar qiymətləndirilmiş və iş üzrə müddətin bərpası üçün Əmək Məcəlləsinin 269-cu maddəsinin 6-cı hissəsində göstərilən üzürlü hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti ü zrə 12 aprel 2004-cü il tarixli Qərarı). Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-4376/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar