Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4992/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4992/21 (Açar sözlər: əmrin ləğvi, işə bərpa ) Bakı şəhəri, 04 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı vəkili Vəkil3, cavabdeh Vəkil1 iştirakı ilə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının vəkili İddiaçı İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Res publikasındakı Filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(103)-4557/2021 nömrəli qətnaməsindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kassasiya şikayətinə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında sement laboratoriyasının meneceri vəzifəsində işləmişdir. İddiaçı qeyd edilən şirkətdə 16.01.2012ci il tarixli, 0356 saylı əmək müqaviləsinə əsasən işləmişdir.
2. Şirkətin 09.12.2019-cu il tarixli, K-136 saylı əmri ilə iddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçil ərin sayının və ya ştatlarının ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.
3. İddiaçı əslində şirkətdə ixtisar aparılmadığını, onun işdən çıxarılması üçün əmək qanunvericiliyinin həmin normasından istifadə olunduğunu bildirərək hazırkı iddianı qaldırmşdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının 09.12.2019-cu il tarixli, K-136 saylı işdən azad olunma haqqında əmrinin ləğv olunması və onun həmin işə bərpa edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialın da sement laboratoriyasının meneceri vəzifəsində işləmişdir. Həmin şirkətin kadrlar şöbəsinin rəhbəri iddiaçını 16.04.2019-cu il tarixdə otağına çağıraraq şirkətə onun haqqında analıq məzuniyyətində olan işçi X4 və şirkətin keçmiş işçisi X6 tərəfindən şikayət məktubu daxil olduğunu, şikayətin məzmununun lokasiyanın dəyişməməsi, şikayətçilərin özlərini mühasirədə hiss etmələri, digər işçilərlə ünsiyyətə icazə verilməməsi, bonuslu işlərin tapşırılmaması, nəqliyyatla bağlı problem və sair problemlərlə əlaqədar olduğunu bildirmişdir. Bu səbəbdən iddiaçıya öz ərizəsi ilə işdən çıxması təklif edilmiş, əks təqdirdə iddiaçını Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad edəcəklərini bildirmişlər.
6. İddiaçı şikayətçilərin ərizəsinin bəhanə olduğunu, rəhbərliyin onunla çalışmaq istəmədiyini baş a düşmüşdür. İddiaçı daha sonra əsassız olaraq şikayət edən X1 və X5 qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.11.2019-cu il tarixli, 2(001)- 5546/2019 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, X5 və X1 iddiaçıdan rəsmi qaydada üzr istəmələri vəzifəsinin həvalə olunması, mənəvi ziyana görə hər birindən 500 manat pulun tutulması qət edilmişdir.
7. İddiaçı hesab edir ki, onun işdən azad olunması məhz həmin qadınların şikayəti ilə bağlı olmuşdur, lakin cavabdeh şirkət həmin şikayətin əsassız olduğunu başa düşərək iddiaçını işdən azad etmək üçün başqa yol axtarmışdır.
8. Bundan sonra iddiaçını 2019-cu ilin iyul ayında saxta sertifikat verməkdə ittiham etmiş, bir daha iddiaçının izahatı alınmış, lakin yenə də əsaslı bir səbəb olmadığını görüb ona hər hansı tənbeh tətbiq etməmişlər.
9. Həmin vaxtda şirkətin vəzifəli şəxsləri olan D.Manquşev, A.Gözəlov, A.Əliyev, V.Əkbərova iddiaçıdan işdən azad olunmasına dair ərizə yazmasını tələb etmişlər. Lakin bunun baş tutmadığını görüb üçüncü yol kimi iddiaçının ixtisar olunmasına qərar vermişlər.
10. Bütün bu proseslərin gedişində iddiaçının səhhəti ilə bağlı problemləri yaranmış, xəstəliyi ilə əlaqədar məzuniyyətdə olmuş, həmin vaxt ona 28.10.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmiş və onunla bağlanmış əmək müqaviləsinə ixtisarla bağlı 10.12.2019-cu il tarixdən xitam veriləcəyi bildirilmişdir. İddiaçı 01 noyabr 2019-cu ildən 10 dekabr 2019-cu il tarixədək işdə olmuş, daha sonra 09.12.2019-cu il tarixli, K-136 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məc əlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir.
11. Həmin əmri qərəzli olaraq çıxarılıb, bu səbəbdən əmr qanunsuz və əsassızdır. Belə ki, sement şöbəsinin rəhbəri Denis Manquşevin iddiaçı ilə qərəzli münasibəti xeyli əvvəl başlamış, bununla bağlı dövlət orqanlarına çoxsaylı şikayətlər ünvanlamış, əmək müfəttişliyi tərəfindən şirkətin ona qarşı qərəzinin olmaması və işə davam etməsi barədə cavab verilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
12. Cavabdeh iddiaçını işdən azad etmək üçün tutarlı bir səbəb tapmadığına görə onu saxta ixtisar yolu ilə işdən azad etmişdir, çünki iddiaçının işlədiyi Sementləmə şöbəsinin laboratoriyasında işləyən, daha az təcrübəli Elnur Rəsulzadə 25.1 0.2019-cu il tarixdə Baroid şöbəsinə keçirilmiş, 28.10.2019-cu il tarixdə isə ixtisarla bağlı əmr verilmiş, daha az təcrübəsi olan N.Cəfərova işdə saxlanılmış, daha təcrübəli işçi olduğu halda iddiaçını ixtisar etmişlər.
13. Əmrin qərəzli olduğu həm də onun təsdiq edilir ki, Elnur Rəsulzadə başqa şöbəyə keçsə də, faktiki onların şöbəsinin apardığı testləri həyata keçirmiş, habelə iddiaçıdan şikayət etmiş Arifə Xələfova iddiaçının yerinə işə götürülərək həmin testlərin aparılmasına cəlb olunmuşdur.
14. Bu faktlar təsdiq edir ki, cavabdeh ixtisar əmrini əsassız və qərəzli olaraq vermişdir.
15. İddiaçıya qərəzli münasibətin olmasını həmçinin şirkətin keçmiş əməkdaşları Kamran Şəfiyevin (o, D.Manquşevə rəqib olmuş və öz ərizəsi ilə işdən çıxmağa məcbur olmuşdur) və Steven Hinnantın (o da ixtis ar qaydasında işdən azad edilmişdir) məktubları, onu işə götürmək istəyən digər şirkətlərə barəsində mənfi xasiyyətnamə verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməməsi, müvafiq ixtisas üzrə işə qəbul barədə elanlar verilməsi də təsdiq edir.
16. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 16-cı maddəsinə və 70-ci maddəsinin “b” bəndinə istinad etmişdir.
17. Cavabdehin nümayəndəsi iddiya etiraz edib. Etirazın dəlilləri: - iddiaçı 16.01.2012-ci ildə əmək müqaviləsi bağlamaqla Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına baş laboratoriya texniki-kimyaçı vəzifəsinə qəbul edilmiş, işlədiyi müddət ərzində ona qarşı hər hansı tənbeh tətbiq edilməmiş və ayrıseçkiliyə yol verilməmişdir. Cavabdeh təşkilat tərəfindən nəinki ayrı-seçkiliy ə yol verilməmiş, hətta iddiaçının əmək haqqı məbləğinə mütəmadi olaraq artım edilməsinə dair əmrlər verilmiş və iddiaçının əmək haqqı məbləği artırılmışdır; - sadəcə olaraq iş prosesində effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədilə 28.20.2019-cu il tarixdə işçilərin sayının ixtisarı haqqında əmr verilmiş, həmin əmrə əsasən iddiaçıya qanuna müvafiq qaydada xəbərdarlıq və ixtisarla bağlı bütün ödənişlər verilmiş, nəticə etibarilə 09.12.2019-cu il tarixli, K-136 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə xitam verilmişdir; - iddia ərizəsində iddiaçı ilə cavabdehin işçiləri arasında məhkəmə mübahisəsinin mövcudluğu və bununla bağlı məhkəmə qətnaməsinin çıxarıldığı qeyd edilmişdir. Həmin mübahisə üzrə məhkəmə işində cavabdeh təşkilat iştirak etməmişdir. Həmin mübahisənin iddiaçının işdən azad edilməsi ilə heç bir əlaqəsi yoxdur. Qadınların şikayəti ilə əlaqədar, habelə iddiaçının bildirdiyi saxta sertifikat ittihamı ilə bağlı şirkət tərəfindən iddiaçıya qarşı hər hansı tənbeh tətbiq edilməmiş və tədbir görülməmişdir. Ona görə də ixtisarın həmin hallarla bağlı olduğuna dair iddiaçının izahatı əsassızdır; - sement şöbəsinin müdiri vəzifəsində çalışan Denis Manquşevin iddiaçıya qərəzli münasibətdə olması və cavabdehin onu işdən çıxarma səbəbinin ixtisar deyil, məhz bu qərəzli münasibət olması barədə dəlillər əsasızdır. X9 işəgötürən deyil və işəgötürəni təmsil etmək hüququ yoxdur; - iddiaçı iddia ərizəsində ondan daha təcrübəsiz işçilərin işdə saxlanılmasını və bunun qanunazidd olduğunu qeyd etmişdir. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilən zaman iddiaçının çalışdığı sementləmə şöbəsinin laboratoriyasında iddiaçı ilə yanaşı çalışan yeganə işçi Nailə Cəfərova qismən ödənişli sosial məzuniyyətdə olmuşdur. Nailə Cəfərovaya əmək müqaviləsinin ləğv edilməsinə dair bildiriş təqdim edilməklə məzuniyyət vaxtı bitdikdən sonra əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Qeyd edilən laboratoriyada heç bir şəxslə, o cümlədən Arifə Xələfova ilə əmək müqaviləsi bağlanılmamışdır. Cavabdeh şirkət həmin laboratoriyanın görməli olduğu işlərin icrasını başqa şirkətlə bağlanılmış müqavilə və ona əlavələr əsasında sifar iş verir, işlər həmin şirkət tərəfindən görülür. İddiaçının iddia etdiyi kimi Arifə Xələfova cavabdeh təşkilatın işçisi deyil, qeyd olunan müqavilə üzrə təchizatçı şirkətin ("xxxx" MMC) əməkdaşıdır; - bundan əlavə, şirkətdən işdən çıxarılmış K.Şəfiyevin və S.Hinnantın məktubları obyektiv sübut sayıla bilməz. Elanlara gəldikdə, işçi elanı xidmət operatoru, sement toplu material operatoru vəzifələri ilə bağlı olmuş, iddiaçının işlədiyi baş laboratoriya texnikikimyaçı vəzifəsi üzrə verilməmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş sistemə daxil edilmişdir və iddiaçıya hər hansı mənfi xasiyyətnamə verilməmişdir, ümumiyyətlə onun özünün xasiyyətnamə verilməsi barədə tələbi olmamışdır.; - Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində iddiaçı ya hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilməklə ona əmək stajına uyğun olaraq işdənçıxma müavinəti ödənilmişdir. Bu da göstərir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verilmişdir.
18. Qaradağ rayon Məhkəməsinin 2(002)-499/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Fuad Hüseynov)
19. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlarla müəyyən etmişdir ki, tərəflər arasında 16.01.2012-ci il tarixli, 0356 saylı əmək müqaviləsi bağlanmış, iddiaçı baş laboratoriya texnikikimyaçı vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinə cavabdehin 09.12.20 19-cu il tarixli, K-136 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) xitam verilmişdir. İ
20. Birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan əmrin ona qarşı qərəzli münasibət və ayrı-seçkilik nəticəsində verildiyi barədə dəlillərini qəbul etməmiş və qeyd etmişdir ki, izahatlara və iş üzrə sübutlara əsasən, işlədiyi dövr ərzində işəgötürən tərəfindən iddiaçıya qarşı hər hansı tənbeh tədbiri tətbiq edilməmişdir. Əksinə, iş materiallarında olan əmrlərin surətlərinə görə, işlədiyi dövrdə iddiaçının əmək haqqı artırılmış və ona mükafat ödənişi verilmişdir. Buna görə də bu dəlillər cavabdeh təşkilatda əmək müqaviləsi üzrə yeddi ildən artıq işləmiş, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə, əmək haqqı artırılmış və mükafata layiq görülmüş iddiaçıya münasibətdə inandırıcı və ağlabatan görünmür.
21. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, cavabdeh təşkilat tərəfindən ixtisarla bağlı əmək müqaviləsinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir.
22. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdehin ixtisar barədə əmri iddiaçının iddia etdiyi kimi iki nəfər qadının onun barəsində yazdığı şikayətlə və ya saxta sertifikat ittihamı ilə əlaqədar deyil, əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədilə əsaslandırılmış, iddiaçıya xəbərdarlıq müddəti ərzində iş axtarmaq üçün imkan yaradılmaqla və qanunamüvafiq ödənişlər həyata keçirilməklə icra e dilmiş, ixtisardan sonra iddiaçının işlədiyi Laboratoriyada yalnız bir işçi – üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətdə olan Cəfərova (Haqqari) Nailə qalmışdır. Bununla yanaşı, həmin işçiyə də xəbərdarlıq verilərək, ştatının ixtisara düşməsi, lakin qismən ödənişli sosial məzuniyyətdə olduğundan Azərbaycan Respublikası ƏM-nin 79-cu maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığı qeyd edilmiş, işə qayıtdıqdan sonra bir həftə ərzində əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılacağı bildirilmişdir
23. İşçilərin ixtisarından sonra həmin Laboratoriyaya hər hansı işçinin götürülmədiyi, Laboratoriyanın işlərinin başqa şöbənin əməkdaşı, habelə müvafiq müqavilə əsasında digər şirkət tərəfindən icra edildiyi, Arifə Xələfova adlı şəxsin də məhz həmin şirkətin ("xxxx" MMC) əməkdaşı olduğu müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh tərəfin işçi elanı xidmət operatoru, sement toplu material operatoru vəzifələri ilə bağlı olmuş, həmin elan iddiaçının işlədiyi baş laboratoriya texniki-kimyaçı vəzifəsi üzrə verilməmişdir.
24. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş sistemə daxil edilmiş, iddiaçının müraciəti olmadığı halda, ona mənfi xasiyyətnamənin verilməsi barədə isə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 88-ci maddəsinə əsasən, işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, hab elə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər.
25. Birinci instansiya məhkəməsi cavabdeh şirkətin bəzi keçmiş əməkdaşlarının məktublarının onlar tərəfindən imzalandığını dəqiq müəyyən etmək mümkün olmadığından və onlar məhkəməyə şahid qismində təqdim olunmadığından, habelə həmin məktubların məzmunu hazırda cavabdehin əməkdaşı olan işçilərin yazılı izahatları, cavabdeh tərəfin əmrləri ilə təkzib olunduğundan, eyni zamanda iddiaçının özünün izahatına əsasən onların cavabdeh şirkətdən çıxarılma səb əbləri nəzərə alınmaqla, həmin məktubları mötəbər sübut kimi qəbul etməmişdir.
26. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan əmrin qanuna zidd olması sübuta yetirilmədiyindən, habelə iddiaçıya münasibətdə ixtisarla bağlı əmək müqaviləsinin şərtlərinin və əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmədiyindən, əmrin ləğvi və işə bərpa barədə iddia tələbi əsassızdır.
27. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 11, 42.1, 43.1, 70, 71, 72, 77, 79, 88ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
28. İddiaçı İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırlmışdır.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4829/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(002)-499/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Qürbət Əsgərov, Vahid adıqov)
31. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. İddiaçı İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin eilməsini xahiş etmişdir.
33. Kassasiya şikayətinin dəlilləri: - iddiaçının işdən çıxarılmasından 1 gün sonra laborant köməkçisi Elnu r Rəsulzadə qəsdən Baroid şöbəsinə keçirilmiş, ancaq Sementləmə laboratoriyasında iddiaçının yerinə işləmişdir; - Elnur Rəsulzadə üçün Baroid şöbəsində əlavə vakansiya yeri açılmışdır və ora yalnız sənəddə keçirilmişdir. Belə olan təqdirdə məlum olur ki, nə həmin ştat, nə də işçilərin sayı ixtisara salınmamışdır. Bütün yazı-pozular ancaq iddiaçının işdən uzaqlaşdırılması məqsədi ilə qəsdən edilmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-888/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
35. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - idd iaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin sayının ixtisarı əsası ilə işdən azad edilmişdir. İddiaçının ixtisara salınması barədə 28 oktyabr 2019-cu il tarixli əmrdən görünür ki, əmək istehsalatında effektliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədi ilə İddiaçı xidmət rəhbəri-baş laboratoriya texniki-kimyaçı 10 dekabr 2019-cu il tarixdən ixtisar edilməlidir; - iddiaçı əslində şirkətdə heç bir ixtisar aparılmaması və onun işdən azad olunması üçün əmrin qeyd olunan qaydada rəsmiləşdirilməsini bildirib, bununla bağlı bir neçə dəlil, o cümlədən iki nəfər işçinin onun barəsində əsassız şikayətlər etmələrini, bu səbəbdən həmin şəxslərə qarşı məhkəmədə iddia qaldıraraq onların verdiyi məlumatların təkzibinə nail o lduğunu, başqa vaxtlarda şirkətin rəhbər şəxsləri tərəfindən ona qarşı ayrı-seçkiliyə yol verilməsi, işdən öz arzusu ilə azad olunmasına məcbur etmə halları və.s. irəli sürsə də, işə baxan məhkəmlər hesab etmişlər ki, iddiaçı həmin halları sübuta yetirə bilmədiyi üçün iddiası təmin oluna bilməz; - sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düz deyil. Çünki cavabdeh şirkətdə işçilərin sayının ixtisar olunması halını sübutetmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Cavabdeh şirkət sübut etməlidir ki, həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranmış və ixtisarı zəruri edən hallarla bağlı aydın qənaətə gəlmək üçün sübutlar təqdim etməli idi; - ümumiyyətlə şirkətdə ixtisarın aparılmasının müzakirə olunması, şirkət üzrə belə bi r əsaslandırılmış qərar qəbul edilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. İşçilərin ixtisarı barədə qərar hər gün qəbul edilən sıradan olan qərarlardan deyil. Bunun üçün fəaliyyətin analizi aparılır, ixtisar nəticəsində qarşılanacaq itkilərlə əldə ediləcək qazancın çəkisi öyrənilir, müzakirə olunur və bundan sonra hansı işçilərin ixtisar olunmasına zərurət olduğu müəyyən edilir, müzakirə olunur və qərar verilir. Əmrdə qeyd olunduğu kimi ixtisar əmək istehsalatında effektliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədi ilə aparılıb. Buna görə hər bir əsas üzrə ayrıca analiz aparımalı idi; - hazırkı işdə şirkətdə belə bir analiz aparılması, hansı işçilərin ixtisar olunması, belə ixtisar nəticəsində əldə olunacaq nəticələr, ixtisar olunacaq işçilərin üstün hüquqlarının qorunması və.s. zəruri məlumatlara dair heç bir sübut təqdim edilməmişdir. - cavabdehin təqdim etdiyi yeganə sübut iddiaçının ixtisarla bağlı işdən azad olunmasına qərar verilməsinə dair 28 oktyabr 2019-cu il tarixli əmrdir ki, həmin əmrdən görünür ki, iddiaçının ixtisar olunmasına dair həmin qərardan üç gün əvvəl 25 oktyabr 2019-cu il tarixdə X3 şöbəyə X2-kimyaçı vəzifəsinə işə qəbul edilmişdir; - mülki işin 223-cü səhifəsində olan məktubdan görünür ki, Elnur Rəsulzadə ixtisardan sonra işsiz qalmamış və ixtisar zamanı ona Braoid şöbəsində analoji iş təklif edilmiş və hal-hazırda həmin şöbənin əməkdaşıdır; - eyni zamanda mülki işin 220-ci səhifəsində olan məktubdan görünür ki, ixtisar olunmuş işçinin gördüyü işləri şirkətlə müqaviləsi olan "xxx x" şirkəti həyata keçirir və Arifə Xələfova adlı işçi (iddiaçı ilə məhkəmə mübahisəsi olan) də həmin şirkət vasitəsi ilə qeyd olunan işləri görmək üçün cəlb edilmişdir; - göründüyü kimi, şirkətin xidmət rəhbəri-baş laboratoriya texniki-kimyaçısı ixtisar olunur, digər işçilərin ixtisar olunması barədə qərar mövcud deyil, bir neçə gün əvvəl işə qəbul edilmiş və peşəkarlığı aşağı olan işçi analoji işə keçirilir, bundan sonra başqa bir şirkət ("xxxx" şirkəti) eyni işləri başqa işçiləri cəlb etməklə (Arifə Xələfova) görməkdə davam edir. Həmin işi görən şirkətə edilən ödənişlərin işdən azad olunan iddiaçının əmək haqqından az olması ilə bağlı (çünki iddiaçı ixtisar olunmuşdu ona görə ki, işçilərin xərcləri minimallaşdırılsın) heç bir sübut yoxdur. Çünki işi görən həmin şirkətin hansı şərtlərlə şirkətdə analoji işləri görməsinə dair sənədlər təqdim edilməmişdir; - eləcə də iddiaçı işdən azad olunarkən onun işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. Hansı ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşdən görünür ki, iddiaçı uzun müddətdir həmin işdə çalışır, həmin sahədə tanınmış mütəxəssisdir və məhkəmə gedişi zamanı onun peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlı dəlillər irəli sürülməmişdir. - qeyd olunan halların mövcudluğu şirkətdə ixtisarın həqiqətən aparılmasını şübhə altına almağa eht imallar verir. Apellyasiya Məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi üzündən həmin ehtimalların aydınlaşdırılması mümkün olmamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4557/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunaraq, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 09.12.2019-cu il tarixli, K-136 №-li əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi) Emin Mehdiy ev, Xəyalə Cəmilova)
37. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işçilərin sayını ixtisar etmək işəgötürənin hüququdur. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulub. Lakin hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bu qadağa Mülki Məcəllənin 560.1-ci maddəsində nəzərdə tutulub, mülki münasibətlərlə yanaşı, əmək münasibətlərinə də şamil olunur. Buna görə də ixtisarın ararılmasının zəruriliyi əsaslandırılmalıdır. Əgər ixtisar əsaslandırılmırsa, bu o deməkdir ki, işəgötürən ixtisar aparmaq hüququndan işçini işdən azad etmək üçün suiistifadə edir.
38. Apellyasiya instansiyası hesab etmişdir ki, ixtisar əsaslandırılmayıb. Belə ki, iddiaçını işdən azad etməzdən əvvəl işəgötürən ixtisarın aparılması barədə 28. 10.2019-cu il tarixli, K-122 №-li əmr verib (iş v. 179). Əmrdə ixtisarın aparılması belə izah olunub ki, əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədilə ixtisar aparılır.
39. Apellyasiya instansiyasının qənaətinə görə qeyd edilən əsaslandırma formal xarakter daşıyır. Əgər həqiqətən iddiaçının işdən azad olunmasının əsasını əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılması təşkil edibsə, onda nəyə görə iddiaçının çalışdığı laboratoriyada (Sementləmə şöbəsinin laboratoriyasında) yalnız iddiaçının (digərlərindən daha çox əmək stajına malik olan şəxs) ixtisarla bağlı işdən azad olunması sual yaradır.
40. Cavabdehin özünün verdiy i arayışa (iş v. 60) görə həmin şöbənin laboratoriyasında 3 əməkdaş çalışıb: 1) iddiaçı - Baş Laboratoriya Texniki-Kimyaçı; 2) Elnur Rəsulzadə - X2-Kimyaçı; 3) Nailə Cəfərova - X2-Kimyaçı. Elnur Rəsulzadə ixtisar barədə əmrin verilməsindən 3 gün əvvəl - 25.10.2019-cu il tarixli əmrlə (iş v. 180) Sementləmə şöbəsindən Baroid şöbəsinə keçirilib. Həmin əmrin verilməsinə əsas kimi “rəhbərliyin göstərişi” qeyd olunub. Nailə Cəfərova isə üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətdə olduğuna görə ixtisar olunmayıb. İşəgötürən bildirib ki, o, məzuniyyətdən qayıtdıqdan sonra ixtisarla bağlı işdən azad olunacaq. Lakin o, hazırda ixtisar olunmuş işçi hesab olunmur, çünki məzuniyyətdən qayıtdıqdan sonra onun da Elnur Rəsulzadə kimi başqa vəzifəyə keçirilməsi müm kündür. Göründüyü kimi, iddiaçı daha çox əmək stajına malik olsa da, hər hansı iş təklif olunmadan ixtisarla bağlı işdən azad olunub.
41. Apellyasiya məhkəməsi cavabdehin nümayəndəsinin cavabdeh təşkilatda yalnız iddiaçının deyil, xərclərin optimallaşdırılması məqsədilə cəmi 13 əməkdaşın işdən azad olunması barədə dəlillərini təsdiqini tapmadığı üçün qəbul etməyib və bunu belə əsaslandırıb ki, cavabdeh tərəfindən apellyasiya icraatı zamanı təqdim olunmuş 06.05.2021-ci il tarixli arayışa görə cavabdeh təşkilatda xərclərin optimallaşdırılması məqsədilə 2019-cu ilin son 6 ayı ərzində 11 əməkdaşın, 2020-ci ilin ilk 6 ayı ərzində 2 əməkdaşın, cəmi 13 əməkdaşın fəaliyyətinə xitam verilib. Lakin həmin arayışdan görünür ki, 13 nəfərdən yalnız 3 nəfər (1-i iddiaçı olmaqla) ixtisarla bağlı işdən aza d olunub, qalan 10 nəfərin əmək fəaliyyətinə xitam verilməsinin ixtisarla əlaqəsi yoxdur: 8 nəfər əmək müqaviləsinin müddəti bitdiyinə görə, 2 nəfər isə qarşılıqlı razılıq əsasında işdən azad olunub. Buna görə də cavabdeh tərəfindən bu şəxslərin əmək fəaliyyətinə xitam verilməsinin xərclərin optimallaşdırılması ilə izah edilməsi əsassızdır.
42. Apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh təşkilatda iddiaçının gördüyü işə ehtiyac aradan qalxmayıb. Çünki iddiaçı işdən azad olunduqdan sonra onun gördüyü işi yerinə yetirmək üçün cavabdeh təşkilat ilə “ACE” Group Consultants şirkətinin arasında bağlanmış müqaviləyə əsasən həmin şirkətin əməkdaşı Arifə Xələfova cavabdeh təşkilata xidmət göstərmək üçün cəlb olunub. Bu hal cavabdehin verdiyi 21.02.2020-ci il tarixli arayışla (iş v. 220) təsdiq ol unur. Cavabdehin nümayəndəsi apellyasiya icraatı zamanı verdiyi izahatında etiraf edib ki, həmin şəxs iddiaçının gördüyü işi yerinə yetirir, lakin bunun müqabilində ona iddiaçının əmək haqqından az məbləğdə vasait ödənilir, bu isə xərclərinin minimallaşdırılması məqsədinə uyğundur.
43. Apellyasiya məhkəməsinin mövqeyinə görə əgər işəgötürən iddiaçının gördüyü işə görə həqiqətən daha az xərc çəkmək niyyətində idisə, yəni həqiqətən xərcləri minimallaşdırmaq istəyirdisə, belə halda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi (əmək haqqının azaldılması) imkanından istifadə edə bilərdi. İddiaçı bununla razılaşmasaydı, işəgötürən əmək müqaviləsini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə görə) ləğv edə bilərdi. Əmək Məcəll əsinin “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” adlı 56-cı maddəsinin 1-ci hissəsində qeyd olunub: “İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir”. Göründüyü kimi, “vəzifəsi üzrə işi davam edirməklə” ifadəsindən istifadə olunub, bununla da təsdiq olunub ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zamanı işçinin vəzifəsi qalır. Əmək şəraitinin şərtlərinin nədən ibarət olması Əmək Məcəlləsinin 54-cü maddəsində müəyyən edilib. Ona görə də “əmək şəraitinin şərtlərinin dəyişməsi” deyiləndə həmin maddədə müəyyən edilmiş şərtlərin dəyişməsi başa düşülür, o cümlədən əmək haqqının miqdarının azaldılması bura daxildir. Əmək Məcəlləsinin 56-cı mad dəsinin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
44. Apellyasiya məhkəməsi vurğulayıb ki, işəgötürən əmək şəraitinin şərtlərinin dəyişdirilməsini, yəni daha az əmək haqqı ödənilməklə işi davam etdirməsini iddiaçıya təklif etməyib. Bunu apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi də etiraf edib. O cümlədən belə təklifin olduğunu təsdiq edən sübut mülki işin materiallarında yoxdur. Buna baxmayaraq işəgötürən ixtisar adı ilə iddiaçını işdən azad edib, onun gördüyü işi yerinə yetirmək üçün başqa təşkilatdan xidməti müqavilə ilə haqqı ödənilməklə yuxarıda adı çəkilən şəxsi cəlb edib. Baş verənlər isə “əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması, ştatların optimallaşdırılması” adı ilə pərdələnib.
45. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən iddianın təmin edilməli olması qənaətinə gəlib və gəldiyi qənaəti Əmək Məcəlləsinin 11, 54, 56, 68, və 300-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Kassasiya şikayətinin dəlilləri
46. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (vəkili Vəkil1 ) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xa hiş etmişdir.
47. Kassasiya şikayətində maddi hüquq normaları düzgün tətbiq edilməməsinə, apellyasiya məhkəməsinin əsaslandırmasının qanunverciliyiə ziddi olmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
48. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
49. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
50. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil3 kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 11. “ə” bəndi. Bu Məcəllənin və digər normati v hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin hüququdur. Maddə 56. 1-ci hissə. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Maddə 56. 2-ci hissə. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqavi ləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Maddə 68. 2-ci hissə, “c” bəndi. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 70. “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71. 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 78. 1-ci bənd. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik ol an işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edi lən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kass asiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
55. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir. Cavabdeh buna etiraz olaraq iddiaçı nın əmək müqaviləsinə xitam verilməsini əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılması ilə izah etmişdir.
56. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə cavabdeh şirkət əməyin effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılmasını əsaslandıra bilməyib.
57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 37-45-ci bəndlərinə əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi və iddiaya etirazda göstərilən xüsusatları tam araşdırmış və bütün bunlardan çıxış edərək tələbə tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət vermişdir.
59. Kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin hazırki qərarın 37-45-ci bəndlərinə əks edilən mövqeyi ilə təkzib edildiyi ü çün onlara əlavə qiymət verilməsinə məhkəmə kollegiyası lüzum görmür.
60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(103)4557/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.