Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4965/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, ½ payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürə n üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, 2/3 payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibl iyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı və üçüncü şəxsin iddiaları üzrə cavabdeh) İddiaçı, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, ilk iddia üzrə Cavabdeh2, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəkili xxx oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(105)487/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, ilk iddia üzrə Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10, habelə qarşılıqlı və üçüncü şəxsin iddiaları üzrə Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh3 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,06 hektar olan həyətyanı torpaq sahəsini və 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 68,6 kv.metr, yaşayış sahəsi 45,0 kv.metr, yardımçı sahəsi 23,6 kv.metr olan fərdi yaşayış evini 13 oktyabr 2012-ci il tarixdə Qusar rayon Dövlət notariat kontorunda rəsmiləşdirilmiş müqavilə ilə İddiaçı 28000 manata satmış və həmin daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı 27 iyul 2017-ci il tarixdə notariat qaydasında ərizə verərək, Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daimi qeydiyyata düşməsinə etiraz etmədiyini göstərmiş, Cavabdeh1 və Cavabdeh2 01 avqust 2017-ci il tarixdən həmin ünvana p asport qeydiyyatına alınmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan ünvan 1 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 iddiaçının uzaq qohumlarıdırlar. 2018-ci ilin may ayında Cavabdeh1 müraciət edərək, yaşayış yeri olmadığını və bir müddət iddiaçıya məxsus həmin evdə yaşamalarına icazə vermələrini xahiş etmişdir. İddiaçı cavabdehlərin uzaq qohumları olduqlarını, tək yaşadığını nəzərə alıb, c avabdehlərin ona baxacaqlarını, qayğısına qalacaqlarını zənn edərək, razılıq vermişdir. Bir müddət cavabdehlər iddiaçı ilə yaxşı yola getsələr, onunla birlikdə mehriban yaşasalar da, sonradan tədricən münasibətləri dəyişməyə başlamış və cavabdehlər iddiaçını incitməyə başlamışlar. Cavabdeh1 evdə özbaşınalıqlar etmiş, mütəmadi olaraq birgə-yaşayış qaydalarını pozmuşdur. Artıq həmin şəxslərlə birlikdə yaşamağı mümkünsüz olmuşdur. O, cavabdehlərdən mülkiyyətində olan evdən çıxmalarını tələb etmiş, lakin sonuncular ona məhəl qoymayaraq evdən çıxmayacaqlarını bildirmişlər. Cavabdehlər yaşayış yeri üzrə iddiaçıya məxsus evə qeydiyyata alınsalar da, həmin evə istifadə hüquqları yoxdur. Belə ki, həmin şəxslərlə onun arasında bu barədə heç bir müqavilə bağlanmamış, cavabdehlər iddiaçının ailə üzvlə ri də deyillər, onların həmin evdə yalnız bir müddət yaşamalarına icazə vermişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, Qusar rayonu Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən Cavabdeh3 və İddiaçı arasında ünvan 2ı fərdi yaşayış evinin alqı-satqısına dair bağlanmış 13 oktyabr 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 26 fevral 2014-cü il tarixli Seriya RX ******* saylı Çıxarışın l əğv edilməsi, ünvan 2ı fərdi yaşayış evinə 1/2 hissədə qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyət hüququnun tanınması, ünvan 2ı fərdi yaşayış evinə 1/2 hissənin yarı dəyəri 14000 manatdan artıq ödədiyi 5200 manat pulun cavabdehlər Cavabdeh3 və İddiaçı müştərək qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, onların İddiaçı ilə çox yaxın dostluq və qohumluq münasibətləri olmuşdur. ünvan 2 fərdi yaşayış evini İddiaçı və Cavabdeh1 birlikdə almışlar. Bunu həmin evin keçmiş mülkiyyətçisi Cavabdeh3 və sonuncunun arvadı Lütfiye Mimişeva da etiraf etmişlər. Həmin ev 28000 manata alınmış, puldan 17200 manatını Cavabdeh1, 10800 manatını isə İddiaçı ödəmişdir. Bundan başqa, evin sənədlə şməsi üçün 2000 manatı Cavabdeh1 X2 borc alıb, İddiaçı və Cavabdeh3 vermişdir. Həmin şəxslər onu aldatmış, xəbəri olmadan öz aralarında alqı-satqı müqaviləsi bağlayaraq 19200 manat pulunu mənimsəmiş, əmlaka razılaşdıqları ½ hissədə mülkiyyət hüququnun tanınmasından məhrum etmişlər. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və İddiaçı arasında ünvan 3, indiki adı ünvan 4 olan fərdi yaşayış evinə dair Qusar rayon Dövlət Notariat Kontorunda bağlanmış 13 oktyabr 2012-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Seriya RX ******* saylı 26 fevral 2014-cü il tarixli Çıxarışın ləğv edilməsi, ünvan 3, indiki adı ünvan 4 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alınması üçün ödədiyi 19200 manat pulun müqabilində həmin fərdi yaşayış evindən və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun oğlu, Cavabdeh 2 isə gəlinidirlər. ünvan 3fərdi yaşayış evini X1 xxx ilə birlikdə Cavabdeh3 üçtərəfli qaydada qarşılıqlı razılaşma əsasında şərik alaraq, oğlu Cavabdeh1 hədiyyə etmiş və həmin evin alınması üçün İddiaçı vasitəsi ilə Cavabdeh3 17200 manat, evin sənədləşməsi üçün isə 2000 manat olmaqla, ümumilikdə 19200 manat pul ödəmişdir. O, evi oğlu Cavabdeh1 alıb hədiyyə etdiyi üçün, sonuncu və arvadı həmin evə pasport qeydiyyatına düşmüşlər. İddiaçı onların etibarından sui-istifadə edərək, razılaşmalarını pozmuş, fərdi yaşayış sahəsini xəbərləri olmadan 2012-ci ildən öz adına özəlləşdirərək, bunu onlardan məharətlə gizlətmiş, mülkiyyət hüquqlarının tanınmasına müxtəlif yalanlar uydurmaqla imkan verməyərək qeyri-qanuni yollara əl ataraq onlara qarşı iddia qaldıraraq evdən çıxmalarını tələb etmişdir. H əmin 3 otaqlı evin dəyəri 28000 manata razılaşdırılmış, həmin puldan 2 otaq üçün 17200 manatını o, 1 otaq üçün 10800 manatını isə İddiaçı ödəmişdir. Sonra İddiaçı evin sənədləşməsi üçün 2000 manat lazım olacağını dediyi üçün, X2 borc alaraq vermişdir. Qusar Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(029)-208/2020 nömrəli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, 1/2 payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsin in etibarsız hesab edilməsi, çıxarışın ləğvi, 2/3 payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” tələblərinə dair iddiaları rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1, Cavabdeh2 və İddiaçı arasında yaşayış sahəsindən istifadə hüququna dair notarial qaydada təsdiqlənən yazılı müqavilə bağlanmasa da, sonuncu həmin şəxsləri öz iradəsinə və notariat qaydasında təsdiqlənən ərizəsinə əsasən həmin evə köçürməklə həmin şəxsləri özünün ailə üzvləri kimi qəbul etmiş və onların həmin evdən istifadə hüquqları əmələ gəlmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı və Cavabdeh3la Cavabdeh1 və ya xxxarasında evin şərikli alqı-satqısına dair heç bir sadə və ya notarial qaydada təsdiqlənən yazılı razılaşma olmamış, mövcud alqı-satqı müqaviləsində də, bu barədə qeyd aparılmamışdır. Cavabdeh1 və ya X13 xxx və Cavabdeh3 həmin evin satın alınması məqsədi ilə 19200 manat məbləğində pul vermələri barədə də yazılı heç bir sübut yoxdur, həmin şəxslər sübut kimi yalnız Cavabdeh3, xxx və xxxin iştirakları ilə tərtib olunmuş tarixi qeyd olunmayan akta, həmçinin ibtidai istintaq orqanında İddiaçı barəsində olan şikayət üzrə araşdırma aparılarkən həmin şəxslərin, həmçinin Cavabdeh1, Cavabdeh2 və xxxin verdikləri izahatlara istinad etmişlər. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində həmin evi İddiaçıla birlikdə məhz onun şərik aldığını, bu məqsədlə İddiaçı 19200 manat məbləğində pul verdiyini, xxxisə özünün iddia ərizəsində həmin evi İddiaçıla məhz özünün şərik alaraq Cavabdeh1 hədiyyə etdiyini, bu məqsədlə İddiaçı və Cavabdeh3 pul verdiyini bildirmişlər. xxx xx xun həmin evi Cavabdeh1 hədiyyə etməsi barədə də, yazılı müqavilə olmamış, buna qanuna müvafiq hüququ da olmamışdır. Çünki, mübahisəli evə dair onun mülkiyyət hüququ olmamışdır. Həmin evin xxx və ya Cavabdeh1ların İddiaçıla şərik almaları barədə yuxarıda göstərilən şəxslərin izahatlarından başqa, heç bir mötəbər sübut yoxdur. İddiaçıla Cavabdeh3 arasında ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair bağlanmış 13 oktyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən xxx və ya Cavabdeh1ların heç bir hüquqları pozulmamış, həmin müqavilənin nə məzmununda, nə də formasında hər hansı nöqsana yol verilməmişdir. Həmin müqavilə Mülki Məcəllənin tələblərinə tam əməl olunmaqla, müqavilə tərəflərinin sərbəst iradə ifadəsini əks etdirməklə bağlanmışdı r. Bu səbəbdən də, həmin müqavilə etibarsız hesab oluna bilməz və həmin müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüquqlarının tanınması barədə Cavabdeh1 və xxx xxxun iddiaları qanunsuz və əsassızdır. Həmçinin qarşılıqlı və üçüncü şəxsin iddiaları üzrə iddia müddəti ötürülmüşdür. b) Apellyasiya instansiyası məhkəməsində icraat Qusar Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(029)-208/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayət verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsini, Cavabdeh2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10, habelə qarşılıqlı və üçüncü şəxsin iddial arı üzrə Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qətnamənin qismən ləğv edilərək, müvafiq olaraq qarşılıqlı və üçüncü şəxsin iddialarının təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(105)-487/2021 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Qusar Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(029)-208/2020 nömrəli qətnaməsinin ilk iddiaya aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, ilk iddia təmin edilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cav abdeh2 İddiaçı mülkiyyətində olan ünvan 5 evdən çıxarılmaları, ilk iddia üzrə Cavabdeh2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, qarşılıqlı iddia üzrə Cavabdeh3, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 apellyasiya şikayətlərinin təmin edilməməsi, Qusar Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(029)-208/2020 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 139.1, 144.1, 144.2, 394, 567, 646-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin faktiki hallarına uyğundur. Belə ki, ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin Cavabdeh1, X10, İddiaçı tərəfindən Cavabdeh3 birgə almalarına dair notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ya müstəqil tələb irəli sürən üçüncü şəxs X4 İddiaçı və Cavabdeh3 həmin evin və torpaq sahəsinin satın alınması məqsədi ilə 19200 manat məbləğində pul vermələri barədə iş materiallarında yazılı heç bir sübut yoxdur. Belə ki, Cavabdeh1 və X3 kimi Cavabdeh3, xxx və xxxin iştirakları ilə tərtib olunmuş tarixi qeyd olunmayan akta, həmçinin ibtidai istintaq orqanında İddiaçı barəsində olan şikayət üzrə araşdırma aparılarkən həmin şəxslərin, həmçinin Cavabdeh1, Cavabdeh2 və xxxin verdikləri izahatlara istinad etmişl ər. Bundan başqa, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində həmin evi İddiaçı ilə məhz onun şərik aldığını, bu məqsədlə İddiaçı 19200 manat məbləğində pul verdiyini, X10 isə özünün iddia ərizəsində həmin evi İddiaçı ilə məhz özünün şərikli alaraq oğlu Cavabdeh1 hədiyyə etdiyini, bu məqsədlə İddiaçı və Cavabdeh3 pul verdiyini bildirmişlər. X4 həmin evi oğlu Cavabdeh1 hədiyyə etməsi barədə də yazılı müqavilə olmamış, bu ev üzərində sərəncam hüququ da olmamışdır. Çünki mübahisəli evə dair X4 mülkiyyət hüququ olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq evin şərikli alınması halının Cavabdeh3 və digər şəxslərin izahat və ya ifadələri ilə təsdiq olunmasını sübut kimi qəbul etməmişdir. Belə ki, daşınmaz əmlak üzərində sərəncam verilməsi barədə müqavilənin notariat qaydasında təsdiq olunması qanunvericilikdə mütləq şərt kimi nəzərdə tutulmuşdur. Həmin şərtə əməl olunmaması isə bu barədə olan müqavilənin əhəmiyyətsizliyinə səbəb olur. Ona görə də evin şərikli alınması barədə hər hansı şəxsin izahatı və ya ifadəsi sübut kimi qəbul oluna bilməz. Bundan başqa, Cavabdeh3 nümayəndəsinin qarşılıqlı iddianı və müstəqil tələb irəli sürən şəxsin iddiasını etiraf etməsi qanuna zidd olduğundan həmin etiraf qəbul edilə bilməz. Digər tərəfdən, Cavabdeh3 həmin evi satdıqdan sonra İddiaçı qarşı heç bir iddia tələbi irəli sürməmiş, əksinə, İddiaçı ona qarşı qaldırdığı iddialar üzrə işə baxılarkən onun özü və arvadı xxx həmin evi məhz İddiaçı satdıqlarını bildirmişlər. Cavabdeh3 və xxx əvvəlcə İddiaçı iddiasına əsasən mübahisəli evdən çıxar ılmış, daha sonra isə İddiaçı digər iddiasına əsasən xxxdan onun xeyrinə 6000 manat məbləğində pul tutulmuşdur. Qeyd edilən hallar həmin şəxslərin hazırki işdə maraqlı olduqlarını göstərir. Daha sonra apellyasiya məhkəməsi Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 354.2-ci maddələrinə, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarına istinad etməklə göstərmişdir ki, ilk iddia üzrə cavabdehlər, müstəqil tələb irəli sürən üçüncü şəxs və qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətlərində Cavabdeh1 və X4 İddiaçı hazırki iddiasını qaldıranadək həmin alqı-satqının mövcudluğundan xəbərlərinin olmadığını göstərsələr də, İddiaçı imzası 27 iyul 2017-ci il tarixdə Qusar rayon notariat kontorunda təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan ünvan 2ünvanında yerləşən fərdi yaşayış evinə daimi qeydiyyata düşməsinə etiraz etməmişdir. Cavabdeh1 2017-ci ilin avqust ayının 1-də mübahisəli evə qeydiyyata alınarkən həm o, həm də atası X10 həmin evin mülkiyyətçisinin məhz İddiaçı olduğunu bilmiş və ya bilməli olmuşlar. Göründüyü kimi, Cavabdeh1 və X4 istinad etdiyi hal artıq 2017-ci ilin avqust ayından onlara məlum idi, lakin hazırki iddialarla ilə 2020-ci məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşlər. İlk iddia ilə bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin iddianı rədd edərkən maddi hüquq normasını düzgün təfsir etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan İddiaçı özlərinin saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına daxil olmad ığından həmin yaşayış evindən istifadə hüququna malik deyildirlər və onların mübahisəli evə qeydiyyata alınmaları, evdə İddiaçı ilə birlikdə yaşamaları həmin evdən istifadə hüququna malik olmaları anlamına gəlmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 6 evin mülkiyyətçisi olan İddiaçı iradəsinə zidd olaraq hazırda həmin evdə yaşadıqlarından və bununla da, sonuncunun mübahisəli evə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozduqlarından, iş üzrə məhkəmə qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə ilk iddia təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı (qarşıl ıqlı iddia üzrə cavabdeh) Cavabdeh1, ilk iddia üzrə Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X10, qarşılıqlı iddia və üçüncü şəxsin iddiası üzrə Cavabdeh3 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(105)-487/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məzmunları eyni olan kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaç ı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh3 kassasiya şikayətinin dəlillərinə yazılı etiraz verərək, həmin kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Digər kassasiya şikayətlərinə dair yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, ilk iddia üzrə Cavabdeh2, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəkili xxx oğlu kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər və üçüncü şəxslər səlahiyyətli nümayəndələrinin və vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kasatorlar tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyə t daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikd ə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıd ır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfi ndən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus ya şayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə y aşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsa sən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq o luna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmə nin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassatorların eyni məzmunlu apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndir mə ilə tam razılaşır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, daşınmaz əmlakla bağlı müqavilələr notariat qaydasında təsdiq olunmalı olduğundan, hazırda mübahisələndirilən müqavilənin bağlanması zamanı da həmin formaya riayət olunduğundan, qarşılıqlı iddia üzrə iddiaçının və üçüncü şəxsin başqa hər hansı hala istinad edilməklə, onların müqavilənin tərəfi olmalarını iddia etmələri MPM-in 81-ci maddəsinin tələblərinə ziddir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı və üçüncü şəxsin iddiaların əsasını təşkil edən hallar, yəni mübahisələndirilən müqavilənin etibarsız olması işdə olan sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır. İlkin iddianı təmin edərkən də, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrini, həmin maddələrinin şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarını düzgün tətbiq etmiş və əsaslı olaraq hesab etmişdir ki, cavabdehlərin mübahisələndirilən mənzilə istifadə hüquqları yoxdur. Kassasiya şikayətlərinin sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının araşdırılmaması ilə bağlı dəlillərinə münasibət bildirilərək qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassa siya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Cavabdeh3 kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası yuxarıdakılardan əlavə olaraq qeyd edir ki, onun hazırki işdə hər hansı tələbi mövcud deyil və qəbul olunmuş qətnamə hüqu q və mənafelərinə toxunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, ilk iddia üzrə Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10, habelə qarşılıqlı və üçüncü şəxsin iddiaları üzrə Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(105)-487/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4965/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4965/2021
27.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver