Məhkəmə qərarları › İş №2(102)-4995/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4995/2019

11.07.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4995/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı1, vəkili X3, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qərardadından İddiaçı1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərardadı ilə (iş № 2(005)-5270/2018, hakim G.A.Əsədova) İddiaçı1 cavabdeh SOCAR Cavabdehnə qarşı “peşə xəstəliyi ilə əlaqədar aylıq məvacibin və birdəfəlik sosial ödənişin ödənilməsi və onların gecikdirilməsinə görə faiz məbləğinin və maddi zərərin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qərardadı ilə (iş № 2(103)-2728/2019, hakimlər A.Ə.Hüseyn, E.Q,Nəbiyev, R.Ə.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şi kayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, onun tələbinin əsası aylıq məvacibin və birdəfəlik ödənişin ödənilməsi ilə bağlı olduğundan həmin tələb üzrə iddiadan imtina etməyi, sonradan ikinci dəfə belə bir tələblə məhkəməyə müraciət etməyə maneə yaratmır. Onunla cavabdeh arasında yaranmış hüquq münasibətləri davam edən xarakter daşımaqla hal-hazırda da davam edir. Yəni onun aldığı xəsarətə görə cavabdehin ödəməli olduğu məvacib məbləği əlillik müddəti ərzində ödənilməli olduğundan həmin öhdəliyin müddəti qeyri-müəyyəndir. Münasibətlər davam edən olduğu üçün və kəsilmədiyi üçün işin icraatına xitam verilməsi barədə qərardad olsa belə, məhkəmə hazırki mübahisəyə mahiyyəti üzrə baxaraq müvafiq qətnamə qəbul etməli idi. Kassasiya şikayətin ə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən saxlanlmasını xahiş etdilər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və q ərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı2 cavabdeh Socar-ın Cavabdehnə qarşı “peşə xəstəliyi ilə əlaqədar aylıq məvacibin və birdəfəlik sosial ödənişin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh müəssisədən İddiaçı1 əmək peşə xəstəliyi ilə əlaqədar 2016-cı ilin may ayından başlayaraq hər ay üçün 927 manat olmaqla, 29 ay üçün cəmi 26.883 manatın, 48.167 manat məbləğində birdəfəlik sığorta pulunun, 2016-cı ilin may başlayaraq aylıq və birdəfəlik ödənişin gecikdirilməsinə görə hər ay üçün 491 manat olmaqla, cəmi 14.239 manat olmaqla faiz məbləğinin və 10.000 manat dəymiş ziyanın, cəmi iddia məbləği olan 99.289 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 əsl İddiaçı1 ilə əvəz edilmişdir. Birinci instans iya məhkəməsinin mülki iş üzrə icraata xitam verilməsi barədə qərardadını dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı ilk öncə eyni predmet haqqında və eyni əsaslar üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və iş üzrə icraata xitam verilmiş, daha sonra iddiaçı yenidən eyni əsaslarla Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı hesab edilə bilməz. İşin mübahisə edilməyən hallarından görünür ki iddiaçı ilə cavabdeh müəssisə əmək münasibətlərində olmaqla iddiaçı cavabdeh müəssisədə 1994-cü ildən əmək fəaliyyətinə başlamış, 2015-ci il tarixə qədər həmin müəssisədə çalışmış, iddiaçı 09.04.2015-ci il tarixdən 27.10.2015-ci il tarixədək əmək qabiliyyətini fasiləsiz olaraq müvəqqəti itirdiyi üçün işə çıxmamış, 27.10.2015-ci il tarixli əmrlə iddiaçı ilə cavabdeh müəssisə arasında bağlanmış əmək müqaviləsi iddiaçının təşəbbüsü ilə ləğv edilmişdir. İddiaçı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 05.05.2016-cı il tarixdə peşə xəstəliyi səbəbindən ikinci dərəcə əlil hesab edilmiş, onun peşə-əmək qabiliyyətinin 50 faiz müddətsiz itirilməsi müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdeh müəssisəyə müraciət edərək ona peşə xəstəliyinə görə birdəfəlik müavinətin və aylıq ödəncin ödən ilməsini xahiş etmişdir. Cavabdeh müəssisə iddiaçının peşə xəstəliyinə tutulmasında həmin müəssisənin təqsiri olmasını və xəstəliyin məhz müəssisə tərəfindən əməyin mühafizə qaydalarının pozulması nəticəsində yarandığını sübuta yetirən təsdiqedici sənədlər olmadığına istinad edərək müavinətin ödənilməsindən imtina etmişdir. İddiaçı1 cavabdeh SOCAR Cavabdehnə qarşı 2016-cı ilin oktyabr ayında “əmək xəsarəti ilə əlaqədar olaraq aylıq və birdəfəlik ödəncin, gecikdirmə ilə əlaqədar ödəncin və maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 19 dekabr 2016-cı il tarixdə iddiadan imtina edilməsinə dair ərizə vermiş, 27 dekabr 2016-cı il tarixli məhkəmə qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh müəssisənin 23 fevral 2017-ci il, 12 mart 2018-ci il və 25 iyul 2018-ci il tarixli “müraciətə baxılmasının nəticəsi barədə” cavab məktublarından görünür ki, iddiaçı cavabdeh müəssisəyə yenidən müraciət edərək peşə xəstəliyi ilə əlaqədar birdəfəlik müavinətin və aylıq ödəncin ödənilməsini xahiş etmiş, cavabdeh müəssisə isə bundan imtina etmişdir. 16 oktyabr 2018-ci il tarixdə “peşə xəstəliyi ilə əlaqədar aylıq məvacibin və birdəfəlik sosial ödənişin ödənilməsi və onların gecikdirilməsinə görə faiz məbləğinin və maddi zərərin ödənilməsi” tələbinə dair hazırki iddia qaldırılmışdır. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməs inə yol verilmir. Qeyd edilən norma bütün hallar üçün imperativ xarakter daşımamaqla, davam edən münasibətlərdən yaranan mübahisələr üzrə qeyd edilən normanın tətbiqi istisna edilir (nikahın pozulması, aliment tutulması, işçinin sağlamlığına vurulan zərərə görə ödəncin verilməsi və s.). Eyni zamanda hazırki mübahisə də şəxsin sağlamlığına vurulan zərərin ödənilməsi ilə bağlı olmaqla və davam edən xarakter daşımaqla, iddiaçı əvvəlki məhkəmə mübahisəsi üzrə iddiadan imtina etsə belə, hazırki tələblə məhkəməyə müraciət etmək imkanını itirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Lakin apellyasiya məhkəməsi mübahisənin maddi hüquqi əsasının düzgün müəyyən etmədən, iddiaçının iddiadan imtina etdiyi üçün iş üzrə üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qərardad olduğundan, hazırki iddianının yolverilməzliyinə görə işin icraatına xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar