Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4987/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar X4 və İddiaçı1 cavabdehlər Cavabdeh (Bakı şəhəri 5 saylı Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə ilkin iddiası, Cavabdeh X8 və İddiaçı1 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar X8 və İddiaçı1 Cavabdeh qarşı (Bakı şəhəri 5 saylı Nota riat ofisi maraqlı şəxs qismində cəlb edilməklə) mirasın qəbul edilmiş hesab olunmasına və s. tələbinə dair ilkin iddiası, qarşılıqlı iddiaçı Cavabdeh X8 və İddiaçı1 qarşı mirasın qəbul edilmiş hesab olunması və s. tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1070/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qərardadından cavabdeh (qaşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil 229380 saylı, xx.xx.1984-cü tarixli orderlə 4 nəfər ailə tərkibində iddiaçıların babası YYYna verilmişdir (əsas: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2974/200 2 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsi). YYY xx.xx.1999-cu ildə ölmüş, onun ölümündən sonra Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2974/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsi ilə arvadı X2 mənzilə köçürülməklə, icarədarı hesab edilmiş və sonuncunun mənzilə dair mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. YYY ilə X1 birgə nikahlarından Maraqlı şəxs1, Maraqlı şəxs2, X6, Maraqlı şəxs4 və Cavabdeh doğulmuşdur. X2 xx.xx.2011-ci il tarixdə ölmüş, onun ölümündən sonra mənzildə yalnız övladı X6, arvadı X12 və övladları, yəni iddiaçılar yaşamışdır. İddiaçıların atası X6 xx.xx.2020-ci il tarixdə, anası X12 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar X8 və İddiaçı1 Ca vabdeh qarşı (Bakı şəhəri 5 saylı Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin (miras əmlakın) X6 tərəfindən qəbul edilmiş hesab olunması və onun vərəsələri olan iddiaçılara ünvan 1 ünvanında yerləşən mənzilə (miras əmlaka) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Eyni zamanda Cavabdehlər X8 və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilmiş hesab olunması və mirasın onun payına düşən hissəsinin müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5900/2021 nömrəli, 22 oktyabr 20 21-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) ilkin iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən mənzilin X6 tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, həmin mənzilə dair İddiaçı1 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1070/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. Cavabdeh 28 mart 2022-ci tarixdə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını 19 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması, əks təqdirdə işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasınə xahiş etmişdir.
8. Apellyasiya instansiya məhkəməsinin 2(103)-1070/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərardadı (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi) ilə Q.Əsgərov və F.Talışinski) cavabdehin kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayətinin geri qaytarılmasını belə əsaslandırmışdır ki, B akı Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci ildə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Bu halda, Cavabdeh qeyd edilən qətnamədən prosessual qanunvericiliyin tələblərinə görə 2 ay müddətində, yəni 31 mart 2022-ci il tarixinə kimi kassasiya şikayəti verə bilərdi. Lakin Cavabdeh kassasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron qaydada təqdim edilmişdir. Bununla da Cavabdeh qanunla müəyyən edilən 2 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpasına dair vəsatət verməmişdir.
10. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan qəbzdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1070/2022 saylı iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən 10 fevral 2022-ci il tarixdə imzalanmaqla alınmışdır. Bu halda Cavabdeh 10 aprel 2022-ci il tarixinə kimi kassasiya şikayəti verə bilərdi. Lakin qeyd edilən halda belə Cavabdeh həmin qətnamədən prosessual qanunvericiliyin tələblərinə görə 2 aylıq müddəti ötürmüşdür.
11. Cavabdeh və vəkili (eyni zamanda etibarnamə üzrə nümayəndələri) Vəkil2 19 yanvar 2022-ci il tarixli məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və ərizəyə əlavə olaraq kassasiya şikayəti vermişdir.
12. Müddətin bərpa olunması barədə ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə Cavabdeh vəkil təyin edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsindən kassasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron məhkəmə vasitəsi ilə göndərilmişdir. Vəkil2 cərrahiyyə əməliyyatı olunduğuna görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Akademik M.A.Topçubaşov adına xəstəxanada stasionar müalicədə olmuş, bundan sonrakı dövrdə də ambulator müalicə olunmuş, həmin dövrdə əmək qabiliyyətinin olmaması barədə xəstəxana tərəfindən ona xəstəlik vərəqələri verilmişdir. Vəkilin xəstəliyi səbəbindən kassasiya şikayəti vaxtında verilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1070/2022 saylı, 6 iyul 2022-ci il tarixli qərardadı (hakimlər A.İmanov, Q.Əsgərov və F.Talışinski) ilə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
14. Məhkəmə kolegiyasə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizədə qeyd edildiyi kimi, kassator vəkillə xx.xx.2022-ci il tarixdə müqavilə bağlamışdır. Sonuncu tərəfindən kassasiya şikayəti xx.xx.2022-ci i l tarixdə deyil, xx.xx.2022-ci il tarixdə elektron qaydada verilmişdir. Göründüyü kimi, kassator ilkin kassasiya müraciəti zamanı qanunla müəyyən edilmiş prosessual müddəti artıq ötürmüşdür.
