Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4974/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 cavabdeh Bakı şəhəri 9 saylı xüsusi internat məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh Bakı şəhəri 9 saylı xüsusi internat məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-3975/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X2 1994-cü il tarixdə Respublika təsərrüfat hesablı «Loğman» tibb məktəbinin müalicə işi şöbəsinə daxil olmuş və 1997-ci ildə feldşer ixtisası üzrə tam kursu bitirmişdir. 10 mart 1997-ci il tarixdə ona feldşer ixtisası verilmişdir.
2. İddiaçı ilə cavabdeh məktəb arasında 15 sentyabr 2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində tibb bacısı vəzifəsində çalışanların təhsil haqqında sənədlərinin yoxlanılmas ı istiqamətində araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 4 nəfərin orta tibb təhsili aldığı barədə arxiv materiallarında məlumat aşkar edilməmiş, 9 nəfərin təhsil haqqında sənədi isə orta ixtisas tibb təhsili müəssisələri tərəfindən verilməmişdir. Qeyd olunan şəxslərin siyahısında E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin tibb bacısı işləmiş X1 adı da göstərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 05-09-548/13 saylı məktubunda yuxarıda qeyd olunanlara əsasən təhsil haqqında sənədləri təsdiq olunmamış şəxslərin tibb bacısı vəzifəsində fəaliyyət göstərməsi mümkün hesab edilməmişdir. 4. xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Re spublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmiş, həmin tarixdə işçi əmək kitabçasını aidiyyatı qeydiyyat sənədini (tabeli) imzalamaqla qəbul etmiş, həmin tarixdə işdən azad olunduğunu rəsmi şəkildə öyrənmiş, işdən azad edilmə barədə əmrin tarixi, nömrəsi və əmrin verilməsi əsası əmək kitabçasındakı müvafiq qrafalara işlənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı X2 cavabdeh Bakı şəhəri 9 saylı xüsusi internat məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa olunması və məcburi işburaxmaya görə itirdiyi əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-642/2022 nömr əli, 14 fevral 2022-ci il tarixli protokolu ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilməsi qərara alınmışdır.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməmiş, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçının qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən buraxaraq, 4 ay sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, bununla da, iddia müddətini ötürdüyünü bildirmişdir. Bu səbəbdən, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-642/202 2 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilmişdir.
9. Məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı məhkəməyə iddia ərizəsi ilə yalnız 18 yanvar 2022-ci il tarixdə, iddia müddətini 4 aydan artıq ötürməklə müraciət etmişdir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 296.2, Mülki Məcəllənin 375.2 və Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ona işəgötürən tərəfindən işdən azad edilmə barədə əmrin surəti verilməmişdir.
12. Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-3975/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov - sədrlik edən və məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyasının qənaəti belə olmuşdur ki, iddiaçı tərəfindən əmək kitabçası xx.xx.2021-ci il tarixdə alınmış, mediasiya üçün müraciət isə xx.xx.2021-ci il tarixdə edilmişdir. Yəni, iddiaçı tərəfindən hüququnun pozulduğunu aşkar etdiyi gündən müraciət etmək üçün müəyyən edilmiş müddət artıq ötürülmüşdür, bu müddət ötürüldükdən sonra mediasiyaya müraciət etməsinin müddətin dayandırılmasına əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı ka ssasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmiş və kassasiya şikayətini Əmək Məcəllənin 83.2-ci maddəsinə istinad etməklə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
16. Maddə 68-ci maddənin 1-ci hissəsi. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
17. Maddə 68-ci maddənin 2-ci hissəsi. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: (“a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqaviləsinin müddətinin qurtarması; (“c”) əmək ş əraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
18. Maddə 83-cü maddənin 2-ci hissəsi. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
19. Maddə 296-cı maddənin 2-ci hissəsi. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün h allarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
20. Maddə 296-cı maddənin 3-cü hissəsi. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 417.1.1. Kassasiya məhkəməsi iş ə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı t am yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. İşin mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə xitam verilmiş, həmin tarixdə işçi əmək kitabçasını aidiyyatı qeydiyyat sənədini (tabeli) imzalamaqla qəbul etmiş, həmin tarixdə işdən azad olunduğunu rəsmi şəkildə öyrənmiş, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir.
31. Əmək Məcəlləsinin 296-cı maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşk ar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübut lara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
33. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
35. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3975/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.