Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4989/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aylıq ödənişin bərpa edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10806/2022 nömrəli mülki iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəməni bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) Bakı Avtomobil Zavodunun (bundan sonra cavabdeh və ya zavod) xx.xx.1987-ci il tarixli 63/k saylı əmrə əsasən həmin zavodun nəqliyyat sexində yükləyici vəzifəsində işləmişdir.
2. İddiaçı xx.xx.1988-ci il tarixində istehsalatda əmək xəsarəti almış, (xx.xx.1988-ci il tarixli 2 nömrəli Akt). xx.xx.1988-ci il tarixdən 3-cü dərəcəli əlil kimi maddi ziyana görə 81,91 manat məbləğində ödənc müəyyən edilmişdir.
3. İddiaçı xx.xx.1988-ci il tarixli 55/k nömrəli əmrə əsasən zavodun abadlaşdırma sahəsinin qarderob növbətçisi vəzifəsinə keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, Bakı Avtomobil ASC-nin 2008-ci ilin avqust ayından dayandırdığı aylıq ödənişin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, TSEK-in 1989-cu ildən 1998-ci ilədək olan dövr üzrə qərarlarına əsasən iddiaçıya aylıq ödənişlərin və müavinətlər təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 129 saylı qərarını əsas tutaraq zavod tərəfindən iddiaçıya xx.xx.1997-ci il tarixli 44 saylı əmrə əsasən xx.xx.1996-cı il tarixində 40600 manat xəsarətə görə müavinət təyin edilmişdir. Bakı Avtomobil Zavod üzrə xx.xx.1998-ci il tarixli 28 saylı əmrə əsasən müəssisədə xəsarətə görə verilən müavinəti yenidən hesablanması üçün komissiya yaradılıb. Komissiyanın aktına əsasən zavod tərəfindən iddiaçıy a xx.xx.1998-ci il tarixli 32 saylı əmrə əsasən 51283 manat müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 129 saylı qərarını 22- ci bəndini əsas tutaraq iddiaçıya orta əmək haqqına əsasən verilməli olan aylıq müavinətin məbləğinin yenidən hesablanması qeyd edilmişdir. Bakı Avtomobil Sənaye ASC-nin təqdim etdiyi məlumata əsasən müəssisə iddiaçıya 2008-ci il tarixədək aylıq ödənc etmişdir. Lakin 2008-ci ildən müəssisə iddiaçıya ödəməli olduğu aylıq ödənişi dayandırmışdır. Aylıq ödənişin dayandırılmasının səbəbini Azərbaycan Respublikası Prezidentinin 04 avqust tarixli 804 nömrəli Fərmanıni əsas gətirmişlər. Halbuki, həmin fərman iddiaçının aylıq ödənişinin dayandırılmasına şamil edilə bilməz. Çünki müəssisə fəaliyyət göstərmiş, vergi ödənişl ərini etmiş və hal-hazırda da vergi ödəyicisidir. "xxxx" ASC-nin səhmlərinin əmək kollektivinin üzvlərinə güzəştlə satış nəticəsində yaradılmış özəlləşdirmə komissiyasının təşkil etdiyi hərracda iştirak edərək "xxxx" ASC-nin 11 ədəd səhmini əldə etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5091/2021 saylı işi üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixinədək Bakı İxtisaslaşdırılmış Avtomobil Zavodunda işləmişdir. İddiaçı həmin müəssisədə xx.xx.1988-ci il tarixdə istehsalat qəzası almış, nəticədə əmək qabiliyyətinin 80%-ni itirmiş, xx.xx.1997-ci ildə əlillik müddəti təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən xx.xx.2008-ci il tarixədək iddiaçıya aylıq ödəniş edilmişdir. «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi» Qaydalarına uyğun olaraq iddiaçıya 80%-lə xx.xx.2008-ci il tarixdən 60 manat, xx.xx.2016-cı il tarixdən isə 66 manat müavinət təyin edilmişdir. Halhazırda ödəniş davam etdirilir. Həmçinin iddiaçıya 9 il 6 ay 13 gün əmək stajı ilə əmək pensiyası təyin edilib və ödənilmişdir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən məlumata əsasən qeyd olunan "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proq ramı” çərçivəsində yaradılmış "Bakı Avtomobil Sənaye” açıq səhmdar cəmiyyətinin səhmlərinin əmək kollektivin üzvlərinə güzəştli satışı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanına uyğun olaraq müəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən 21.01.xx.xx.2002-ci il tarixlərdə həyata keçirilimiş, iddiaçı əmək kollektivinə bərabər tutulan şəxs kimi (təqaüdçü) həmin hərracda iştirak edərək "xxxx" ASC-nin 11 ədəd səhmini əldə etmişdir, "xxxx" ASC-nin ümumi səhmlərinin 0,77%-i güzəştli satışda satılmış, qalan 99,23%-i isə dövlət mülkiyyətindədir. Hal-hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, məhkəmədən "xxxx" ASC-nin 2008-ci ilin avqust ayından dayandırdığı aylıq ödənişin bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehdən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada aylıq ödənci tələb etmək hüququ yoxdur. Belə ki, iddiaçıya Bakı İxtisaslaşdırılmış Avtomobil Zavodunda işlədiyi dövrdə baş vermiş istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 80%-ni itirdiyinə görə müəssisə tərəfindən ödənilən aylıq ödəncin əvəzinə (iddiaçının öz razılıq ərizəsi əsasında) “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”na uyğun olaraq 80%-lə xx.xx.2008-ci il tarixdən 60 manat, xx.xx.2016-cı il tarixdən isə 66 manat müavinə t təyin edilərək ödənilir.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia əsassız olduğundan rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10806/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, iddiaçıya əmək xəsarəti aldığı gündən həm əmək xəsarəti aldığına görə müavinət, həm də əlilliyə görə pensiya ödənilir. İddiaçının işlədiyi müəssisə hələ özəlləşdirilmə mərhələsində olduğu üçün ona müəvinət DSMF tərəfindən ödənilir. DSMF məlumatları Əmlak Komitəsindən alır. Hazırda isə Əmlak Komitəsi tərəfindən bu iş üzrə cavabdeh olan müəssisənin özəlləşdirilməsinin bitməsi barədə hər hansı məlumat göndərilməmişdir. İddiaçının tələb etdiyi iddia mümkünsüzdür, çünki iddiaçı həm müavinət, həm də əlilliyə görə pensiya alır. İddiaçı qeyd edir ki, müqaviləyə onun tərəfindən imza edilməmişdir. Lakin təqdim edilən sənədlərdən görünür ki, iddiaçı tərəfindən müqavilə imza edilməkl ə razılıq verilmişdir.
13. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə apellyasiya şikayətində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Avtomobil ASC 2002-ci il tarixdən özəlləçdirilmiş və məndən gizlədilmişdir. Zərərçəkənin peşəsinin adı dəyişdirildikdə və yaxud ləğv edildikdə müəsissədə müvafiq peşə və ya peşə qurumları müəssisə üzrə örta əmək haqqından müəyyən edilərək hesablanır. İddiaçının vəzifəsində ioşləyən işçinin maaşının 80% iddiaçı iniyədək almamışdır.İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənişlər ödənilməlidir. Lakin 2008-ci ildən iddiaçıya heç bir ödəniş ödənilmir. b)
16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
17. Maddə 9, bənd d. Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.
18. Maddə 62, hissə
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
19. Maddə
154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. tam Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddia tələbi "xxxx" ASC-nin 2008-ci ilin avqust ayından dayandırdığı aylıq ödənişin bərpa edilməsi barədədir. İddiaçı tələbinin əsası kimi müəssisənin fəaliyyət göstərməsi, vergi ödənişlərinin edilməsi və hal-hazırda da vergi ödəyicisinin olması və "xxxx" ASC-nin səhmlərinin əmək kollektivinin üzvlərinə güzəştlə satış nəticəsində yaradılmış özəlləşdirmə komissiyasının təşkil etdiyi hərracda iştirak edərək "xxxx" ASC-nin 11 ədəd səhmini əldə etməsinəistinad edib.
38. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixinədək Bakı İxtisaslaşdırılmış Avtomobil Zavodunda işləmişdir. İddiaçı həmin müəssisədə xx.xx.1988-ci il tarixdə istehsalat qəzası almış, nəticədə əmək qabiliyyətinin 80%-ni itirmiş, xx.xx.1997-ci ildə əlillik müddəti təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən xx.xx.2008-ci il tarixədək iddiaçıya aylıq ödəniş edilmişdir. «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi» Qaydalarına uyğun olaraq iddiaçıya 80%-lə xx.xx.2008-ci il tarixdən 60 manat, xx.xx.2016-cı il tarixdən isə 66 manat müavinət təyin edilmişdir. Halhazırda ödən iş davam etdirilir. Həmçinin iddiaçıya 9 il 6 ay 13 gün əmək stajı ilə əmək pensiyası təyin edilib və ödənilmişdir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən məlumata əsasən qeyd olunan "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” çərçivəsində yaradılmış "Bakı Avtomobil Sənaye” açıq səhmdar cəmiyyətinin səhmlərinin əmək kollektivin üzvlərinə güzəştli satışı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanına uyğun olaraq müəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən 21.01.xx.xx.2002-ci il tarixlərdə həyata keçirilimiş, iddiaçı əmək kollektivinə bərabər tutulan şəxs kimi (təqaüdçü) həmin hərracda iştirak edərək "xxxx" ASC-nin 11 ədəd səhmini əldə etmişdir, "xxxx" ASC-nin ümumi səhmləri nin 0,77%-i güzəştli satışda satılmış, qalan 99,23%-i isə dövlət mülkiyyətindədir.
39. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya məhkəməsinin hazırki qərarın dəyərləndirməsi ilə razılaşır. Bu səbəbdən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları bağlı işin hallarını tam araşdırmaqla, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət vermişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əmək xəsarəti aldığı gündən həm əmək xəsarəti aldığına görə müavinət, həm də əlilliyə görə pensiya ödənilir. İddiaçının işlədiyi müəssisə hələ özəlləşdirilmə mərhələsində olduğu üçün ona müəvinət DSMF tərəfindən ödənilir. DSMF məlu matları Əmlak Komitəsindən alır. Hazırda isə Əmlak Komitəsi tərəfindən bu iş üzrə cavabdeh olan müəssisənin özəlləşdirilməsinin bitməsi barədə hər hansı məlumat göndərilməmişdir.
42. Göründüyü kimi, apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1 0806/2022 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.