15. Həmçinin məhkəmə kollegiyası vəkilin xəstə olması barədə ərizəyə əlavə edilmiş xəstəlik vərəqələri ilə bağlı qeyd etmişdir ki, həmin xəstəlik vərəqələri Cavabdeh deyil, onun təmsilçisi Vəkil2 aiddir. Bu hal isə Cavabdeh tərəfindən buraxılmış müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, müddətin üzrlü səbəb olmadan ötürülməsi üçün əsaslar olmadığından, kollegiya hesab edir ki, ərizə təmin edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2 Qardaşxan oğlu) Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(103)-1070/2022 saylı, 6 iyul 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv olunması, vəsatətin təmin edilməsi, buraxılmış müddətin üzrlü hesab olunmaqla bərpa olunması, apellyasiya instansiyası məhkəməsinin 2(103)1070/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən verilən kassasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti verilməsi üçün Cavabdeh Bakı şəhəri 3 saylı Vəkil Bürosunda 28 mart 2022-ci il tarixdə müqavilə bağlamış, həmin tarixdə kassasiya şikayəti tərtib olunmuş və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin hakimi A.İmanovun adına ərizə yazılmış, xx.xx.2021-ci il tar ixli etibarnamənin və xx.xx.2022-ci il tarixli vəkil orderinin surəti də həmin ərizəyə əlavə olunaraq, nümayəndə və vəkil kimi elektron məhkəmə informasiya sisteminə daxil edilməsi xahiş edilmişdir. Həmin kassasiya şikayətinin xx.xx.2022-ci il tarixdə sənədlərlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərildiyi, daha sonra kassasiya şikayətinin təkrarən xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını göndərildiyi və qətnamənin surətinin məhkəməyə rəsmi olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh “Azərpoçt” vasitəsi ilə təqdim olunduğu kassasiya şikayətində qeyd edilir.
18. Bundan başqa, kassasiya şikayətində qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixində keçirilən məhkəmənin kollegiya iclasından məlumatla rı olmamış, xx.xx.2022-ci il tarixdən hazırkı vaxta kimi xəstə olmaqla stasionar və ambulator müalicə altında olmaq barədə vəsatəti və əmək qabiliyyətinin olmaması vərəqələrinin surətlərini məhkəməyə təqdim edə bilməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəs ilə həyata keçirilir.
21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəmə sinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
27. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Apellyasiya instansiyası məhkəməsinin aktı ilkin iddia üzrə cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin olunmalı, qərardad ləğv edilməli və mülki iş müddətin bərpa olunması barədə ərizəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olar aq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiy asına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
32. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
33. Hazırki işdə kassator tərəfindən kassasiya şikayəti vermə müddətini ötürmüşdür və kassator özü də bununla razılaşaraq, müddətin buraxılmasının s əbəbinin üzürlü sayılaraq bərpa olunmasını xahiş edir.
34. Kassator müddətin buraxılmasının üzürlü sayılması üçün əsas kimi vəkilin şikayət vermə müddətində xəstə olduğunu bildirir və bu barədə sübut kimi Vəkil2 cərrahiyyə əməliyyatı olunduğuna görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Akademik M.A.Topçubaşov adına xəstəxanada stasionar müalicədə olması, bundan sonrakı dövrdə isə (xx.xx.2022-xx.xx.2022-ci il tarixədək) ambulator müalicə olunduğuna görə əmək qabiliyyəti olmaması barədə vərəqələri təqdim etmişdir.
35. Prosessual müddətin bərpasından bəhs edən MPM-nin 133-cü maddəsində müddətin bərpa olunması üçün üzürlü səbəblərin nədən ibarət olması göstərilməmişdir. Lakin bununla bağlı məhkəmə təcrübəsi üçün mənbə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un «X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolun maz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
36. Cavabdehin müddətin bərpa olunması üçün gətirdiyi, yuxarıda qeyd olunan dəlillər açıq-aşkar əsassız deyil və məhkəmə tərəfindən qiymətləndirilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdırmamış, mövqeyini onunla əsaslandırmışdır ki, «həmin xəstəlik vərəqələri Cavabdeh deyil, onun təmsilçisi Vəkil2 aiddir. Bu hal isə Cavabdeh tərəfindən buraxılmış müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz».
37. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Çünki Vəkil2 iddiaçının etibarnamə üzrə nümayəndəsi olmaqla y anaşı, həm də vəkilidir. MPM-nin 67-ci maddəsinə əsasən, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
38. Bu baxımdan cavabdeh vəkil xidməti olmadan kassasiya şikayəti verə bilməzdi. Kassasiya şikayətini onun vəkili tərtib etməli, bunun üçünsə vəkil iş materialları ilə tanış olmalı, təmsil etdiyi tərəfin tələblərinin təmin olunmasını təmin edən hüquqi hüquqi mövqe müəyyən etməli, əsaslandırılmış şikayət hazırlamalı idi. Göründüyü kimi, cavabdehin kassasiya şikayəti vermə müddətini ötürməsi ilə, vəkilin əmək qabiliyyətinin olmaması arasında səbəbli əlaqənin olması istisna edilmir.
39. Məhkəmə kollegiyası xatırladır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəmə si qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).
40. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.
41. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlç atanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X9rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).
42. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmiş, MPM-də müəyyən olunan normaların məhdudlaşdırıcı təfsiri yolverilməzdir. 43.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1070/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2022-c i il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması barədə ərizəyə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.