Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 oğluna və X qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, etibarsız əqdlər üzrə müddətlər, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı1, vəkili X6, Cavabdeh1 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 18 noyabr 2019-cu il tarixli qə tnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh1 Cümə oğlu bacı-qardaşdırlar. X2 20.08.2014-cü il tarixdə 9 saylı notariat kontorunda ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41,4 kv.m olan 1 otaqlı mənzili onlara bərabər paylarda vəsiyyət etməsi barədə vəsiyyətnamə qoymuşdur.
2. Bununla belə, 28.10.2015-ci il tarixdə Cümə İlyasovun həmin mənzilin Cavabdeh1 bağışlaması haqqında müqavilə rəsmiləşdirilmiş, iki gün sonra – 30.10.2015-ci ildə X ölmüşdür.
3. İddiaçılar atalarının ölümündən əvvəl müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini, bağışlama müqaviləsi rəsmiləşdirilən gün anlaqlı olmadığını bildirərək aşağıd akı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Cümə oğlu və 9 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, evin sənədlərini saxlamaq üçün Sevincə vermişdir. Son vaxtlarda ataları ağır yataq xəstəsi idi və yaddaşını itirmişdir. Ona bacılar baxmış və qulluq göstərmişlər. Cavabdeh işləmir və maddi imkanı olmadığı üçün atasına baxa bilm irdi. Hətta xəstənin yerini dəyişən zaman o, bacılara fiziki köməklik belə göstərməmişdir. Ataları iddiaçılar evdə olmadığı bir vaxtda naməlum səbəbdən üz və boyun nahiyəsindən yaralanaraq ölmüşdür. Yaraların səbəbini soruşduqda cavabdeh atalarının yıxıldığını bildirdi. Onlara qaranlıq qalmışdır ki, yeriməyən ataları necə yıxıla bilər, atalarının dəfn xərcini İddiaçı2 çəkmişdir. Sonradan onlara məlum olmuşdur ki, atalarının qoyduğu vəsiyyətnamə ləğv edilmədən, cavabdeh İlqar atalarına məxsus evin sənədlərini götürərək, atalarının ölməyinə 2 gün qalmış 9 saylı notariat kontorunun notariusunu evə gətirmiş, aldatma və saxta yollarla atalarının evinin cavabdehə bağışlanması haqqında müqavilə bağlanmasını təşkil etmişdir. Atalarının ölümündən sonra bacılara mirasın açılması haqqında bildiriş ve rilməmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, bağışlama qanuna əsasən edilmişdir və ləğv olunmasına əsas yoxdur. Atasını bu addımı atmağa heç kəs məcbur etməmişdir və bu onun iradə ifadəsidir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 12 may 2017-ci il tarixli, 2(005)-3120/2017 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar bağışlama müqaviləsinin ləğvini tələb etsələr də, iddia ərizəsinin məzmunundan onun etibarsızlığını əsaslandırmamışlar.
9. Məhkəmə araşdırılması zamanı mərhum X8 ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas məhkəmə iclası zamanı müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), S.Hacıyev və F.Talışinski) 14 avqust 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmaqla, X8 ilə Cavabdeh1 arasında bağlanmış və X unun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması haqqında” 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqaviləyə əsasən X saylı mənzilinə dair Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir
11. Apellyas iya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, istər işdə olan sübutlarla (tibbi və s.), istərsə də ekspertiza rəyi ilə X1 28 oktyabr 2015-ci il tarixdə mülkiyyətində olan mənzilə dair Cavabdeh1 ilə bağışlama müqaviləsi bağlayarkən xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və onlara rəhbərlik edə bilmədiyi vəziyyətə düşmüşdür. Cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadiyev) X nömrəli iş üzrə 08 avqust 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edil miş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, bağışlama müqaviləsi 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən bilavasitə xun mənzilində təsdiq edilmiş və bu zaman onun hərəkətlərinin mənasını başa düşməməsi və onun sağlamlıq durumunun müqavilənin bağlanmasına mane olması müəyyən olunmamışdır. Belə olduqda sübutların araşdırılmasının tamlığının təmin olunması və həqiqətin müəyyən olunması üçün notariat əməliyyatını aparmış notariusun məhkəmədə dindirilməsi təmin olunmamışdır. Kassasiya məhkəməsi Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətlərə dair 354-cü maddəsinə istinadən qeyd etmişdir ki, bağışlama müqaviləsi 28 oktyabr 2015-ci il tarixdə bağlanmış, həmin müqavilənin etibarsız sayılması barədə iddia isə 2017-ci ilin mart ayının 29da, yəni təxminən 1 il 5 aydan sonra qaldırılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həmin halına əhəmiyyət verilməmiş, bir illik müddətin ötürülmə səbəbləri yoxlanılmamış və onlara qiymət verilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin müddət iddia müddəti ilə bağlı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə ehtiyac olmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) 18 noyabr 2029-cu il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya ş ikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində X1 xəstəliyi və onun doğurduğu ağırlaşmaların şüurunun itməsinə və ya müvəqqəti psixi pozuntu ilə nəticələnməsinə səbəb ola bilmə ehtimalı göstərilmişdir ki, bununla da qeyd olunan hallar mərhumun bağışlama müqaviləsi bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və onlara rəhbərlik edə bilməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilə X8 ilə Cavabdeh1 Cümə oğlu arasında bağlanmış, sağ ikən hədiyyə verən bağışlamadan imtina etməmiş, habelə bağışlamanın etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda X8 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzili sağlığında özgəninkiləşdirmiş, bununla da daha əvvəl tərtib edilmiş vəsiyyətnamə qüvvədən düşmüşdür. Həmçinin bağışlama müqaviləsi 28 oktyabr 2015-ci il tarixdə bağlanmış, həmin müqavilənin etibarsız sayılması barədə iddia isə 2017-ci ilin mart ayının 29-da, yəni təxminən 1 il 5 aydan sonra qaldırılmışdır. İddia tələbi Mülki Məcəllənin 354-cü maddəsində göstərilən bir illik müddətin ötürülməsi ilə verilmişdir. Qeyd olunan müddət iddia müddəti ilə bağlı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə ehtiyac olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın d əlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hədiyyə verən xun somatik xəstəliklər nəticəsində baş vermiş ağırlaşmalar nəticəsində deyil, ağciyər çatışmamazlığından ölməsi halı ilə bağlı kassator bildirir ki, məhkəmə kollegiyasının gəldiyi bu nəticə hüquqi cəhətdən anlaşılan deyil. Sübutetmənin predmeti müqavilə təsdiqlənən anda keçirtdiyi ağır xəstəliklə əlaqədar köməksiz vəziyyətdə olması, öz hərəkətləriniin mənasını başa düşməməsi və onlara rəhbərlik edə bilməməsi olmuşdur. Ağciyər çatışmamazlığı nəticəsində baş vermiş ağrılar və ağrıların şiddəti xəstəni öz hərəkətlərinin mənasını anlaya bilməmək dərəcəsinə gətirə bilər və bu tibbdə təsdiq edilib, konkret bu iş üzrə mövcud ekspert rəyində müəyyən edilmiş hallar və məhkəmə iclasında həkim mütəxəssis Zemfira Rzayeva ifadə verərək bildirmişdir ki, somatik xəstəliklərin şiddəti nəticəsində xəstə hərəkətlərinə cavab verməmək vəziyyətinə düşə bilər. Digər halda məhkəmə kollegiyasının X10 ilə Cavabdeh1 arasında bağlanıldaqdan sonra sağ ikən hədiyyə verənin bağışlamadan imtina etməməsi halı da məhkəmə qətnaməsinin əsası kimi qəbul edilə bilməz. Belə ki, xəstə xun müqavilə təsdiqlənən anda və sonra onun fiziki və əqli iqtidarsızlıq vəziyyətində olması aparılmış məhkəmə ekspertiza qaydasında müəyyən edilmişdir. Öz-özünə məlumdur ki, belə vəziyyətdə olan şəxs iradə ifadə si ilə bağlı hər hansı hərəkət edə bilməz. Əvvəlki apellyasiya instansiyası məhkəməsi tərəfindən bağışlama müqavləsi bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və onlara rəhbərlik edə bilməməsi kimi hallara verilmiş qiymətləndirilmənin düzgün olmaması ilə bağlı məhkəmə kollegiyasının gəldiyi nəticə də iş üzrə əldə edilmiş sübutlarala təsdiq edilmir. Belə ki, xəstə xun həmin vəziyyətdə olması barədə hallar ekspert rəyi ilə və digər həkim mütəxəssislərin ifadələri ilə təsdiq edilir. Məhkəmə kollegiyasının bununla bağlı gəldiyi nəticə isə hər hansı mütəxəssis rəyinə istinadən deyil, sırf məhkəmə kollegiyasının şəxsi mülahizəsidir. Eyni zamanda hədiyyə verən x mülkiyyətində olan sözügedən mənzili sağlığında özgəninkiləşdirildiyi səbəbindən həmin mənzil üzrə bərabər payllar əsasın da qoyduğu vəsiyyətnamənin qüvvədən düşməsi kimi gəldiyi nəticə mübahisə predmeti ilə bağlı olmayan nəticədir. Mübahisəli qətnamənin əsası kimi qəbul edilə bilməz. Bağışlama müqaviləsi 28.10.2015-ci il tarixdə bağlandığı halda həmin müqavilənin etibarsız sayılması barədə iddianın 2017-ci ilin mart ayında yəni təxminən 1 il 5 aydan sonra qaldırılması məsələsi ilə bağlı kassator bildirir ki, bu hissədə məhkəmə Mülki Məcəllənin 354.1 və 354.2. maddələrində nəzərdə tutulan hallara istinad etməklə həmin hallar son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər kimi halları həmçinin toplanmış sübutlara məcmu halda qiymət verərək Ali Məhkəmənin qərarındakı göstərişləri nəzərə alaraq məhkəmə kollegiyası belə hesab etmişdir ki, mülki iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etdiyindən həmin instansiya məhkəmənin 12 may 2017-ci il tarixli, X nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, şikayətin dəlilləri isə məhkəmə kollegiyası tərəfindən yoxlanılmasına baxmayaraq təsdiqini tapmaması səbəbindən apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yenidən işə baxan apellyasiya instansiyası məhkəməsi araşdırma zamanı əlavə heç bir sübut əldə etməmişdir, mülki iş üzrə göstərişə uyğun olaraq “araşdırmanın tamlığını təmin etmək məqsədi ilə mübahisəli müqaviləni təsdiq edən notarius X un məhkəmə iclasında iştirakını təmin etməmişdir, ondan sözügedən müqavilə təsdiq edilən anda hədiyyə verən X a sağla mlıq durumun hansı vəziyyətdə olması ilə bağlı hallar müəyyən edilməmişdir. (notarius mülki işlə bağlı ütün məhkəmə iclaslaslarına 5 dəfə çağırlsa da məhkəməyə üzrsüz səbəbə görə gəlməmişdir, çox maraqlıdır ki, məhkəməyə açıq-aşkar hörmət etməyən vəzifəli şəxsin “susqunluğunu” məhkəmə kollegiyasının “ notarius X tərəfindən Xun mənzilində müqavilə təsdiq edilən anda onun hərəkətlərinin mənasını başa düşməməsi və onun sağlamlıq durumunun müqavilənin bağlanmasına mane olması halı kimi müəyyən edilməmişdir kimi qiymətləndirmənin hansı mənbəyə söykənməsi məlum deyildir. xun somatik xəstəliklər nəticəsində baş verən səhhətin ağırlaşması nəticəsində deyil, onun ağciyər çatışmamazlığından ölməsi ilə bağlı məhkəmənin istinad etdiyi halla bağlı kassator bildirir ki, tibdə somatik xəstəlik deyilndə b ir neçə daxili orqanın sıradan çıxması başa düşülür. İşdə olan xəstəliklə bağlı qeydlərdən məlum olur ki, xda nəfəs orqanların xəstəliyi olmuşdur. Barəsində kassasiya qaydasında İddiaçı1 şikayət etdiyi məhkəmə kollegiyasının qətnaməsində müəyyəndirilmiş hesab edilmiş hesab edilən hallar məhkəmə kollegiyasının subyektiv iş üzrə toplanmış mötəbər sübutlara əsaslanmayan subyektiv mülahizəsidir. Apellyasiya Məhkəməsinin əvvəlki məhkəmə qətnaməsində mərhum xda 28.10.2015-ci ildə müqavilə bağlanan (təsdiqlənən) zaman onda somatik xəstəlik (bir neçə daxili orqanın sıradan çıxması) bunun nəticəsində psixi pozuntuların keçirməsi və həmin vaxt o özünü idarə etmək, hərəkətlərin mənasını dərk etmək, qavramaq və onlara rəhbərlik etmək (əqddə həqiqi iradə ifadəsini həyata keçirmək) iqtidarında olmamas ı və onda olan xəstəliklərin ağırlaşmaları nəzərə alınmaqla həmin tarixdə və and köməksiz vəziyyətdə olması halları müəyyən edilmişdir. Bu hallar iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyində, həmin ilin iyul oktyabr aylarında mərhumun sahə üzrə poliklinikada ambulator müalicə nəticəsində aparılmış xəstəlik tarixçəsi üzrə sahə həkiminin məhkəmə kollegiyasına vediyi ifadələrldə və digər mötəbər mənbələrdən alınmış sübutlarla təsdiq edilmişdir. Kassasiya qaydasında şikayət edilən qətnamədə isə məhkəmə kollegiyası X4 xəstəliyi və onun doğurduğu ağırlaşmalar şüurunun itməsinə və ya müvəqqəti psixi pozuntu ilə nəticələnmə ehtimalının mövcud olmasını qəbul etsə də, belə halların mərhumda bağışlama müqaviləsi bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və onlara rəhbərlik edə bi lməməsi kimi qiymətləndirilə bilməz kimi nəticəsi işin halları ilə təsdiq edilmir. Məhkəmə kollegiyası belə qiymətləndirməni mərhum x Cavabdeh1 arasında müqavilənin bağlanması ilə, sağ ikən xun hədiyyə verən kimi bağışlamadan imtina etməməsi, habelə müqaviləni etibarsız hesab edilməsinə səbəb ola biləcək qanunvericiliklə müəyyən edilmiş halların müəyyən edilməməsi ilə əsaslandırmışdır. Belə yanaşma və qiymətləndirmə düzgün yəni obyektiv deyildir. Belə ki, məhkəmə kollegiyası qiymətləndirmədə X5 olan somatik xəstəlik, bu xəstəliyin onda doğurduğu ağırlaşmaları, bu ağırlaşmaların şüurunun itməsinə və ya müvəqqəti psixi pozuntu ilə nəticələnmə səbəb olmasına qəbul edir, lakin eyni zamanda həmin halların mövcud olduğu şəraitdə hədiyyə verən kimi müqavilənin X20 X arasında bağlanmasını, müqavil ə bağlanandan sonra bundan imtina etməməsini onun öz hərəkətlərinə cavab vermə iqtidarında olan vəziyyət kimi qiymətləndirir. Məhkəmə kollegiyasının belə yanaşması və qiymətləndirməsi düzgün deyildir. Konkret halda sübutetmə predmetinə xda müqavilə təsdiqlənərkən onda olan somatik xəstəliklərin ağrısının şiddətlənməsinin nəticəsi olaraq baş vermiş ağırlaşmalar şüurunun itməsinə və ya müvəqqəti psixi pozuntu ilə nəticələnməsinə və onun köməksiz vəziyyətə düşməsinə səbəb olduğu halda və bütün bu amillər elmi əsaslarla müvafiq tibb müəssisəsinin mütəxəssisləri səviyyəsində təsdiq edildiyi halda, məhkəmə kollegiyasının müqavilənin mərhum x Cavabdeh1 arasında bağlanması və sağ ikən xun hədiyyə verən kimi bağışlamadan imtina etməməsi kimi hallar yuxarıda qeyd edilən halları təkzib edə bilməz, on a görə ki, müqavilə təsdiqlənən anda x köməksiz vəziyyətdə olmaqla fiziki və əqli iqtidarsızlıq vəziyyətində olmuşdur belə vəziyyətdə olan şəxsdən məhkəmə kollegiyasının istinad etdiyi hərəkətləri etməsini gözləmək mümkünsüzdür. Bununla bağlı Məhkəmə kollegiyasında dindirilmiş rəy verən ekspert x bildirmişdir ki, rəydə qeyd edilən xəstəliklərin nəticəsi olaraq ağırlaşmaların və əmələ gəlmiş psixi pozuntuların mövcudluğu şəraitində xəstənın ağrılardan azad olub müstəqil qərarlar qəbul etmək və aktiv hərəkətlər etmək imkanını heçə endirir. Nəzərə alınsa ki, xəstənin vəziyyətinin 29.10.2015-ci il tarixdə daha da ağırlaşması və 30.10.2015-ci ildə onda olan xəstəlik nəticəsində vəfat etməsi bir daha sübut edir ki, xəstə həmin anda ağrılardan qurtulub aktiv qərarlar qəbul etsin. Birinci instansi ya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən məhkəmə kollegiyasının digər istinad etdiyi motivi yəni mövqeyi xəstənin əvvəllər və sözügedən mübahisəli əqd təsdiq edilərkən xun psixi xəstə olmaması ilə bağlı nəticədir. Həqiqətən hədiyyə vermiş xun sağlığında yəni son xəstəliyinə qədər psixi xəstə olması mübahisələndirilmir. Mübahisənin sübutetmə predmetinə xəstə xun bağışlama müqaviləsi bağlanan, təsdiqlənən anda öz hərəkətlərinin mənasını başa düşən-düşməyən və ya onlara rəhbərlik edə bilən-bilməyən fiziki şəxsin olmasının müəyyən edilib-edilməməsi ilə bağlıdır. Yəni xəstə x tərəfindən müqavilə bağlanarkən onun davranışları Azərbaycan Respublikası Mülki Məcəllənin 346.1. maddəsində nəzərdə tutulan hallarla uyğunluq təşkil edirmi məsələlərinə aydınlıq gətiriməkdir. Həmin normada gö stərilmiş halların xa münasibətdə mövcud olması mülki iş üzrə mötəbər sübutlarla təsdiqlənmişdir. Məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticələr isə iş üzrə hər hansı bir sübutla təsdiq edilməmişdir. Müddətlərin tətbiqi ilə bağlı məhkəmə kollegiyasının gəldiyi nəticə ilə bağlı kassator bildirir ki, istinad etdiyi qanun normasında müəyyən edilmiş 1 (bir) il müddət müqavilə tərəflərinə aid olan müddətlərdir. Belə ki, müqavilədə tərəf kimi çıxış edən şəxslər bilirlər ki, onlar müqaviləni bağlamışdır və müddət axımı müqavilənin təsdiq edildiyi andan başlanır. Kassator isə müqavilə ilə maraqlarına toxunan şəxslərdilər. Hüquq və maraqlarımıza toxunan sözügedən müqavilənin bağlanması atamız xun vəfatından 7,8 ay sonra vərəsəlik işinin açılması və sözügedəın mənzildən cavabdehin çıxarılması ilə bağlı Nərimanov rayon hüquq mühafizə orqanlarına etdiyimiz müraciətlərin araşdırılması ilə əlaqədar bizə məlum olmuşdur ki, sözügedən mənzillə bağlı bağışlama müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyasının göstərdiyi kimi sözügedən bağışlama müqaviləsinin bağlanmasından iddiaçılar dərhal məlumatlı olmamışlar, belə ki, həmin müqavilədə iştirakçı kimi çıxış etməmişlər. Buna görə də müqavilənin bağlanması ilə bağlı məlumatlar vəsiyyətnamənin icrası ilə bağlı məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsi 18 noyabr 2019-cu il tarixli qətnaməsini çıxararkən hüququn tətbiq edilməsində səhv buraxmış, bu da nəticə etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə başa çatmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəm ə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçı x və vəkili X kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkiliXkassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilə r.
23. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
24. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
25. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunula n şəxsin razılığı ilə həyata keçirilir.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
28. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
31. Maddə Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
32. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələr inin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.[315]
33. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
34. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
35. Maddə 1243.1. M irası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
37. Maddə1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapıl ırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. İddiaçılar bildirirlər ki, mübahisə predmeti olan mənzilə dair 28.10.2015-ci il tarixli bağışlama müqaviləsi rəsmiləşdirilən zaman ataları X öz hərəkətlərinin məna X şən və ya onlara rəhbərlik edə bilən vəziyyətdə olmamışdır. Ona görə də, həmin əqd etibarsızdır. C.İlyasovun vərəsələri kimi mənzil üzərində hüquqlarının tanınmasını tələb edirlər.
47. Belə olan halda, əqdin etibarsız sayılması və inun nəticələrinin tətbiqinə dair iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 141, 157.2 və 346-cı maddələri nəzərdən keçirilə bilər (§ 2225, 31).
48. MM-in 346-cı maddəsinin məzmunundan görünür ki, şəxs fəaliyyət qabiliyyətli olsa belə, konkret bir əqd bağlandığı zaman anlaqlı olmadığı vəziyyətdə bağladığı əqd onun özünün və ya mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə etibarsız sayıla bilər.
49. Şəxsin müəyyən zaman kəsiyində anlaqlı və ya anlaqsız olması isə xüsusi biliyə malik olan ixtisaslı şəxslərin (ekspertlərin) rəyi ilə müəyyən edilə bilər. Çünki, qanunvericiliyə əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan halların başqa sübutlarla təsdiqi yolverilməzdir (§ 39).
50. İş üzrə birinci apellyasiya baxışında keçirilmiş Məhkəmə Psixiatrik Eks pertiza Mərkəzinin 26 may 2018-ci il tarixli, 834 saylı rəyindən görünür ki, mərhum X10 28 oktyabr 2015-ci il tarixdə mülkiyyətində olan mənzili Cavabdeh1 Cümə oğluna bağışlayarkən (əqdi bağlayarkən) onda ağır somatik xəstəliyi nəticəsində yaranmış psixotik pozuntular keçirmiş və həmin vaxt o, özünü idarə etmək, hərəkətlərinin mənasını dərk etmək, qavramaq və onlara rəhbərlik etmək (əqddə həqiqi iradə ifadəsini həyata keçirmək) iqtidarında olmamışdır. X1 xəstəliyi və onun doğurduğu ağırlaşmalar şüurunun itməsinə və ya müvəqqəti psixi pozuntu ilə nəticələnməsinə səbəb ola bilərdi. X1 xəstəliyi və onun doğurduğu ağırlaşmalar nəzərə alınmaqla onun vəziyyəti 28 oktyabr 2015-ci il tarixdə köməksiz vəziyyətdə olan şəxs kimi qiymətləndirilə bilərdi.
51. Psixiatriya sahəsində ixtisaslı şəxsin-eksp ert, həkim psixiatrın verdiyi rəydə mübahisəli müqavilə bağlanan anda Cümə İlyasovun özünü idarə etmək, hərəkətlərinin mənasını dərk etmək, qavramaq və onlara rəhbərlik etmək (əqddə həqiqi iradə ifadəsini həyata keçirmək) iqtidarında olmadığı açıqca müəyyən edildiyi halda, apellyasiya məhkəməsi həmin rəyi təkzib edən mötəbər sübutlara əsaslanmadan əksinə bir nəticəyə gəlmişdir.
52. Ekspertin rəyi məhkəmə üçün məcburi olmasa da, işdəki digər sübutlar nəinki həmin rəyi təkzib etmir, hətta rəydəki məlumatları dəstəkləyən məzmundadır.
53. Belə ki, məhkəmə iclasında dindirilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin şöbə müdiri X12 bildirmişdir ki, mərhum xun tibbi sənədlərə fəaliyyətsiz ola bilər yazılmışdır. Həkim müayinəsi vaxtı huşunu itirmişdir, hallisunasiyaları olub. Nərimanov rayonu 4 nömrəli poliklinikanın tibbi kartasına əsasən vəziyyəti ağır olub. Mərhumun əvvəllər heç bir psixi xəstələyi müəyyən edilməmişdir. Lakin suallara qeyri-adekvat cavablar verib, huşu aydın olmayıb, belə halların olması isə artıq psixi pozuntu hesab edilir. Mərhumun ölüm səbəbi kimi somatik xəstəlik yazılsa da, ağciyər çatışmazlığından ölmüşdür.
54. İş materiallarında olan 4 saylı Şəhər Poliklinikasının 18 sentyabr 2017- ci il tarixli, 125 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış 1934-cü il təvəllüdlü X11 ağ ciyərlərin xroniki obstruktiv xəsətliyi, ağır gedişli kəskinləşmə fazasında, xroniki ağ ciyər ürək çatışmamazlığı, xroniki ağ ciyər ürəyi, iki tərəfli hidrotoraks diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. 17 avqust 2015-ci ildə xəstə ağırlaşmış vəziyyətdə 5 saylı Klinik xəstəxanada stasionar müalicə almışdır. Dəfələrlə təcili tibbi yardım köməyindən və sahə-həkim terapevti müalicəsindən istifadə etmişdir. Aparılan müalicələrə baxmayaraq axrıncı ay xəstənin vəziyyəti kəskinləşmişdir. 13.10-15.10- 29.10.2015-ci il tarixdə təcili yardımın çağırışı əsasında sahəhəkimi M.Mehdiyeva xəstənin ünvanına çağırışa getmişdir. Sahə-həkiminin dediyinə görə xəstə ağır vəziyyətdə, hərəkətləri qeyri-adekvat, verilən suallara aydın cavab vermir, huşu aydın deyildir. Xəstə 30 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir.
55. İşdə olan, X4 adına açılmış «Ambulator xəstənin tibbi kartasından» və xəstələrin ünvanlarına çağırış kitabından çıxarışdan görünür ki, mərhum X10 xəstəliyi ilə bağlı mütəmadi olaraq sahə hakimi X7 tərəfindən müşahidə olunmuşdur. Məsələn, 2015-ci ilin oktya br ayına edilmiş qeydlərdən görünür ki, xəstənin vəziyyəti ağır olmuş, hüşu özündə olmamış, verilən suallara aydın cavab verməmişdir. Qeyri adekvatdır, halyusinasiya halları vardır.
56. Bundan əlavə, apellyasiya baxışında şahid qismində dindirilmiş 4 saylı şəhər poliklinikasının sahə həkimi Müşkünaz Mehdiyeva bildirmişdir ki, dəfələrlə xun vəziyyəti ilə bağlı ünvana çağırışa getmiş, son vaxtlar xəstənin vəziyyəti ağır olmuş, xəstəliyi ilə bağlı boğulmaları olduğundan huşu aydın olmamışdır. Sonuncu dəfə çağırış əsasında xəstəyə 29 oktyabr 2015-ci il tarixdə baxış keçirmiş, lakin oktyabr ayında xəstə artıq ölümqabağı vəziyyətdə olmuşdur. Onun 15 oktyabr 2015-ci il tarixdən sonra apardığı qeydlərindən görünür ki, xəstənin huşu özündə olmamış, verilən sualla aydın cavab verə bilməmiş, halyusin asiya halları olmuş, inqolyator artıq ona kömək etmədiyindən tez-tez boğulmuşdur.
57. Həmin xüsusatlar üzrə şahid qismində dinlənilmiş qonşular Sevinc Salehova və Təranə Əliyeva ifadələrində xun xəstəliyi kəskinləşdikdən sonra son vaxtlar yanına getdikdə mərhumun artıq onları tanımadığını bildirmişlər.
58. Beləliklə, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən işin yuxarıda qeyd edilən halları müəyyən edildiyi halda, 28 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən xun anlaqlılığı ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə MPM-nin 81-ci və 88-ci maddələrinə uyğun olmamışdır (§ 39-40).
59. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ilə razılaşarkən həm də ona əsaslanmışdır ki, iddiaçılar hazırkı tələbləri irəli sürmək üçün MM-in 354-cü maddəsi ndəki bir illik müddəti ötürmüşlər.
60. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, bu mövqe natamam olmaqla yanaşı həmin normaların mahiyyətinə də uyğun deyil.
61. Ona görə ki, əvvəla, apellyasiya məhkəməsi qətnaməsində MM-in 354-cü maddəsinin hər iki bəndinin mətnini göstərsə də, orada nəzərdən tutulan hansı bir illik müddəti bu işə tətbiq etdiyini qeyd etməmişdir. Halbuki, həmin müddətlər mahiyyət etibarilə bir-birindən fərqli məsələləri tənzimləyirlər.
62. Belə ki, MM-in 354.1-ci maddəsindəki bir illik müddət əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaya tətbiq edilən iddia müddəti olduğu halda, MM-in 354.2-ci maddəsindəki müddətlər məhz mübahisə edilən əqdlərin iradəsi zədələnmiş şəxs tərəfindən mübahisələndirməsi üçün müəyyən edilmiş kəsici müddətdir.
63. Bundan əlavə, iddia tələbinin hüquqi əsası olan MM-in 346-cı maddəsindəki etibarsızlığın hansı növə aid olması, bu normada göstərilən hallara görə əqdin etibarsızlığına MM-in 354-cü maddəsindəki müddətlərin tətbiq edilməsinin mümkünlüyü, əgər mümkündürsə konkret olaraq hansı müddətin və hansı əsasla tətbiqi də qətnamədə göstərilməmişdir.
64. Qeyd edilən məsələlərlə bağlı Kollegiya, bu işə kassasiya instansiyasında daha əvvəl baxmış məhkəmə tərkibindən fərqli hüquqi mövqedə olduğu üçün Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 339.6, 346 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair sorğu i lə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmişdir.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.
66. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericiliyimizdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlər əmələ gətirdiyini vurğulamışdır.
67. Həmin qərarda MM-in 346-cı maddəsinin şərhi ilə bağlı qeyd olunmuşdur ki, “Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsind ən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir....Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur....anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar....Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında b ağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir.”.
68. Göründüyü kimi Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 346.1-ci maddəsində nəzərdə tutulan etibarsızlıq halını yaşa görə və ya psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin bağladığı əqdlərlə müqayisəli şəkildə təhlil edərək bu nəti cəyə gəlmişdir ki, anlaqlılığını müvəqqəti olaraq itirmiş şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından bağlandığı andan etibarsızdır.
69. Bu hüquqi mövqedən aydın olur ki, sözügedən normadakı etibarsızlıq mübahisələndirilə bilən əqdlərə aid deyil. Çünki mübahisə edilən əqdlər MM-in 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. MM-in 354.2-ci maddəsindəki bir illik (aylıq) müddət də məhz bu kimi hallarda əqdi mübahis ələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Başqa sözlə əqdin tərəfi həmin müddətdə əqdi (MM-in 337.2-ci maddəsində göstərilən qaydada) mübahisə etdikdə onu bağlandığı andan etibarsız hala gətirir, etmədikdə isə mübahisələndirmək hüququ aradan qalxır və hüquqi müstəvidə əqd etibarlıymış kimi qalmaqda davam edir.
70. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçıların istinad etdikləri etibarsızlıq halı mübahisələndirilə bilən əqdlərə aid olmadığı üçün onların tələbinə MM-in 354.2-ci maddəsindəki müddətlərin tətbiqi mümkün deyil.
71. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında MM-in 354.1-ci maddəsini də şərh edərək bildirmişdir ki, “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılm amasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əm lakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir....Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yal nız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə ed ilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bil ər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyy ətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.”
72. Göründüyü kimi, MM-in 354.1-ci maddəsindəki müddətin əqdin əhəmiyyətsizliyinin müəyyən edilməsi barədə iddiaya tətbiq edilmədiyi, çünki əhəmiyyətsiz əqd in tələbdən və məhkəmə qərarından asılı olmayaraq qanunvericiliyə zidd olması səbəbilə bağlandığı andan özlüyünə etibarsız olduğu, bu müddətin MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqinə, yəni əhəmiyyətsiz əqd üzrə icra edilmiş əvəzedilən əşyaların əqdin qarşı tərəfinin əmlakına qarışması səbəbindən əmələ gətirdiyi əsasız varlanma halları üzrə geri qaytarılması tələblərinə tətbiq edilən iddia müddəti olduğu, əhəmiyyətsiz əqd üzrə verilən əşya əvəzedilməz olduqda isə onun üzərindəki mülkiyyət hüququnun əldə edənə keçmədiyi, bu səbəbdən həmin əşyanın qaytarılmasına dair iddia mülkiyyətin müdafiəsi ilə bağlı olduğu üçün ona iddia müddətinin tətbiq edilmədiyi KM-in qərarında aydın şəkildə izah olunmuşdur.
73. Hazırkı işdə MM-in 346-cı maddəsində nəzərdə tu tulan hallara görə etibarsızlığı iddia edilən 28 oktyabr 2015-ci il tarixli müqavilədəki mənzil əvəzediləz əşya olduğu üçün onun üzərindəki mülkiyyət hüququ həqiqi hüquqi vəziyyətə görə Cavabdeh1 keçməmişdir. Müqavilə bağlandığı andan etibarsız olduğuna görə heç bir hüquqi nəticə yaratmadığı üçün (§ 29) mənzil üzərindəki mülkiyyət hüququ Cümə İlyasovda qalmış, onun öldüyü andan isə vərəsələrə keçmişdir (§ 37).
74. Bu baxımdan iddiaçıların vərəsə olmaları və mirası qəbul etmələri ilə bağlı hallar mübahisə edilmədiyi təqdirdə onların maraqlı şəxs kimi bağışlama müqaviləsinin etibarsızlığının tanınmaqla mənzilin geri qaytarılmasına dair tələbləri mülkiyyətin müdafiəsinə söykənir və ona MM-in 354.1-ci maddəsindəki müddət tətbiq oluna bilməz.
75. Buna baxmayaraq apellyasiya instansiyası məhkəmə si işdəki sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddia tələblərini MM-in 141-ci və 157.2-ci maddələrinin və digər aidiyyəti normaların dispozisiya şərtləri əsasında araşdırılmaqla onlara lazımi hüquqi qiymət verməmişdir.
76. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
77. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasi ya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 18 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.