Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4976/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənzilin sahəsinə görə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(103)3516/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşi n halları İşin hallarına görə, 01 aprel 2010-cu il tarixli, AK-37 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin “Kredit-İnvest” filialı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 2 saylı evin 1 otaqlı, ümumi sahəsi 66,31 kv.metr olan 17 saylı mənzilinin satın alınması üçün İddiaçı 141 ay mülddətinə 22.142,33 manat məbləğinlə kredit verilib. 01 aprel 2010-cu il tarixli, AK-37 saylı ipoteka müqaviləsinə əsasən, İddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 2 saylı evin 1 otaqlı, ümumi sahəsi 66,31 kv.metr 17 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulub. 11 dekabr 2010-cu il tarixli Akta əsasən, satıcı “X1” MMC-ti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 2 saylı evin 17 saylı mənzilini 06 yanvar 2007-ci il tarixli, 1320 saylı müqavilənin 3.1.23-cü maddəsinə uyğun olaraq alıcı İddiaçı təhvil verib, sonuncu isə həmin mənzili təhvil alıb. 26 may 2021-ci il tarixli “Texniki Pasporta” əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə 2019-cu ildə inşa edilmiş 2 saylı binanın sənəd üzrə torpaq sahəsi 0,11 ha, faktiki sahəsi 0,11 ha-dır, X satılmış 17 saylı mənzil binanın 3-cü mərtəbəsində yerləşir və 1 otaqlı olmaqla mənzilin ümumi sahəsi 54.1 kv.metr, yaşayış sahəsi isə 20,1 kv.metrdir. Otaqların təyinatına görə mənzil sahəsi 12,8 kv.metr olan dəhlizdən, sahəsi 15,0 kv.metr olan mətbəxdən, sahəsi 20,1 k v.metr olan yaşayış otağından, sahəsi 3,9 kv.metr olan sanitar qovşağından və sahəsi 2,3 kv.metr olan balkondan ibarətdir. 31 may 2021-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci mahəllədə yerləşən, 2 saylı evin ümumi sahəsi 54,10 kv.metr 17 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 04 oktyabr 2021-ci il tarixdə İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə cavabdeh “X1” MMC-nə (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, cavabdehdən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X küçəsi, 2 saylı evin, 1 otaqlı, ümumi sahəsi 54,10 kv.metr olan 17 saylı mənzili üçün müqaviləyə əsasən 12,21 kv.metr sahəyə görə artıq ödədiyi 10,94 0 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, onunla cavabdeh arasında olan razılaşmaya əsasən, sonuncunun layihəsindən biri olan sözügedən mənzili "xxxx" ASC-nin “Kreditİnvest” filialı ilə 01 aprel 2010-cu il tarixli kredit müqaviləsi bağlamaqla ipoteka yolu ilə satın alıb. İpoteka müqaviləsinə əsasən mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilib Bank tərəfindən cavabdehə 22.142,33 manat pul ödənilib. Kredit müqaviləsi ilə müəyyən edilmiş 22.142,33 manat pul vəsaitini o, 141 ay müddətinə Banka ödəyib. 11 dekabr 2010-cu il tarixli Akta əsasən cavabdeh ümumi sahəsi 66,31 kv.metr olan mənzili ona təhvil verib. 10 noyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən mənzilin pay haqqını tam məbləğdə ödəyib və onun mənzilin kommunal xərclərinə görə borcu yoxdur. Mənzilə mülkiyyət hüququna dair onun adına verilmiş 31 may 2021-ci il tarixli Çıxarışda, habelə 26 may 2021-ci il tarixli “Texniki Pasport”da mənzilin ümumi sahəsinin 54,10 kv.metr olduğu müəyyən edilib. Bundan sonra, mənzildə ölçmə işləri aparılarkən, məlum olmuşdur ki, cavabdeh tərəfindən mənzilin ümumi sahəsi çox göstərilməklə, Banka sənədlər təqdim edilib və nəticədə ondan 12,21 kv.metr sahənin pulu artıq olmaqla Banka ödətdirilib. Bu barədə cavabdehə müraciət etsə də, bunun heç bir nəticəsi olmayıb. Cavabdehlə onun arasında sahəsi 66,31 kv.metr olan mənzilə dair razılaşma olsa da, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyib və nəticədə aldadaraq ona sahəsi 54,10 kv.metr olan mənzil verilib. Bu səbəbdən də cavabdeh onun Bank a artıq sahə üçün ödətdirdiyi pul vəsaitini geri qaytarmalıdır. Həmin dövrdə mənzilin 1 kv.metrinə görə Banka faizi ilə birlikdə təxminən 896 manat olmaqla, 12,21 sahə üçün ümumilikdə 10.940 manat pul ödəyib. Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 10/6439 saylı ekspert rəyinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələbləri nəzərə alınmaqla, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin 2-ci binasının 3-cü mərtəbəsin də yerləşən 17 saylı mənzilin ümumi sahəsi 54,1 kv.metr olduğu müəyyən edilir. Mənzilin divarlarının, arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə, ümumi sahəsi 66,31 kv.metr olduğu müəyyən edilir. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh iddiaçının mübahisələndirdiyi öhdəlikləri pozmayıb və belə olan halda iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilədə göstərilən mənzilin sahəsi ilə ekspertin rəyi ilə müəyyən edilmiş sahə üst-üstə düşür və iddiaçının mülkiyyətində olan mənzilin sahəsinin 66,31 kv.metr olduğu müəyyən edilir. Maddi hüquq normal arının tələblərinə və işin faktiki hallarına görə, iddiaçının tələbi əsassızdır. İddiaçının təqdim etdiyi sübutlar işin faktiki halları üzrə tam olaraq öz təsdiqini tapmır. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 421.1, 421.2, 437.1, 568.1, 577.1, 578.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edib. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi istinad edilən maddi hüquq normala rını deyil, qanunvericiliyə uyğun olmayan “ümumi sahə” anlayışını əsas götürməklə iddianı rədd edib və bununla da maddi hüquq normalarını hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Cavabdeh onunla müqavilə bağlayaraq üzərinə öhdəlik götürmüş olduğu halda, öhdəliyini lazımınca icra etməyib. Belə ki, onunla cavabdeh arasında bağlanmış müqavilədə xarici, daxili divarların altı, hebalə digər tikintialtı və yardımçı sahələrin mənzilin ümumi sahəsinə aid edilməsi göstərilməyib. Həmçinin, məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual normaların tələbləri pozulub. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov sədrlik edən, məruzəçi, A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş ü zrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normalarının tələbləri baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Belə ki, iddiaçı, apelyasiya şikayətində ona məxsus mənzilin ümumi sahəsinin 54,1 kv.metr olduğu halda, mənzilin divarları, arakəsmələri, dəhliz və eyvanları, habelə digər yardımçı sahələri də daxil edilməklə, ondan ümumi 66,31 kv.metr sahəyə görə pulun alınmasının qanunsuz olduğunu qeyd etsə də, divarların, arakəsmələrin, dəhliz və eyvanların, habelə digər yardımçı sahələrin mənzilin ümumi dəyərinə daxil edilməli olmaması barədə mötəbər sübutları nə birinci, nə də apellyasiya instan siyası məhkəməsinə təqdim etməyib. Apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb həmçinin qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu qeyd etsə də, həmin pozuntuların nədən ibarət olduğunu şikayətində əsaslandıra bilməyib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelly asiya instansiyası məhkəməsi maddi hüquq normalarını deyil, qanunvericiliyə uyğun olmayan “ümumi sahə” anlayışını əsas götürməklə iddianı rədd edib və bununla da maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməyib. Həmçinin, cavabdeh onunla müqavilə bağlayarkən, üzərinə öhdəlik götürmüş olduğu halda, öhdəliyi lazımınca icra etməyib. Cavabdehlə onun arasında bağlanmış müqavilədə mənzilin ümüumi sahəsinə xarici, daxili divarın altı və digər yardımçı sahələr daxil edilməyib və bununla da maddi hüquq normalarının tələbləri pozulub. Bundan başqa, işə baxan məhkəmələr cavabdehin ümumiyyətlə heç bir etirazını sübut edə bilməməsini nəzərə almayıblar və iş üzrə ziddiyyətli nəticəyə gəliblər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə işt irak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür; 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsinə görə, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 577.2-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır; 578.1-ci maddəsinə görə, satıcı alqı-satqı müqaviləsini pozar aq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə öhdədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər; 646.1-ci maddəsinə görə, daşınmaz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə görə, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyların alqı-satqısına əşyaların alqısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 766-ci maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər; 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bə lədiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 59.2-ci maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normalara görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya insiansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğun dan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmayıb. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərt ləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə birinci və apellyasiya instansiyası məhkəmələrinin baxdıqları mübahisə üzrə öhdəlik münasibətlərinə dair ümumi xarakterli maddi hüquq normalarına, yəni Mülki Məcəllənin 385.1, 421.1, 421.2, 437.1-ci maddələrinin, habelə alqı-satqı münasibətlərini tənzimləyən 568.1, 577.1, 578.1-ci maddələrinin tələblərinə istinad etsələr də, tərəflər arasındakı öhdəlik münasibətlərinin konkret olaraq hansı müqavilədən, yəni alqı-satqı və ya podrat müqavilələrindən ir əli gəldiyini, bu öhdəliklərin, habelə müqavilənin predmetinə dair şərtlərin nədən ibarət olduğunu aydınlaşdırmayıblar və bu xüsusatlara dair konkret maddi hüquq normalarının dispozisiya şərtləri üzrə hüquqi dəyərləndirmə aparmayıblar. Belə ki, əvvəla işdə, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsinə əsas olmuş 06 yanvar 2007-ci il tarixli, 1320 saylı müqavilənin əsli və ya lazımi şəkildə təsdiq edilmiş surəti yoxdur və iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 01 aprel 2010-cu il tarixli, AK-37 saylı ipoteka müqaviləsində, həmçinin mənzilin iddiaçıya təhvil verilməsinə dair onunla cavabdehin əməkdaşları tərəfindən tərtib edilərək imzalanış 11 dekabr 2010-cu il tarixli Aktda, sözügedən müqavilənin tarixinə və nömrəsinə istinad olunsa da, həmin sənədlər üzrə tərəfləri n müqaviləni hansı şərtlərlə bağlamasını müəyyən etmək mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi, tam hüquqlu məhkəmə kimi işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadığı halda, sözügedən müqavilənin əslini və ya lazımi şəkildə təsdiq edilmiş surətini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, işin obyektiv həlli üçün həmin müqavilənin predmetinə dair şərtləri aydınlaşdırmadan, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin alqı-satqı və ya podrat müqavilələrindən irəli gəlib-gəlmədiyini dəqiqləşdirmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İşdən göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək, artıq ödədiyi pulun geri qaytarılmasın ı iddia edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil verilib. Kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayırb hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk nöbədə sözügedən müqavilənin predmetinə dair şərtlər aydınlaşdırılmalı, tərəflər arasında öhdəliyin hansı müqavilədən irəli gəldiyi dəqiqləşdirilməli və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri nəzərə alınmaqla, iddianın əsaslı olub-olmadığına düzgün hüquqi qiymət verilməlidir. Nəzərə alnmalıdır ki, alqı-satqı münasibətlərini tənzimləyən maddi hüquq normalarına görə, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdar da əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə öhdədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər (Mülki Məcəllənin 578.1-ci maddəsi). Həmçinin, podrat münasibətlərini tənzimləyən maddi hüquq normalarının mənasına görə, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (Mülki Məcəllənin 776-cı maddəsi). Digər tərəfdən, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli halcavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (m ənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib- verməməsi iş üzrə sübutetmənin predmeti olub. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandır an halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi). Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi). Hazırki işdə iddiaçı, mübahisəli hala dair sübut kimi sözügedən mənzil barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına verilmiş 26 may 2021-ci il tarixli “Texniki Pasporta” və 31 may 2021-ci il tarixli Çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini iddia edir. Birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədilə tikinti-texniki ekspertiz ası təyin edib və Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli rəyinə görə, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin 2-ci binasının 3-cü mərtəbəsində yerləşən 17 saylı mənzilin ümumi sahəsi 54,1 kv.metr olduğu müəyyən edilib. Mənzilin divarlarının, arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə, ümumi sahəsi 66,31 kv.metr olduğu müəyyən edilib. Ekspert hesablamaları Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablan ması Qaydaların” da nəzərdə tutulmuş qaydalar və əmsallar üzrə aparıb. Apellyasiya instansiyası məhkəməsi, sözügedən ekspert rəyinə əsaslanaraq, gəldiyi nəticəni divarların, arakəsmələrin, dəhliz və eyvanların, habelə digər yardımçı sahələrin mənzilin ümumi dəyərinə daxil edilməli olmamasına dair iddiaçının məhkəməyə heç bir sübut təqdim etməməsi ilə əsaslandırıb. Əvvəla, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinin mənasına görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablandığı halda, bayır, ara divarları, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələr mənzilin ümumi sahəs inə aid edilmir. Digər tərəfdən, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Göründüyü kimi, bayır, ara divarlarının, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələrin mənzilin ümumi sahəsinə aid edilməməsi qanunda imperativ noma kimi müəyyən edilib. Eyni zamanda, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə mənzilə dair “Texniki Pasport”un və Çıxarışın surətlərini təqdim edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında öhdəliyin alqı-satqı və ya podrat müqavilələrindən irəli gəldiyi müəyyən olunduqdan (müqavilə işdə yoxdur) və müqavilənin predmetinə dair şərtlər aydınlaşdırıldıqdan sonra, müqavilə işə əlavə edilmiş digər sübutlarla, yəni mənzilin “Texniki Pasportu”, Çıxarışı ilə birlikdə müqayisəli şəkildə təhlil edilməli, həmin sübutlara tətbiq edilməli maddi hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya veribvermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla da müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməyi aydınlaşdırılmalı və iddia təl əbinə yekun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(103)-3516/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4976/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4976/2022
25.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver