Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4988/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə hüquqlarının itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-06/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 o ktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 17.03.2017-ci il tarixli, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, həqiqətən Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, bina 8, mənzil 32 tam mülkiyyət hüququ üzrə İddiaçı ASC Naxçıvan MR Baş İdarəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 12/3 nömrəli reyestr kitabının 461 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən 16 iyul 2018-ci il tarixli 1752 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı ASC Naxçıvan MR Baş İdarəsinə mə xsus olan Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, bina 8, mənzil 32-də Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 pasport qeydiyyatındadırlar. Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2016-cı il tarixli qətnaməsindən görünür ki, mübahisəli Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, bina 8, mənzil 32 əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş, evin mülkiyyətçisi, o cümlədən digər cavabdehlər bu mənzildə qeydiyyatda olmuşlar. Həmçinin qətnamədən aydın olur ki, cavabdehlər Cavabdeh3 və X1 şəhəri, Atabəylər məhəlləsi bina 8, ev 32 ünvanında yerləşən mənzilin (fərdi yaşayış evinin) Bank qarşısında ipoteka qoyulmasına etiraz etməmişlər. Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-06/2016 nömrəli, 17 iyun 2016-cı il tarixli qətnaməsinin surətindən məlum olur ki, həmin qətnamə ilə İddiaçı ASC Na xçıvan MR Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası təmin edilmişdir. Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə 09 fevral 2017-ci il tarixli Protokoldan aydın olur ki, sifarişçi (satıcı) Naxçıvan Şəhər İcra Bölməsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 10 avqust 2016-cı il tarixli 2-2(087)-06/2016 saylı icra sənədi və İddiaçı ASC-nin Naxçıvan MR Baş İdarəsinin 19 yanvar 2017-ci il tarixli 01/23 nömrəli məktubu əsasında Naxçıvan MR Auksion Mərkəzində keçirilən hərracın qa libi İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi olmaqla alınan mənzillərdən biri Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 8-də yerləşən 5 mərtəbəli binada 55,84 kv.m ümumi, 37,92 kv.m yaşayış, 17,92 kv.m köməkçi sahədən ibarət 3 otaqlı 32 nömrəli mənzil 68000 manata alınmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 09 fevral 2017-ci il tarixli müqavilədən aydın olur ki, hərracın yekun protokolunda göstərilmiş əmlakların satın alınmasına dair tərəflər arasında müqavilə bağlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 17.03.2017-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı ASC Naxçıvan MR Baş İdarəsinə məxsus Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 ünvanında yerləşən, ümumi sahəsi 55.84 kv.m olan 32 saylı mənzildən çıxarılması, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi filialına təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qeyd edilən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyətin Naxçıvan MR İdarəsi filialı 09 fevral 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilə əsasında Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 ünvanında yerləşən ümumi sahəsi 55.84 kv.m olan 32 saylı mənzili ala raq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 17.03.2017-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışı ilə tam mülkiyyət hüququ əldə etmişdir, lakin hal-hazırda cavabdehlərin İddiaçı ASC-nə məxsus mənzildə yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməklə bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur və bu səbəbdən də cavabdehlərin bankın mülkiyyətində olan mənzilə hüquqlarının itirilmiş hesab edilməsini məqsədə müvafiq hesab edir. Naxçıvan Şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Səfərəliyeva, iş № 2(078)-40/2019) iddia tələbi təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 ünvanında yerləşən, ümumi sahəsi 55.84 kv.m olan 32 saylı mənzildən çıxarılması, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi filialına təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qeyd edilən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının iddia qaldırmaq hüququ olmadığını, mənzilin “X8 MR Baş İdarəsi” tərəfindən alındığını, iddia qaldıran şəxsin də məhz X8 MR Baş İdarəsi olmalı olduğunu bildirmişdir. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən “Naxçıvan Muxtar Respubli kası idarəsi” filialına bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 244/1 nömrəli 29 dekabr 2016-cı il tarixli İcazədən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası idarəsinə” filialına əsasnaməsində nəzərdə tutulan bank fəaliyyətinin bankın lisenziyası çərçivəsində həyata keçirilməsinə icazə verilir. Həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildən çıxmamaları mənzilin mülkiyyətçisi olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Apelyasiya instansiy ası məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Mirzəyev və F.Abbasov, iş № 2(108)-06/2021) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(078)-40/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab edilə bilməz və məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmaqla tərəflərin təqdim etdiyi sübutlara obyektiv qiymət verilməsi təmin olunmuşdur. Birinci instansiyası məhkəməs i işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-06/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tə tbiq olunmaması ilə qəbul edildiyindən tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı ASC kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəm ə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələbl ərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikas ı Mülki Məcəlləsi 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-06/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4988/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4988/2021
14.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver