Məhkəmə qərarları › İş №2(102)-4992/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4992/2019

17.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4992/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(103)828/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.A.Bağırov, iş № 2(009)-3143/2018) iddiaçılar X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı yaşayış evinə yaşayış hüququnun müəyyən edilməsi tələbinə dair iddiaları təmin edilərək iddiaçıların N saylı evin 29 saylı mənzilindən istifadə hüquqları tanınmış və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər 06 yanvar 1993-cü il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçmüş, birgə nikahdan iki uşaqları olmuşdur. 14.08.2012-ci il tarixdə mübahisəli mənzil dövlət reyestrində cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Səbail rayon Məhkəməsinin 06.12.2016-cı il tarixli q ətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. 2018-ci ilin sentyabr ayında iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onları mənzilə buraxmamasını bu səbəbdən kirayədə yaşamalarını əsas göstərməklə mənzilə yaşayış hüquqlarının tanınmasını və həmin mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınd a cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçılar Aynurə və İddiaçı3lar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq digər İddiaçı2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini qanuni hesab edib dəyişdirilmədən saxlayarkən Aynurə Seyidovanın 1993-cu ilin yanvar ayından cavabdehlə birlikdə mübahisəli mənzildə yaşayıb onunla ümumi təsərrüfat aparmaqla icarədarın ailəsinin üzvü olmasını əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi 2009-cü ilin oktyabr ayının 1-nə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münas ibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli mənzildən istifadə ilə əlaqədar münasibətlər tərəflər arasında 1993-cu ilin yanvar ayından yarandığından kollegiya hesab etmişdir ki, mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Mübahisəli mənzildən istifadə ilə əlaqədar münasibətlər yarandıqda mübahisəli mənzil dövlət mənzil fonduna aid olduğundan kollegiya hesab et mişdir ki, iddiaçıların Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən mübahisəli mənzilə hüquq və vəzifələr əldə etməsi onların mənzildən istifadə hüququnun tanınmaqla ora köçürülmələri üçün tam əsas vermişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, işə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə baxıldığından qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar