Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4971/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)11860/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.B.Axundov, iş № 2(004)-123/2019) iddiaçı ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 80.100 manat, faiz borcu üzrə 17.622 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi üzrə 12.476,73 manat, cəmi 110.198,73 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 23,3 kv.m yaşayış sahəsi olan 75,5 kv.m yardımçı sahədən ibarət olan bağ evinə yönəldilmiş və evin açıq hərracdan satılması, evin açıq hərracdan satışından əldə olu nan pul vəsaiti hesabına Cavabdeh “xxxx” ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 90.000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 23,3 kv.m yaşayış sahəsi olan 75,5 kv.m yardımçı sahədən ibarət olan bağ evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh mənzili könüllü surətdə boşaltmadıqda həmin evin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmə dov və İ.S.Şirinov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi, xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 104.000 manat məbləğində müəyyən olunmuş, qətnamə Cavabdeh apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Q.A.Əsgərov, E.R.Vəliyeva və Ə.G.Nurməmmədov, iş № 2(102)1438/2020) iddiaçı ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması F ondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iş üzrə Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 22 faiz olmaqla 12 ay müddətinə 80.100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi borclu Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən bağ evi ipoteka ilə yüklü edilmişdir. 2018-ci ilin yanvar ayında bankın ləğvedicisi iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 110.198 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun cavabdehdən bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulm ası ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən (kredit borcunun tutulması) hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “xxxx” ASC ilə Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas və faiz borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya instansiy ası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən tutulmalı olan faiz borcuna dair hissədə dəyişdirilmədən saxlayarkən iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyinə istinad etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e
Məhkəmə qərarları › İş №2(102)-4971/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4971/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver