Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4986/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X17 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli, 17 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X5, övladları X6, X2, X3, X1 və azyaşlı X4 mülkiyyətində olan X5ndə yerləşən 19 saylı binanın 41 saylı mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Təranə Mahmudova) 24 dekabr 2019cu il tarixli X5 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh3 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən R.Qurbanov - sədrlik edən və məruzəçi, X.Sarıyev və A.Hüseyn) 17.03.2020-ci il tarixli X520 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkə məsinin X5 saylı mülki iş üzrə qəbul etdiyi 24 dekabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni X9, X10, X7, X8, X1 X5ndə yerləşən 19 saylı binanın 41 saylı mənzilinə köçürülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 və vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbayc an Respublikası Prezidentinin Qaçqınlar və Məcburi köçkünlər haqqında verdiyi çox saylı sərəncamları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin oxşar işlər üzrə qərarlarını və Azərbaycan Respublikasının Konstitusiyasının tələblərini nəzərə almamış maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Cavabdehin kassasiya şikayətindən görünür ki, o, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütünlüklə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununda yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirmiş, iddiaçı iddianın təmin edilməmiş hissəsindən kassasiya şikayəti verməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, X5ndə yerləşən 19 saylı binanın 41 saylı mənzili İddiaçı mülkiyyətindədir. Cavabdehlər Şuşa rayonundan məcburi köçkündürlər və 1993-cü ildən həmin mənz ildə məskunlaşmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(010)-1700/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 X5ndə yerləşən 19 saylı binanın 41 saylı mənzilindən çıxarılmaları və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. İddiaçı bildirir ki, dəfələrlə cavabdehlərə mənzili boşaltmaları və onlara təhvil vermələrini tələb etsə də, onlar bundan imtina etmişlər. Cavabdehlərin mənzili zəbt etmələri səbəbindən kirayədə yaşamışlar və hal-hazırda da kirayədə qalırlar. Cavabdehlərdən Cavabdeh1 və onun arvadı Cavabdeh2 Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən Dəmiryol İdarəsinə məxsus yataqxananın bir otağını da zəbt edib orada yaşayırlar ki, dövlətdən ayrıca mənzil ala bilsinlər. Cavabdehlərin başqa yerdə yaşamağa yerləri vardır, lakin onlar qəsdən onlara məxsus mənzili boşaltmırlar. Cavabdeh3 iddiaya etiraz edir və bildirir ki, o və ailəsi 1993-cü ildən həmin mənzildə məcburi köçkün kimi məskunlaşmışlar və həmin mənzilə dövlət tərəfindən yerləşdiriliblər. Həmin vaxtdan da orada rəsmi qeydiyyata alınmışlar. Onların yaşamağa başqa yerləri yoxdur və dövlət tərəfindən evlə təmin olunan kimi iddiaçının mənzilini tərk edəcəklər. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan halları və maddi hüquq normasının tələblərini nəzərə alaraq hesab etmişdir ki, mənzilin mülkiyyətçisi kimi iddiaçı özünün və eyni zamanda yaşayış yeri valideynin yaşayış yeri sayılan yetkinlik yaşına çatmayan X4 mübahis əli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Ona görə də, həmin hissədə iddia təmin edilməli və apellyasiya şikayətinin formal mülahizələrdən ibarət dəlilləri əsasız hesab edilməli, iddiaçının ərinin və yetkinlik yaşına çatmış digər övladlarına aid hissədə isə iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaq la müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə mülkiyyətçi İddiaçı öz mülkiyyətində olan mübahisəli mənzilə buraxılmamasınin bir mülkiyyətçi kimi onun öz mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırılmasına dair qənaətini əsaslı sayır və hesab edir ki, məhkəmə haqlı olaraq iddiaçını öz yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə mülkiyyətçisi olduğu mənzilə köçürülməli olmasına dair nəticəyə gəlmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, cavabdehin ailə vəziyyəti, onun dövlət tərəfindən məcburi köçkünlər üçün tikilmiş evlərə (mənzillərə) köçürülməs i təmin edilənədək mənzildən çıxarılmasının mümkün olmaması və s. hallar iddiaçının mülkiyyətçi kimi öz mənzilindən istifadə hüququnu məhdudlaşdırmağa əsas vermir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazır ki işin faktiki hallarını tam, hər tərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi – mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli, 17 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4986/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4986/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver