Məhkəmə qərarları › İş №2(102)-499/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-499/2024

06.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-499/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsində istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış hüququndan istifadəyə xitam verilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4916/2023 nömrəli, 25 sentyabr 2023-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsindəki 18 sayı evin 1 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.1999-cu ildə qeydiyyata alınmışdır.

2. İddiaçının övladı X7 ilə Cumayeva (Umarova) Sevinc Vəli qızı xx.xx.2009-cu il tarixdə evlənmiş və bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh evlənən zaman İddiaçı xüsusi mülkiyyətində olan Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsindəki 18 sayı evin 1 saylı mənzilinə gəlin köçmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

4. İlkin iddia tələbini onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda mülkiyyətçi kimi onun hüquqlarını pozur. Belə ki, əvvəla onun yerinə kommunal xərclərə görə əlavə ödəniş edir. Həmçinin onun qeydiyyatda qalması onun həmin mənzilə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Aralarında qohumluq əlaqəsi olmadığından, Cavabdeh həmin mənzildə yaşamaması, sadəcə olaraq qeydiyyatda qalması və könüllü olaraq mənzildən qeydiyyatdan çıxmaması iddiaçının hüququnu pozur.

5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladlarının - xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbində Cavabdeh yad bir insan kimi göstərilsə də, əslində iddiaçı onun həyat yoldaşı Umarov Samirin anası, yəni qayınanası və uşaqlarının nənəsidir. Cavabdeh xx.xx.2009-cu ildə mübahisəli mənzilə gəlin köçmüş, bütün cehiz əmlaklarını həmin mənzilə yerləşdirmiş, övladları həmin mənzildə dünyaya gəlmişdir, hal-hazıra qədər də həmin mənzildə övladları ilə birgə yaşayır və həmin mənzildən istifadə hü quqları var.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1802/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ilkin və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarına görə mübahisəli mənzil hazırda İddiaçı mülkiyyətindədir. Cavabdeh onun gəlini olub və həmin mənzilə xx.xx.2010-cu ildə köçməklə qeydiyyata alınıb. hazırda Cavabdeh ilə X7 (İddiaçı oğlu) arasında nikahın pozulmasına dair iddiaya məhkəmədə baxılmaqdadır.

9. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilən halına görə Cavabdeh 2010-cu ildə qayınananın sahibliyində olan mənzilə (qeydiyyat vəsiqəsi əsasında) köçüb. Belə olan halda mübahisəyə Mənzil Məcəlləsinin 30.1 v ə 30.4-cü maddələri tətbiq edilməlidir.

10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən İddiaçı “digər qohumu” hesab edilmir. Odur ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır.

11. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış bina sından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

12. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notari at qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılı r. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur.

14. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab etmişdir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüq uqu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından Cavabdeh qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də ilkin iddia tələbi rədd edilməlidir.

15. Məhkəmə iddia tələbini xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 münasibətdə araşdıraraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırki halda xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yaşayış yerləri onların valideynlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilməl idir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Mülki Məcəllənin 228.1, 228.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. X7 ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamə si ilə pozulmuş, uşaqlar ananın yanında saxlanılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4916/2023 nömrəli, 25 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayevdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1802/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh mənzilin mülkiyyətç i olan İddiaçı ailə üzvü olmadığı üçün onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.

21. Bununla yanaşı, Cavabdeh ilə İddiaçı arasında yaşayış binasından istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi həm ilkin, həm də qarşılıqlı iddia tələblərinin rədd edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.

23. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

24. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 228.1, 228.2-ci və MPM-nin 14.2, 77.1ci mad dələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, 02 iyun 2012-ci il təvəllüdlü X2 və 14 sentyabr 2013-cü il təvəllüdlü X1 mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə yeni qərar çıxarılması xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində “Mülki Məcəllənin 25.2, 27.2, 228.1 və 228.2-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, Ailə Məcəlləsinin 15-ci fəslinin, 89-cu maddəsinə və “Azərbaycan Res publikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına və MPM-nin 218.1-ci maddəsini hazırkı işə düzgün tətbiq etməmişdir. Belə ki, Cavabdeh azyaşlı uşaqları - 02 iyun 2012-ci il təvəllüdlü X5 və 14 sentyabr 2013-cü il təvəllüdlü X6 - qarşılıqlı iddia üzrə cavabdehin nəvələri olduğuna görə onların Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Sadəcə Cavabdeh bu hüququn məhkəmə tərəfindən tanınması barədə iddia qaldırmışdır. Məhkəmə isə Cavabdeh uşaqlarının bu hüququnu tanımamışdır. Yəni Cavabdeh azyaşlı uşaqları qarşılıqlı iddia üzrə cavabdehin nəvələri olduğuna görə onların Mənzil Məcəllə sinin 30.1 və 30.2-ci maddələrinə əsasən mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Belə ki, Cavabdeh uşaqlarının azyaşlı olması onların mənzilə istifadə hüquqlarının yaranmaması demək deyildir. Onların bu hüquqları onların doğulduğu andan yaranmışdır və valideynlərinin harada yaşamasından asılı olmayaraq onların mənzilə istifadə hüququ vardır. Bu mövqe yanlışdır və Cavabdeh uşaqlarının həmin mənzilə istifadə hüquqlarının dövlət reyestrində qeydə alınmaması onların həmin mənzilə hüquqlarının olmaması demək deyil. Qarşılıqlı iddia üzrə iddiaçının azyaşlı uşaqları - 02 iyun 2012-ci il təvəllüdlü X5 və 14 sentyabr 2013-cü i təvəllüdlü X6 – qarşılıqlı iddia üzrə cavabdehin nəvələri olması faktı mübahisəsizdir.

27. Cavabdehn qanunvericiliyə əsasən həmin mənzilə istifadə hüququnun yara nmamasını qəbul etsə də, onun azyaşlı uşaqlarının həmin mənzilə istifadə hüququnun yaranmasını əsas gətirərək, belə hesab edir ki, məhkəmə ona münasibətdə iddianı rədd etsəydi belə, uşaqlara münasibətdə iddianı təmin etməli idi. Ananın isə uşaqların bir qəyyumu kimi onların istifadə hüquqları olan mənzildə yaşamaq, uşaqlarına həmin mənzildə baxmaq hüququ yaranacaqdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin ya şayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

30. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 41 6.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassatorun uşaqların mübahisəli yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə dəlili işə baxmış məhkəmələr tərəfindən araşdırılmış və əsassız hesab edilmişdir.

44. Qeyd edilmişdir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquq larını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Ona görə də hazırki halda xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yaşayış yerləri onların valideynlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilməlidir.

45. Məhkəmə kollegiyası uşaqlara münasibətdə gəlinən bu nəticə və əsaslandırma ilə razılaşır. Xüsusilə nəzərə alınmalıdır ki, X7 ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar ananın yanında saxlanılmışdır.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldi yi nəticə əsaslandırılmışdır.

47. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-491 6/2023 nömrəli, 25 sentyabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar