Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4965/2019 25.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, üçüncü şəxs X6 vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2250/2018 saylı, 20 aprel 2018ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) İddiaçı cavabdehlər 38 saylı Notariat Kontoru, X13 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia sı rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2(103)-2395/2019 saylı qətnaməsi ilə (hakimlər: X.Mərdanova, Cavabdeh2 və F.Babayev) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2250/2018 saylı, 20 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2(103)-2395/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər 38 saylı Notariat Kontoru, X13 və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şə həri, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun adından etibarnamə əsasında Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilin Cavabdeh1 satılması barədə ünvan 2at kontorunda 11 fevral 2016-cı il tarixində imzalanmış AN-İ №0528209 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2(103)-2395/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Üçüncü şəxs X6 vəkili və nümayəndəsi X7kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, üçüncü şəxsin vəkilini və nümayəndəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, X4 11.02.2016-cı il tarixli ərizəsinin surətinə əsasən, o, həyat yoldaşı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 61 saylı mənzilin satılmasına etiraz etməmişdir. ünvan 4 Notariat Kontoru tərəfindən təsdiq edilmiş AR-İ № 159379 saylı, 10 aprel 2012-ci il tarixli etibarnamə ilə İddiaçı tərəfindən Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etmək və həmin əmlak üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən; almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq haqqında əqdləri bağlamaq, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə vermək hüququ verilmişdir. Etibarnamə 30 (otuz) il müddətinə verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 fevral 2016-cı il tarixli, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 101.6 kv.m olan 4 otaqlı 61 mənzili 100000 manata Cavabdeh1 satmışdır. Cavabdeh1 ilə X9 arasında bağlanmış 20 fevral 2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 101.6 kv.m olan 4 otaqlı 61 mənzili 138800 manata X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, ev 251 a, mə nzil 61 xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 24.02.2017-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaq la əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma hesab olunur. Həmçinin müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Məhkəmə kollegiyası həmçinin müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, hazırda mübahisələndirilən, alqı-satqı müqaviləsi 11 fevral 2016-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən 2 il keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Avropa İnsan Hüqu qları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələb lərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötür məklə məhkəməyə müraciət etdiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi məhkəmə xərcləri hissəsində də düzgün qərar qəbul etmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdiri lmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4965/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4965/2019
25.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver