Məhkəmə qərarları › İş №2(102)-4996/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4996/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4996/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:lizinq predmetinin geri qaytarılması və maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili Quliyev Məhəmməd Rəhim oğlunun, üçüncü şəxs X1, onun vəkili Nurəliyev Səyyad Əlimirzə oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(107)592/2021 saylı qətn aməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14.02.2017-ci il tarixli, 11/309 saylı operativ lizinq müqaviləsinə əsasən, ASC-yə məxsus BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavator, Cavabdeh lizinqə verilmişdir. Sadəddin Abdurəhmanov müqaviləni özü imzalayıb texnikanı özü təhvil alsa da, həmin texnika müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abid Abdurəhimovun istifadəsində olmuşdur və lizinq ödənişləri Abid Abdurəhimov tərəfindən cavabdehə verilmiş və cavabdeh aldığı pulu ödəniş kimi iddiaçıya ödəmişdir. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorun cavabdehdən alınaraq saz vəziyyətdə İddiaçı ASC-yə qaytarılması, 450 manat məbləğdə ödənilməmiş borcun, 1.241 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun - cəmi 1.721 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış operativ lizinq müqaviləsinin öhdəliyi 1241 manat olmağına baxmayaraq cavabdeh iddiaçının hesabına 791 manat ödəniş etmiş, 450 manat məbləği isə ödəməmişdir. Müqa vilə müddəti 30.12.2017-ci il tarixində bitsə də, cavabdeh ASC-nin mülkiyyətində olan texnikanı geri qaytarmamış və bu günədək onun istifadəsindədir. 20182019-cu il tarixlərində müqavilə bağlayacağı təqdirdə tarif cədvəlinə əsasən cavabdeh, ASC-nin bank hesabına 1.241 manat öhdəlik ödəməli idi. İddiaçı Cavabdeh vermiş olduğu texnikanı başqa vətəndaşa verərək ondan gəlir əldə edə bilərdi. Lakin cavabdeh həmin texnikanı vaxtında geri qaytarmadığına görə iddiaçı texnikanı yenidən dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, Cavabdeh İddiaçı ASC-yə əldən çıxmış faydaya görə 1241 manat pul ödəməlidir.

4. Şəki Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)-1777/2019 saylı qətnaməsi ilə (hakim C.İmanov) iddia qismən təmin edilərək, lizinq obyekti olan BOREX2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorun Cavabdeh alınaraq saz vəziyyətdə İddiaçı ASC-yə qaytarılması, 450 manat və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 1241 manat məbləğində pul tələb etsə də, əldə olunacaq faydanın nədən ibarət olması və həmin faydanın miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə iddianı bu hissədə əsassız hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-597/2020 saylı, 06.05.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020ci il tarixli, 2(102)-4723/20 saylı qərarı ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) Cavabdeh kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

10. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının səlahiyyətli şəxsi özü təsdiq edir ki, həmin texnika lizinqə verilə bilməzdi və bu məqsədlə alınmamışdır. Deməli iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin mahiyyətinin lizinq olmamasını iddiaçı təşkilatın rəhbəri özü də təsdiq edir. Ona görə işə baxan məhkəmə tərtib edilmiş formal müqaviləyə uyğun maddi hüquq normalarını tətbiq etməli idi. Müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalı idi.

11. Məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda qeyd olunanlar tərəflər arasında etibarlı lizinq müqaviləsinin mövcudluğunu istisna etdiyindən, məhkəmə cavabdeh tərəfin irəli sürdüyü digər dəlilləri yoxlamalı (əmlakın kimə məxsus olması, ekskavatorun başqa şəxs tərəfindən satın alınıb-alınmaması) və müəyyən edilmiş hallar əsasında qətnamə çıxarmalıdır. Tərəflər arasında etibarlı lizinq müqaviləsi təsdiqini tapmırsa və yaxud cavabdehin digər dəlilləri öz təsdiqini tapmırsa (əmlakın onun dayısına məxsus olması) onda məhkəmə əmlakın mülkiyətçiyə qaytarılmasının qanuni əsası kimi başqa maddi hüquq normalarına istinad edə bilər (məs: mülkiy ətin müdafiəsi). Belə olan təqdirdə isə lizinq mükafatı ilə bağlı tələbin təmin olunması iddiası istisna olunur. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(107)-592/2021 saylı qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və İ.H.Şükürov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)-1777/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdiur.

14. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının səlahiyyətli şəxsi özü təsdiq edir ki, həmin texnika lizinqə verilə bilməzdi və bu məqsədlə alınmamışdır. Deməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin mahiyyətinin lizinq olmamasını iddiaçı təşkilatın rəhbəri özü də təsdiq edir. Ona görə işə baxan məhkəmə tərtib edilmiş formal müqaviləyə uyğun maddi hüquq normalarını tətbiq etməli idi. Müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalı idi. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X2 və vəkili Nurəliyev Səyyad Əlimirzə oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin vəkili Quliyev Məhəmməd Rəhim oğlu kassasiya şikayətinin dəlillər inə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərinə görə məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmə k hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-4. Sublizinq 747-4.1. Sublizinq- sublizinq müqaviləsi ilə rəsmiləşdirilir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi kassasiya inst ansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş göstərişə uyğun olaraq müəyyən etmişdir ki, lizinq obyekti olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, ekskavator İddiaçı ASC-nin mülkiyyətindədir.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin işin halı kimi müəyyən etmişdir ki, texniki vəziyyət haqqında 14 fevral 2017-ci il tarixli, 11/309 nömrəli akt əsasında İddiaçı ASC-nin Şəki RN-nin istifadəsində olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavator bölmənin mexanizatoru Cavabdeh təhvil verilmişdir. Cavabdeh aktı imzalayaraq sözügedən texnikanı təhvil almışdır.

24. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş halları əsasında mübahisəyə Mülki Məcəllənin 385, 425, 442, 465.2 və 747.1-ci maddələrini tərbiq etməklə apellyasiya şikayətinin təmn edilməməsi barədə nəticəyə gəlmişdir.

25. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Həmçinin qeyd edir ki, sözügedən ekskavatorun əvvəllər üçüncü şəxsə lizinqə verilməsi, iddiaçı ilə cavabdehin arasında hazırda bağlanmış müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilməsini aradan qaldıran hal deyildir. İddiaçı ilə cavabdehin arasında bağlanmış lizinq müqaviləsi ləğv edilməmiş, etibarsız sayılmamışdır.

26. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma apar ılmır, onlara qiymət verilmir.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(107)592/2021 saylı qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar