Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4993/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəsinə dair iş üzrə QƏRARİ iş № 2(102)-4993/21 (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Ərizəçi: Ərizəçi vəkilləri Vəkil və X3, Maraqlı şəxs: Maraqlı şəxs vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-5186/2021 saylı qərardadından Ərizəçi kassasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) ərizə təmin edilərək, 01 yanvar 1968-ci il təvəllüdlü Ərizəçi doğum yerinin Bakı şəhəri olması hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ərizəçi 01 yanvar 19 68-ci ildə Bakı şəhərində anadan olub. Lakin, Dağıstan Respublikası Dərbənd şəhərində onun adına “Doğum haqqında” Şəhadətnamə verilərkən doğum aktı qeydi jurnalında onun doğum yeri səhvən Dağıstan Respublikasının Padar kəndi göstərilib. Ərizəçiyə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi “Doğum haqqında” Şəhadətnaməyə əsasən verilib və həmin Şəhadətnamədə onun doğulduğu yer kimi Azərbaycan Respublikası Bakı şəhəri göstərilib. Ərizəçi 01 yanvar 1968-ci ildə Bakı şəhərində yerləşən M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında doğulub, lakin ərizəçinin doğulmasını təsdiq edən sənədlər həmin Xəstəxanada saxlanılmır. Ərizəçi sözügedən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və məhv edilmiş sənədlərin bərpası artıq mümkün deyil. Ona görə də ərizə t əmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 307.2.11, 308, 311-ci maddəsinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Maraqlı şəxs apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edib və ərizəsini belə əsaslandırıb ki, valideynləri Nəriman Əliyev və X4 Federasiyasında Ərizəçi sifarişi ilə qətlə yetiriliblər. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınıb. Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilib ki, Ərizəçi həm Rusiya Federasiyasının, həm də Azərbaycan Respublikasının vətəndaşıdır və o, qətlin icraçısı kimi məsuliyyətə cəlb edilsə də, ibtidai istintaqdan qaçıb gizləndiyi üçün onun istintaqa cəlb edilməsi mümkün olmayıb. Belə ki, Rusiya Federasiyasının səlahiyyətli orqanları ərizəçi barəsində axtarış elan edib və onun tutulması üçün Azərbaycan Respublikasına sorğu verilib, lakin Ərizəçi ikili vətəndaşlığı olduğu üçün onun Rusiya Federasiyasına verilməsindən imtina edilib. Rafiq İdrisov ilk dəfə 2003-cü ildə Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən şəxsiyyət vəsiqəsi verilərkən saxta “Doğum haqqında” Şəhadətnamənin təkrar verilmiş surətindən istifadə edilib. Beləliklə də Ərizəçi doğum yerinin Bakı şəhəri göstərilməsi qanunsuz olub. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərardadı ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) apellyasiya şika yəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli qətnaməsi ləğv edilib və ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilib. Eyni zamanda ərizəçiyə izah edilib ki, qanunla müəyyən edilmiş əsaslar olduqda, qeydiyyat orqanının hərəkətlərini (hərəkətsizliyini) məhkəmə qaydasında ayrıca mübahisələndirə bilər. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlməyib, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, Rusiya Federasiyası, Dağıstan Respublikası Ədliyyə Nazirliyinin 29 aprel 2021-ci il tarixli məktubunda qeyd olunub ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin vahid dövlət reyestrində 01 yanvar 1968-ci il tarixdə doğulmuş Ərizəçi qeydiyyat yeri kimi Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kəndi göstərilib və bu barədə 37 saylı akt qeydi jurnalında məlumat saxlanılır. Həmin akt qeydində “Doğum haqqında” Şəhadətnamənin təkrar verilməsi barədə məlumat qeydə alınıb. Bundan başqa, Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kənd soveti tərəfindən 09 sentyabr 2003-cü il tarixdə Ərizəçi adına təkrar “Doğum haqqında” Şəhadətnamə verilib və həmin Şəhadətnamədə onun 01 yanvar 1968-ci il tarixdə Bakı şəhərində anadan olduğu və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 iyul 1968-ci ildə 37 nömrə ilə qeydiyyatın aparıldığı göstərilib. Prosessual qanunvericiliyə görə, hüquqi fakt o zaman müəyyən oluna bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxu d itirilmiş sənədlərin bərpası mümkün olmasın, yəni qüvvədə olan qanunvericilikdə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, ərizəçinin doğumu ilə bağlı məlumatlar Dağıstan Respublikası, Dərbənd rayonu Padar kənd soveti tərəfindən aparıldığı, ərizəçinin qeydiyyatın düzgün aparılmaması ilə bağlı həmin orqana müraciət etmək hüququ olduğu halda, o, məhkəmə qaydasında baxılmalı olmayan hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hazırki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və ərizəçiyə izah edilməlidir ki, qanunla müəyy ən olunmuş əsaslar olduqda, o, qeydiyyat orqanının hərəkətlərini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1, 308-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs Rafiq İdrisov kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Maraqlı şəxs etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instanasiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi vəkilləri Vəkil və Nüşabə Ağyeva kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Maraqlı şəxs vəkili Kamandar Nəsibov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən mə hkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma ap armır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallar ını araşdırması kimi qiymətləndirilməməlidir. Ərizəçi Rafiq İdrisovun kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadının əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür k i, Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kənd soveti tərəfindən Ərizəçi adına təkrar 09 sentyabr 2003-cü il tarixli, 719140 saylı “Doğum haqqında” Şəhadətnamə verilib və onun 01 yanvar 1968-ci ildə Bakı şəhərində doğulduğu qeyd edilib və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 iyul 1968-ci ildə tarixdə 37 nömrə ilə qeydiyyat aparılıb. 06 oktyabr 2011-ci ildə Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi tərəfindən Ərizəçi adına Azərbaycan Respublikasının vətəndaşlığına dair AZE seriyalı 09106509 nömrəli şəxsiyyət vəsiqəsi verilib və onun 01 yanvar 1968-ci ildə Bakı şəhərində doğulduğu, Bakı şəhəri, M.Arif küçəsi, 38 saylı evin 11 saylı mənzilinə qeydiyyatda olduğu qeyd edilib. "xxxx" MTK 15 aprel 2016cı il tarixli arayışına görə, Ərizəçi "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 “a” saylı binanın 80 saylı mənzilində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Ə.Əfəndiyev adına 2 saylı şəhər Klinik Xəstəxanasının 15 sentyabr 2015-ci il tarixli arayışına görə, Xəstəxanada 1968-ci ilə aid arxiv sənədləri tapılmayıb. Eyni zamanda Rusiya Federasiyası İstintaq Komitəsinin X1 üzrə Baş İstintaq İdarəsinin 26 noyabr 2007-ci il tarixli qərarı ilə N.A.Aliyeva və R.A.Aliyevin qətlə yetirilməsi faktı üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi və 222-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaqla müəyyən edilib ki, 25 noyabr 2007-ci ildə şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən "xxxx" QSC-nin direktoru N.A.Aliyev və onun arvadı R.A.Aliyeva yaşadıqları ünvanda odlu silahdan atəş açılmaqla qətlə yetiriliblər. 12 noyabr 2015-ci ildə cinayət törətmiş şəxs müəyyən edilmədiyi üçün ibtidai istintaq dayandırılıb. İbtidai istintaq zamanı baş vermiş hadisənin bir neçə fərziyyəsi araşdırılıb. O, cümlədən, aralarında hər hansı münasibətlər olmadığı halda "xxxx" QSC-nin adından Kabardin-Balkar Respublikasının "xxxx" MMC-yə Dağıstan Respublikası, Dərbənd şəhər sakini Ərizəçi tərəfindən spirtli içkilərin təchizatı və satışı həyata keçirildiyi və bu barədə N.A.Aliyevin xəbər tutduğu üçün cinayətin törədilməsində Ərizəçi aidiyyəti araşdırılıb. "xxxx" QSC-nin sənədləri saxtalaşdırılıb və bunun nəticəsi olaraq vergi orqanı tərəfindən xüsusilə külli miqdarda əlavə dəyər vergisi və mənfəət vergisinin ödənilməsi tələb edilib. Lakin, Ərizəçi bu cinayətin t örədilməsində aidiyyətini yoxlamaq mümkün olmayıb. Belə ki, Ərizəçi cinayət işi üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “e”, “j” bəndləri və 222-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, istintaq orqanından qaçıb gizləndiyi üçün hazırda beynəlxalq axtarışa verilib və Stavrapol Diyarı, Essentuki Şəhər Məhkəməsi tərəfindən Ərizəçi barəsində qiyabi olaraq “həbs” qətimkan tədbiri seçilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, ərizəçinin kassasiya şikayəti ilə eyni məzmunlu olan ərizəsinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktlar hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Lakin bir sıra hüquqi faktlara münasibətdə, b elə qeydə alınma qaydası qanunda nəzərdə tutulmayıb. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmamasını nəzərdə tutur. Bu baxımdan hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçirilməli, ya da qeyri məhkəmə (inzibati) qaydada müəyyən edilməlidir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də q anunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Mülki Prosessual Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsi, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olarhüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlid ir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi h aqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqa aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi i lə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, ərizənin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, Rusiya Federasiyası, Dağıstan Respublikası Ədliyyə Nazirliyinin 29 aprel 2021-ci il tarixli məktubu ilə müəyyən olunur ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin vahid dövlət reyestrində 01 yanvar 1968ci il tarixdə doğulmuş Ərizəçi qeydiyyat yeri kimi Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kəndi göstərilib və bu barədə 37 saylı akt qeydi jurnalında müvafiq məlumat saxlanılır. Həmin akt qeydində “Doğum haqqında” Şəhadətnamənin təkrar verilməsi barədə məlumat qeydə alınıb. Bundan başqa, Dağıstan Respublikası, Dərbənd ra yonu, Padar kənd soveti tərəfindən 09 sentyabr 2003-cü il tarixdə ərizəçinin adına təkrar “Doğum haqqında” Şəhadətnamə verilib və həmin Şəhadətnamədə onun 01 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olduğu və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 iyul 1968-ci il tarixdə 37 nömrə ilə qeydə alındığı göstərilib. Sözügedən Qərarın 6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedi ci sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, hüquqi fakt o, zaman müəyyən oluna bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydad a ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, ərizəçinin doğumu ilə bağlı məlumatlar ilkin olaraq Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kənd soveti tərəfindən aparılıb. Belə olan halda sözügedən qeydiyyatın düzgün aparılmaması ilə bağlı ərizəçinin ilk növbədə həmin orqana müraciət etmək hüququ vardır və o, bu imkanı itirməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xi tam verməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, hazırki ərizəyə məhkəmədə baxılmalı olmadığından, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ərizə üzrə mülki işin icraatına xitam verməklə düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisələndirilən məsələyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, ərizəçinin kass asiya şikayəti ilə eyni məzmunlu olan ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)5186/2021 saylı qərardadı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4993/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4993/2021
26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver