Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4987/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev, iş 2(005)-6507/2017) İddiaçı Cavabdeh1, Bakı şəhəri Cavabde h2, X2 qarşı iddiası və Cavabdeh1 qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 17 fevral 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi və 10 mart 2016-cı il tarixdə bağlanmış torpaq sahəsinin və üzərindəki tikilinin alqı-satqısına dair ilkin müqavilənin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ilə 10 mart 2016-cı il tarixdə bağlamış olduğu “torpaq sahəsinin və üzərindəki tikilinin alqı-satqısına dair ilkin müqavilə” üzrə beh kimi ödədiyi 100.000 manatın iki misli- 200.000 manat, həmçinin 17.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödədiyi 40.000 manat, cəmi 240.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi qət edilmiş, ilkin və qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2018-ci i l tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov, E.E.Nağıyeva iş 2(103)2771/2018) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi 10.03.2016-cı il tarixli müqavilə əsasında beh kimi ödənilmiş 100.000 manatın iki misli- 200.000 manatın iddiaçının cavabdehin xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia və qarşılıqlı iddia həmin hissədə qismən təmin edilmiş, İddiaçı Cavabdeh1 xeyrinə 10.03.2016-cı il tarixli müqavilə üzrə 100.000 manat pulun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 25 oktyabr 2018-ci il tarixli qərarı ilə (sə drlik edən-hakim G.Quliyev, hakimlər Ə.Mirzəliyev və T.Qoldman, iş No 2(102)6559/18 saylı mülki iş) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadiqov (sədrlik edən-məruzəçi), A.Hüseynov və A.İmanov; 2(103)-78/2012 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 noyabr 2017ci il tarixli qətnaməsi 10.03.2016-cı il tarixli müqavilə əsasında beh kimi ödənilmiş 100.000 manatın iki misli-200.000 manatın iddiaçıdan cavabdehin xeyrinə tutulması hissəsində ləğv edilərək, həmin iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia və qarşılıqlı iddialar həmin hissədə qismən təmin edilərək, İddiaçı Cavabdeh1 xeyrinə 17.02.2016-cı il tarixli müqaviə üzrə 80.000 (səksən min) manat və 10.03.2016-cı il tarixli müqavilə üzrə 100.000 (yüz min) manat pulun tutulması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları 21.08.2017-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 17 fevral 2016-cı il tarixdə bağlanmış kredit müqavilələrinin və 10 mart 2016-cı il tarixdə bağlanmış “Torpaq sahəsinin və üzərindəki tikilinin alqı-satqısına dair ilkin müqavilə”nin ləğv edilməsi, həmin müqavilə üçün ödənilmiş 100.000 manat pulun onun tərəfindən notariusun depozitinə qoyulması yolu ilə Cavabdeh1 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 da qarşılıqlı iddia ərizəsi v erərək İddiaçı ilə aralarında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün beh kimi ödədiyi 140.000 manatın iki misli olmaqla 280.000 manat, 30 manat dövlət rüsumu, hüquqi xidmətə görə ödədiyi 2.000 manat, mənəzi zərərə görə 50.000 manat, ümumilikdə 332.030 manat pulun İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Hüquqi məsələlər İşin kassasiya baxışı zamanı iddiaçı X3 ərizə təqdim edərək, göstərmişdir ki, onunla Cavabdeh1 arasında yaranmış mülki mübahisə məhkəmədən kənar qaydada, qarşılıqlı razılıq əsasında həll edildiyi üçün X3 «onunla Cavabdeh1 arasında 17 fevral 2016-cı il tarixdə bağlanmış kredit müqavilələrinin və 10 mart 2016-cı il tarixdə bağlanmış “To rpaq sahəsinin və üzərindəki tikilinin alqı-satqısına dair ilkin müqavilə”nin ləğv edilməsi, həmin müqavilə üçün ödənilmiş 100.000 manat pulun onun tərəfindən notariusun depozitinə qoyulması yolu ilə Cavabdeh1 qaytarılması barədə» iddiasından imtina edir. Həmçinin iddiaçı iddiadan imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. İşin kassasiya baxışı zamanı həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizə təqdim edərək, göstərmişdir ki, onunla iddiaçı X3 arasında yaranmış mülki mübahisə məhkəmədən kənar qaydada, qarşılıqlı razılıq əsasında həll edildiyi üçün Cavabdeh1 «İddiaçı ilə aralarında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün beh kimi ödədiyi 140.000 manatın iki misli olmaqla 280.000 manat, 30 manat dövlət rüsumu, hüquqi xidmətə gö rə ödədiyi 2.000 manat, mənəzi zərərə görə 50.000 manat, ümumilikdə 332.030 manat pulun İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə» qarşılıqlı iddiasından imtina edir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı iddiadan imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiadan imtina etməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4 maddəsinin tələblərinə uyğundur. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 416, 417, 417.1.5-ci maddələrini rəh bər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X3 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4987/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4987/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver