Məhkəmə qərarları › İş №2(102)-4977/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4977/2022

13.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4977/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4977/2022 (Açar sözlər: şikayətin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların, müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1777/2022 nömrəli, 1 avqust 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqi sələfi - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (5 saylı Ərazi İdarəsi) tərəfindən verilmiş və X1 adına rəsmiləşdirilmiş xx.xx.2014cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın, Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, X2 və Cavabdeh2 arasında bağlanmış 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının Quba rayonu, Alpan kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, zəbt olunmuş 0.02 ha torpaq sahəsinin iddiaçıya qaytarılması, DƏDRX-nin 5 saylı Ərazi idarəsinin məlumat bazasına 2014-cü ildə yerləşdirilmiş, sahənin koordinatları bir neçə dəfə dəyişdirilmiş, cavabdeh Xanlarovun adına olan **********77 nömrəli çıxarışın koordinatları əsasında İddiaçı verilmiş **********64 və **********55 nömrəli çıxarışlarda göstərilmiş koordinatların faktiki hasara alınmış sahənin və tikilmiş anbarın yerləşdiyi koordinatlarına uyğun dəyişdirilməsi, Torpaq Məcəlləsinin 13-cü maddəsi və 73-cü maddəsini əsas tutaraq cavabdeh tərəfindən 1.74 ha əkin sahəsi üzərində tikilmiş iki mərtəbəli villa, sauna, yay kafesinin qanunsuz tikililər hesab olunması barədə və torpaqdan məqsədli təyinatına uyğun istifadə edilmədiyinə görə 1.74 ha torpaq sahəsi üzərində cavabdehin hüquqlarına xitam verilməsi, iddiaçıya məxsus olan və cavabdehlər tərəfindən 14 il ərzində zəbt olunmuş 0.02 ha sahəsindən qanunsuz istifadəsi nəticəsində vurulmuş ziyana görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçıya 5000 manat məbləğində kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Quba Rayon Məhkəməsinin 2(027)-1859/2022 nömrəli, 1 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim İlqar Məmmədov) iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuş, iddiaçıya qeyd olunan çıxarışların ləğvi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciə t etməsi, qeyd edilən orqanın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur.

3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində tələb kimi qoyulmuş “çıxarışların etibarsız hesab edilməsi” məsələsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətinə aiddir və o, əslində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər.

4. Məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, bu Qərarın 17-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfin dən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1, 25.1, 31.1, 151.1, 153.2.1, 153.3-cü, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2, 2.2.3-cü, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

6. İddiaçı qərardaddan xx.xx.2022-ci il tarixdə şikayət verərək, qərardadın ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin 2(027)-1859/2022 nömrəli, 8 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim İlqar Məmmədov) şikayət təmin edilməmiş, Azərbaycan Respublikası MPM-nin 369.3-cü maddəsinə əsasən şikayət baxılması üçün mülki işl ə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1777/2022 nömrəli, 1 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) iddiaçı tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilmişdir.

9. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,iddiaçının şikayəti məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Həmin şikayət elektron qaydada təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məh kəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayəti geri qaytarılır.

10. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5, 363.2 və 363.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 1 avqust 2022-ci il tarixli qərardadının tamamilə ləğv edilməsi, şikayətinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi MPM-nin 363.1-ci maddəsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını tənzimləyir. Buna baxma yaraq, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmamış, sadəcə şikayəti qeyri-mümkün hesab etmişdir.

13. Kassator qeyd etmişdir ki, apellyasiya məhkəməsi şikayətin mümkünlüyünü ədalətli araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərardadına əsasən, şikayət iddiaçı tərəfindən deyil, məhz birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyasına göndərilməlidir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edilən şikayəti iddiaçının bir başa özü tərəfindən və elektron qaydada təqdim edilməsi kimi qiymətləndirərək qeyri-mümkün hesab etmişdir.

14. Kassator öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 62-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269, 363.1-ci maddələrinə istinad edərək əsaslandırm ışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti qaytarılır.

17. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

18. Maddə 416.1. Kassasiya ins tansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kas sasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və mülki iş yenidən baxılması üçün göndərilməlidir.

22. Belə ki, MPM-nin 10-1.3-cü maddəsinin tələbinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 23. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmənin qərardadlarından verilmiş şikayətlər MPM-nin 10-1.3-cü maddəsinin tələbinə uyğun olaraq elektron kabinet vasitəsilə verilmədikdə, şikayətin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.

24. Birinci instansiya məhkəməsi iddiaçının 01 iyul 2022-ci il tarixli, e-2(027)-1859 saylı qərardaddan verilmiş şikayətə baxmış və şikayəti təmin etməyərək, baxılması üçün apellyasiya instansiyası məhəməsinə göndərmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi isə qərardaddan verilmiş şikayəti qeyrimümkün saymışdır.

26. Lakin birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən verilmiş şikayəti prosessual qaydalara uyğun hesab edərək, şikayət əsasında çıxardığı qərardad qüvvədədir və bu hal prosessual baxımdan ziddiy yətli vəziyyətdir. Şikayətə baxılması barədə birinci instansiyası məhkəməsinin qərardadı ləğv olunmamış, iddiaçının şikayəti geri qaytarılmamışdır.

27. Bundan başqa, iş materiallarından və elektron kabinet məlumatlarından görünür ki, ümumiyyətlə iddiaçı tərəfindən verilmiş şikayətin elektron kabinet vasitəsi ilə verilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğun deyil. Həmin şikayət xx.xx.2022-ci il tarixdə elektron qaydada verilmiş sənəd kimi qeydiyyata alınmışdır.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1777/2022 nömrəli, 1 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar