Məhkəmə qərarları › İş №2(102)-4975/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4975/2022

15.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4975/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2903/2022 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən ve rilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2015-ci ildən "xxxx" ASC-nin İnformasiya Texnologiyaları Departamentində mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci ildə isə “Baş mühəndis” vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 171 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatların ixtisar edilməsi) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, 171 nömrəli əmrinin ləğv edilməsi, İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsinə bərpa olunmağı, cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, 8.092,63 manat ödənilməmiş əmək haqqının, 2021-ci ilin mart, aprel, may ayları üçün gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 11.003,73 manat ödəncin, 5.281,25 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin və mənəvi zərərə görə 5.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi, xx.xx.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin iyun ayının əmək haqqısının 1 faizi; xx.xx.2021-cil tarixdən başlayaraq ödəmən in həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin iyul ayının əmək haqqısının 1 faizi; xx.xx.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin avqust ayının əmək haqqısının 1 faizi; xx.xx.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021ci ilin sentyabr ayının işlədiyi günlərinə görə əmək haqqısının 1 faizi məbləğində ödənc hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-də 2015-ci ildən çalışmağa başlamışdır. Bu müddət ərzində əmək intizamına ciddi şəkildə riayət etmiş, öz əmək funksiyalarından irəli gələn öhdəliklərini lazımı qayda yerinə yetirmiş, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Lakin son vaxtlar ASC-nin rəhbərliyinin dəyişməsi ilə birlikdə kütləvi şəkildə işdən çıxarmalar başlamışdır. Ona işdən çıxmağı ilə bağlı olaraq dəfələrlə ərizə yazmağı təkid etmişdirlər. Lakin o, ərizə yazmaqdan imtina etmişdir. Buna görə də rəhbərlik tərəfindən ona işdən çıxarmaq üçün işçilərin sayının ixtisarı adı ilə ona xx.xx.2021-ci il tarixdə bildiriş verilmiş və həmin tarixdə də əmək müqaviləsinə xitam verilməsi barədə 171 saylı əmr verilmişdir. Qeyd edir ki, çalışdığı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İnformasiya Texnologiyaları Departamentinin işçilərinin sayının ixtisarı barədə hər hansı əmr və ya qərar ona təqdim və ya elan edilməmişdir. Belə ki, ASC-nin belə bir əmri olmuş olsaydı onda həmin əmrin tarixi və nömrəsi xx.xx.2 021-ci il tarixli, 171 nömrəli əmrdə əmrin verilməsi əsası kimi göstərilməli idi. Lakin xx.xx.2021-ci il tarixli, 171 nömrəli əmrdə əmrin verilməsi əsası kimi ”İddiaçı xx.xx.2021-ci il tarixdə təqdim edilmiş bildiriş” göstərilmişdir ki, bununla da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur.

4. Bundan başqa "xxxx" ASC İnformasiya Texnologiyaları Departamentindən ondan başqa heç bir əməkdaşla əmək münasibətlərinə xitam verilməmişdir. Bildirmək istəyir ki, həmin Departamentin direktoru və baş mütəxəssisi vəzifəsində çalışan işçilər bir il müddətində həmin vəzifədə çalışmışdır. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunması zamanı işçinin işdə saxlanmaq üçün üstünlük hüququ nəzərə alınmamışdır. Bununla da Əmək Məcəll əsinin 78-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin bildirmişdir ki, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməli idi. Lakin işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixli, 171 nömrəli əmri verilərkən göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Bununla da Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyə tinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin ona işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü verilməmişdir. Bildirmişdir ki, cavabdehlə olan əmək müqaviləsinə əsasən əmək haqqı 2810 manat təşkil etmişdir. Həmin məbləğdən məcburi dövlət sosial sığorta haqları və digər ödənişlər çıxıldıqdan sonra əmək haqqı kartına hər ay 2.472,75 (iki min dörd yüz yetmiş iki manat yetmiş beş qəpik) manat məbləğində əmək haqqı köçürülmüşdür. Lakin işdən çıxarıldığı xx.xx.2021ci il tarixinə 2021-ci ilin mart, aprel, may, iyun, iyul, avqust və sentyabr dekabr ayının işlədiyi günləri üçün əmək haqqı, həmçinin istifadə edilməmiş 65 gün əmək məzuniyyətinə görə pul əvəzi cavabdeh tərəfindən ona ödənilməmişdir. İşdən çıxarıldıqdan sonra müxtəlif vaxtlarda 2021-ci ilin mart, aprel, may aylarının əmək haqqı əmək haqqı kartına köçürülmüşdür. Digər aylar üçün əmək haqqı və məzuniyyət günlərinə görə pul əvəzi isə hazıradək ödənilməmişdir. Onun hesablamalarına əsasən sosial sığorta haqları və digər məcburi ödənişlər çıxıldıqdan sonra işlədiyi 2021-ci ilin iyun (2472,75 manat), iyul (2472,75 manat), avqust (2472,75 manat) ayları və sentyabr ayının işlədiyi günləri üçün (2472,75\22*6=674,38 manat) ümumilikdə 8.092,63 manat əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq 5.281,25 manat ona ödənilməlidir. Əmək müqaviləsinə xitam verilməsindən 2 aydan çox vaxt keçməsinə baxmayaraq Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə tam riayət edilməmişdir. İşə götürən tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı olaraq Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında X1 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlər etmişdir. Hazıradək cavab verilməmişdir. xx.xx.2021-ci ilin aprel ayından bu günə kimi əmək haqqı cavabdeh tərəfindən gecikdirilmiş və ödənilməmişdir. Bununla da, ona mənəvi zərər vurulmuşdur. Çünki cavabdeh hərəkətlərinə görə 7 ay müddətdə əmək haqqından məhrum olmuşdur. Bu müddət ərzində bir çox maddi sıxıntılar keçirmişdir. Buna görə də mənəvi sarsıntılar və iztirablar yaşamışdır. Ona dəyən mənəvi zərərə görə cavabdeh tərəfindən ona 5000 manat ödənilməlidir. Pozulmuş əmək hüquqlarının bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində q almışdır. Məlumat üçün bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərmişdir. Mediasiya prosesində barışıq əldə edilmədiyindən mediator tərəfindən xx.xx.2021-ci il tarixdə arayış tərtib edilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Eyvazova) 2(005)-430/2022 nömrəli iş üzrə 7 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən məcburi iş buraxmaya görə ödənilməmiş 3.148,41 manat məbləğində əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə 5.281,25 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

6. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin 8.092,63 manat məbləğində məcburi iş buraxmaya görə ödənilməmiş ə mək haqqı hissəsində qismən, istifadə olunmamış məzuniyyətə görə 5.281,25 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı AZ62MUGA**********16512AZM00 hesab nömrəsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan çıxarış məlumatlarından görünür ki, İddiaçı işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən 4.944,22 manat məbləğində pul əmək haqqı kimi ödənilmişdir. Qeyd edilən ödəniş iddiaçı tərəfindən məhkəmədə verilmiş izahatlarla da etiraf edilmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, İddiaçı ödənilməmiş qalan 3148,41 manat (8092,63- 4944,22=3148,41) pul "xxxx" ASC-dən tutulmalıdır. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarda son-haqq hesabların öncədən ödənilmiş hissə çıxılmaqla geri qalan hissədə ödənilməsinə razı olduqlarını bildirmişdir.

7. Birinci instansiya məhkəməsi iddia tələbinin əmrin qanunsuz olması barədə hissəsinə qiymət verərək, hesab etmişdir ki, əmr qəbul edilərkən işəgötürən tərəfindən hüquqdan sui-istifadəyə yol verilməmiş, əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən, əmrin ləğv olunması və iddiaçının işə bərpa olunması üçün əsaslar müəyyən olunmamış, iddia tələbinin gecikdirilmiş əmək haqqına görə faizlərin ödənilməsi hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, əmək haqqının gecikdirilməsində işəgötürənin təqsirliliyi sübuta yetirilməmiş, iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı iddiaçının zəruri sübutlar təqdim etməməsi ilə əsaslandırmışdır.

8. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa e dilməsinə dair tələbini kifayət qədər əsaslandırmadığından və sübutetmə yüklülüyünü daşıyan iddiaçı tərəfindən mötəbər sübutlarla sübuta yetirilmədiyindən iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh müəssisədə işləmiş, bundan sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilmiş, onun işlədiyi dövrün əmək haqqının verilməsi işəgötürənin (cavabdehin) təqsiri üzündən gecikdirilməsi sübut olunmadığından iddia bu hissədə əsaslı sayıla bilməz və müvafiq iddia tələbinin dispozitiv şərtləri mövcud deyildir.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübut olunmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçı şəxsin xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pul vəsaiti hissəsində rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 68.1, 68.2, 70, 77, 78.2, 80,83, 172, 172.5, 287, 288, 292-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin “ iddianın qalan hissədə təmin edilməməsi” hissəsində ləğv edilməsi, cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 171 nömrəli əmrinin ləğv edilməsi, - "xxxx" ASC İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsinə bərpa olunmağı, cavabdeh tərəfindən məcb uri iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, - Mənəvi zərərə görə 5.000 manatın, - 2021-ci ilin mart, aprel, may, iyun və iyul ayları üçün gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 16.765,25 manat ödəncin, xx.xx.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin avqust ayının əmək haqqısının 1 faizi; 8.09.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021ci ilin sentyabr ayının işlədiyi günlərinə görə əmək haqqısının 1 faizi məbləğində ödəncin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qərar qəbul edəsiniz.

13. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) 2(103)-2903/2022 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(005)-430/2022 saylı qətnaməsinin qismən – iddia tələbinin əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulmasının təmin olunmaması hissələrində ləğv edilməsi, iddia tələbinin həmin hissələrinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, İddiaçı işlədiyi dövr üçün 2021-ci il mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üçün ödənilməli olan əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 1 (bir) faiz hesablanmaqla, cəmi 21.393,78 (iyirmi bir min üç yüz doxsan üç manat yetmiş səkkiz qəpik) manat ödəncin cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə görə işəgötürən tərəfindən işçilərin sayı azaldıldıqda və ya ştatlar ixtisar olunduqda, əmək müqaviləsini ləğv etməzdən əvvəl işçini rəsmi qaydada xəbərdar etməyə borcludur. Lakin iş materiallarından görünür ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin həmin tələblərinə əməl edilməmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə münasibətdə də əmr əsaslı hesab edilə bilməz. Həmin normada işçiyə xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının bir dəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilməsi işçinin razılığı ilə ola bilər. Lakin, iş materialları ilə iddiaçının əmək müqaviləsinə həmin əsasla xitam verilməsinə razılıq verilməsi müəyyən edilmir. Ona təqdim edilmiş bildiriş isə razılıq kimi qiymətləndirilə bilməz. Çünki, bildiriş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr eyni gündə verilmişdir. Bundan başqa mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğun əsaslandırılmamış, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olan rəsmi sənədlər əmrdə göstərilməmişdir. Həmçinin işin materiallarında cavabdeh təşkilatda işçi sayının ixtisarının aparılması, bu ixtisarın əsasları, hansı ştatların ixtisarı barədə müvafiq əmr, sərəncam, qərar olmasını təsdiq edən sübutlar mövcud deyil və əmrdə bu barədə hər hansı bir məlumat öz əksini tapmamışdır. Əmək Məcələsinin 84.2-ci maddəsinin tələblərinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən əmr qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni hesab edilə bilməz. Lakin, iş ə baxan birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin qeyd edilən tələblərini nəzərə almamış, yalnız ümumi formada cavabdeh tərəfindən əmr qəbul edilərkən sui-istifadəyə yol verilməməsi qənaətinə gəlmiş, həmçinin əmək müqaviləsinə xitam verildikdən sonra həmin ştata işçi qəbul edilməməsi barədə nəticəyə gəlsə də, həmin nəticəni hər hansı bir sübutla əsaslandırmamışdır.

16. Kollegiya həmçinin qeyd etmişdir ki, əmrin qanunsuz olması barədə iddiaçının dəlillərinə cavabdeh tərəfindən hər hansı bir yazılı etiraz təqdim edilməmiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak edərkən iddianın əmrin qanunvericiliyin tələblərinə uyğun olmaması barədə dəlillərinə hər hansı bir münasibət bildirməmiş, həmçinin apellyasiya məhkəməsi kollegiyasının həmin dəlillərlə bağlı cavabde h təşkilata verdiyi rəsmi sorğuya hər hansı bir münasibət (baxmayaraq ki, sorğu rəsmi olaraq cavabdeh tərəfindən qəbul olunmuşdur) bildirilməmiş, apellyasiya şikayətinə etiraz, mülahizə bildirilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi əmək qanunvericiliyinin normalarının tələblərini hazırki iddia tələbinin qiymətləndirilməsi hissəsinə tətbiq edərək hesab etmişdir ki, iddiaçıya verilməli olan əmək haqqı gecikdirildiyi üçün, gecikdirilmiş günlərin sayına uyğun faizlər hesablanmalıdır. Cavabdeh iddiaçıya verilməli olan əmək haqqının gecikdirilməsinin onun təqsiri üzündən olmaması (Əmək Məcəlləsinin 172-ci maddəsinin qeydinə əsasən) barədə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). Cavabdehin nümayəndəsi iddia tələbinin qeyd edilən hissəsinə etiraz edərək, rədd edilməsini xahiş etsə də, öz etirazını hər hansı bir sübutla, dəlillə əsaslandırmamış, həmçinin məhkəmə kollegiyasının həmin xüsusatların aydınlaşdırılmasına dair sorğusuna cavab verməmişdir. Bu da, kollegiyaya iddia tələbinin həmin hissəsinin əsaslı olması barədə qənaətə gəlməyə əsas vermişdir.

18. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun tutulması barədə iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və həmin hissədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Hazırki işdə iddiaçının iddia tələbinin təmin edilib əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi, iddia tələbində tələb edilən əmək haqqı, məzuniyyət pulu, ödəncin verilməsinin təmin olunması, mənəvi zərərin kompensasiya edilməsi kimi də qiymətləndirilir və əlavə pul vəsaitinin tutulmasına zərurət yoxdur.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70.1, 71.1, 77.1, 77.4, 83.1, 83.2, 84.1, 84.2, 172,300.1-ci maddələrinə, Azərbaycan Respublikası MPM-in 217.1, 384.0.2, 385.1.1, 386, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, qərar çıxarmış məhkəmə iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqı ilə razılaşdırılmadığını qeyd etmiş, bundan öncə sorğu versə də, cavabdehin sorğunun cavablandırılması üçün iclasın təxirə salınması xahişinə məhəl qoymamış və ədalətsiz qərar çıxarmışdır. Halbuki, məhkəmə iclası təxirə salınsaydı, cavabdehin nümayəndəsi həmkarlar ittifaqının protokolunu məhkəməyə təqdim edəcəkdi. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, qanunvericiliyin tələblərini pozmuş, müəyyən qanunvericilik normalarını düzgün tətbiq etməmişdir.Hakim sadəcə qarşı tərəfin təqdim etdiyi sübutlarla kifayətlənmişdir.

22. Kassator kassasiya şikayətini Mülki Məcəllənin 6-cı, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8-ci, Əmək Məcəlləsinin 80, 154, 172.5-ci, MPM-in 9, 218.1-ci maddələrinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

24. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

25. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

26. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

27. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmı ş əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

28. Maddə 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

29. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu M əcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

30. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

31. Maddə 172.1 Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilm əlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

32. Maddə 172.2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

33. Maddə 172.3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

34. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

47. Kassasiya kollegiyası kassatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

48. Məhkəmə kollegiyası h esab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 3 72.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2903/2022 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar