Məhkəmə qərarları › İş №2(102)-4967/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4967/2019

11.07.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4967/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Rnun və cavabdeh “xxxx” ASC-nin vəkili Pnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.02.2019-cu il tarixli, 2(103)2921/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) 27.09.2018-ci il tari xli, 2(006)-5580/2018 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı cаvаbdeh “xxxx” ASC-nə qаrşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) 26.02.2019-cu il tarixli, 2(103)-2921/2019 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı оğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli, 2(006)-5580/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiаçı İddiaçı оğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiаçı İddiaçı cаvаbdeh “xxxx” ASC-nə qаrşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə 21.08.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-nin sədri B.H.Rzayev tərəfindən imzalanmış 18.07.2018-ci il tarixli, K/17-03869 saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilib Aran RETSİ-nin Ağcəbədi EŞ-nin X2 nəzarətçi mühəndisi vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiаçı İddiaçı оğlu və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı işə qəbul edilərkən və fəaliyyət göstərərkən vəzifəsi Aran RETSİ-nin Ağcəbədi EŞ-nin X5 üzrə nəz arətçi mühəndisi olmuşdur. Onun X2 nəzarətçi-mühəndisi kimi bilavasitə vəzifələri barədə müqavilədə bir kəlmə belə yoxdur. Bununla da işəgötürən işin daimi xarakterə malik olmasını gizlətmək məqsədi güdmüşdür. Çünki nəzarətçi-mühəndis vəzifəsi daimi xarakteürli iş sayılır. İddiaçının işi müddətli, yəni 3 aylıq iş ola bilməzdi. İddiaçının işdən azad edilməsi barədə əmr qanunsuzdur. Belə ki, iddiaçı 13.10.2016-cı il tarixli, k/16-04865 saylı əmrlə işə qəbul edilərkən onunla bağlanmış müqavilədə 3 aylıq müddətinə işə qəbul edilməsi, onun bir ayının isə sınaq müddəti sayılması qeyd olunmuşdur. Müqavilənin 4.26cı bəndinə əsasən onun iş ili 13.10.2016-12.10.2017-ci ilədək olan dövrü əhatə edir. Müqavilənin məzmun və formasından görünür ki, iddiaçının işi əmək funksiyasının yerinə yetirilməsi şər tlərinə görə daimi xarakter daşıyır və o, 2018-ci ilin iyul ayına kimi müddətsiz əmək müqaviləsi şərtləri ilə fəaliyyət göstərmişdir. Hətta o, işə qəbul edilərkən cavabdeh tərəfindən ona 07400 nömrəli xidməti vəsiqə kartı verilmişdir və orada dəqiq qeyd edilmişdir ki, vəsiqə 31.12.2020-ci ilə qədər qüvvədədir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.02.2019-cu il tarixli, 2(103)-2921/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddiaçının işədn azad edilməsi barədə “xxxx” ASC-nin Aran RETSİ-nin rəisi C.S.Əhmədovun 18.07.2018-ci il tarixli, k/18-03870 saylı əmrinin ləğv edilib onun işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə yeni qərar qəbul edilməsini, “xxxx” ASC-nin Aran RETSİ-nin rəisi C.S.Əhmədovun əməlində q ulluq mənafeyi əleyhinə cinayətlərin əlaməti olduğundan barəsində xüsusi qərardad çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı оğlu və vəkili R kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili P kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.02.2019-cu il tarixli, 2(103)-2921/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi ilə İddiaçı 13.10.2016-cı il tarixdə Aran RETSİ-nin X1 X3 nəzarətçi mühəndis vəzifəsinə qəbul edilərək onunla əmək müqaviləsi 3 ay müddətinədək bağlanmışdır. Əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. “xxxx” ASC-nin 13 oktyabr 2016-cı il t arixli K/16-04865 saylı işə qəbul haqqında əmrinə əsasən, İddiaçı 13.10.2016-cı il tarixdən X4 Təchizatı və Satışı İdarəsinin Ağcabədi Elektrik Şəbəkəsində 1 ay sınaq müddəti ilə X3 nəzarətçi mühəndis vəzifəsinə təyin edilmişdir. X4 Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18 iyul 2018-ci il tarixli 01/12/1144 saylı bildirişi ilə İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 18.07.2018-ci il tarixdən xitam verilməsi bildirilmiş, əmək kitabçasını götürmək üçün Aran RETSİ-nin xidmətlər şöbəsinə müraciət etməsi xahiş edilmişdir. “xxxx” ASC-nin 18 iyul 2018-ci il tarixli K/18-03870 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə Aran RETSİ-nin X1 Laçın sahəsinin mühəndisi İddiaçı əmək müqaviləsinə 18.07.2018- ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsas və qaydalara ciddi əmək olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən, əmək müqavi ləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin maddənin 2-ci hissəsinin «e» bəndinə əsasən, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti arasında əmək münasibətləri bağlanmış əmək müqaviləsinə əsasən 13.10.2016-cı il tarixdən 13.01.2017-ci il tarixə kimi olmuş, sonradan əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdiyindən və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə bir neçə dəfə 18.07.2018-ci il tarixədək uzadılmışdır. Həmin müddət bitdikdən sonra isə işəgötürən əmək müqaviləsinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi əsasında iddiaçını Aran RETSİ-nin X1 Laçın sahəsinin nəzarətçi mühəndisi vəzifəsindən azad edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikasmm Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi əsasında Aran RETSİ-nin X1 Laçın sahəsinin nəzarətçi mühəndisi vəzifəsindən əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xitam verilməsi tam qanuni əsaslarla həyata keçirilmiş və bu zaman əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin dəlillərinin əsaslı hesab edilməsinin mümkünlüyü iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materialları ilə də müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş və müqavilə müddəti bitdikdən sonra cavabdeh tərəf qanunvericiliyin tələblərinə əməl etməklə əmək müqaviləsinə xitam ve rilmişdir. Beləliklə kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətində göstərilən hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstər ilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.02.2019-cu il tarixli, 2(103)-2921/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar