Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4993/2020 02.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh X10 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXXa XXX XXX qızı) iş üzrə (Açar sözlər: əsl olmayan cavabdeh, işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquqlarının pozulması; sübutların aid edilməsi və qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Salmanlı Mirkəbir Əliheydər oğlunun, cavabdehin, üçüncü şəxsin və onların vəkili Nağıyeva Şəfiqə Abdulqədir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-655/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Binəqədi rayonu, XXX şosesi, 1-ci mədən, döngə 1-də yerləşən ev (bundan sonra - mübahisəli tikili) xüsusi mülkiyyətdə deyil və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Tikilinin yerləşdiyi torpaq sahəsi Binəqədi rayonu, X5 xx xxxx 2007-ci il tarixli, 1193 saylı sərəncamı ilə alğı-satqı əsasında, fərdi yaşayış evinin tikintisi üçün XXXa XXX XXX qızının (bundan sonra - üçüncü şəxs) mülkiyyətinə ayrılmışdır. İddiaçı (bundan sonra - iddiaçı) ilə X14 (bundan sonra - cavabdeh) xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından iki uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X11 və xx xxxx 2013-cü il təvəllüdlü Cavadzadə Ömər İsal oğlu doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları ilə birlikdə mübahisəli tikilinin ikinci mərtəbəsinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdə mübahisəli tikiliyə gəlin köçmüşdür. Sonradan tikilinin otaq sayını artıraraq, yaşamaq üçün daha əlverişli etmişlər. Tikilinin ikinci mərtəbəsi, yəni onun ailəsi ilə yaşadığı hissə bir yataq, bir zal, iki uşaq otağı, dəhliz, mətbəx, hamam və tualetdən ibarətdir. Onun bütün cehizləri və digər əşyaları həmin tikilinin ikinci mərtəbəsindədir. xx xxx 2019-cu il tarixdən mübahisəli tikilidən çıxarılmışdır və hazırda boşanma ərəfəsindədirlər. Mübahisəli tikiliyə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin tikili mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli tikilidən öz iradəsindən asılı olmayan səbəbdən çıxmışdır. Hesab edir ki, mübahisəli tikilidə cavabdehlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən, həmçinin mübahisəli tikili onun və övladlarının yeganə yaşayış yeri olduğundan övladları ilə birlikdə həmin tikiliyə köçürülməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001 )-5649/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia təmin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı mübahisəli tikilinin yerləşdiyi torpağın mülkiyyətçisi XXXa XXX XXX qızı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İşə baxılarkən mübahisəli tikiliyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi həyətə giriş həyətin dəmir qapısındandır. Tikili iki mərtəbəli olmaqla, birinci mərtəbədə iddiaçının qaynı yaşayır. İkinci mərtəbədə iddiaçı otaqları göstərərək, orada onun əmlakının olduğunu, hazırda əmlakının onun xəbəri olmadan çıxarıldığını, onun orada ai ləsi ilə birlikdə yaşadığını bildirmişdir. Yerli baxış zamanı qonşuluqda yaşayan X6 şahid qismində ifadə verərək göstərmişdir ki, o, 2012-ci ildən öz yaşadığı evə gəlin köçüb, gəlin gələn vaxtdan iddiaçını qaynanasının evində görüb, iddiaçı ilə qonşu olub, iddiaçını bir neçə dəfə pəncərəni silən görüb. İddiaçını 2019-cu ilin əvvəlinədək görüb. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-655/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Apelyasiy a instansiyası məhkəməsi işə cəlb edilməmiş üçüncü şəxsin hüquqlarına toxunması ilə nəticələnən birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı qənaətinə gəlmiş və qətnaməni bu əsasla ləğv etmişdir. Məhkəmə iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş disklərə baxış keçirərək müəyyən etmişdir ki, mübahisəli tikilinin ikinci mərtəbəsində iddiaçının cehiz əşyaları olmuş, cavabdeh toy günü gəlin gətirilməsi üçün, iddiaçının cehiz əşyaları ilə bəzədilmiş özbaşına tikilinin ikinci mərtəbəsindən çıxmışdır. Məhkəmə, həmçinin diskə baxış əsasında müəyyən etmişdir ki, iddiaçı iki uşağı ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı 2010-cu ildə ailə qurandan sonra həmin özbaşına tikiliyə gəlin köçmü ş, orada cavabdehlə birgə təsərrüfat idarə etmiş, hazırda isə evə buraxılmır. Apellyasiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 11.1, 11.2, 27.1, 27.3, 180.1 və 180.2-ci maddələrini, xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.4-cü maddələrini tətbiq edərək iddianı təmin etmiş, qeyd etmişdir ki, mübahisəli tikili özbaşına tikili olsa da, iddiaçı həmin özbaşına tikilidə 2010-cu ildən 2019-cu ilə kimi cavabdehin ailə üzvü kimi birlikdə yaşamışdır, iddiaçının iki azyaşlı uşağı ilə birlikdə həmin evə buraxılmaması ədalətsizlikdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqd a (vəkil Nağıyeva Şəfiqə Abdulqədir qızı) kassasiya şikayətləri verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişlər. Hər iki kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi də işi obyektiv, hərtərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, cavabdehin izahatını, şahidin ifadəsini təhrif etmiş, tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisini cavabdeh qismində işə cəlb etməli olduğu halda onu üçüncü şəxs qismində cəlb etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Halbuki, təqdim edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə birlikdə mübahisəli tikilidə deyil, kirayədə yaşamış, bununla bağlı hərbçi kimi dövlətdən hər ay 20 0 manat məbləğində kirayə haqqı almışdır. İddiaçının mübahisəli tikilidə hər hansı əmlakı olmamışdır. Həmçinin, məhkəmə tərəfindən üçüncü şəxsin mübahisəli tikiliyə aid sənədləri təqdim etməsinə şərait yaradılmamışdır. Üçüncü şəxsin kassasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində olsa da, tikili onun əri ilə birgə nikahı dövründə tikilmişdir. Lakin məhkəmə üçüncü şəxsin ərini işə cəlb etməmiş, onun hüquqlarına toxunan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh, üçüncü şəxs və onların vəkili kassasiya şikayətlərinin məzmununa uyğun izahat verərə k, şikayətlərin təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət ve rmir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş cavabdeh və üçüncü şəxs qətnaməni tam mübahisələndirdiyindən və şikayətin dəlilərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddi aya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Maddə
80. Məhkəmə işin gedişində təqdim o lunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı mənzilə köçürmə tələbi üzrə ca vabdeh qismində yalnız keçmiş əri X12 göstərmiş və birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halı olaraq müəyyən etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi X5 xx xxxx 2007-ci il tarixli, 1193 saylı sərəncamı ilə alğı-satqı əsasında, fərdi yaşayış evinin tikintisi üçün XXXa XXX XXX qızının mülkiyyətinə ayrılmışdır. Məhz bu baxımdan apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi sonuncunu işə cəlb etmədən mübahisəni həll etməklə həmin şəxsin hüquqlarına toxunması ilə nəticələnən qətnamə qəbul etmiş və bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında cavabdehin və kili cavabdehin əsl cavabdeh qismində XXXa XXX XXX qızı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə MPM-in 54-cü maddəsinə əsasən hesab etmişdir ki, apelyasiya baxışı mərhələsində tərəfin əvəz olunmasına yol verilmədiyindən vəsatət təmin oluna bilməz. Həmin məhkəmə iclasında sonuncu iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Buna baxmayaraq apelyasiya instansiya məhkəməsi tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olmayan şəxsə qarşı verilmiş iddia tələbinə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı rədd etmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə cavabdeh məhz iddia tələbinin yönəldiyi şəxs hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymə t verilməsinə imkan vermir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi mübahisəli tikilinin yerində müayinəsi zamanı müəyyən etmişdir ki, tikili iki mərtəbəli olmaqla, birinci mərtəbədə iddiaçının qaynı yaşayır. Buna baxmayaraq məhkəmə eyni tikilidə yaşayan şəxsləri işə cəlb etmədən iddianı təmin etməklə həmin şəxslərin də hüquq və vəzifələrinə toxunan, onların hüquqlarının pozulmasına səbəb olan qətnamə etmişdir. MPM-in 418.4-cü maddəsinə əsasən bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 80-ci maddəsinə əsasən məhkəmə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bu baxımdan əgər məhkəmə təqdim olunan sübutu işə aid olmayan hesab edərsə, həmin sübutu qəbul etmir və onu nəzərə almır. Bununla yanaşı, MPM-in 88-ci maddəsi tələb edir ki, əgər məhkəmə təqdim olan sübutu işə aid olan sübut kimi qəbul edibsə onda həmin sübuta işdə olan digər sübutlarla yanaşı obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı və bütün sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Baxılan iş üzrə apellyasiya instansiya məhkəməsi iddiaçıya hərbi qulluqçu kimi 2018 və 2020-ci illərdə kirayə müqavilələrinə əsasən pul kompensasiyası ödənilməsi; tərəflərin uşaqlarının hansı məktəbdə təhsil almaları; iddiaçının bankdan kredit götürməsi barədə sübutlara işə aid sübutlar kimi istinad etsə də, bu sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə müvafiq olaraq q iymət verməmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan prosessual hüquq normalarının tələblərinə riayət etməklə, yeni məhkəmə aktı qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXXa XXX XXX qızının kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-655/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğ v edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.