Məhkəmə qərarları › İş №2(102)-4986/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4986/2021

04.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4986/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan yaşayış evinə payların müəyyən edilərək naturada bölünməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: birgə mülkiyyətdə olan əmlakın naturada bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1063/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, 24 mart 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində ünvan 1 ünvanda fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi əsas göstəricilərinə əsasən 1 mərtəbəli olub, 96,4 kv.metr ümumi sahədən, 41,1 kv.metr yaşayış sahəsindən, 55,3 kv.metr yardımçı sahədən və 2 yaşayış otağından ibarətdir. Bununla əlaqədar texniki pasport tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, 24 mart 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun və cavabdehin ümumi birgə mülkiyyətində olan Quba şəhəri, Hikmət Hüseynov küçəsi, dalan 1, ev 10 ünvanında yerləşən bir mərtəbəli, zirzəmili, ümumi sahəsi 96,4 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr və yardımçı sahəsi 55,3 kv.metr olan yaşayış evi üzrə paylarının bərabər şəkildə müəyyən edilərək, naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 2 ünvanındakı yaşayış ev i və torpaq sahəsi onun və cavabdehin birgə mülkiyyətlərindədir. Həmin yaşayış evindən və torpaq sahəsindən paylar müəyyən olunmadığından və bölünmədiyindən o, payına düşən hissəni təmir etdirə, eləcədə sərbəst istifadə edə bilmir. Cavabdeh isə bölgünün aparılmasına könüllü razılıq vermir. Evin təmirə ehtiyacı olsa da, onunla maraqlanmır, uzun illərdir ki, evə gəlib-getmir. Buna görə də qeyd olunan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 08 noyabr 2018-ci il tarixli 19316 saylı ekspertiza rəyinə əsasən ünvan 3 ünvanda yerləşən DƏDRX-dən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən birmərtəbəli, ümumi sahəsi 96,4 kv.m. olan fərdi yaşayış evinin N orma və qaydalarının 2.0.8.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyildir. Tədqiq olunan fərdi yaşayış evinin bölgüsü mümkün olmadığı üçün mülkiyyətində olan 0,0196 ha torpaq sahəsinin bölgüsü üzrə və qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. İddiaçının vəsatətinə əsasən iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2019-cu il tarixli, 8629 nömrəli rəyində qeyd olunmuşdur ki, qeyd olunan fərdi yaşayış evinin, iş üzrə tərəflər arasında olan qarşılıqlı razılaşma əsasında, evin müəyyən hissəsinin, yeni texniki pasport üzrə zirzəmidə yerləşən 1 saylı və 2a saylı tikililərin, evin birinci mərtəbəsində yerləşən 7 saylı tikilinin tərəfl ərin ümumi istifadəsində saxlanması şərtilə, evin bir hissəsinin, yəni texniki pasport üzrə 2, 6, 8, 11 saylı tikililərin iddiaçının, digər hissəsinin, yəni texniki pasport üzrə 3, 4, 5, 8a, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə təcrid mənzil şəklində naturada bölünməsinin İnşaat norma və qaydalarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün tədqiq olunan fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılmalı, 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısı açılmalı, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələr bağlanmalıdır. Yuxarıda göstərilən bölgü nəticəsində, tərəflərin birinin (cavabdeh) sərəncamına düşən 1-ci mənzilin ümumi sahəs i 86,16 kv.metr, o cümlədən yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, tərəflərin digərinin (iddiaçı) sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, o cümlədən yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahə 32,0 kv.metr təşkil edə bilər. Tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsi 21,1 kv.metrdir (plan-sxem üzrə 1, 2a, 7 saylı tikililər.). Quba rayon məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(027)-189/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evi üzərində payların bərabər şəkildə müəyyən edilməsi, payların naturada ayrılması” barədə iddiası təmin edilərək, 24 mart 2014-cü il tarixli Çıxarışa əsasən tərəflərin ümumi birgə mülkiyyətində olan Quba şəhəri, Hikmət Hüseynov küçəsi, 1-ci dalanda ye rləşən 10 saylı fərdi yaşayış evinin naturada bölünməsinin mümkün hesab edilməsi, texniki pasport üzrə zirzəmidə yerləşən 1 və 2 “a” saylı tikililərin, habelə evin 1-ci mərtəbəsində yerləşən 7 saylı tikilinin tərəflərin ümumi istifadəsində saxlanılması, həmin evin bir hissəsinin, yəni texniki pasport üzrə 2, 6, 8, 11 saylı tikililərin iddiaçının, digər hissəsinin isə, yəni texniki pasport üzrə 3, 4, 5, 8 “a”, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə təcrid mənzil şəklində naturada bölünməsi; 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılması, 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısının açılması, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələrin bağlanması, cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.met r, yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahəsi 32,0 kv.metr, tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsinin isə 21,1 kv.metr müəyyən edilməsi qət edilib. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflərin birgə mülkiyyətində ünvan 1 ünvanda fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi əsas göstəricilərinə əsasən 1 mərtəbəli olub, 96,4 kv.metr ümumi sahədən, 41,1 kv.metr yaşayış sahəsindən, 55,3 kv.metr yardımçı sahədən və 2 yaşayış otağından ibarətdir. İddiaçı əmlakın naturada bölünməsini xahiş edir, cavabdeh isə bununla əlaqədar hər-hansı bir etirazını məhkəməyə təqdim etməmişdir. Ekspertiza rəyinə əsasən texniki pasport üzrə zirzəmidə yerlə şən 1 saylı və 2a saylı tikililərin, evin birinci mərtəbəsində yerləşən 7 saylı tikilinin tərəflərin ümumi istifadəsində saxlanması şərtilə, evin bir hissəsinin, yəni texniki pasport üzrə 2, 6, 8, 11 saylı tikililərin iddiaçının, digər hissəsinin, yəni texniki pasport üzrə 3, 4, 5, 8a, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə təcrid mənzil şəklində naturada bölünməsi mümkündür. Bu zaman 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısı açılmalı, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələr bağlanmalıdır. Nəticəsində, cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, yaşayış sahəsi 48,3 kv.met r, yardımçı sahə isə 32,0 kv.metr təşkil edə bilər. Tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsi isə 21,1 kv.metrdir. Məhkəmə tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin naturada ayrılması mümkün olduğundan iddia tələbini əsaslı hesab etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 223.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh Quba Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən kifayət qədər sübutların olmasına baxmayaraq heç bir əsas olmadan iddia tələbi təmin edildiyindən, qətnamə qanunsuz və əsassızdır. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayətinə dair məhkəməyə etiraz təqdim edərək apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığı və iş üzrə Quba Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, T.Q.Məmmədov və Ş.R.Abasov) 17 iyun 2020-ci il tarixli, 2(105)-1851/2020 saylı qətnaməsi ilə apelyasiya təmin edilərək, iş üzrə Quba rayon məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2020-ci i l tarixli, 2(105)1851/2020 saylı qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020ci il tarixli, 2(105)-1851/2020 saylı qətnaməsinin giriş, təsviri və nəticə hissələrində olan yanlışlıq düzəldilmiş “iddiaçı X1” “İddiaçı” kimi oxunması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ilkin ekspertiza rəyinin yaşayış evinin bölgüsü mümkün olmadığı halda, ikinci ekspert rəyində bu bölgünün iddiaçının təqdim etdiyi variant üzrə tərəflər arasında olan qarşılıqlı razılaşma nəzərə alınmaqla bölgünün aparılmasının mümkünlüyü qeyd edilmişdir. Lakin cavabdeh bu qaydada bölgünün aparılması ilə razı olmadığını və qeyd olunan bölgü üzrə onun üzərinə əlavə vəzifələr qoyulduğunu və bu vəzifələrin də İ qrup əlil kimi uzun müddət x əstə olduğundan maddi imkanının buna yol vermədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən kifayət qədər sübutlar məhkəmə kollegiyasına təqdim edə bilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(105)-1851/2020 nömrəli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov və Mehparə Əhmədova) 01 dekabr 2020-ci il tarixli, 2(102)-5447/2020 saylı qərarı ilə İddiaçı kasasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(105)-1851/2020 saylı qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayar aq hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Apelyasiya instansiyası məhkəməsi, tərəflərin mülkiyyətində olan mübahisəli evin onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olmaqla, həmin evin payları müəyyənləşdirilmədən onların ümumi birgə mülkiyyəti sayılmasına, birgə mülkiyyətin iştirakçıları kimi tərəflər arasında evdən paylı mülkiyyətin müəyyənləşdirilməsi ilə bağlı hər hansı razılaşmanın əldə edilməməsinə, həmçinin iddiaçının cavabdehə qarşı tələblərindən birinin məhz evdən payın müəyyən edilməsindən ibarət olmasına əhəmiyyət vermədən, onun bu tələbini nəyə görə rədd etməsini qətnamədə kifayət qədər əsaslandırmadan, bütövlükdə iddianın əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərin mübahisəli ev üzərində ümumi birgə mülkiyyət hüquqlarına, yəni payları müəyyənləşdirilmədən ümumi mülkiyyət hüquqlarına xitam verilmədən və tərəflər arasında razılaşma əldə edilmədiyi üçün məhkəmənin qərarına əsasən ümumi evə bu şəxslərin paylı mülkiyyət hüquqları müəyyənləşdirilmədən, yalnız evdən payların naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması əsas tutularaq, iddia bütövlükdə rədd edilə bilməz. Belə ki, əvvəla, iddiaçının cavabdehə qarşı iddia tələblərindən biri mübahisəli evdən cavabdehə çatan paylarının bərabər şəkildə müəyyən edilməsindən və həmin evdən paylarının naturada ayrılmasından ibarətdir. Ona görə işə yenidən apelyasiya qaydasında baxılarkən ilk növbədə tərəflərin mü bahisəli evdən payları müəyyən edilməli və yalnız bundan sonra onlara düşən payların naturada ayrılmasının mümkünlüyü məsələsi bir daha tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Digər tərəfdən, sadalanan maddələrin mənasına görə, paylar müəyyənləşdirilmədən birgə mülkiyyətdə olan əşyanın naturada bölünməsi yolverilməzdir və yalnız paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasında naturada bölünə bilər. Bunun üçün isə, ilk növbədə əşya üzərində birgə mülkiyyət, paylı mülkiyyətə çevrilməlidir. Apelyasiya instansiyası məhkəməsi bu hallara diqqət yetirmədən, mübahisəli evin payları müəyyənləşdirilmədən tərəflərin ümumi birgə mülkiyyətində olmasını nəzərə almadan, yalnız ekspertin rəyini əsas tutaraq payın naturada ayrılmasına yol verilməməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, Mülki Məcəllənin 220.2-ci maddəsinin mənasına görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddənin mənasına görə, payın naturada ayrılmasına dair iddia tələbi məhkəmə qaydasında o, vaxt təmin oluna bilər ki, payın naturada ayrılmasına yol verilsin və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olsun. Hazırki halda, ilk ekspert rəyində mübahisəli evin tərəflərin paylarına uyğun olaraq texniki cəhətdən bölünməsinin qeyri-mümkünlüyü qeyd edilsə də, təkrar ekspert rəyində həmin evin onlar arasında təcrid mənzillər şəklində naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşıb gəldiyi nəticəni ilk ekspert rəyi ilə əsaslandırmağa çalışsa da, təkrar ekspert rəyi ilə nəyə görə razılaşmamasını qətnamədə əsaslandırmayıb və hər iki rəyi iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməyib. Halbuki, MPM-nin 88, 103.2-ci maddələrinin tələblərinə görə, ekspert in rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab etmişdir ki, tərəflərin mübahisəli evdə paylarının naturada ayrılmasına yol verilməsi və bunun ümumi mülkiyyətdə olan həmin evə tənasübsüz zərər vurmadan mümkün olması, həmçinin iddiaçının iddia etdiyi bölgü üzrə cavabdehin üzərinə hər hansı əlavə vəzifələrin qoyulması mülki iş materialları ilə istisna edilmədiyindən, sonuncunun xəstə, İ qrup əlil olmaqla maddi imkana malik olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki iddia ərizəsind ən, kasasiya şikayətinin dəlillərindən, o cümlədən təkrar ekspert rəyindən görünür ki, sözügedən evdən tərəflərə çatan payların naturada ayrılması texniki cəhətdən mümkündür və bunun üçün tələb olunan xərcləri ödəməyi iddiaçı öz öhdəsinə götürüb. Ümumiyyətlə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi bölgü üzrə cavabdehin üzərinə hər hansı əlavə vəzifə qoyulmayıb. Bundan başqa, kasasiya şikayətinin dəlillərindən və ona əlavə edilmiş 16 mart 2020-ci il tarixli Çıxarışdan görünür ki, iddiaçı tərəfindən mübahisəli evdə artıq tərəflərin paylarına uyğun olaraq naturada bölgü aparılıb və ümumi birgə mülkiyyətdə olan 0,0196 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 89,40 kv.metr ümumi sahəsinin 42,1 kv.metr, yaşayış sahəsinin 42,1 kv.metr hissəsi paylı mülkiyyət hüqu qu üzrə iddiaçının, ümumi sahənin 47,3 kv.metr, yaşayış sahəsinin 41,1 kv.metr hissəsi isə paylı mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb və bölgü nəticəsində cavabdehə daha çox sahə düşüb. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev - sədrlik edən, məruzəçi, Gülnarə Tağızadə və Lətifə Məmmədova) 07 aprel 2021-ci il tarixli, 2(105)1063/2021 saylı qətnaməsi ilə apelyasiya təmin edilməyərək, iş üzrə Quba rayon məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsub ola bilər. Eyni zamanda əşya ümumi mülkiyyət hüq uqunda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdərilməklə paylı mülkiyyətlərində, və ya belə paylar müəyyənləşdirilmədən birgə mülkiyyətlərində ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (Mülki Məcəllənin 213.1, 213.2, 213.5-ci maddələri). Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddənin mənasına görə, payın naturada ayrılmasına dair iddia tələbi məhkəmə qaydasında o, vaxt təmin oluna bilər ki, payın naturada ayrılmasına yol verilsin və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olsun. Hazırki halda, ilk ekspert rəyində mübahisəli evin tərəflərin paylarına uyğun olaraq texniki cəhətdən bölünməsinin qeyri-mümkünlüyü qeyd edilsə də, təkrar ekspert rəyində həmin evin onlar arasında təcrid mənzillər şəklində naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tərəflərin mübahisəli evdə paylarının naturada ayrılmasına yol verilməsi və bunun ümumi mülkiyyətdə olan həmin evə tənasübsüz zərər vurmadan mümkün olması, həmçinin iddiaçının iddia etdiyi bölgü üzrə cavabdehin üzərinə hər hansı əlavə vəzifələrin qoyulması mülki iş materialları ilə istisna edilmədiyindən, sonuncunun xəstə, İ qrup əlil olmaqla maddi imkana malik olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki iddia ərizəsindən, kasasiya şikayətinin dəlillərindən, o cümlədən təkrar ekspert rəyindən görünür ki, sözügedən evdən tərəflərə çatan payları n naturada ayrılması texniki cəhətdən mümkündür və bunun üçün tələb olunan xərcləri ödəməyi iddiaçı öz öhdəsinə götürüb. Ümumiyyətlə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi bölgü üzrə cavabdehin üzərinə hər hansı əlavə vəzifə qoyulmayıb. Bundan başqa iş materiallarına əlavə edilmiş 16 mart 2020-ci il tarixli Çıxarışdan görünür ki, iddiaçı tərəfindən mübahisəli evdə artıq tərəflərin paylarına uyğun olaraq naturada bölgü aparılıb və ümumi birgə mülkiyyətdə olan 0,0196 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 89,40 kv.metr ümumi sahəsinin 42,1 kv.metr, yaşayış sahəsinin 42,1 kv.metr hissəsi paylı mülkiyyət hüququ üzrə iddiaçının, ümumi sahənin 47,3 kv.metr, yaşayış sahəsinin 41,1 kv.metr hissəsi isə paylı mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb və bölgü nəticəsində cavabdehə daha çox sahə düşüb. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh verdiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)-1063/2021 nömrəli qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsi nə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində onun iştirakı olmadan işə baxmış, ekspertizadan məlumatı olmamış, ekspertiza düzgün keçirilməmiş, onun naturada bölgüyə heç bir razılığı olmamış, apellyasiya məhkəməsi qətnamədə onun üzərinə hər hansı vəzifə qoyulmadığını qeyd etsə də, məhkəmə yaşayış evinin bölgüsünü müəyyən etmiş və həmin bölgünün aparılmasının bir hissəsini onun üzərinə qoymuşdur. O, İ qrup əlil kimi uzun müddət xəstə olduğundan evin onun payına düşən hissəsini təmir etməyə maddi imkanı yoxdur və bu hal onun qanunla qoru nan mülkiyyət hüququna heç bir formada mənfi təsir edə bilməz. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPMnin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə icla sına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; Maddə 214.1 Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sa yılır; Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəy ərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 4 18.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun təl əbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər iki tərəfin vahid əmlaka mülkiyyət hüququ var. M ülki Məcəllənin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; Tərəflərin mübahisəli evdə paylarının naturada ayrılmasına yol verilməsi və bunun ümumi mülkiyyətdə olan həmin evə tənasübsüz zərər vurmadan mümkün olması müəyyən edildiyindən cavabdehin xəstə, İ qrup əlil olmaqla maddi imkana malik olmaması, əmlakdan faktiki istifadə etməməsi və evin naturada bölünməsinə razı olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki iddia ərizəsindən, təkrar ekspert rəyindən görünür ki, sözügedən evdən tərəflərə çatan payların naturada ayrılması texniki cəhətdən mümkündür və bunun üçün tələb olunan xərcləri ödəməyi iddiaçı öz öhdəsinə götürü b. Ümumiyyətlə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi bölgü üzrə cavabdehin üzərinə hər hansı əlavə vəzifə də qoyulmayıb. Həmçinin həm birinci instansiya məhkəməsində, həm də sonuncu apellyasiya məhkəməsində işə baxılarkən cavabdehin ünvanına məhkəmə bildirişləri çatdırılmış, apellyasiya məhkəməsində onun səlahiyyətli nümayəndəsi iştirak etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1063/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar