Məhkəmə qərarları › İş №2(102)-4981/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4981/2019

25.07.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4981/2019 25.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, İddiaçı və vəkili X21 oğlunun, Cavabdeh vəkili X2 və nümayəndəsi x22 iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5282/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia tələbi təmin edilərək, Cavabdeh və onun ailə üzvlərinin ünvan 1 ünvanın qabağında yerləşən və 1,5 sot torpaq sahəsində inşa edilən tikilidən çıxarılması və həmin tikilinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli, 2(103)-3232/2019 saylı qətnaməsi ilə (hakimlər: E.Kazımov, T.Səmədov və İ.Şirinov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5282/2018 saylı 13 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq, İddiaçı Cavabdeh qarşı tikilidən çıxarılma tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli, 2(103)-3232/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərini ünvan 1 ünvanın qabağında yerləşən və 1,5 sot torpaq ərazisində inşa edilən, əvvəllər mağaza kimi və sonralar yaşayış yeri kimi istifadə olunan tikilidən çıxarılmasına və həmin tikilinin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanda 1997-ci ildən fiziki şəxs kimi çörək və ün məmulatların istehsalı ilə məşğul olmuşdur. Həmin müəssisənin qabağında onun 1,5 sot torpaq sahəsi var idi. Həmin torpaq sahəsində çörək və un məmulatlarını satmaq üçün mağaza tikdirmişdir. Həmin mağaza 2012-ci ilədək fəaliyyət göstərmiş və mağaza özünü doğrultmadığı üçün dayandırılmış və həmin mağazada onun icazəsi ilə bir vətəndaş yaşayış yeri kimi istifadə etmiş və orada ya şamışdır. 2014-cü ildə müəssisə dövlət ehtiyacları üçün söküldü. Mağazada isə həmin şəxs yaşamaqda davam edirdi. Sonralar müəyyən səbəblərdən həmin vətəndaşı ona məxsus mağazadan çıxarıb, oranı Cavabdeh nəzarətinə vermişdir. Həmin tikili boş qalmasın deyə oranı kirayəyə verməyi və kirayə pulunu özünə götürməyi Cavabdeh həvalə etmişdir. Sonralar həmin mağazanın açarlarını Cavabdeh istəyəndə, o, iddiaçıya demişdir ki, bura onundur və o, bu yeri heç kimə verməyəcəkdir İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 29 mart 2019-cu il tarixli, 2(103)-3232/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı və vəkili X21 oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh vəkili X6 və nümayəndəsi Bədəlov Gəncəli Ayatulla oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri və vəkillərin i dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələ r almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Belə ki, mübahisə predmeti olan tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə iddiaçının və cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədlərinin olmaması, eləcə də həmin tikilinin faktiki olaraq cavabdehin sahibliyində və istifadəsində olması işin mübahisəsiz halıdır. Çünki, bu halları tərəflərin heç biri mübahisələndirmir. İddiaçı tərəfindən təqdim edilmiş şahidlərdən X17 mübahisəli tikilinin 1998-ci ildə tikildiyini göstərmiş, 17.09.1983-cü il təvəllüdlü X8 da mağazanı iddiaçının tikdirdiyini qeyd etmiş, X9 da mağazanın iddiaçıya məxsus olduğunu və orada işlədiyini göstərmişdir. Şahidlərdən X4 iddiaçının maliyyə işlərinə baxdığını, lakin tikilinin kimin tikdirdiyini gözü ilə görmədiyini göstərmiş, X13 da mübahisəli tikilinin kimə məxsus olduğunu ifadəsində konkret göstərməmişdir. Cavabdeh tərəfindən təqdim edi lmiş şahidlərdən X3 notariat qaydada təsdiq edilmiş ərizəsi ilə də apellyasiya instansiyası məhkəməsinə müraciət edərək mübahisəli tikilinin yerləşdiyi yerin cavabdeh tərəfindən təmizlənərək tikildiyini, hal-hazırda onun istifadəsində olduğunu, iddiaçının həmin tikiliyə heç bir aidiyyətinin olmadığını, birinci instansiya məhkəməsində ifadəsinin tam və düzgün göstərilmədiyini göstərmiş, X11 da tikilinin cavabdehə məxsus olduğunu, X7 da tikilidə həmişə cavabdehin və oğlunun işlədiyni gördüyünü, onlara aid olduğunu göstərmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilən şahidlərdən üçü mübahisəli tikilinin iddiaçıya aid olduğunu göstərmiş, digər iki şahidin ifadələri isə konkret və dəqiq olmamış, cavabdeh tərəfindən təqdim edilmiş dörd şahid isə həmin tikilinin cavabdehə aid olduğunu g östərmişlər. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar(sübut etmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə qohumluq, tanışlıq və sair formada yaxın münasibətlərin olmasıdır. İddiaçı və cavabdeh tərəfin şahidlərinin hər biri təqdim edən tərəflə yaxın münasibətlərdə (tanışlıq, qonşu, işçisi olmaları və.s) olduğundan, istər-istəməz digər tərəflə xoş münasibətlərinin də olması mümkün deyildir. İş üzrə birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin tərəflərlə yaxın münasibətl ərdə olmalarının onların işin nəticəsində maraqlı olmaları ilə yanaşı, onların ifadələri də sübut edilməli halları da bilavasitə təsdiq etmir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli tikiliyə yerində baxış keçirilmiş, baxış zamanı 1999-cu ilin mart ayında mübahisəli ərazinin görüntülərini əks etdirən, toy mərasimi ilə əlaqədar video çəkilişə baxılmış, həmin dövrdə qeyd olunan mübahisəli tikilinin hələ inşa olunmadığı təsdiqlənmişdir. Belə ki, baxış zamanı iddiaçı həmin video görüntünü gördükdən sonra bu dəfə mübahisəli tikilini 2001ci ildən sonra inşa etdirdiyini bildirmişdir. Lakin iddiaçı bundan əvvəl məhkəmə iclasında həmin tikilini 1997-1998-ci illərdə 3 ay müddətinə inşa edildiyini göstərmişdir. Göründüyü kimi, mübahisəli tikilinin inşa olunduğu vaxtla b ağlı iddiaçının bu cür fərqli və ziddiyyətli izahatları da iddianın əsaslı olmadığına dəlalət edir. Belə ki, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən istifadə olunur. Qeyd olunduğu kimi, bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin özbaşına tikiliyə iddiaçının hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. İddiaçı həmin tikilinin onun tərəfindən inşa etdirilməsini və ona məxsus olduğunu iddia etsə də, buna dair məhkəməyə nəinki mötəbər sübut təqdim etməmiş, eləcə də bu mübahisəli tikili həqiqətən də iddiaçıya məxsusdursa, onda iyirmi ilə yaxın müddətdə mübahisəli tikilinin cavabdehin istifadəsinə əvəzsiz olaraq verməsinin ya həqiqi səbəblərini açıqlamır yaxud açıqlanmalı olan heç bir səbəb yoxdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar