Məhkəmə qərarları › İş №2(102)-4989/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4989/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4989/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2, Cavabdeh8 və Cavabdeh9 qarşı “mənzilə hüquqların itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 202 1-ci il tarixli, 2(108)-4/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" MMC-dən cəmi 2382145,93 manat məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək əsas borca hesablanacaq faizlərin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə kredit borcunun ipoteka ilə yüklü edilmiş digər əmlaklarla bi rlikdə ilkin qiymətləndirmə dəyəri 75000 manat olan Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 1 məhəlləsində yerləşən 8 nömrəli 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 85,64 kv.m ümumi, 61,71 kv.m yaşayış, 23,93 kv.m köməkçi sahədən ibarət 5 otaqlı 21 nömrəli mənzilə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılıb kredit borcunun ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 10 avqust 2016-cı il tarixli icra sənədinə və Naxçıvan şəhər İcra Bölməsinin 01 sentyabr 2016-cı il tarixli sifariş məktubuna əsasən 09 fevral 2017-ci ildə Naxçıvan Muxtar Respublikası X3 şəhəri, Atabəylər məhəlləsi 8-də yerləşən 5 mərtəbəli binanın 2-ci giriş 3-cü mərtəbəsində 85,64 kv.m ümumi, 61,71 kv.m yaşayış, 23,93 kv.m k öməkçi sahədən ibarət 5 otaqlı 21 nömrəli mənzilin satılmasına dair hərrac keçirilmiş və hərracın qalibi İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsi hesab olunmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17 mart 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 17 mart 2017-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışına əsas ən İddiaçı ASC-nin Naxçıvan Muxtar Respublikasının Baş İdarəsinə məxsus ünvan 1 məhəlləsi 8 ünvanında yerləşən, ümumi sahəsi 85,64 kv.m olan 21 saylı mənzildən çıxarılması, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-nin Naxçıvan Muxtar Respublikasının İdarəsi filialına təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8 və Cavabdeh9 qeyd edilən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(078)-39/2019 nömrəli qətnaməsi ilə (hakim E.H.Hüseynov) iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8 və Cavabdeh9 Naxçıvan Muxtar Respublika sı Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 17 mart 2017-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışına əsasən İddiaçı ASC-nin Naxçıvan Muxtar Respublikasının Baş İdarəsinə məxsus ünvan 1 məhəlləsi 8 ünvanında yerləşən, ümumi sahəsi 85,64 kv.m olan 21 saylı mənzildən çıxarılmaları, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-nin Naxçıvan Muxtar Respublikasının İdarəsi filialına təhvil verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8 və Cavabdeh9 qeyd edilən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 140, 152.1, 178.1-ci, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qararlarına istinad edən birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər mənzilə qanunsuz sahiblik etdiklərinə görə mülkiyyətçinin mülkiyyət hüquqları pozulur. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(078)-39/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(108)-4/2021 nömrəli qərarı ilə (hakim V.G.Kuimovanın sədrliyi və məruzəsi ilə, hakimlər Y.S.Qurbanovdan və Ə.M.Xıdırovdan ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 09 aprel 201 9-cu il tarixli, 2(078)-39/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “ipotekaya xitam verilməsinə” dair iddiası təmin edilməmiş, iddiaçının verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Cavabdehin apellyasiya şikayətində gö stərdiyi 30 avqust 2018-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən icraata götürülmüş sözügedən mülki işə 09 aprel 2019-cu il tarixdə, yəni 7 ay 10 gündən sonra nəticə verilərək qətnamə çıxarılmasının qanunsuz və ədalətsiz olması, həmçinin işə baxan hakimin ədalətsiz qətnamənin qəbul edilməsində çətinlik çəkməsinin süründürməçiliyə yol verərək süni şəkildə işə bu qədər uzun müddətdə baxmasına səbəb olması, qətnamənin səbəb olmadan vaxtında çıxarılmamasının qətnamənin qanunsuz olduğunu sübut etməsinə dair dəlillərini apellyasiya instansiyası məhkəməsi əsaslı hesab etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 oktyabr 2018-ci il, 13 noyabr 2018-ci il, 29 noyabr 2018-ci il, 14 dekabr 2018-ci il,10 yanvar 2019-cu il, 01 fevral 2019-cu il, 21 fevral 2019-cu il və 15 mart 2019-c u il protokollarından aydın olur ki, müvafiq məhkəmə baxışı iclasları işdə iştirak edən şəxslərin iştirakını və tərəflərin vəsatətlərini təmin etmək məqsədilə təxirə salınmışdır. Həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(108)-4/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini maddi və pros essual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, mənzilin satışı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzi tərəfindən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə həyata keçirilmiş, mənzil üzərində ipotekaya xitam verilməli olduğu halda, qanunsuz olaraq iddiaçının mülkiyyətinə verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı ASC kassasiya şikayətinə dair yazılı etiraz verərək, həmin şikayətin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi ilə iddia tam təmin edilsə də, qətnamə yalnız cavabdehlərdən Cavabdeh1 tərəfindən mübahisələndirilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini həmin cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun yoxlayaraq, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır. Hazırda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apel lyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsu z məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bil diyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən yaşayış sahəsinin hazırda iddiaçının mülkiyyətinə olması işin mübahisəsiz halıdır. Cavabdehin şikayətlərinin dəlili mənzilin iddiaçının mülkiyyətinə qanunsuz keçməsindən ibarət olsa da, o, bu hallarla bağlı hər hansı mötəbər sübutu təqdim etməmişdir. Əksinə iş mater iallarından müəyyən olunur ki, iş apellyasiya icraatında olarkən "xxxx" MMC tərəfindən ayrı icraatda iddia verilərək, həmin MMC-nin aldığı kredit üzrə ipoteka predmetləri, o cümlədən hazırda mübahisələndirilən mənzillə bağlı Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tərtib olunmuş protokollar və alqı-satqı müqavilələri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması əsası ilə mübahisələndirilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləl iklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(108)-4/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar