Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-499/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin İstehsal və Xidmət X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, preyudisial əhəmiyyətli məhkəmə aktı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və onunla maddi məsuliyyət müqaviləsinin bağlanması”, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5638/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə İddiaçı1 arasında xx.xx.2014-cü il tarixli, 178 nömrəli əmək müqaviləsi bağlanıb, İddiaçı1 Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi vəzifəsinə təyin edilib. Əmək müqaviləsi nin müddəti 1 (bir) ay müəyyən olunub.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, **********96 nömrəli məktubuna əsasən İddiaçı1 tərəfindən 7 saylı atelyenin fəaliyyəti ilə əlaqədar yaranan xərclərin ödənilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə müvafiq olaraq 405 manat məbləğində xidmət haqqı ödənilib.
3. Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru X11 ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli, 177 nömrəli əmək müqaviləsi bağlanıb, İddiaçı2 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nəs imi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi vəzifəsinə təyin edilib. Əmək müqaviləsinin müddəti 1 (bir) ay müəyyən olunub. 4. 24 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelyesində dərzi vəzifəsində çalışan X6 və İddiaçı2 ilə bağlanmış əmək müqavilələrinə xitam verilib. 5. ünvan 1 ünvanı Tağızadə 27A) yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesi 08 noyabr 2016-cı il tarixdə açıq hərracda X3, sonuncunun xüsusi mülkiyyət hüququ barədə müvafiq qeydiyyat aparılıb.
6. İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və X5 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın l əğv edilməsi tələbinə dair iddia qaldırıb, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilib.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı1 apellyasiya şikayəti təmin edilərk, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunaraq, ünvan 1 ünvanı Tağızadə 27A) yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesinə dair keçirilmiş hərrac üzrə 29 yanvar 2019-cu il tarixli, 04/01 saylı hərrac protokolunun və onun əsasında X7 ilə bağlanmış əqdin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X4 adına 07 fevral 20 19-cu il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 18 mart 2019-cu il tarixdə Nərimanov rayon məhkəməsinə iddia ərizəsi (sonradan iddianın dəyişdirilməsi barədə ərizə) ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24 may 2016-cı il tarixli, 45 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, həmçinin onunla maddi məsuliyyət müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı1 iddiasını belə əsaslandırıb ki, onun mərhum atası X6 (xx.xx.1937-ci il tarixdə doğulmuş – xx.xx.2013-cü il tarixdə ölmüşdür) 195 9- cı ildən vəfat etdiyi vaxta qədər, yəni ümumilikdə 54 il Azərbaycan məişətinə xidmət göstərmişdir. Respublikada baş verən Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı atası 1989-cu ilin avqust-sentyabr ayında Şamo adlı milliyyətcə erməni olan şəxsdən ünvan 2 ünvanı Tağızadə 27A) yerləşən, 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesini 180000 manat verərək faktiki almışdır (bu faktı 1986-cı ildən hal hazırki dövrə qədər 7 saylı atelyedə dərzi işləyən X8 təsdiq edə bilər). Lakin atası həmin dövrdə 2 saylı paltarların fərdi tikilişi və təmiri fabrikində baş mühəndis işlədiyi üçün 7 saylı atelyeyə Leyla adlı xanımı müdir təyin etmişdir. 1993-cü ildən öldüyü günə qədər iddiaçının atası 7 saylı atelyenin müdiri işləmişdir. Ümumiyyətlə, 7 saylı atelye Məişət Nazirliyinin balansında olmu şdur. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yaradılmasından sonra 7 saylı atelye komitənin balansına verilmişdir.
10. Yuxarıda göstərilənlərdən də aydın olur ki, iddiaçının atası 7 saylı atelyenin ilkin sahibi olduğu müddətdə əmlak komitəsi mövcud deyildi. İddiaçının atası sonradan erməni milliyyətindən olan şəxsə verdiyi pulu qohumlardan aldığı üçün evlərini banka girov qoyaraq və kredit götürərək qohumların pulunu qaytarmışdır. İddiaçı 2000-ci ildən atasının yanında, yəni 7 saylı atelyedə atasına köməklik etmişdir. Yuxanda göstərilən faktları Əmlak Komitəsinin rəhbər işçiləri yaxşı bildikləri üçün iddiaçının atası xx.xx.2013-cü ildə vəfat etdikdən sonra Əmlak Komitəsinin özəlləşmə şöbəsinin müdiri Sadiq Məmmədov iddiaçını və qardaşı Nadir Abbasovu komitəyə yan ına çağırtdırıb onlara bildirmişdir ki, «bütün komitədə atelyenin sizin atanıza məxsuz olduğunu hamı bilir, elə isə gedin, iki qardaş atelyedə problemsiz fəaliyyət göstərin, nədə çətinliyiniz olsa mən sizin qulluğunuzdayam”. 2014-cü ildə Azərbaycan Respublikası ƏMDK-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin işçisi olan Kamran adlı şəxs faktiki olaraq fəaliyyətdə olan 7 saylı atelyeyə gələrək iddiaçıdan və digər işçi Rövşən Mahmudovdan işə qəbulla bağlı ərizələr istəmiş və bu zaman bildirmişdir ki, «sizdən eyni vaxtda iki ərizə alınacaq, yəni tarix qoymadan işə qəbul və işdən öz xahişinizlə azad olma ərizələrinizi təqdim etməlisiniz». Əlavə olaraq iddiaçı ilə 7 saylı atelye üzrə maddi-məsul şəxs olmasi haqqında müqavilə bağlanacağını bildirmişdir. Sonra Kamran adlı həmin ş əxs atelyedə idarədə əvvəlcədən hazırlanmış müqavilələri onlara təqdim edərək bildirmişdir ki, bu şərtlərlə razılaşmayan şəxslər atelyedə işləyə bilməz. İddiaçı və Rövşən məcburiyyət qarşısında qalıb atelyedə onlara təqdim edilmiş ərizələrə imza edərək Kamran adlı şəxsə vermişlər.
11. İddiaçının ilk iş yeri olduğu üçün əmək kitabçasını Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları özləri açmalı idi. Lakin sonradan məlum olmuşdur ki, baş verənlər onların ailəsinə qarşı komitə ilə idarə razılaşdırılmış planının həyata keçirilməsinə yönəlmiş bir addımdır. İddiaçının atası işlədiyi dövrdə atelyenin xidmət haqqı, bütün kommunal, texniki və məişət xərclərini ödəmiş, o cümlədən atelyenin təmirini həyata keçirmişdir. 2014-cü ildən hazırki dövrə qədər atelyenin xidmət haqqı, bütün kommunal, tex niki və məişət xərcləri iddiaçı tərəfindən ödənilmiş, o cümlədən atelyenin (1960-ci iliərdə tikilmiş binadır) təmiri iddiaçı tərəfindən edilmişdir.
12. İddiaçı 2014-cü ildən hazırkı dövrə qədər, hər ay idarəyə 200-405 manat xidmət haqqı ödəmişdir. Bununla yanaşı, xidmət haqqı ödəməsinə baxmayaraq idarə tərəfindən hazırki vaxta qədər iddiaçıya heç bir maaş ödənilməmiş, iddiaçı məzuniyyətə çıxmamışdır. İddiaçıda olan məlumata görə onun üçün pensiya fonduna heç bir ödəniş edilməmişdir.
13. İddiaçı 2014-cü ildən hər ayın 10-da xidmət haqqını idarədə ödəmiş və hər ayın axırlarında ödəniş çekini idarənin jurnalına qol çəkərək kassir İlqar Qarayevdən almışdır. Bəzi hallarda isə hər ay ödəniş etməsinə baxmayaraq, iki ayı birləşdirib çek vermişlər. 14. 2019-cu ilin fevral ayının 11-də idarənin əmək daşları olan Nazir və Məmmədəli adlı şəxslər atelyeyə gələrək iddiaçının orada olmamasından istifadə edərək sexdə işləyən qadınlara hədə qorxu gələrək 18 fevralda atelyeni boşaltmağı tələb etmişlər. Fevral ayının 18-də yenə də həmin şəxslər, eləcə də adlarını bilmədiyi daha iki nəfər və Bakı şəhəri Nəsimi rayon özəlləşdirmə idarəsinin işçisi Abdulla adlı şəxs atelyeyə gələrək heç bir əsas göstərmədən işçilərə qarşı kobud və təhqiredici ifadələr işlədərək atelyeni boşaltmağı əmr etmişlər. Yalnız bu zaman iddiaçıya məlum olmuşdur ki, onu işdən çıxarmışlar. Lakin iddiaçı bu şəxslərə inanmamış və idarəyə ərizə ilə müraciət etmişdir.
15. Cavabdehin bununla bağlı qeyri-qanuni hərəkətləri hazırki iddianın predmeti olmasa da, qanunun tələbinə əsasən cavabdeh özəlləşdirmə ilə bağlı ona və əmək koll ektivinə satınalmada üstünlük hüququ ilə bağlı yazılı formada bildiriş göndərməkdə borclu olduqları halda bunu etməmişlər. Bununla bağlı hər hansı bir rəsmi sənəd mövcud deyildir.
16. İdarə xx.xx.2019-cu il tarixdə iddiaçıya verdiyi arayışa qoşma kimi işdən çıxma əmrinin surətini əlavə etmişdir. Həmin arayış iddiaçının idarəyə verdiyi sorğuya əsasən ona elə həmin tarixdə rəsmi qaydada təqdim edilmişdir. Çünki vəzifədən azad olduğu barədə əmrlə bağlı onda heç bir məlumat olmamışdır. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi xx.xx.2016-cı il tarixdə 45 saylı əmrlə əmək müqaviləsini ləğv etmişdir. İdarənin təqdim etdiyi arayışda göstərilir ki, 7 saylı atelye xx.xx.2016-cı il tarixdə açıq hərraca çıxarılmış və xx.xx.2019-cu il tarixdə 17-ci dəfə keçirilmiş açıq hərracda satılmışdır. Burdan aydın olunur ki, iddiaçının xəbəri olmadan işdən çıxarılmasının əsas səbəbi faktiki olaraq onların ailəsinə aid olan 7 saylı atelyeni onlardan qeyri-qanuni alınaraq digər şəxslərə özəlləşdirməkdən ibarət olmuşdur.
17. İddiaçı xx.xx.2019-cu il tarixdə idarə arasında bağlanmış əmək və xidmət müqaviləsinin surətlərinin verilməsi haqqında idarəyə sorğu göndərmiş, lakin idarə xx.xx.2019-cu il tarixdə ona ilk dəfə əmək müqaviləsinin surətini təqdim etmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndində göstərilir ki, əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. xx.xx.2014-cü il tarixli 178 saylı əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdırsa, niyə idarə həmin vaxt bitəndən sonra deyil, məhz xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verib, məlum deyil. Deməli, iddiaçı nəinki həmin müddətdə, hətta bu vaxta qədər faktiki cəhətdən məsul vəzifəli şəxs qismində iştirak etmiş və bütün xərcləri (texniki, kommunal, təmir, məişət və s.) öz vəsaiti hesabına ödəmişdir. Belə olan halda, sual olunur ki, iddiaçı xx.xx.2016-cı il tarixdən kiminlə və hansı əmək müqaviləsi əsasında məsul atelyeyə vəzifəli şəxs təyin etmişdir. Əmək müqaviləsinin 3-cü bəndində göstərilir ki, işçinin əmək funksiyası obyektin özəlləşdirilməsinə qədər qorunub saxlanmalıdır. Bu zaman idarə iddiaçı ilə maddi-məsuliyyət haqqında müqavilə bağlamalı idi.
18. Bununla yanaşı, əmək müqaviləsinin 9.4-cü bəndinə əsasən işəgötürən tərəfindən zor işlədərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsi əleyhinə əmək müqaviləsini ləgv etməyə məcbur edilməsinə yol verilmir. İdarənin 2014-cü ildə id diaçıdan və digər şəxsdən eyni vaxtda tarix qoyulmadan işə daxilolma və işdən çıxma ərizələrinin alınması onların iradəsinə zidd addım kimi qiymətləndirilməlidir. İdarənin bu əməlləri nəticəsində əmək qanunvericiliyinin müddəları və müqavilə bağlanılması zamanı mülki qanunvericilikdə nəzərdə tutulmuş prinsiplər kobud surətdə pozulmuşdur.
19. İddiaçı 2000-ci ildən atelyedə atasına köməklik etmişdir. İddiaçı məhz həmin vaxtdan hazırki vaxta qədər 7 saylı atelyedə işləmişdir.
20. İddiaçı1 iddia tələbinin əsası kimi Əmək Məcəlləsinin 2-ci madəsini 3-cü hissəsinə, 3-cü maddəsinin 2-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 70 və 300-cü maddələrinə istinad etmişdir.
21. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verib.
22. Birinci instansiya məhkəməsi işdən azad edilməsi və özəlləşmə payına iddiası olması barədə 24 may 2016-cı il tarixli ərizədəki imzanın iddiaçıya məxsus olub-olmamsını müəyyən etmək məqsədilə 11 aprel 2019-cu il tarixli qərardadla xətşünaslıq ekspertizası təyin edib.
23. Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 1029-cu il tarixli, 11443 nömrəli rəyinə əsasən 24 may 2016-cı il tarixli ərizədəki imza İddiaçı1 tərəfindən icra edilib.
24. Birinci instansiya məhkəməsində şahidlər X10, İddiaçı2 və X9 iddiaçının işdən çıxarılması ilə bağlı irəli sürdüyü xüsusatları təsdiq ediblər.
25. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2098/2019 nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası təmin olunmayıb. (hakim Ramin Quliyev)
26. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən edib ki, İddiaçı1 Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin rəhbərliyinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyedə dərzi vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, onun müraciəti əsasında tərəflər arasında xx.xx.2014-cü il tarixdə, 178 nömrəli əmək müqaviləsi bağlanmış və İddiaçı1 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. Bundan sonra İddiaçı1 öz xahişi ilə işdən azad edilməsini xahiş edərək müvafiq ərizə ilə mərkəzə müraciət etmiş, özəlləşmə payına dair iddiasının olmadığını bildirmişdir. Onun müraciəti nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixli, 46M nömrəli əmrə əsasən Azərbaycan R espublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Nizamnaməsinin 6.3-cü bəndi rəhbər tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelyesinin dərzisi İddiaçı1la bağlanmış əmək müqaviləsi tərəflərin razılığı əsasında ləğv edilmiş və İddiaçı1 xx.xx.2016-cı il tarixdən işdən azad edilmişdir.
27. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçının iddia tələbi xx.xx.2016-cı il tarixli, 46M nömrəli əmrinin ləğv edilməsi; işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi; onunla maddi məsuliyyət müqaviləsinin bağlanması barədədir.
28. Birinci instansiya məhkəməsi xx.xx.2016-cı il tarixli, 46M nömrəli əmrinin ləğv edilməsi tələbinə hüquqi qiymət verərək göstərib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
29. Birinci instan siya məhkəməsinin mövqeyinə görə İddiaçı1 Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktoru M.İmanova ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədəki imzanın onun tərəfindən imza olunmadığı ilə bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı onun işdən çıxarılmasına əsas olan ərizənin onun tərəfindən imzalanmadığını bildirsə də, istinad etdiyi halları sübut edə bilmir. Belə ki, xx.xx.2016-cı il tarixli ərizədəki imzanın İddiaçı1 tərəfindən icra edilməsi ekspert rəyi ilə də təsdiq edilir.
30. Birinci instansiya məhkəməsi Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür
31. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi tərəflərin razılığı əsasında ləğv edilmiş və o, 24 may 2016-cı il tarixdən işdən azad edilmişdir. Həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. İddiaçı1 xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelyesinin dərzisi vəzifəsindən azad olunarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən əmək qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia m üddəti üzrsüz səbəbdən ötürülmüşdür.
32. Birinci instansiya məhkəməsi həmçinin İddiaçı1 işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və onunla maddi məsuliyyət müqaviləsinin bağlanması tələbinə dair iddia tələbləri bağlı qeyd edib ki, həmin tələblər yuxarıda məhkəmə tərəfindən hüquqi qiymət verilmiş xx.xx.2016-cı il tarixli, 46M nömrəli əmrin ləğv edilməsi tələbindən doğan tələblər oduğundan təmin edilə bilməz.
33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 43, 68, 73, 296-cı, Mülki Məcəllənin 375.1, 375.2-ci, Mülki Prosessual Məcllənin 14 və 77-ci maddələri ilə əsaslandırmışdır. b) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat
34. İddiaçı2 10 iyul 2019-cu il tarixdə Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən saxta üsullarla hazırlanmış 24 may 2016-cı il tarixli ərizənin və 24 may 2016-cı il tarixli, 45 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və 16 oktyabr 2014-cü ildən məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. İddiaçı2 da iddiası İddiaçı1 iddiası ilə eyni məzmunda və eyni maddi hüquq normalarına istinad edilməklə əsaslandırılıb.
36. Cavabdehin nümayəndəsi bu iş üzrə də iddia müddətinin tətbiqi barədə ərizə verib.
37. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3426/2019 nömrəli iş üzrə 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməməişdir. rədd edilmişdir. (hakim K.F.Əmirxanova)
38. Birinci instansiya məh kəməsi işdəki sənədlərə əsasən müəyyən edib ki, İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin rəhbərliyinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyedə dərzi vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, onun müraciəti əsasında tərəflər arasında xx.xx.2014-cü il tarixdə, 177 nömrəli əmək müqaviləsi bağlanmış və İddiaçı2 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. Bundan sonra İddiaçı2 öz xahişi ilə işdən azad edilməsini xahiş edərək müvafiq ərizə ilə mərkəzə müraciət etmiş, özəlləşmə payına dair iddiasının olmadığını bildirmişdir. Onun müraciəti nəzərə alın maqla, xx.xx.2016-cı il tarixli, 46M nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Nizamnaməsinin 6.3-cü bəndi rəhbər tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelyesinin dərzisi İddiaçı2la bağlanmış əmək müqaviləsi tərəflərin razılığı əsasında ləğv edilmiş və İddiaçı1 xx.xx.2016-cı il tarixdən işdən azad edilmişdir.
39. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi tərəflərin razılığı əsasında ləğv e dilmiş və o, 24 may 2016cı il tarixdən işdən azad edilmişdir. Həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. Həmçinin, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
40. İddaçılar hər ikisi qətnamələrdən apellyasiya şikayəti vermiş, apellyasiya icraatı zamanı hər iki mülki işin bir icraatda birləşdirilərək birlikdə baxılması qərara alınmışdır.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə icraat, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və başqasına qarşı «hərracın nəticələrinin və bunun əsasında bağlanmış əqdin etibarsız hesab edilməsi, bu əsasl a verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə yekun qərar çıxarılanadək dayandırılmışdır.
42. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-468/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli və 23 avqust 2019-cu il tarixli qətnamələri ləğv edilmiş, iddialar qismən təmin edilmiş, cavabdehin iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə xx.xx.2016-cı il tarixli 45 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi, iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunması və onlara məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmiş, iddialar qalan hissələrd ə rədd edilmişdir. (hakimlər Rafael Eyvazov (sədrlik edən-məruzəçi), Ziya Şirinov, Fuad Talışinski)
43. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, 14 mart 2019-cu il tarixli, 27 mart 2019-cu il tarixli aktların əsasən (həmin aktlar 7 saylı atelyenin bir qrup işçiləri tərəfindən tərtib olunmuşdur) atelyenin kommunal, texniki məişət, aylıq xidimət haqqı və s. ödənişləri İddiaçı1 həyata keçirmiş, lakin 2019-cu ilin fevral ayında və mart ayında İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əməkdaşları atelyeyə gələrək heç bir əsas gətirmədən iş yerlərini boşaltmağı tələb etmişlər. Həmçinin, işdən görünür ki, iddiaçıların barəsində xx.xx.2016-cı il tarixli 45 saylı əmr qəbul edilsə də, bununla bağlı iddiaçılara məlumat verilməmiş, əmrin surətləri onlara göndərilməmiş, son haqq-hesab sənədləri tərtib olunmamışdır. İşdə olan sübutlardan tam aydın olur ki, iddiaçılar 2019-cu il tarixədək faktiki işləmiş və iş yerlərində olmuşlar. Onlar yalnız 2019-cu ilin fevral ayında ərizə ilə müraciət etdikdən sonra müvafiq sənədlər (əmr, ərizə və s.) onlara təqdim edilmiş, məhz bundan sonra məlumatlı olmuşlar.
44. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, işdən çıxma barədə mübahisələndirilən ərizələr iddiaçıların özləri tərəfindən şəxsən (iddiaçıların öz xətti ilə) tərtib olunmamış, iddiaçılar əvvəlcədən kompyuterdə tərtib olunmuş ərizəni imzalamışlar. İddiaçılar həmin ərizələrin əvvəldən, yəni işə qəbul barədə ərizələrdə eyni vaxtda alındığını bildirmişlər. Həmçinin iddiaçıların barəsində xx.xx.2016-cı il tarixli 45 saylı əmr qəbul edilsə də, b ununla bağlı iddiaçılara məlumat verilməmiş, əmrin surətləri onlara göndərilməmiş, son haqq-hesab sənədləri tərtib olunmamışdır.
45. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Cavabdehin nümayəndəsi isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmiş, həmçinin iddiaçıların işdən azad olunmaları barədə əmrdən onun qəbul edildiyi zaman məlumatlı olmalarını təsdiq edə biləcək hər hansı dəlili irəli sürə bilməmişdir. Halbuki, işdə olan sübutlardan tam aydın olur ki, iddiaçılar 2019-cu il tarixədək faktiki işləmiş və iş yerlərində olmuşlar. Onlar yalnız 2019-cu ilin feral ayında ərizə ilə müraciət etdikdən sonra müvafiq sənədlərin (əmr, ərizə və s.) onlara təqdim edilmiş, mə hz bundan sonra məlumatlı olmuşlar.
46. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, göstərilən hallar, həmçinin iddiaçılar tərəfindən əmrin mübahisələndirilməsi hissədə iddia müddətinin ötürülməməsi nəticəsinə gəlməyə də kifayət qədər əsaslar verir.
47. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçıların öz xahişləri işdən azad olunması barədə əmr formal olmaqla, əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə nəticələnmişdir. ç)Kassasiya instansiyası məhkəməsində birinci icraat
48. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin olunan hissələrində ləğv, iddia tələblərinin həmin hissədə də rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
49. Azərbaycan Respublikası Ali Məhkəmə si Mülki kollegiyasının 2(102)3834/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
50. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub: - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə İddiaçı1 arasında icarə münasibətlərinin mövcud olması müəyyən edilmişdir. İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 2013-cü ildən 2019-cu ilin aprel ayınadək xidmət haqqı ödənilmişdir. Həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Nəsimi rayonun da yerləşən 7 saylı atelye) özəlləşdirilməsi ilkin olaraq İddiaçı1 təklif edilmədən, onun əmlakı almağa razılığının olub-olmadığı aydınlaşdırılmadan əmlak hərraca çıxarılmışdır, bu isə, qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır; - Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarın da göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal, yəni tərəflər arasında icarə münasibətlərinin olması hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır; - Mülki Məcəllənin icarə müqaviləsinin əsaslarını müəyyən edən 700-cü maddəsinin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yan aşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - hazırki mübahisənin maddi hüquqi əsasını isə iddiaçıların pozulmuş əmək hüquqlarının bərpası təçkil edir. Əmək Məcəlləsinin 3-cü maddəsində isə təsbit edilmişdir ki, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; - eyni bir predmet barəsində eyni tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olduğu halda, tərəflər arasında həm də eyni fəaliyyətlə bağlı əmək münasibətlərinin olması istisna edilir. Başqa sözlə, icarəyə götürənin xidmət haqqı ödəməklə icarəyə götürdüyü obyektdə icarəyə verənlə həm də əmək münasibətlərində olmasına istinad edərək pozulmuş əmək hüquqlarının bərpasını tələb etməsi özüözlüyündə ümumi hüquqi prinsiplərinə ziddir; - Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında da göstərilmişdir ki, hüquqi müəyyənliyin tərkib hissəsi olan “resjudicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyi və davamlılığı ədalət mühakiməsi sistemi ndə əhəmiyyətli konstitusiya şərti hesab edilir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan sui-istifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olu b-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
51. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8603/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 19 iyun 2019-cu il tarixli və 23 avqust 2019-cu il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vəfaddin İbayev (sədrlik edənməruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)
52. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini hazırki iş üzrə Ali Məhkəmənin qərarında şərh edilən göstərişləri ilə əsaslandırmışdır. e)Kassasiya instansiya məhkəməsindəki ikinci icraat
53. İddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.
54. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)- 8603/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
55. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub: - apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinə istinad edərək, tərəflər arasında əslində icarə münasibətlərinin olduğu, sözügedən qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığı, hazırki mübahisənin maddi hüquqi əsasını iddiaçıların pozulmuş əmək hüquqlarının bərpasının təşkil etdiyi, ona görə də eyni predmet barəsində eyni tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olduğu halda, tərəflər arasında həm də eyni fəaliyyətlə bağlı əmək münasibətlərinin olmasının qanunla istisna edildiyi, başqa sözlə, icarəyə götürənin xidmət haqqı ödəməklə icarəyə götürdüyü obyektdə icarəyə verənlə həm də əmək münasibətlərində olmasına əsaslanaraq pozulmuş əmək hüquqlarının bərpasını tələb etməsinin özü-özlüyündə ümumi hüquqi prinsiplərə zidd olduğu qənaətinə gəlsə də, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq kifayət qədər əsaslandırmayıb və sözügedən faktların özü-özlüyündə hansı ümumi hüquqi prinsiplərə zidd olduğunu qətnamədə göstərməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - apellyasiya instansiyası məhkəməsi 1-ci iddiaçı tərəfindən cavabdehə 2013-cü ildən 2019-cu ilin aprel ayınadək xidmət haqqı adı altında ödədiyi vəsaitin tərkibini müəyyən etmədən, iddiaçıların işə qəbulla bağlı işəgötürənin adına yazılı ərizə vermələrini, yazılı ərizələrinə əsasən onların işəgötürənlə bağladıqları əmək müqaviləsinə əsasən sözüge dən obyektə dərzi işinə qəbul edilmələrini, bu barədə işəgötürənin müvafiq əmrlər imzalamasını, iddiaçılarla bağalanmış əmək müqavilələrinə işəgötürənin müvafiq əmrləri ilə xitam verildiyini nəzərə almadan, işin bu halları, habelə işəgötürən tərəfindən iddiaçılara işlədikləri müddətdə əmək haqqının ödənilib-ödənilmədiyi barədə heç bir araşdırma aparmadan, tərəflər arasında əmək münasibətlərinin olmaması nəticəsinə gəlmişdir; - Əmək Məcəllənin 3-cü maddəsinin 2-ci bəndinin mənasına işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (koentrak) bağlayaraq müvafiq iş yerində çalışan fiziki şəxs işçi hesab edilir. Həmin Maddənin 5-ci bəndində göstərilir ki, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və v əzifələrini əks etdirən yazılı müqavilə hesab edilir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Maddənin 2-ci bəndində isə göstərilir ki, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Bu baxımdan, qeyd olunan maddələrin tələbləri, habelə tərəflər arasında bağlanmış əmək müqavilələrinin mövcudluğu açıq-aşkar onlar arasında əmək münasibətlərinin olmaması nəticəsinə gəlməyə əsas vermir; - apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 700.1-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq etsə də, cavabdehin sözügedən obyekti iddiaçıların icarəsinə verməklə həmin obyektin bəhərindən istifadə etm ək və onun istifadəsindən gəlir əldə etmək hüququ verib-vermədiyini, iddiaçıların cavabdehə ötən müddət ərzində hər hansı məbləğdə müəyyənləşdirilmiş icarə haqqı ödəyib-ödəmədiyni, onların cavabdehə ödədiyi xidmət haqqının icarə haqqı olub-olmadığını, obyektin fəaliyyəti ilə bağlı yaranmış xərclərin tərkibinin nədən ibarət olduğunu araşdırmadan və ümumiyyətlə, icarə münasibətlərində olduqları halda tərəflər arasında əmək müqavilələrinin nə üçün bağlandığını aydınlaşdırmadan, başqa sözlə işin bütün müvafiq halları, o cümlədən əmək müqavilələri bağlananadək olan danışıqları, yazışmaları, həmçinin tərəflərin qarşılıqlı münasibətlərində uzun müddət yaranmış və artıq təşəkkül tapmış işgüzar münasibətləri nəzərə almadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır; - Əmək Mə cəlləsinin 2-ci maddəsi həmin Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər- işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır; - qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçi öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etmək hüququna malikdir. Lakin bu, işçinin öz iradəsini ifadə etməsinin nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək qadağandır; - bu hal, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 23 dekabr 1993-cü il tarixli, 05 nömrəli qərarının 8-ci bəndində də xüsusi olaraq vurğulanıb. Belə ki, həmin bəndə əsasən əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o, halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Əgər iddiaçı işəgötürənin onun öz ərizəsi ilə işdən çıxmaq barəsində ərizə verməyə məcbur edildiyini bildirirsə, məhkəmə iddiaçının bu dəlillərini ciddi yoxlamalıdır. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçıların iddia ərizələrində və apellyasiya şikayətlərində göstərdikləri bu dəlilləri üzrə heç bir araşdırma aparmayıb və onların bu dəlillərini tam, hərtərəfli və obyektiv yoxlamayıb; - işdən çıxma barədə mübahisələndirilən ərizələr iddiaçıların özləri tərəfindən şəxsən (iddiaçıların öz xətti ilə) y azılmayıb və iddiaçılar işəgötürən tərəfindən əvvəlcədən kompyuterdə tərtib edilmiş ərizələrə imza atıblar. İddiaçıların barəsində 24 may 2016-cı il tarixli, 45 saylı əmr imzalansa da, bununla bağlı iddiaçılara məlumat verilməyib və əmrin surətləri onlara göndərilməyib və son haqq-hesab sənədləri tərtib olunmayıb. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədəişəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; - Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü h issəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Cavabdehin nümayəndəsi bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməyib, həmçinin iddiaçıların işdən azad olunmaları barədə əmrdən onun qəbul edildiyi zaman məlumatlı olmalarını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməyib. Halbuki, işdə olan sübutlardan tam aydın olur ki, iddiaçılar 2019-cu ildək fasiləsiz və etirazsız olaraq sözügedən obyekdə işləyiblər və iş yerində olublar. Onlar yalnız 2019cu ilin feral ayında ərizə ilə işəgötürənə müraciət etdikdən sonra, müvafiq sənədlərin (əmr, ərizə və s.) surətləri onlara təqdim edilib və məhz bundan sonra onlar hüquqlarının pozulduğunu biliblər; - göstərilən hallar, həmçinin iddialar tərəfindən əmrin müb ahisələndirilməsi hissəsində iddia müddətinin ötürülməməsi nəticəsinə gəlməyə kifayət qədər əsas verir. - həmçinin qeyd edilməlidir ki, iddiaçıların işdən azad olunması barədə əmr ərizələrlə eyni tarixdə qəbul edilib ki, bu halın özü də qanunvericiliyin tələblərinə uyğun olmayıb. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildi kdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur; - Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənəd ək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Ərizələrdən isə görünür ki, orada əmək münasibətlərini dayandırmaq günü konkret göstərilməyib (ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsi). Belə olan halda isə əmək müqaviləsinin ləğv edilməsi barədə müvafiq əmr eyni gündə verilə bilməzdi; - apellyasiya instansiyası məhkəməsi işə baxarkən yuxarıda qeyd edilən hallara da diqqət yetirməyib, onların araşdırılması və onlara hüquqi qiymət verilməsi istiqamətində heç bir araşdırma aparmayıb. Halbuki, əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir (ƏM-nin 12-ci maddəsi). ə)Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
56. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5638 /2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(005)-2098/2019 saylı və 23 avqust 2019-cu il tarixli 2(005)-3426/2019 saylı qətnamələri ləğv, iddiaçıların iddia tələbləri rədd edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, İlham Kərimli)
57. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə İddiaçı1 arasında icarə münasibətlərinin mövcud olması müəyyən edilmişdir. İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 2013-cü ildən 2019-cu ilin aprel ayınadək xidmət haqqı ödənilmişdir. Həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelye) özəlləşdirilməsi ilkin olaraq İddiaçı1 təklif edilmədən, onun əmlakı almağa razılığının olub-olmadığı aydınlaşdırılmadan əmlak hərraca çıxarılmışdır, bu isə, qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 82-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
58. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı1la cavabdeh arasında icarə münasibətlərinin mövcud olması müəyyə n edilmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən Bakı Apelyasiya Məhkəməsinin qüvvəsini almış və icra olunmuş xx.xx.2019-cu il tarixli 2(103)-11427/2019 saylı qətnaməsinin xüsusi dispozitiv əsası kimi onunla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında yazılı icarə müqaviləsi bağlanmasa da, aralarındakı münasibətlərin faktiki icarə münasibətləri olduğu göstərilmiş və məhkəmə dövlət mülkiyyətinə bərpa etdiyi əmlakın faktiki icarəçisi kimi onu müəyyən etmişdir. Dövlət mülkiyyətinə bərpa olunmuş əmlakdan istifadəsinin qanunamüvafiq tənzimlənməsinin vacibliyini diqqətə alaraq, faktiki istifadə etdiyi qeyriyaşayış sahələri ilə bağlı icarə müqavilələrinin bağlanması zəruridir. Başqa sözlə, həmin məktubla İddiaçı1 icarə müqaviləsinin bağlanmalı olması bildirilmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, apellyasiya baxışında İddiaçı1 cavabdehin təklifini rədd edərək, icarə müqaviləsi bağlamağa razı olmadığını, obyekti əmək kollektivi kimi, yəni 15 % güzəştlə özəlləşdirmək niyyətində olduğu bildirmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, mübahisənin faktiki vəziyyəti ondan ibarətdir ki, İddiaçı1 iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə mübahisəli obyektin onun icarəsində olması, bununla da obyektin satışı zamanı ilkin olaraq ona təklif olunmaması əsası ilə obyektin hərracdan X2 qanunsuz hesab edilərək, sonu ncu ilə bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edilmişdir. Qətnamə icra olunaraq, obyekt dövlət mülkiyyətinə bərpa edilmiş və obyektə icarə müqaviləsinin bağlanması İddiaçı1 təklif olunmuş, lakin sonuncu imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, onunla, eləcə də digər İddiaçı2la cavabdeh arasında bağlanmış, lakin qanunsuz olaraq ləğv edilmiş əmək müqaviləsinə əsasən obyekt 15% güzəştlə əmək kollektivinə təklif olunmalıdır. Hər iki iddiaçı hesab edir ki, cavabdeh onlarla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam vermişdir.
62. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, əmək müqavilələrinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulub-pozulmaması, habelə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verməmişdən öncə tərəflər arasında həqiqi əm ək münasibətlərinin yaranıb-yaranmamasına qiymət verilməlidir. Apellyasiya baxışı zamanı hər iki iddiaçı göstərmişdir ki, onlarla əmək müqaviləsi bağlanarkən əmək kitabçası təqdim etməmişlər. Eləcə də işlədikləri müddətdə hər hansı əmək haqqı almamış, məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamış, elektron informasiya sistemindən onlarla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını əldə etməmişlər. Yəni, əmək müqaviləsi bildirişi elektron qaydada qeydiyyata alınmamışdır. Halbuki, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişin in qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Eləcə də əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
63. Göründüyü kimi, qanunun tələbinə görə, tərəflər arasında təkcə əmək müqaviləsinin bağlanılması kifayət etmir, əmək müqaviləsi hüquqi qüvvəyə minməsi üçün elektron informasiya sistemində qeydiyyata alınmalıdır, yalnız bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minir və tərəflər arasında əmək münasibətləri yaran ır.
64. Bundan başqa, işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək, həmçinin elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından hesab olunur. Cavabdehlə hər iki iddiaçı arasında əmək müqavəsi bağlansa da, həmin müqavilələr elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədiyindən hüquqi qüvvəsini almamış və tərəflər arasında əmək münasibətləri yaranmamışdır. İddiaçılarla cavabdeh arasında mövcud olmuş faktiki münasibətlər də açıq-aşkar onların əmək münasibətində olmadığına dəlalət edir. Yəni, iddiaçılar cavabdehdən əmək haqqı almaq əvəzinə, ona xidmət haqqı (icarə haqqı) ödəmişlər.
65. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflər arasında bağlanmış əmək müqaviləsinin olması onların əmək münasibətlərində olmasını ehtiva etmir. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçılar hər hansı əmək haqqı almamış, onların əmək müqaviləsi elektron qaydada qeydiyyata alınmamış, əmək kitabçası açılmamışdır, yəni işçi ilə işəgötürən arasında qanunvericiliklə nəzərdə tutulmuş əmək münasibətlərinin yaranmasını şərtləndirən halların heç biri mövcud olmamışdır. İddiaçıların hər ikisi ilə əm ək müqaviləsi bağlanmış olsa da, tərəflər arasında əmək münasibətləri olmamışdır, həmin müqavilələr əhəmiyyətsizdir. Belə olan halda işçi-işəgötürən kimi yanaşaraq əmək müqaviləsinin ləğvinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
66. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi hər iki qətnamədə iddia müddətinin ötürülməsi qənaətinə gəlməklə səhvə yol vermişdir. Çünki iddia tələbi əsaslı olduğu halda iddia müddəti tətbiq edilə bilər. Hər iki iddia tələbi əsassız olduğu üçün iddia müddətinin tətbiq edilməsi də əsassızdır.
67. Apellyasiya instansiyası məhkəməsinin qənaəti belə olub ki, İddiaçı1la cavabdeh arasında icarə münasibətləri mövcud olmuşdur. Eyni zamanda icarəyə götürənin xidmət haqqı ödəməklə icarəyə götürdüyü obyektdə icarəyə verənlə həm də əmək münasibətlərində olmasına istinad edərək pozulmuş əmək hüquqlarının bərpasını tələb etməsi özü-özlüyündə ümumi hüquqi prinsiplərinə ziddir. Onunla bağlanmış əmək müqaviləsi isə əhəmiyyətsizdir.
68. Apellyasiya instansiyası məhkəməsi xüsusi olaraq onu da vurğulayıb ki, İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən (tərəflərin icarə münasibətlərində olmasına dair məhkəmənin gəldiyi nəticədən) kassasiya şikayəti verməmiş, bununla da həmin nəticə ilə razılaşmışdır. Məhz həmin qətnamə əsasında İddiaçı1 obyektin icarəçisi kimi satın almaqda üstünlük hüququ müəyyən edilmiş və cavabdeh də qətnaməni icra edərək ona icarə müqaviləsi bağlamağı təklif etmişdir.
69. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, “Ümumi hüquq prinsiplərinə zi dd” dedikdə o hal nəzərdə tutulur ki, eyni şəxs həm icarəçi, həm də işçi ola bilməz, çünki bunlar ayrı-ayrı statusa malik şəxslərdir və onların hər birinə münasibətdə qanunvericilik müxtəlif tənzimləmə qaydaları müəyyən etmişdir. İddiaçı1 artıq icarəçi “statusundan” istifadə edərək başqası ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına nail olmuşdur, hazırda isə həm də işçi olmasına əsaslanaraq obyekti əmək kollektivinə verilən 15% güzəştdən də bəhrələnərək əldə etmək niyyətini güdür.
70. Digər İddiaçı2 iddiaçı ilə də bağlı apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, İddiaçı2la da bağlanmış əmək müqaviləsi olsa da, onunla da cavabdeh arasında əmək münasibətləri yaranmamışdır. İddiaçı2 izahatına əsasən belə aydın olur ki, o, 1997-ci ildən 7 saylı Atelyedə dərzi işləsə də, heç v axt əmək haqqı almamış və əmək kitabçası olmamışdır, əksinə, həmin atelyedə işləməsinə görə əvvəllər İddiaçı1 mərhum atasına, sonradan isə İddiaçı1 xidmət haqqı ödəmiş, sonuncu da onu materialla təmin etmişdir. Bu baxımdan, İddiaçı2la bağlanmış müqavilə də formal xarakter daşımaqla əhəmiyyətsizdir.
71. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 700.1-ci, Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci, 4-1 və 5.1-ci hissələri, 7 maddəsinin 2-ci hissəsi, 9-cu maddəsinin “j” və “o” bəndləri, 48-ci maddəsinin 1-ci hissəsi, 49-cu maddəsinin 1-ci hissəsi, mülki prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələrin ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
72. İddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil1) kassasiya şikay əti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
73. Kassasiya şikayəti belə əsaslandırılıb: - işdən çıxma barədə mübahisələndirilən ərizələr iddiaçıların özləri tərəfindən şəxsən (iddiaçıların öz xətti ilə) tərtib olunmamış, iddiaçılar əvvəlcədən kompyuterdə tərtib olunmuş ərizəni imzalamışlar. İddiaçılar həmin ərizələrin əvvəldən, yəni işə qəbul barədə ərizələrlə eyni vaxtda alındığını bildirmişlər. İşdən görünür ki, iddiaçıların barəsində xx.xx.2016-cıiltarixli 45 saylı əmr qəbul edilsə də, bununla bağlı iddiaçılara məlumat verilməmiş, əmrin surətləri onlara göndərilməmiş, son haqq-hesab sənədləri tərtib olunmamışdır. ƏM-nin 83-cümaddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işə götürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; - Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Cavabdehin nümayəndəsi isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin iddiaçıların işdən azad olunmaları barədə əmrdən onun qəbul edildiyi zaman məlumatlı olmalarını təsdiq edə biləcək hər hansı dəlil irəli sürə bilməmişdir. Halbuki, işdə olan sübutlardan tamaydın olur ki, iddiaç ılar 2019-cu il tarixədək faktiki işləmiş və iş yerlərində olmuşlar. Onlar yalnız 2019-cu ilin fevral ayında ərizə ilə müraciət etdikdən sonra müvafiq sənədlərin (əmr, ərizə və s.) onlara təqdim edilmiş, məhz bundan sonra məlumatlı olmuşlar. Göstərilən hallar, həmçinin iddiaçılar tərəfindən əmrin mübahisələndirilməsi hissəsində iddia müddətinin ötürülməməsi nəticəsinə gəlməyə də kifayət qədər əsaslar verir; - Göründüyü kimi, iddiaçıların öz xahişləri ilə işdən azad olunması barədə əmr formal olmaqla, əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə nəticələnmişdir. İddiaçıların işdən azad olunması barədə əmr ərizələrlə eyni tarixdə qəbul edilmişdir ki, bu halın özü də qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Çünki, Əmək Məcələsinin 69-cu maddəsinin 4-cü bəndinə əsas ən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə(peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun; - Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddəilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərindən göründüyü kimi, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək (1 aylıq müddət) is tədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işə götürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Ərizələrdən isə görünür ki, orada əmək münasibətlərini dayandırmaq günü konkret göstərilməmişdir. Belə olan halda isə əmək müqaviləsinin ləğv edilməsi barədə müvafiq əmr eyni gündə verilə bilməzdi. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, onların araşdırılması və hüquqi qiymət verilməsi istiqamətində hər hansı araşdırma aparmamışdır; - bundan əlavə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə prosesləri zamanı cavabdeh idarənin nümayəndəsi tərəfindən İddiaçı1 ilə cavabdeh idarə arasında rəsmi “icarə müqaviləsi” bağlanmadığı üçün bu barədə məhkəməyə hec bir sənəd təqdim etməmişdir. Ümumiyyətlə, cavabdeh idarə tərəfindən İddiaçı1 verilən müvafiq sənədlərdə də iddiaçının icarədar kimi deyil, cavabdeh idarənin işçisi olduğu açıq-aydın qeyd edilir; - ərizələrin saxtalığının aşkar edilməsi baxımından MPM-nin 204-cü maddəsinə əsasən sənədlərin texniki ekspertizası keçirilməsi zərurəti yarandığı üçün sənədlərin texniki ekspertizası təyin edilməli və materiallar Məhkəmə Ekspertiza Mərkəzinin Sənədlərin texniki ekspertizası şöbəsinə göndərilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
74. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırıb ki, iddiaçı F.Abbasovla yazılı icarə müqaviləsi olmasa da, onlar arasında faktiki münasibətlər icarə münasibətləridir. Bu hal Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 2(103)11427/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilib. İşdən çıxma barədə ərizələrin iddiaçılar tərəfindən imzalanmaması barədə dəlillər fərziyyədir. İmzaların iddiaçılara məxsus olması ekspert rəyi ilə təsdiq edilib. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, tərəflər arasında əmək münasibətləri olmayıb. Bu mövqe konkret olaraq işin faktiki hallarına və bunlara tətbiq olunmalı maddi hüquq normalarına əsaslandığından mübahisə doğurmur və maraqlıdır ki, kassatorlar da buna bir sözlə də olsa etiraz bildirməyiblər, beləlilklə də de-fakto və de-yure məhkəmənin bu mövqeyi ilə razılaşıblar. Tətbiq edilən hüquq Azərbaycan Respubli kasının Mülki Məcəlləsi Maddə
700. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 3, hissə
1. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Maddə 3, hissə 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edil diyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 3, hissə 5.1. Əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sistemi nə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Maddə 7, hissə
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (27 dekabr 2013-cü il tarixli qanunla əlavə edilmişdir). Maddə 9, bənd “j”. İşəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalar ından istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Maddə 9, bənd “o”. Elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək də əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Maddə 48, hissə
1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. Maddə 49, hissə
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 12- ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildi rişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
76. Kassasiya şikayətində iddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci apellyasiya baxışı zamanı iddia tələbi iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə xx.xx.2016-cı il tarixli 45 saylı əmrin ləğv edilməsi, iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunması və onlara məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi hissəsində təmin edilib, həmin hissədən cavabdeh kassasiya şikayəti verib, iddianın təmin edilməyən hissələrindən iddiaçılar şikayət verməyib. Mübahisələndirlən hissə yalnız əmrin ləğv edilməsi, iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunması, məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi hissəsi olub. Sonrakı apellyasiya baxışlarının da predmetini həmin hissələr təşkil edib. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, sonuncu iki apellyasiya baxışlarının predmeti olan hissə başa düşülür.
77. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməməklə qanuni nəticəyə gəlmişdir.
80. İddia tələbi işə bərpa barədədir. İddiaçılar onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirir və işdən çıxma barədə ərizə vermədiklərinə istinad edirlər.
81. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan məhkəmə aktına əsasən müəyyən edilmiş halına görə isə İddiaçı1la cavabdeh arasında icarə münasibətləri mövcud olub, həmçinin İddiaçı1, eləcə də digər İddiaçı2la cavabdeh arasında əmək müqaviləsi olsa da, tərəflər arasında əmək hüquq münasibətləri mövcud olmayıb. Həmin müqavilələr elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədiyindən hüquqi qüvvəsini almayıb və tərəflər arasında əmək münasibətləri yaranmayıb. İddiaçılarla cavabdeh arasında mövcud olmuş faktiki münasibətlər də açıq-aşkar onların əmək münasibətində olmadığına dəlalət edir. İddiaçılar cavabdehdən əmək haqqı almaq əvəzinə, əksinə ona xidmət haqqı (icarə haqqı) ödəmişlər.
82. Məhkəmə kollegiyası iddia tələbləri və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 57-71-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
83. Belə ki, hazırki qərarın 57-71-ci bəndlərində qeyd edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işdəki sübutlara qiymət verməklə tərəflər arasında hüquq münasibətlərinin xarakteri, qanuni qüvvədə olan məhkəmə aktı ilə İddiaçı1la cavabdeh təşkilat arasında icarə hüquq münasibətlərinin olmasının müəyyən edilməsi, həmin məhkəmə aktının İddiaçı1 münasibətdə preyudisiyal əhəmiyyət daşımasını, eləcə də digər İddiaçı2la da cavabdeh arasında əmək hüquq münasibətlərinin olmaması ilə bağlı işin halların a tam qiymət verib. Bu baxımdan hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətin dəlilləridir.
84. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətin işdən çıxma barədə ərizələrin iddiaçıların özləri tərəfindən şəxsən (iddiaçıların öz xətti ilə) tərtib olunmaması, iddiaçıların əvvəlcədən kompyuterdə tərtib olunmuş ərizələri imzalamaları və ümumiyyətlə, əmək qanunvericiliyin pozulması ilə bağlı dəlilləri əsaslı deyil. Çünki qeyd edildiyi kimi işin apellyasiya instansiyası tərəfindən müəyyən edilən hallarına görə iddiaçıların cavabdeh təşkilatla əmək münasibətləri olmayıb. Bir halda ki, iddiaçıların cavabdeh təşkilatla əmək münasibətlərinin olması müəyyən edilməyib, belə halda iddiaçıların Əmək Məcəlləsindən çıxış edərək qeyd edilən dəlillərə istinad etmələri də düzgün deyil.
85. İddiaçı1la cavabdeh idarə arasında rəsmi “icarə müqaviləsi” bağlanması barədə məhkəməyə hec bir sənəd təqdim edilməməsi barədə dəlil də əsaslı sayıla bilməz. Çünki qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi İddiaçı1la cavabdeh idarə arasında icarə münasibətlərinin olmasını preyudisal əhəmiyyət daşıyan qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən etmişdir.
86. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
87. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5638/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.