Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4968/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X6 cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs s cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən cavabdehə məxsus köşklərin çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlundan, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, vəkil X4, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X7, cavabdehin vəkili X11 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1608/2021 nö mrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 09 dekabr 2014-cü il tarixli, A № 529734 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şamaxı rayon Avaxıl bələdiyyəsinin 10 iyul 2007-ci il tarixli, 08 saylı qərarı ilə X8 Şamaxı rayonu, Avaxıl kəndi ərazisindən 7000 kv.m 0,20 ha tikinti və 0,50 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsi verilmişdir. Şamaxı rayon Avaxıl Bələdiyyə başçısının 10 iyul 2007-ci il tarixli, 08 saylı qərarından çıxarışın surətinə əsasən Şamaxı rayon Nağaraxana kənd sakini X8 7000 kv.m 0,20 h a tikinti və 0,50 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. Şamaxı rayon Avaxıl Bələdiyyəsi tərəfindən verilmiş 10 iyul 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X12 aldığı torpağın dəyəri olaraq 450 manat ödəmişdir. 10 iyul 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Avaxıl bələdiyyəsi bələdiyyə ərazisindən 0,70 ha torpaq sahəsini Orxan İbrəhimova satmış, həmin akt DTXK-nın Şamaxı rayon şöbəsində qeydə alınmışdır. DTXK-nın Şamaxı rayon şöbəsinin 05.07.2007-ci il tarixli, 17-7/580 saylı rəyindən aydın olur ki, X1 nəzərdə tutulan 0,70 ha torpaq sahəsi Avaxıl bələdiyyəsinin mülkiyyətindədir. Həmin sahə alqı-satqı predmetidir və Orxan İbrəhimova satılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Dövlət Torp aq və Xəritəçəkmə Komitəsinin 15 dekabr 2014-cü il tarixli, A № 529752 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şamaxı rayon Avaxıl bələdiyyəsinin 14 iyun 2006-cı il tarixli, 08 saylı qərarı ilə X8 Şamaxı rayonu, Avaxıl kəndi ərazisindən 2000 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. DTXK-nın Şamaxı rayon şöbəsinin 07.06.2006-cı il tarixli, 17/7-4190 saylı rəyindən aydın olur ki, X1 nəzərdə tutulan 0,20 ha torpaq sahəsi Avaxıl bələdiyyəsinin mülkiyyətindədir. Həmin sahə alqı-satqı predmetidir və Orxan İbrəhimova satılması məqsədəmüvafiqdir. Şamaxı rayon Avaxıl Bələdiyyəsi tərəfindən verilmiş 14 iyun 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X12 torpağın alqı-satqısına dair 130 manat ödəmişdir. 14 iyun 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Avaxıl bələdiyyəsi ərazisində 0,20 ha torpaq sahəsinin dəyəri O.İbrəhimov tərəfindən ödənilərək ona satılmış, akt DTXK-nın Şamaxı rayon şöbəsində qeydə alınmışdır. Şamaxı rayon Avaxıl Bələdiyyə başçısının 14 iyun 2006-cı il tarixli, 08 saylı qərarından çıxarışın surətindən məlum olur ki, Şamaxı rayon Nağaraxana kənd sakini X8 0,20 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 15 dekabr 2014-cü il tarixli, A № 529751 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şamaxı rayon Avaxıl bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə X8 Şamaxı rayonu, Avaxıl kəndi ərazisindən 3000 kv.m-0,05 ha tikinti, 0,25 ha kənd təsər rüfatı məqsədi ilə torpaq sahəsi verilmişdir. DTXK-nın Şamaxı rayon şöbəsinin 05.09.2007-ci il tarixli, 17-7/584 saylı rəyindən aydın olur ki, X1 nəzərdə tutulan 0,30 ha torpaq sahəsi Avaxıl bələdiyyəsinin mülkiyyətindədir. Həmin sahə alqı-satqı predmetidir və Orxan İbrəhimova satılması məqsədəmüvafiqdir. Şamaxı rayon Avaxıl Bələdiyyəsi tərəfindən verilmiş 10 sentyabr 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X12 torpağın alqı-satqısına dair 190 manat ödəmişdir. 10 sentyabr 2007-ci tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Avaxıl bələdiyyəsi ərazisində 0,30 ha torpaq sahəsinin dəyəri Orxan İbrəhimov tərəfindən ödənilərək ona satılmış, akt DTXK-nın Şamaxı rayon şöbəsində qeydə alınmışdır. Şamaxı rayon Avaxıl Bələdiyyə başçısının 10 sentyabr 2007-ci ta rixli, 10 saylı qərarından çıxarışın surətindən məlum olur ki, Şamaxı rayon Nağaraxana kənd sakini X8 0,30 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə 22 dekabr 2015-ci il tarixli, 001 saylı müqavilənin surətindən görünür ki, Şahdağ Milli Parkının Şamaxı bölməsi Dədəgünəş meşəbəyliyi 5 hektar torpaq sahəsini "xxxx" firması MMC-nin ödənişli əsaslarla müddətli istifadəsinə verməyi öhdəsinə götürür. İstifadəçi həmin obyektin istifadəsinə görə bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada istifadəyə verənə istifadəyə görə haqq ödəməyi, habelə müqaviləyə xitam verildikdə obyekti qaytarmağı öz öhdəsinə gö türmüşdür. Həmin müqavilə tərəflər arasında 10 il müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2005-ci il tarixli müqavilə və 2007-ci il tarixli əməkdaşlıq sazişindən görünür ki, Departament “Dədəgünəş” meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsini istirahət-rekreasiya məqsədilə "xxxx"xxxx"xxxx" MMC-nin Nizamnaməsindən məlum olur ki, Cəmiyyət AR qanunvericiliyinə uyğun olaraq Məhdud Məsuliyyətli Cəmiyyət formasında yaradılan və əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsdir. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 16.02.2005-ci il tarixdən dövlət qeydiyyatına alınmış, hazırki qanuni təmsilçisi X9r. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, "xxxx" 28.06.2004-cü il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2017-ci il tarixli, 9158 saylı ekspert rəyindən görünür ki, Şamaxı rayonu Avaxıl kəndi ərazisindəki mübahisəli torpaq sahəsində yerləşdirilən üç ədəd köşkdən ikisinin iddiaçı X8 məxsus torpaq sahəsində olduğu müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X15 LTİ-nin mütəxəssislərinin verdiyi 20 dekabr 2018-ci il tarixli A/120038 saylı rəydən görünür ki, iddiaçı X8 verilmiş 09.12.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 7000 kv.m torpaq sahəsi naturada üst-üstə düşür. (torpaq sahəsinin plan və ölçüsü sənədi və tərtib edilmiş akta əlavə edilmiş). Şamaxı rayonu Nağaraxana kənd sakini X8 məxsus torpağın plan və ölçüsü sənədində (əlavə edilmiş aktda) göstərilən koordinatlara əsasən mübahisələndirilən- 7000 kv.m torpaq sahəsi Avaxıl bələdiyyəsinin sərhədindən kənarda, DMF-nun hüdudları daxilində yerləşir. X8 məxsus torpağın planı və ölçüsü sənədlərində (əlavə edilmiş aktda) göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üstüstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 26 dekabr 2018-ci il tarixli 27042 saylı ekspert rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X15 LTİ-ni n mütəxəssisləri tərəfindən verilmiş rəyə əlavə edilmiş cizgi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçı X8 verilmiş 09.12.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 7000 kv.m torpaq sahəsi naturada O.İbrəhimovun istifadəsində olan torpaq sahəsinin faktiki sərhədləri ilə üst-üstə düşmür. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X15 LTİ-nin mütəxəssislərinin rəyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qorunması və Xüsusi Mühafizəsi olunan təbiyyət ərazilərinin inkişaf departamentinin 30.11.2016-cı il tarixli 06/624 saylı məktubuna əsasən Şamaxı rayonu, Avaxıl kəndində mübahisələndirilən 0,70 ha torpaq sahəsi Şamaxı rayonu, Avaxıl Bələdiyyəsinə ayrılm ış torpaq sahəsinin sərhədlərindən kənarda, DMF-nun (Şahdağ Milli parkına ayrılmış) torpaq sahəsinin hüdudları daxilində yerləşir. X8 ayrılmış 0,70 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 09.12.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin “Bulaq” kafe kompleksinin ərazisindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X15 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş 05/0047 saylı 20 may 2019-cu il tarixli rəyə əsasən X8 məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmür. X2 məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktda göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşür. “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsində olan üç ədəd köşkün iki ədədi X8 məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 iyun 2019-cu il tarixli 8202 saylı ekspert rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X15 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən, X8 məxsus “Torpaq sahəsinin pl anı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmədiyi, X2 məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi ilə əlaqədar yaranmış ziddiyyət məhkəmə tərəfindən həll oluna bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X15 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən, “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstəril ən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsindəki üç ədəd köşkün iki ədədinin X8 məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X12 məhkəmədə cavabdeh "xxxx" MMC və üçüncü şəxs sna qarşı “torpaq sahəsindən cavabdehə məxsus köşklərin çıxarılmasına dair” iddia qaldıraraq, Şamaxı rayonu Avaxıl kəndində yerləşən ona məxsus 1300 kv.m torpaq sahəsindən cavabdehə məxsus 3 ədəd köşklərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Avaxıl kəndində ona məxsus 1300 kv.m torpaq sahəsi vardır. Həmin sahəni ona Avaxıl Bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli 10 saylı, 10 iyul 2007-ci il tarixli 08 saylı və 14 iyun 2006-cı il tarixli 08 saylı qərarları ilə satılmış və A 529751, A 529734 və 529752 saylı torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Torpaq sahəsinin bir hissəsi tikinti məqsədi üçün nəzərdə tutulmuşdur. Həmin sahədən istifadə etməsinə faktiki olaraq cavabdeh tərəf maneçilik törədir, həmin sahədə onlara məxsus plastik köşklər yerləşdirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəf həmin köşkləri oradan götürmürlər. Bundan əlavə cavabdeh tərəf bildirir ki, həmin sahəni Milli Parkdan almışdır. Bütün bu səbəblərdən torpaq sahəsindən istifadə edə bilmir. Şamaxı Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov, iş № 2(074)-39/2017) iddia qismən təmin edilərək, Şamaxı rayonu Avaxıl kəndində yerləşən iddiaçı X8 məxsus torpaq sa həsindən cavabdeh "xxxx" istirahət mərkəzinə məxsus 2 ədəd köşkün çıxarılması, iddianın qalan hissəsinin rədd edilməsi, cavabdeh "xxxx" istirahət mərkəzindən 100 manat ekspertiza xərci alınıb X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK JTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34JTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı, tələbini cavabdehə məxsus 3 ədəd köşkün ona məxsus torpaq sahəsində olması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün torpaq sahəsinin planı və ölçüsü sənədlərini təqdim etmişdir, cavabdeh iddiaya etiraz edərək, köşklərin cavabdehə məxsus torpaq sahəsində yerləşdirildiyini bildirmiş və etirazının əsası kimi ist inad etdiyi halın təsdiqi üçün 22 dekabr 2015-ci il tarixli 001 saylı müqaviləni təqdim etmişdir. Həmin sübutların yanaşı yoxlandığı xüsusi biliyi olan orqanın rəyi ilə cavabdehə məxsus üç ədəd köşkdən ikisinin iddiaçıya məxsus torpaq sahəsində olduğu müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş ekspertin xüsusi biliyi olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdehə məxsus iki ədəd köşkün iddiaçıya məxsus torpaq sahəsində olduğunu işin hallarına uyğun sayır. İşin araşdırılmış halları ilə cavabdehə məxsus iki ədəd köşkün iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi məyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, qətnamə birbaşa onların torpaq sahəsindən müddətli istifadə etm ə, sahiblik hüquqlarını pozmuşdur. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə olan 22.12.2015-ci il tarixli, 001 saylı müqaviləyə görə buna səlahiyyəti olan s onlara 10 il müddətinə “Dədəgünəş” meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsini istifadəyə/sahibliyə vermişdir. Əlavədə olan qeydə-qaydaya görə “kənar istifadəçilər” siyahısında “məktəb”, “qəbirstan”, “meşə”, “rəsədxana”, “sair təşkilat” göstərilib və beləliklə də 2015-ci ildə müqavilə üzrə cavabdehə verilərkən məhz bu sahə iddiaçının hüququ ilə yüklü olmamışdır, ola da bilməzdi. Həmin müqavilə və ona olan əlavə hər hansı üçüncü şəxs tərəfindən 9-10 il müddətində mübahisələndirilməmiş, dövlə t və məhkəmə orqanları tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)-564/2018) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-39/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, istinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçı bələdiyyədən alqı-satqı yolu ilə aldığı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində hüquqlarını qeydə aldırmasa da, bu iddiaçının torpaq üzərində mülkiyyət hüququnun tərkib hissə si olan sahiblik və istifadə hüquqlarını istisna etmir. İddiaçı Şamaxı rayon Avaxıl Bələdiyyəsi ilə bağladığı torpağın alqı-satqısına dair aktları, həmin torpaq sahələrinin ona satılmasına dair bələdiyyə qərarlarını, bunun əsasında həmin torpaqlar X14 qeydə alınaraq onlara dair plan və ölçünün tərtib edilməsinə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Mübahisəli torpaq sahəsinin bələdiyyə torpağı deyil, meşə fondu torpaqlarına aid olması barədə işdə mötəbər hüquqmüəyyənedici sənəd mövcud deyildir. İş materiallarına əlavə edilmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasınd a bağlanmış 2005-ci il tarixli müqavilə və 2007-ci il tarixli əməkdaşlıq sazişi və snın Şamaxı bölməsi ilə "xxxx" MMC arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 001 saylı müqavilə ilə “Dədəgünəş” meşəbəyliyi ərazisindən 5 hektar torpaq sahəsinin "xxxx" MMC-nin ödənişli əsaslarla müddətli istifadəsinə verməsini həmin torpaqların meşə fondu torpaqlarına məxsus olmasını qəbul etmək üçün kifayət etmir. Bununla yanaşı, cavabdeh hazırda istirahət üçün köşk qoyaraq istifadə etdiyi mübahisəli torpaq sahəsinin daha öncə istinad olunan müqavilə ilə ona verilməsini təsdiq edən heç bir mötəbər, legitim sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən daşınmaz əmlak sayılan torpaq sahəsinə dair qeyd olunan müqavilə heç bir yerdə qeydə alınmadığından həmin müqavilənin özünü mötəbər sənəd ki mi qəbul etmək olmaz. Bundan əlavə, işin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdeh tərəf həmin torpaqların bələdiyyəyə deyil, meşə fonduna aid olmasını mübahisələndirsə də, mübahisəli torpaq sahəsinə dair bələdiyyə tərəfindən verilmiş torpağın alqı-satqısına dair aktı və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarını mübahisələndirməmişdir. Doğrudur, ekspert rəy verərkən rəyin tədqiqat hissəsində mübahisələndirilən torpaq sahəsinin Avaxıl kənd ərazi vahidinin sərhədindən kənarda, Dövlət meşə fondu torpaqlarına düşdüyünü qeyd edib. Lakin həmin ərazilər iddiaçıya bələdiyyə qərarı ilə satılıb və həmin qərarlar cavabdeh tərəfindən mübahisələndirilməyib, bu günədək də qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı iddia sının əsasını təşkil edən halları qismən sübut etsə də, cavabdeh iddiaya qarşı etirazını əsaslandıran faktları sübut edə bilməmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 30 may 2018-ci il tarixli qərarı ilə (hakimlər: Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), Ə.Şadıyev və İ.Xələfov, iş № 2(102)3531/2018) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 16 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya istansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert qarşısında yalnız bir sual “Avaxlı kəndində mübahisələndirilən torpaq sahəsində yerləşdirilən 3 ədəd köşk iddiaçıya məxsus torpaq sahəsindədirmi” sualı qoyulmuş, ekspert də həmin suala cavab vermişdir. Ekspertin həmin rəyinin tədqiqat hissəsindən görünür ki, E.İbrahimova verilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlara əsasən mübahisələndirilən torpaq sahəsi Avaxıl kənd ərazi vahidi sərhədindən kənarda, Dövlət meşə fondunun torpaqlarına düşür. Ərizədə olan 3 ədəd köşkdən 2 ədədi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsindədir. Göründüyü kimi ekspertin rəyi tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olmayıb ziddiyyətlidir və aydın deyildir. İşə baxan apellyasiya məhkəməsi nəzərə almamışdır ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X16 Departamentinin 17/1528-01 saylı, 15.07.2016-cı il tarixli məktubuna görə, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi birmənalı olaraq "xxxx" MMC -nin istifadəsindəsahibliyindədir. Nə 1-ci instansiya, nə apellyasiya instansiya məhkəmələri o halı da nəzərə almamışdırlar ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumu tərəfindən həmin mübahisəli torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi üzrə olan 4160-saylı, 21.05.2016-ci il tarixli, tərəflərin imzaları ilə təsdiqlənmiş komission aktdan göründüyü kimi, adı gedən torpaq sahəsi məhz "xxxx" MMC-nin istifadəsindədir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov, iş № 2(105)-255/2019) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şamaxı rayon məhkəməsinin 05 sentyabr 2017- ci il tarixli qətnaməsinin xərclərin tutulması hissəsində dəyişdirilməsi, cavabdeh "xxxx" MMC-dən ekspert tədqiqatının dəyəri 150 (yüz əlli) manat Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, mütəxəssis tədqiqatının dəyəri 258 (iki yüz əlli səkkiz) manat, 98 (doxsan səkkiz) qəpik Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi, apelyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu isə cavabdeh "xxxx" MMCnin özünə aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya baxışı zamanı keçirilmiş ekspertizalarla (mütəxəssis və ekspert) rəyləri ilə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstər ilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsindəki üç ədəd köşkün iki ədədinin İddiaçı məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin Şamaxı rayonu, Avaxıl kəndində mübahisələndirilən 0,70 ha torpaq sahəsinin Şamaxı rayonu, Avaxıl Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda, DMF-nun (sna ayrılmış) torpaq sahəsinin hüdudları daxilində yerləşməsi barədə rəydə göstərilənlərə də qiymət verərək hesab edir ki, bələdiyyənin ehtiyyat fondundan kənd təsərrüfatı məqsədi ilə 0,50 ha və tikinti məqsədilə 0,20 ha, ümumilikdə 0,70 ha torpaq sahəsi 10.07.2007-ci ildə alqısatqı aktı əsasında İddiaçı satılmış, alıcı tərəfindən torpağın dəyəri ödənilmiş və alqı-satqı aktı müvafiq qaydada DTXK-nın Şamaxı rayon ş öbəsində qeydə alınmış, cavabdeh tərəf isə 22 dekabr 2015-ci il tarixli müqaviləni qeydiyyatdan keçirməmiş, mübahisəli torpaqların bələdiyyəyə deyil, meşə fonduna aid olmasını mübahisələndirsə də, mübahisəli torpaq sahəsinə dair bələdiyyə tərəfindən verilmiş torpağın alqı-satqısına dair aktı və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarını mübahisələndirməmiş və hazırda da qüvvədədir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.Vəliyeva (sədrlik edən və məruzəçi), S.Hacıyev və G.Əsgərov, iş № 2(102)-112/2020) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2(105)255/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, iş üzrə alınmış hər 3 mütəxəssis rəyi və ona əsasən verilmiş ekspertiza rəyində İddiaçı məxsus torpağın plan və ölçüsü sənədinə (həmçinin koordinatların dəyişdirilməsi barədə əlavə edilmiş aktda) göstərilən koordinatlara əsasən mübahisələndirilən – 0,7 ha torpaq sahəsi Avaxıl bələdiyyəsinin sərhədindən kənarda, Dövlət meşə fondunun hüdudları daxilində yerləşir. Göründüyü kimi bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər. Hazırki işdə iddiaçıya satılmış torpağın Avaxil bələdiyyəsinin ərazisindən kənarda yerləşdiyi və bələdiyyə torpağ ı olmadığı, dövlət meşə fondu torpağı olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yeni ekspertizalar keçirilərkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş 09.12.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına dəyişdirilməsi barədə aktların (cild İ i.v 145, cild İİ i.v 60) qanuniliyinə hüquqi qiymət verməmişdir. Yəni, yerli icra qurumlarının qeyd edilən torpağın koordinatlarını dəyişməyə səlahiyyəti olub-olmaları, həmçinin də aktlarda olan dəyişikliklərin dövlət reyestrində qeydə alınıb-alınmaması araşdırılmamış, qeydə alınmayan koordinatlar daxilində torpaq sahəsinin iddiaçının mülkiyyətind ə olan torpaq sahəsi olması barədə gəlinən qənaət də səhv olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfin 22 dekabr 2015-ci il tarixli müqaviləni qeydiyyatdan keçirməməsi, mübahisəli torpaqların bələdiyyəyə deyil, meşə fonduna aid olmasını mübahisələndirsə də, mübahisəli torpaq sahəsinə dair bələdiyyə tərəfindən verilmiş torpağın alqı-satqısına dair aktı və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarını mübahisələndirməməsinə dair qənaəti də yuxarıda sadalanan işin halları baxımından qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi və ya qanuni sahibi olduğunu sübut etməlidir. Çü nki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Lakin işdən görünür ki, mübahisəli torpaq sahəsi bələdiyyə torpaqları olmadığı halda onların verdiyi sənədlər üzrə qaldırılmış iddianın əsaslılığına, bələdiyyənin meşə torpaq fondu torpaqları üzərinə sərəncam verməyinin qanuniliyinə, qeyd edilən torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi olmadığına, sonradan rəsmi sənəddə göstərilən koordinatların yerli icra qurumları tərəfindən dəyişilməsinin qanuni olub-olmamasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə (haki mlər G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və F.Zeynallı, iş № 2(105)-1355/2020) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə 05 sentyabr 2017-ci il tarixli 2(074)39/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X6 cavabdeh "xxxx" İstirahət Mərkəzinə qarşı torpaq sahəsindən cavabdehə məxsus köşklərin çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin predmeti ilk növbədə tərəflərin mübahisələndirdikləri torpaq sahəsi onun hüdudlarıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X16 Departamentinin 17/1528-01 saylı 15 iyul 2016-cı il tarixli məktubuna görə, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi birmənalı olaraq "xxxx" MMC-nin istifadəsində-sahibliyindədir. Birinci instansiya məhkəməsi o halı nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumu tərəfindən həmin mübahisəli torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi üzrə olan 4160 saylı 31 may 2016-cı il tarixli tərəflərin imzaları ilə təsdiqlənmiş komissyon aktdan göründüyü kimi, adı gedən torpaq sahəsi məhz "xxxx" MMC-nin istifadəsindədir. İş üzrə alınmış mütəxəssis rəyində O.E.İbrəhimova məxsus torpağın plan və ölçüsü sənədinə (həmçinin koordinatların dəyişdirilməsi barədə əlavə edilmiş aktda) göstərilən koordinatlara əsasən mübahisələndirilən 0,7 ha torpaq sahəsi Avaxıl bələdiyyəsinin sərhədindən kənarda Dövlət meşə fondunun hüdudları daxilində yerləşir. Göründüyü kimi bələdiyyə yal nız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər. Hazırki işdə iddiaçıya satılmış torpağın Avaxıl bələdiyyəsinin ərazisindən kənarda yerləşdiyi və bələdiyyə torpağı olmadığı dövlət meşə fondu olduğu müəyyən edilmişdir. Ekspert rəyləri ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçı O.E.İbrəhimova verilmiş 09 dekabr 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,7 ha torpaq sahəsinin naturada O.İbrəhimovun faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Yəni iddiaçı rəsmi sənəddə göstərilən koordinatlar daxilində ona ayrılmış torpaq sahəsindən deyil, başqa yerdə yerləşən torpaq sahəsindən istifadə edir və mütəxəssis və ekspert rəyinə əsasən cavabdehin iki ədəd köşkü məh z O.E.İbrəhimovun faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 10 avqust 2020-ci il tarixli m/521 saylı məktubdan görünür ki, O.E.İbrəhimovun mülkiyyətində olan Şamaxı rayonun Nagaraxana kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi Şamaxı şəhəri ərazisində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və Şamaxı rayonun Nagaraxana kəndində ümumibirgə mülkiyyətdə olan 4.72 ha əkin torpaq sahəsi vardır. Şamaxı rayonun Avaxıl kəndi ərazisindən O.E.İbrəhimovun adına hər hansı bir torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə qüvənli nəticə çıxarmaga əsas verməlidir. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və K.Bədəlov, iş № 2(102)1048/2021) iddiaçı X12 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1355/202 0 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəlki kassasiya baxışının nəticəsində qəbul edilmiş qərarda kassasiya instansiyası məhkəməsinin göstərişlərindən biri də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya verilmiş 09.12.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına dəyişdirilməsi barədə aktların (cild İ i.v 145, cild İİ i.v 60) mötəbərliyinə qiymət verilməsi ilə bağlı olmuşdur. Lakin işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi bu göstəriş üzrə heç bir araşdırma və ya hüquqi dəyərləndirmə aparmam ış və ümumiyyətlə qətnaməsində həmin məsələyə toxunmamış və bununla da MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsində dördüncü icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), H.Babayeva və M.Rzayev, iş № 2(105)-1608/2021) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şamaxı rayon məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qətnaməsinin xərclərin tutulması hissəsində dəyişdirilməsi, cavabdeh "xxxx" MMC-dən ekspert tədqiqatının dəyəri 150 (yüz əlli) manat Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, mütəxəssis tədqiqatının dəyəri 258 (iki yüz əlli səkkiz) manat, 98 (doxsan səkkiz) qəpik Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi, apelyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu isə cavabdeh "xxxx" MMC-nin özünə aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki apelyasiya icraatı zamanı kassasiya instansiya məhkəməsinin son göstərişi nəzərə alınaraq, məhkəmə iclasları müvafiq inzibati aktların inzibati icraat qaydasında mübahisələndirilə biləcəyi ehtimalı ilə bir neçə dəfə təxirə salınmış, lakin müvafiq inzibati akt məhkəmə icraatı gedən dövr ərzində ləğv edilməmiş və ya dəyişdirilməmiş, yaxud inzibati icraat qaydasında mübahisələndirilməmiş, məhkəmə kollegiyasına bu barədə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmə üçün həmin inz ibati aktın qanuniliyi prezumpsiyası qüvvədədir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddianı qismən təmin edərək, Şamaxı rayon Avaxıl kəndində yerləşən iddiaçı X8 məxsus torpaq sahəsindən cavabdeh "xxxx" istirahət mərkəzinə məxsus üç ədəd köşkdən ikisinin çıxarılması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" MMC (vəkil X17) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1608/2021 nömrəli iş üzr ə 19 may 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə "xxxx" MMC arasında bağlanmış 2005-ci il tarixli müqavilə və 2007-ci il tarixli əməkdaşlıq sazişindən görünür ki, departament «Dədəgünəş» meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsini istirahət-rekreasiya məqsədilə "xxxx" MMC-nin istifadə-sahibliyinə vermişdir. 22 dekabr 2015-ci il tarixli 001 saylı müqavilənin surətindən görünür ki, snın Şamaxı bölməsi “Dədəgünəş” meşəbəyliyi 5 hektar torpaq sahəsini "xxxx" MMC-nin ödənişli əsaslarla müddətli istifadəsinə verməyi öhdəsinə götürür. İstif adəçi-cavabdeh həmin obyektin istifadəsinə görə bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada istifadəyə verənə istifadəyə görə haqqı ödəməyi, habelə müqaviləyə xitam verildikdə obyekti qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflər arasında 10 il müddətinə bağlanmışdır. Mütəxəssislərin verdiyi 20 dekabr 2018-ci il tarixli rəydən görünür ki, İddiaçı məxsus torpağın planı və ölçüsü sənədlərdə (əlavə edilmiş aktda) göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən «Bulaq» kafe kompleksinin ərazisi ilə üst-üstə düşmür. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən bundan sonra 26 dekabr 2018-ci il tarixli rəy vermiş və həmin rəydən görünür ki, Ağsu LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əlavə edilmiş cizgi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş 09.12.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 7000 kv.m torpaq sahəsi naturada İddiaçı istifadəsində olan torpaq sahəsinin faktiki sərhədləri ilə üst-üstə düşmür. Ağsu LTİ-nin mütəxəssislərinin rəyinə və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qorunması və Xüsusi Mühafizəsi olunan təbiət ərazilərinin inkişafı departamentinin 30.11.2016-cı il tarixli məktubuna əsasən Şamaxı rayonu Avaxıl kəndində mübahisələndirilən 0.70 ha torpaq sahəsi Şamaxı rayon Avaxıl Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda DMF-nun (sna ayrılmış) torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı ayrılmış 0,70 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 09.12.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin «Bulaq» kafe Kompleksinin ərazisindən kənarda yerləşdiyi müəyyən edildi. Ağsu LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş 20 may 2019-cu il tarixli rəyə əsasən İddiaçı məxsus «Torpaq sahəsinin plan və ölçüsü» sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən «Bulaq» kafe kompleksinin ərazisi ilə üst üstə düşmür. Bundan sonra Ekspertiza Mərkəzinin 12 iyun 2019-cu il tarixli ekspertiza rəyinə əsasən İddiaçı məxsus «Torpaq sahəsinin plan və ölçüsü» sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndiriən «Bulaq» kafe kompleksinin ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Mübahis əli torpaq sahəsinin üst üstə düşüb-düşməməsi ilə əlaqədar yaranmış ziddiyyət məhkəmə tərəfindən həll olunmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X13 və vəkili X17 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. İddiaçı və vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onu n iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin şəxsin şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3.-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etməd ən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütü n gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 238.1.-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlə r əsasında təyin edilir. 238.2.-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 239.1.-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yo l verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert eksperti za apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7-ci maddəsnə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası he sab edir ki, iddianın təmin olunan hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, həmin hissə üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə (iddianın təmin olunan hissəsi) ləğv olunmalı və həmin hissədə yeni qərar qəbul olunaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mübahisələndirilən hissəsinin təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi və ya qanuni sahibi olduğunu sübut etməlidir. Çünki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surə tdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Lakin işdən görünür ki, bundan əvvəl qəbul olunmuş kassasiya instansiyası məhkəməsinin qərarlarında məhz bu dəlilin araşdırılması da göstəriş olaraq apellyasiya instansiyası məhkəməsi qarşısında qoyulmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələblərinə tam əməl etməyərək, kassasiya məhkəməsinin qərarlarında şərh edilmiş göstərişlər üzrə ətraflı araşdırma aparmamış, ekspertin rəylərini digər sübutlarla birgə qiymətləndirməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X15 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş 05/0047 saylı 20 may 2019-cu il tarixli rəyə əsasən X8 məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmür. X2 məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktda göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşür. “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsində olan üç ədəd köşkün iki ədədi X8 məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 iyun 2019-cu il tarixli 8202 saylı ekspert rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövl ət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X15 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən, X8 məxsus “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmədiyi, X2 məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi ilə əlaqədar yaranmış ziddiyyət məhkəmə tərəfindən həll oluna bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə -X15 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən, “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsindəki üç ədəd köşkün iki ədədinin X8 məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İşdə olan sübutlar və ekspert rəylər ilə müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin yerdə quruluşunun müəyyən edilməsi ilə bağlı üç sübuta istinad edir. Bunlardan birincisi X8 məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədi, digərləri isə mülki işin 1-ci cildinin 145-ci səhifəsində olan plan sxemin əlavəsi olan tarixsiz akt və mülki işin 2-ci cildinin 60-cı səhifəsində olan 14.01.2015-ci il tarixdə tərtib olunmuş aktdır. Mütəxəssis və alınmış ekspertiza rəylərin də hər üç sənədə müvafiq nəticələr qeyd edilmiş və müvafiq olaraq torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin məhkəmələrə aid olması göstərilmişdir. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edildiyi kimi yuxarıda istinad olunan aktlar əsasında nə həmin vaxt müvafiq olaraq torpaq sahəsinin plan və ölçü sənədini tərtib etmək səlahiyyətinə malik olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, nə də Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı aparmaq səlahiyyətinə malik olan reyestr xidməti və onun aidiyyəti qurumu tərəfindən müvafiq koordinatlar əsasında qeyd aparılmamışdır. Məhz bu mövqedən çıxış edən mütəxəssis və ekspert bu halların aydınlaşdırılmasının məhkəmənin səlahiyyətinə aid olmasını göstərmişdir. Nəzərə alınmalıdır ki, yeni koordinatlar əsasın da torpaq sahəsinin plan ölçüsü və müvafiq koordinatlar əsasında reyestr qeydiyyatının aparılmasından sonra iddiaçının əvvəlki kassasiya icraatlarında göstərildiyi kimi iddiaçının torpaq sahəsinin qanuni sahibi olduğu müəyyən olunar və həmin torpaq sahəsində yerləşən tikililərin sökülməsini tələb etmək imkanı əldə edərdi. Belə müəyyənliyin olmadığı halda iddiaçının qanuni sahibliyi yalnız 09.12.2014-ci il tarixdə verilmiş plan sxem əsasında müəyyən olunmuş hüdudları daxilində tanınır və qorunur. Həmin sənəd əsasında aparılmış araşdırmanın nəticəsi isə mübahisəli iki ədəd köşkün iddiaçıya aid olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi artıq müəyyən olunmuşdur. Belə müəyyənliyin olduğu halda isə iddiaçının ona aidliyi və qanuni sahibliyi müəyyən olunmayan torpaq sahəsində yerləşə n köşklərin çıxarılması ilə bağlı tələb hüququnun olması istisna olunur. Apellyasiya məhkəməsi isə işin bu hallarının müəyyən olunmasına baxmayaraq, həmin hallar üzrə mövcud olan sübutları qarşılıqlı olaraq qiymətləndirilmədən iddianı mübahisələndirilən hissədə təmin olunmuş hissəsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlməmişdir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv olunmalı və həmin hissədə iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq nəticəyə uyğun olaraq məhkəmə xərclərinin ödənilməsi iddiaçıya aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı Qərara aldı: Cavabdeh "xxxx" Firması MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1608/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv olunsun və həmin hissədə yeni qərar qəbul edilsin. Şamaxı rayonu Avaxıl kəndində yerləşən iddiaçı X8 məxsus torpaq sahəsindən cavabdeh "xxxx" istirahət mərkəzinə məxsus 2 ədəd köşkün çıxarılması hissəsində iddia təmin olunmasın. İddiaçı X5 ekspert tədqiqatının dəyəri 150 (yüz əlli) manat Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, mütəxəssis tədqiqatının dəyəri 258 (iki yüz əlli səkkiz) manat, 98 (doxsan səkkiz) qəpik tutlusun Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürü
Məhkəmə qərarları › İş №2(102)-4968/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4968/2021
14.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver