Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-50/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh X2 Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ipotekaya xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh X2 Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “X3” Məhdud Məsuliyyətli C əmiyyətinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı “ipotekaya xitam verilməsinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-27/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh X2 ASC ilə X7 arasında xx.xx.2013-cü il tarixli, 3-S-l-0-253-13 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən X6 36 ay müddətinə illik 22% hesablanmaqla 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh X2 ASC, İddiaçı (ipoteka qoyan) və X7 (borc alan) arasında 24 may 2013-cü il tarixli, 3-S-l-0-253-13 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 215,1 kv.m ümumi sahə, 87,0 kv.m yaşayış sahəsi, 128.1 kv.m köməkçi sahədən ibarət 6 saylı fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. X7 tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər icra edilməmiş və kreditorun iddiası əsasında Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli, 2(012)1798/2015 saylı qətnaməsi ilə X4 35323 ABŞ dolları əsas borc, 6195 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublika sı Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, ümumilikdə 43.518 ABŞ dolları pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin əvəzinin tutularaq, Cavabdeh X2 ASC-nə verilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0.01378 ha torpaq sahəsində yerləşən, ümumi sahə 25,1 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş pul vəsaiti hesabına X5 cavabdehə olan 43.518 ABŞ dolları pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsinin əvəzinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməsi qət edilmişdir.
3. Daha sonra cavabdeh İddiaçı Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsindən Sumqayıt Ape llyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və xx.xx.2017-ci il tarixli, 2(105)27/2017 saylı qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli, 2(012)-1798/2015 saylı qətnaməsinin “X4.... 2000 ABŞ dolları cərimə olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, ümumilikdə 43518 ABŞ dollarının tutulması” və “İpoteka predmetinin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, cavabdeh X4 100 ABŞ dolları cərimə (dəbbə) olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, cəmi 41.618 ABŞ dollarının tutularaq iddiaçı Cavabdeh X1 ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 189.500 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Həmin qətnamədən iddiaçı “Nikoil” X2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8166/2017 saylı, 27 noyabr 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Bundan sonra qətnamə icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən ipoteka predmetinin satışı ilə əlaqədar hərracın keçirilməsi üçün sifariş məktubu ilə “X3” MMC-yə müraicət olunmuşdur.
6. Hərrac təşkilatı birinci hərracın keçirilməsini ipoteka predmetinin ilkin satış qiyməti 189500 manat olmaqla xx.xx.2018-ci il tarixə, təkrar hərracın keçirilməsini ilkin satış qiyməti 189500 manat olmaqla xx.xx.2018-ci il tarixə təyin etmiş, lakin hərraclar baş tutmamışdır. 7. 10 avqust 2018-ci il tarixdə "xxxx" ASC ipoteka predmetini 142.125 manat qiymətlə qəbul etməyə razı olduğunu bildirib və qısa müddət ərzində balansına götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını “X3” MMC-dən xahiş edib.
8. Hərracın təşkilatçısı 30 təqvim günü ərzində ipoteka predmeti bank tərəfindən əldə edilmədiyinə görə, sənədlər toplusunu xx.xx.2018-ci il tarixli məktubla Abşeron rayon İcra və Probasiya Şöbəsinə qaytarıb. 9. "xxxx" ASC icra sənədlərinin qaytarılması ilə razılaşmamış, cavabdeh “X3” MMC və digərlərinə qarşı iddia qaldıraraq, İddiaçı mülkiyyət ində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Kamran Hüseynov küçəsi, 0,01378 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, sahəsi 215,1 kv.metr olan 6 saylı evlə bağlı “X3” MMC tərəfindən hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və keçirilən hərracın etibarsız hesab edilməsi və Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən yenidən hərracın keçirilməsinin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
10. Həmin iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) təmin edilib, lakin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2019-c u il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd olunub.
11. Həmin qətnamədən "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4741/21 saylı qərarı ilə təmin olunmamışdır.
12. Qeyd oluna işdə iddianın rədd olunması apelyasiya instansiyası məhkəməsi tərəfindən belə əsaslandırılıb ki, "xxxx" ASC 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə razılıq versə də, tərəflər arasında yaranan mübahisə "xxxx" ASC-nin ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az qiymətə deyil, 40 faiz (15+25 faiz) yəni, 21.319 manat ucuz qiymətə almalı olması səbəbi ilə bağlı olub. Çünki, "xxxx" ASC 10 sentyabr 2018-ci il tarixli məktubunda ipoteka predmetini 142.125 manata almağa razılıq versə də, hazırki iddiasında “X3” MMC ipoteka predmetinin təkrar hərraca ilkin satış qiyməti ilə çıxarılmasından ibarət hərəkətinin qanuniliyini də mübahisələndirir. Belə olan halda, ilk növbədə iddianın bu hissəsinə hüquqi qiymət verilməlidir.... Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən 13 iyul 2018-ci ildə keçirilmiş təkrar hərrac zamanı ipoteka predmetinin qiymətinin aşağı salınmamasının səbəbinin ilkin hərracın keçirilməsi zamanı bir alıcının olmasına diqqət yetirməyib və “X3” MMC 19 iyul 2018-ci il tarixli məktubuna istinad edərək ilkin hərracın iştirakçı olmadığından baş tutmaması barədə səhv qənaətə gəlib. Eyni zamanda işdə olan beh ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş sübutu qəbul etməməsinin səbəblərini qətnamədə əsaslandırmayıb. Hazırki iddiadan görünür ki, "xxxx" ASC ipoteka predmetini nəi nki 189.500 manat ilkin satış qiymətə, hətta həmin qiymətin 25 faiz aşağı salınmaqla, 142.125 manat qiymətə də əldə etməyə razı deyil və həmin qiymətin 40 faiz aşağı salınmasını iddia edir. Belə olan halda, ilkin hərracın baş tutmaması barədə elanın dərc edilməməsi nəticəsində "xxxx" ASC hər hansı hüququ pozulmayıb. Ona görə də iddia rədd olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı (bundan sonra iddiaçı) hazırki iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh X2 ASC (bundan sonra cavabdeh) ilə iddiaçı arasında bağlanmış 24 may 2013-cü il tarixli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında 0.01378 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215,1 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi üzərində olan ipot ekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə əsaslandırmışdır.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 22 noyabr 2018-ci il tarixli, 2(006)-6082/2018 saylı (hakim Natavan Tağıyeva) qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, tərəflər mübahisə predmeti olan müqaviləni bağlayarkən qanunun tələblərinə riayət ediblər. İddiaçı ipoteka müqaviləsinin xitamına səbəb ola biləcək halları məhkəmədə sübuta yetirə bilməyib.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 331.1, 390.1, 405.1, 406.3, 407.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsində icraat
18. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin oluinması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyib. Belə ki, təkrar hərracın baş tutmaması və bu barədə məlumatın dərc olunduğu gündən iki aydan çox müddət ərzində materiallar hərrac təşkilatında qalmış, lakin bank nə bu müddət ərzində, nə də bugünə qədər xx.xx.2018-ci il tarixli məktubdan başqa əmlakın əldə edilməsi üçün hər hansı real təşəbbüs göstərməmişdir. Odur ki, hərrac təşkilatı tərəfindən xx.xx.2018-ci il tarixdə materiallar Abşeron rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 03 mart 2022-ci il tarixli, 2(103)-27/2022 saylı qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmişdir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçıya məxsus olan “ipoteka müqaviləsi” ilə cavabdehin xeyrinə yüklü edilmiş daşınmaz əmlak məhkəmə qətnaməsinin icra edilməsi çərçivəsində açıq hərraca çıxarılmış, ilkin və təkrar hərrac zamanı satılmadığına görə həmin əmlak tələbkar "xxxx" ASC-yə təklif edilmiş, lakin bank tərəfindən 30 gün ərzində əldə edilməmiş, bu nunla da ipoteka qoyan şəxsin həmin ipotekaya xitam verilməsini tələb etmək hüququnu əmələ gətirmişdir. Bu səbəbdən hazırki iddia tələbi əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin sübuta yetməməsi və iddianın rədd edilməli olması kimi səhv nəticəyə gəlmişdir.
22. Məhkəmə gəldiyi nəticəni İpoteka haqqında qanunun 43.8, 43.7, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə i stinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 13 iyul 2018-ci il tarixdə təkrar hərrac keçirilmiş, “”X3” MMC 1175 saylı, 19 iyul 2018-ci il tarixli təklif göndərmiş, həmin təklif məktubuna cavab olaraq 1093/2018 saylı, 10 avqust 2018-ci il tarixli məktub ipoteka predmetinin əldə edilməsinə razılıq bildirərək, iddiaçının fərdi yaşayış evinin qısa müddət ərzində balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması xahiş edilmişdir. Lakin bundan sonra hər rac təşkilatı məktuba cavaba məhəl qoymadan 17 sentyabr 2018-ci il tarixdə sənədlər toplusunu Abşeron rayon İcra və Probasiya şöbəsinə geri qaytarmışdır.
25. Kassator MPM-nin 372.1, 372.6, 372.7, 385.1.1, 385.1.2, 418.1-ci maddələrinə istinad edərək bildirir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməyib, faktiki halları aydınlaşdırmayıb, məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olar aq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 1.0. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
29. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzal amaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
30. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
31. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xə rclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.http://frameworks.e-qanun.az/9/f_9902.html
32. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
33. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün ola n digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
34. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarı 35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmə dikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Qanunun tələbinə görə, kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyinə görə, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İşin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunmuş halları bu qərarın 1 12-ci paraqraflarında qeyd olunub.
47. İddia tələbinin hüquqi əsasını “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi təşkil edir. Həmin normaya görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
48. Apellyasiya instansiyası məhkəməsi də iddianın maddi-hüquqi əsası kimi bu normaya istinad etmişdi r.
49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır və kassatorun dəlilləri ilə bağlı olaraq qeyd edir ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 dekabr 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı x üsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.
51. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.
52. Əmlakın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipot eka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
53. Göründüyü kimi, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir».
54. Baxılan işdən də göründüyü kimi təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində hərracın nəticələrinə dair protokol imzalanmamışdır. Bu hal isə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbləri baxımından ipotekaya xitam verilməsi üçün əsasdır.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
56. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-27/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.