Məhkəmə qərarları › İş №2(102)-4984/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4984/2020

12.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4984/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə və cavabdehin vəkili X5 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “torpağa dair verilmiş çıxarışın, kadastr planının ləğvi və torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2020-ci il tarixli X5 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mül ki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı torpağa dair verilmiş çıxarışın, kadastr planının ləğvi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh3 1398 №-li, 30.12.2004-cü il tarixli sərəncamı ilə X5 ünvanda 800 kv.m torpaq sahəsi ona ayrılaraq satılmışdır. Eyni zamanda torpağın alqı-satqısına dair akt və yer quruluşunun planı tərtib edilmişdir. Həmin ərazi ona təhvil veriləndən sonra hasara alınmış və dəmir darvaza qoyulmuşdur. 2019-cu ilin sentyabr ayında ona məlum çatmışdır ki, onun torpağı kimlərsə tərəfindən zəbt edilmişdir. Gəlib torpaq sahəsinə baş çəkəndə görmüşdür ki, onun qoyduğu darvaza əvəzinə başqa bir darvaza qoyulmuş, üzərinə də ünvan kimi torpaq sahəsinin nömrəsi qaynaqlanmışdır. Bir qədər apar dığı araşdırmadan sonra həmin torpaq sahəsinin zəbt etmiş şəxs Cavabdeh1 olduğu müəyyən olunmuşdur. Cavabdeh torpaq sahəsinin ona məxsus olmasını bildirərək, ona torpağa aid olan sənədlərin surətini təqdim etmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, Cavabdeh3 311 №-li, 26.12.2005-ci il tarixli qərarı ilə ona X5ünvanda 600 kv.m. torpaq sahəsi ayrılmış və onun torpaq sahəsi öz torpaq sahəsi kimi bildirərək, 18.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinə torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması haqqında ərizə ilə müraciət edib, həmin torpağa dair 28.08.2018-ci il tarixdə daşınmaz əmlakın reyestrində **********52 nömrə ilə DƏDRX-də mülkiyyət hüququnu qeydiyyata aldırıb XX seriyalı 1329 №-li çıxarış və torpaq sahəsinin kadastr planı verilmişdir. Cavabdeh1 Cavabdeh3 1398 №-li, 30.12.2004-cü il tarixli sərəncamı ilə Səbail Şossesi, 12 ünvanda ona ayrılmış 800 kv.m. torpaq sahəsini zəbt edərək həmin sahəyə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tamamilə qanunsuz hesab edir. Həmin torpaq sahəsinin ona ayrılması məhkəməyə təqdim etdiyi sənədlər və şahid qismində çağırılacaq Cavabdeh3 sabiq sədri Əhməd Hüseynov, həmin Bələdiyyənin torpaq şöbəsinin müdiri olmuş İsmayıl Ağayev torpaq sahəsini daş hasara alınmasında işləmiş şəxslər təsdiqləyəcəklər. Cavabdeh3 1398 №-li, 30.12.2004-cü il tarixli sərəncamı ilə ona X5ünvanda 800 kv.m. torpaq sahəsi ayrılmışdır. Bələdiyyə tərəfindən ona torpaq təhvil verilərkən tərtib edilmiş planda torpaq sahəsinin yerləşdiyi yer dəqiq olaraq göstərilmişdir. Torpaq sahəsinin ona ayrılması Cavabdeh3 tərəfindən verilmiş SB/JA-5/159 saylı, 09.10.2018-ci il tarixli arayışda ona torpaq sahəsinin ayrılması göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin 09/5-205 saylı noyabr 2019-cu il tarixli arayışında qeyd olunur ki, Cavabdeh3 30.12.2004-cü il tarixli 1398 №-li qərarı (sərəncamı) ilə X3 X5 ünvanda 800 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/5-204 saylı 01.11.2019-cu il tarixli arayışında qeyd edilir ki, Cavabdeh1 X5 ünvanda torpaq sahəsinin ayrılmasını təsdiq edən eskiz planının aşkar edilməmişdir. Cavabdehdə olmuş 311 №-li, 26.12.2005-ci il tarixli qərarda isə X5 ünvanda 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Fa ktiki olaraq cavabdehin zəbt etdiyi torpaq sahəsi onun torpaq sahəsinin ölçüsü (800 kv.m.) qədərdir. Digər tərəfdən Cavabdeh3 tərəfindən cavabdehə torpağın yerləşdiyi yeri əks etdirən planı olmamışdır. Torpaq sahəsinin cavabdehə ayrılıb-ayrılmaması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən təsdiqlənmişdir. Torpaq sahəsi ona ayrıldıqdan sonra o, həmin sahəni mişar daşı ilə hasara aldırmış darvaza qoydurmuşdur. Həmin yerdən cavabdehə torpaq sahəsi ayrılmış olsaydı, o, həmin sahəyə gəlib gedərdi. Bu illər ərzində cavabdehi oradan görən olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı X5ünvanda 600 kv.m. torpaq sahəsinə Cavabdeh1 X5 tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması barədə daşınmaz əmlakın **********52 reyestr qeyd nömrəsinin və kadastr pl anın ləğv edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X5 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanılmış tarixi və nömrəsi qoyulmamış alqı-satqı müqaviləsinin (aktın) etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair Cavabdeh1 X5 tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması barədə daşınmaz əmlakın **********52 reyestr qeyd nömrəsinin və kadastr planın ləğv edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməs i tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) 24.01.2020-ci il tarixli qərardadları ilə həm İddiaçı Cavabdeh1 qarşı cavabdehlə Cavabdeh3 arasında bağlanılmış tarixi və nömrəsi qoyulmamış alqı-satqı müqaviləsinin (aktın) etibarsız hesab edilməsi hissəsində ilk iddia tələbi, həm də iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış 30.12.2004-cü il tarixli X5 ünvanda 800 kv.m torpaq sahəsi barədə “torpaqların alqısatqısına dair aktın” (müqavilənin) etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi üzrə işin icraatına, həmin tələblərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş. Abdullayev) 24 yanvar 2020-ci il tarixli, X5 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X5 tərəfindən X5 ünvanda yerləşən, sahəsi 0,06 ha olan torpaq sahəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********52 saylı reyestr qeydi, həmin qeyd əsasında Cavabdeh1 adına verilmiş çıxarış və torpaq sahəsinə dair tərtib edilmiş kadastr planının ləğv edilməsi, Cavabdeh1 Səbail rayonu, Salyan Şossesi, 12 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, X5 saylı qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X. Sarıyev - sədrlik edən və məruzəçi, E.Mehdiyev və Ş.Məmmədova) 03 iyun 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, X5 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2020-ci il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi, yəni Səbail şosesi, 12 ünvanda 600 kvadrat metr torpaq sahəsinə Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Daşınmaz Əmlakın dövlət reyestri xidmətin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması barədə daşınmaz əmlakın **********52 reyestr qeyd nömrəsinin və kadastr planın ləğv edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq və prosessual hüquq normalarının tələblərini pozmuş, işdə olan sübutları nəzərə almamış, təqdim edilmiş sübutlara ümumiyyətlə qiymət verməmiş, birinci instansiya məhkəməsinin yol verdiyi “pozuntuların” nədən ibarət olmasını göstərmədən həmin məhkəmənin qətnaməsini ləğv edib, iddiamı rədd etmişdir. İşin hallarının tədqiqinin hərtərəfli və tamlığı mübahisəsinin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. Bunun üçün məhkəmə maddi hüquq normalarına uyğun olaraq tədqiqat predmetini müəyyən etməlidir. Bakı Apellyasiya məhkəməsi hazırkı iş üzrə qəbul etmiş qətnamədə “Azərbaycan Respublika Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinad edərək qətnamədə qeyd etmişdir ki, “şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apelyasiya şikayətinin də: olmaqla yanaşı, şikayətin digər dəlillər indən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.” Lakin apelyasiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarix qərarına istinad edərkən, qərarın hazırkı işin hansı hallarına tətbiq edilməli, birinci instansiya məhkəməsi tərəfindən hansı Mülki Prosessual Məcəlləsinin hansı normasına riayət etməməsi və bu pozuntuların nədən ibarət olmasını göstərməmişdir. Sadəcə yuxarıda qeyd olunan cümlə ilə apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozulması qənaətinə gəlmişdir. Birinci və apelyasiya məhkəməsi instansiyalarında üçüncü şəxs kimi iştirak etmiş Cavabdeh3 nümayəndəsi X1 bir mənalı olaraq bildirmişdir ki, o, X2 adına mübahisəli torpaq sahəsi Bələdiyyənin kitabı nda qeydlər mövcud olsa da, cavabdehin adına həmin ünvanda hər-hansı bir torpağın olması məlumatla Bələdiyyə sənədlərində yoxdur. Eyni zamanda Bələdiyyə nümayəndəsi onu da bildirmişdir ki, torpaq sahəsi Bələdiyyənin torpaq şöbəsinin əməkdaşları tərəfindən ayrılarkən torpağın yerləşdiyi yerin ətraflı planı da Bələdiyyə tərəfindən alıcıya təqdim edilir. Belə plan Leyla Əhmədlidə var, lakin göründüyü kimi digər tərəfdə belə bir plan mövcud deyil. Digər tərəfdən Cavabdeh1 adına olan torpaq sənədlərindən də görünür ki, həmin sənədlərə görə torpaq sahəsinin ölçüsü 0,06 hektardır, halbuki, qonşunun zəbt etdiyi 0,005 ha torpaq sahəsi nəzərə alınmaqla faktiki həmin torpağın sahəsi 0.08 ha təşkil edir ki, bu da ona Cavabdeh3 tərəfindən verilmiş torpağa dair verdiyi sərəncam və aktda göstərilən sahəy ə uyğundur. Bunun özü isə şübhə doğurmur ki, torpağın əsl sahibi Əhmədli Leyladır. Prosessual məsələlər: Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquq məsələləri: Azərbaycan Respublikası MPM-n in 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından g örünür ki, iş üzrə Cavabdeh3 1398 saylı 30.12.2004-cü il tarixli sərəncamına əsasən Səbail rayonu, Salyan Şossesi, 12 ünvanda Bələdiyyə ərazisinə məxsus 800 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alğı-satqı qaydasında X2 adına sənədləşdirilmişdir. Həmin sərəncam əsasında Cavabdeh3 ilə X5 arasında torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Həmin alğı-satqı müqaviləsinə əlavə olaraq ayrılmış torpaq sahəsinin planı təsdiq edilmişdir. İş üzrə Cavabdeh3 311 saylı, 26.12.2005-ci il tarixli sərəncamına əsasən Səbail rayonu, Salyan Şossesi, 12 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alğısatqı qaydasında Cavabdeh1 adına sənədləşdirilmiş və həmin sərəncama əsasən Cavabdeh3 ilə Cavabdeh1 arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişd ir. Həmin sənədlər əsasında X5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 28.08.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə “xxxx” MMC tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə 03.12.2019-cu il tarixli müraciəti ilə bağlı tərtib edilmiş 04.12.2019-cu il tarixli arayışdan görünür ki, naturada sözügedən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə “Google Yer” proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, sözügedən ərazi 750 kv.metrdir. Həmin 750 kv.metr torpaq sahəsi Cavabdeh3 1398 nömrəli, 30.12.2004-cü il tarixli sərəncamı ilə iddiaçı X3 Bakı şəhəri, Səbail rayonu, 12 ünvanında ayrılmış 800 kv.m torpaq sahəsi ilə üst-üstə düşür və onun tərəfindən bir metrə yaxın hündürlüyündə mişar daşı ilə hasara alınmışdır. Eyni zamanda məlum oldu ki, sözügedən 750 metr torpaq sahəsinin 600 kv.metri Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydə alınmış Bakı şəhəri, Səbail şosesi,12 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Apelyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 28.08.2018-ci il tarixdə çıxarışın verilməsinə səbəb Cavabdeh3 311 saylı, 26.12.2005-ci il tarixli inzibati akt hesab olunan sərəncamı olmuşdur. Çıxarış isə reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. İddiaçı cavabdehin adına verilmiş reyestr qeydinin, həmin qeyd əsasında verilmiş çıxarışın və torpaq sahəsinə dair tərtib edilmiş kadastr planının ləğvi tələbləri və həmin tələblərdən törəmə tələb olan torpaq sahəsindən çıxarılma tələbi irəli sürərkən, iddianın faktiki əsası kimi, inzibati akt olan Cavabdeh3 311 saylı, 26.12.2005-ci il tarixli sərəncamının qanunsuzluğunu qeyd edir. Lakin torpağa mülkiyyət hüququnun verilməsinə əsas olmuş Cavabdeh3 311 saylı, 26.12.2005-ci il tarixli sərəncamı (inzibati akt) mübahisələndirilməmişdir. Buna görə də, iddia tələbinə, iddianın faktiki əsası kimi istinad olunan və inzibati akt olan Cavabdeh3 311 saylı, 26.12.2005-ci il tarixli sərəncamının qanuna uyğun olub-olmamasına iddiaçının inzibati məhkəməyə müraciət etməsinin nəticəsindən asılı olaraq qiymət vermək mümkün olduğuna görə iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası ayrıca qərard adla apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın torpaq sahəsinə dair Cavabdeh1 mülkiyyət hüquqlarının qeydə alınması barədə X5 tərəfindən aparılmış **********52 reyestrli qeydin və kadastr planın ləğv edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə mülki işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. Hazırki qərarda isə məhkəmə kollegiyası iddianın torpaq sahəsindən çıxarılma hissəsinin rədd edilməsinin qanuniliyini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi bu hissədə iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sa hibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İddiaçının yuxarıda göstərilən tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edə bilər. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ q anunsuz olmalıdır. Hazırki iş üzrə 3-cü dispozisiya şərtinin mövcudluğu müəyyən edilmir. Belə ki, mübahisəli torpaq sahəsinə cavabdehin sahibliyi qanunsuz deyil, onun həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinə cavabdehin sahiblik və istifadə hüquqları qanunla qorunur. Cavabdeh mübahisəli ərazini özbaşına zəbt etməmişdir. Həmin torpaq sahəsinə dair cavabdehin hüquqmüəyyənedici sənədləri ləğv edilmədən hazırki iddianın təmin edilməsi mümkün deyildir. "F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli qərar ında qeyd edilmişdir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka (həmçinin daşınmaz əşyalara) mülkiyyət hüququnun əldə edilməsi üsullarından biridir. Daşınmaz əşyaların alğı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Qeyd edilməlidir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Bununla belə nəzərə alınmalıdır ki, əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması zəruri şərtdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyəti olan halları tədqiq edərək, yekun olaraq belə nəticəyə gəlir ki, apelyasiya instansiya məhkəməsi “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin rədd edilməsi hissəsində gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və maddi və prosessual hüquq normalarına uyğundur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2020-ci il tarixli X5 nömrəli qətnaməsi “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar