Məhkəmə qərarları › İş №2(102)-50/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-50/2025

23.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-50/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3594/2024 nömrəli 24 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 23 yanvar 2025-c i il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı qardaşı X7 ilə Cavabdeh 1999-cu ildə faktiki evlənmiş, xx.xx.2011-ci il tarixdə nikahları rəsmiləşdirilməklə ailə qurmuş, xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamə əsasında X7 ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. 2. ünvan 1 ünvanında yerləşən, sahəsi 105,4 kv metr olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi X4 adına qeydiyyatdan keçmiş və xx.xx.2019cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)2781/2015 №-li qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddiası təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6517/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2015-ci il tarixli 2(008)-2781/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh və onun uşaqları xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi 5 saylı evə istifadə hüquqlarının tanınması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1647/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6517/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-721/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İdd iaçı məxsus **********10000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1908 (min doqquz yüz qırx səkkiz) manat məbləğində borcun cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh həmin yaşayış sahəsindən çıxarılması, evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etmiş və onunla əsaslandırmışdır ki, Cavabdeh təqsiri, onu evə buraxmaması üzündən, mübahisəli evin mülkiyyətçisi, yəni o, 2015-ci ilin fevral ayından başlayaraq pasport qeydiyyatında olduğu, anadan olub uşaqlıq dövründən yaşadığı, sonradan da vərəsəlik hüququ əsasında onun mülkiyyətinə keçən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evində yaşaya bilmir, mülkiyyətində olan həmin daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir və bir növ həmin əmlakdan məhrum edilmiş vəziyyətdədir. Ona görə də o, həmin vaxtdan hazıra kimi keçən 8 ildən artıq müddətdə, qəyyumu olmaqla himayəsindəki fəaliyyət qabiliyyəti olmayan qardaşı X7 ilə birlikdə faktiki olaraq ünva n 2 ünvanda yerləşən X1na məxsus evdə yaşamağa məcbur qalmışdır. X1 buna görə ondan pul almasa da hər ay ev və digər xərclərin ödənilməsinə köməklik etmək məqsədilə 100-200 manat məbləğində əlavə vəsait xərcləyir. Həmin ərazidə də onun mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən, birmərtəbəli, köhnə təmirli vəziyyətdə olan 105 kv metr sahədən ibarət evin, ümumi sahəsi 35 kv metr, yaşayış sahəsi 24 kv metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət girişi və sanitar qovşağı ayrı olan yaşayış sahəsinin kirayə haqqı 150 manatdır. Bununla da Cavabdeh təqsiri üzündən ona ayda 150 manat, 1 ildə də 1800 manat olmaqla 2015-ci ildə 1650 manat, 2016-2022-ci illərdə (7 il) 1800 x 7 il = 12600 manat, 2023-ci ilin 8 ayında da 150 x 8 = 1200 manat – həmin dövrdə yaşamağa görə kirayə haqqının əvəzi kimi öd ədiyi 15450 manat zərər vurulmuşur. Bundan başqa müəyyən edilmişdir ki, Cavabdeh təqsiri üzündən onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə 31 avqust 2022-ci il tarixə "xxxx" ASC-nin Sabunçu rayon sukanal İdarəsinə 378,18 manat pul borcu vardır. Cavabdeh tərəfindən yaşadığı həmin ev üzrə 2018-ci ildən başlanaraq dəfələrlə qanunsuz yolla, yəni sayğacdan kənar təbii qazdan istifadə hallarına yol verilmiş, bu hallar da səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilmiş və ev üzrə 2023-ci ilin iyul ayına 6308,50 manat qaz borcu yaranmışdır. Bu hallardan da son vaxtlar xəbər tutmuşdur və təbii ki, qeyd edilən yaşayış evi üzrə toplanmış su və qaz istifadəsinə görə toplanmış borclar ondan tələb edilir. Bu da Cavabdeh qanuna zidd hərəkətləri nəticəsində ona əlavə olaraq 6686,78 manat zərər vurulması deməkdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3281 №-li rəyindən də görünür ki, ünvan 3 ünvanında yerləşən tikililərin texniki pasportun məlumatları ilə uyğun gəldiyi müəyyən edilir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilisinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində ona zərər dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı. Ona görə də həmin hərəkətlər nəyicəsində vurulmuş zərərin miqdarını dəqiq müəyyən etmək mümkün olmadığına görə həmin zərərin dəyərini təxminən 2000 manat qiymətləndirir. Eləcə də hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına 200 manat pul ödənilmiş, vəkilə etibarnamələrin verilməsi üçün 28,75 manat pul ödənilmiş, dövlət rüsumu olaraq da dövlətə 250 manat pul keçirilmişdir. Göründüyü kimi Cavabdeh hüquqa ziddi nərəkətləri nəticəsində ona cəmi 15450 + 6686,78 + 2000 + 200 + 28,75 + 250 = 24615 (iyirmi dö rd min altı yüz on beş ) manat zərər vurulmuşdur. Göründüyü kimi, Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evi faktiki olaraq ələ keçirilməklə, evin mülkiyyətçisi və orada pasport qeydiyytında olmaqla yaşayış hüquqları olan digər şəxslərin evə gəlmələrinə imkan verilmir, evin mülkiyyətçisi və orada yaşayan şəxslərlə heç bir əlaqəsi olmayan şəxslər həmin evə gətirilir, evin həyətinə qoyulmuş su bakı, nərdivan, həyətdəki meyvə ağacları çıxarılıb məhv edilməklə, mülkiyyətçinin mülkiyyət və digər hüquqları kobud surətdə pozulur, mülkiyyətçiyə, onun mülkiyyətində olan evinə sahiblik edib istifadə olunmasına imkan verilmir. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X7 ilə birlikdə X1nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 15450 manat, mülkiyyətindəki, lakin faktiki olaraq yaşaya və istifadə edə bilmədiyi ev üzrə istifadə olunmuş su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi ödənilməli olan 6686,78 manat, mülkiyyətindəki evin həyətində yerləşən əmlakların məhv olmasına görə 2000 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, dövlət rüsumu olaraq köçürülmüş 250 manat, eləcə də mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi üçün də 28,75 manat olmaqla cəmi: 15450 + 6686,78 + 2000 + 200 + 28,75 + 250 = 24615 (iyirmi dörd min altı yüz on beş ) manat zərər vurulmuş və həmin zərərin əvəzi Cavabdeh tutulub ona ödənilməlidir. Bundan başqa ünv an 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evinin mülkiyyətçisi kimi onunla Cavabdeh arasında həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmadığına, eləcə də cavabdeh həmin evə məhkəmə aktı əsasında yaşayış hüququ əldə etdiyinə görə, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir. Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair məhkəmə aktına gəldikdə yuxarıda qeyd olun duğu kimi, Cavabdeh və onun uşaqlarının ünvan 1 saylı evə istifadə hüquqlarının tanınması üçün iddiaçı Cavabdeh Fuad Məlikovla xx.xx.1999-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmaları, nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmələri, həmin nikahdan da 2 uşaq – xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın doğulmaları, iddiaçı Cavabdeh 1999-cu ildə sözügedən mənzilə, yəni Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evdə yaşayanların razılığı ilə köçüb, cehizlərini də ora gətirməklə iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin evin ümumi sahəsi 35 kv metr, yaşayış sahəsi 24 kv metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsində ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparması, əmlakının da orada olub evdən istifadə etmələri əsas götürülmüşdür. Hazırda da həmin hallar artıq aradan qalxmış, yəni Cavabdeh ilə Fuad Məlikov arasında bağlanmış nikah həm faktiki olaraq, həm də rəsmi qaydada pozulmaqla onlar ər-arvad deyil və birgə təsərrüfat aparmırlar, üstəlik də Fuad Məlikov fəaliyyət qabiliyyəti olmayan şəxs kimi onun himayəsində yaşayır, onun Cavabdeh ilə evliliklərindən anadan olmuş uşaqları da artıq həddi-buluğa çatmış şəxslərdir və onlara qarşı heç bir iddia tələbləri yoxdur. Yuxarıda qeyd edildiyi kimi həmin ərazidə onun mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən, birmərtəbəli, köhnə təmirli vəziyyətdə olan 105 kv metr sahədən ibarət evin, ümumi sahəsi 35 kv metr, yaşayış sahəsi 24 kv metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət girişi və sanitar qovşağı ayrı olan yaşayış sahəsinin kirayə h aqqı 150 manatdır Bu hesabla da oxşar yaşayış sahəsinin 1 illik kirayə qiyməti 1800 manat təşkil edir və bu qaydada 3 illik 1800 x 3 = 5400 (beş min dörd yüz) manat Cavabdeh kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməli və həmin fərdi yaşayış evi boşaldılaraq o, həmin yaşayış sahəsindən çıxarılmalı və ev, onun sahibliyinə və istifadəsinə qaytarılmalı, bu barədə olan qətnamə də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərərin tutulması, Cavabdeh kompensasiya ödənilərək, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması eyni zamanda icra olunmalıdır.

8. Birinci instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, Həqiqəti evdən heç kim qovmamışdır, hazırda Həqiqət bacısıgildə yaşayır, iddiaçının təklif etdiyi kompensasiyanın məbləği ədalətli deyildir, onun başqa yaşayış yeri yoxdur, həyətdə dəmir nərdivan və 8 tonluq su çəni olmayıb, onun satdığı çən 8 tonluq deyildi, tövlənin dəyərini bilmir, imkanı olmadığından təbii qazdan istifadəyə görə borcu ödəyə bilməmişdir. Suya görə borcu olmamışdır.

9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3281 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən tikililərin texniki pasportun məlumatları ilə uyğun gəldiyi müəyyən edilir. ünv an 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilisinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində İddiaçı zərərin dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mü mkün olmadı. 10. "xxxx" MMC tərəfindən verilmiş 02-158/23 nömrəli xx.xx.2023-cü il tarixli qiymətləndirmə barədə hesabata əsasən, ünvan 1 ünvanına yaxın ərazilərdə yerləşən birmərtəbəli köhnə təmirli vəziyyətdəki ayrı giriş-çıxışı və sanitar qovşağı olan evin təxminən ümumi sahəsi 35 kv metr, yaşayış sahəsi 24 kv metr olan 1 mətbəx və 1 yaşayış otağından ibarət sahəsinin orta kirayə haqqının dəyəri 1 ay üçün 150 manat təşkil etmişdir.

11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8946 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr mənzilin və ona oxşar şəraitli mənzilin bir aylıq icarə haqqının orta bazar qiyməti təxminən 250 manat müəyyən edilir. Tələb və təklifdən, həmçin in tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-128/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində su və təbii qazdan istifadəyə görə Cavabdeh 4778,68 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli evə istifadə hüquqları mövcud olduğundan, mülkiyyətçi tərəfindən ona Mülki Məcəllənin 228.2ci maddəsinin tələblərinə əsasən istifadə hüququna xitam verilməsi üçün bazar qiymətinə uyğun kompensasiya ödənilməli idi. Belə ki, məhkəmə icla sında iddiaçı ilə cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif olunan kompensasiya məbləği ilə bağlı razılığa gələ bilməmişlər.

14. Məhkəmə kompensasiyanın məbləğini təklif edərkən mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini nəzərə almadığını qeyd etmiş və kompensasiyanın məbləğinin 5400 manat məbləğində təklif edilməsini ağlabatan və reallığa uyğun qiymət hesab etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi i stifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edildiyindən, həmin fərdi yaşayış evinin boşaldılaraq cavabdehin həmin yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması və bu barədə olan qətnamənin də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərərin tutulması, Cavabdeh kompensasiya ödənilərək, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılmasının eyni zamanda icra olunması hissələrində də rədd edilməlidir.

16. Birinci instansiya məhkəməsi daha sonra hesab etmişdir ki, iddia tələbi Cavabdeh hüquqa zidd hərəkətl əri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X7 ilə birlikdə X1nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 15450 manat, mülkiyyətindəki evin həyətində yerləşən əmlakların məhv olmasına görə 2000 manat vurulmuş zərərin əvəzinin Cavabdeh tutulub ona ödənilməsi hissələrində də əsassızdır və rədd edilməlidir.

17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən ona ziyan vurulmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qe yd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.

18. Bundan başqa, ekspert rəyindən görünmüşdür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudl arı daxilində iki ağacın olduğu müəyyən edilir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilisinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində İddiaçı zərərin dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı. Belə olan halda, məhkəmə qeyd olunan hissələrdə iddia tələbini əsaslı hesab etməmişdir.

19. Birinci instansiya məhkəməsi bununla yanaşı hesab etmişdir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi öd ənilməli olan 6686,78 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya mülkiyyətindəki evdə yaşamağa maneçilik törətdiyi, mübahisəli evdə cavabdehin və uşaqlarının yaşadığı müəyyən edilmişdir. Belə olan halda, cavabdeh iddiaçının mülkiyyətindəki evdə istifadə etdiyi su və təbii qaza görə yaranmış borcu ödəməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.1, 228.2 və 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun 12 iyul 2016-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 114.2, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia tələbinə uyğun və əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi hüquq normalarında bütövlükdə yaşayış binasından yox, ancaq yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə görə, bazar qiymətlərinə uyğun qaydada kompensasiya verilməsi nəzərdə tutulur ki, bu kompensasiyanın da konkret olaraq hansı müddət üçün hesablanmalı olması barədə dəqiq hüquqi norma yoxdur. Birinci instansiya məhkəmənin iddiaçının kompensasiyanın məbləğini təklif edərkən, mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini nəzərə almaması və kompensasiyanın məbləğinin 5400 manat məbləğində təklif edilməsinin ağlabatan və reallığa uyğun qiymət hesab etməməsi barədə qənaəti əsassız v ə qanunun tələblərinə zidd olmuş və təbii ki, iddiaçı tərəfindən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün cavabdehə, həmin evin bütöv sahəsinə, yəni 105,4 kv metrdən ibarət sahəyə görə kompensasiya ödənilməli deyildir. Məhkəmənin fikirləri ziddiyyətlidir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün cavabdehə bir aya görə kirayə haqqının məbləği olaraq 150 manat qiyməti ilə razılaşmayan məhkəmə, oxşar tələbi İddiaçı və qəyyumu olduğu Fuad Məlikov haqqında tətbiq etmir. Halbuki, iş materialları ilə və Cavabdeh məhkəmədə verdiyi ifadələri ilə də təsdiq olunur ki, 2015-ci ildən etibarən İddiaçı qəyyumu olduğu Fuad Məlikov ilə birlikdə mülkiyyətindəki evində yaşaya bilmir və bacısının evində yaşamaq məcburiyyətindədi r. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3281 №-li rəyindən də görünür ki, ünvan 4 ünvanda yerləşən tikililərin texniki pasportun məlumatları ilə uyğun gəldiyi müəyyən edilir, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilmişdir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilisinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində İddiaçı zərər dəydiyi müəyyən edilmişdir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3594/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları mövcud olduğundan, mülkiyyətçi tərəfindən ona Mülki Məcəllənin 228.2ci maddəsinin tələblərinə əsasən istifadə hüququna xitam verilməsi üçün bazar qiymətinə uyğun kompensasiya ödənilməli idi. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı tərəflər mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif olunan kompensasiya məbləği ilə bağlı razılığa gələ bilməmişlər.

25. Məhkəmə qeyd etmişdir ki, kompensasiyanın məbləğinin real bazar qiymətinə uyğun olaraq mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı 10000 manat məbləğində kompensasiyanın verilməsi yolu ilə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsini təklif etmiş, iddiaçı tərəf isə birinci instansiya məhkəməsində 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etsə də, hazırda həmin məbləğin artırılaraq 6500 manat vermək imkanında olduğunu bildirmişdir.

26. Apellyasiya instansiyası m əhkəməsi iddiaçı tərəfindən təklif edilmiş kompensasiyanın məbləğinin ağlabatan və reallığa uyğun qiymət hesab etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8946 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr mənzilin və ona oxşar şəraitli mənzilin bir aylıq icarə haqqının orta bazar qiyməti təxminən 250 manat müəyyən edilmişdir.

27. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin fərdi yaşayış evinin boşaldılaraq cavabdehin həmin yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması, iddiaçının xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evi ndən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılmasının eyni zamanda icra olunması hissələrinə münasibət bildirərək qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən bu halda şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmamalı, yaxud həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməlidir. Lakin hazırkı mülki mübahisə üzrə qeyd olunan hallar mövcud deyil.

28. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin vurulmuş ziyanın ödənilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mübahisədə cavabdeh tərəfindən ona ziyan vurulmasını sübut etmək vəzifəsi iddiaçının ü zərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilmə mişdir. Bundan başqa, ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilisinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində İddiaçı zərərin dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı. Belə olan halda, məhkəmə qeyd olunan hissələrdə apellyasiya şikayətini əsaslı hesab etməmişdir.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-ci il tarixli qərarına və MPM-in 14.2, 77.1, 88, 217.4, 218.3, 372.6, 384.0.1 və 385.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin İddiaçı iddia tələblərinin - Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində İddiaçı, himayəsindəki və qəyyumu olduğu qardaşı X7 ilə birlikdə X1nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 15450 manat, mülkiyyətindəki evin həyətində yerləşən əmlakların məhv olmasına görə 2000 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, eləcə də dövlət rüsumu olaraq köçürülmüş 250 manat olmaqla cəmi: 15450 + 2000 + 200 + 250 = 17900 (on yeddi min doqquz yüz) manat pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi, Cavabdeh 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə, İddiaçı xüsusi mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi-5 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv m etr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evi boşaldılaraq onun, həmin yaşayış sahəsindən çıxarılması və evin, onun mülkiyyətçisi İddiaçı sahibliyi və istifadəsinə qaytarılmasının təmin olunması, bu barədə olan qətnamənin də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş zərərin tutulması, Cavabdeh kompensasiya ödənilərək, İddiaçı xüsusi mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi-5 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin, onun mülkiyyətçisi İddiaçı sahibliyi və istifadəsinə qaytarılmasının eyni zamanda icra olunmasının rədd edilməsi hissələrində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə də təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.5, 157.2, 228.1, 228.2, 560cı, Mənzil Məcəlləsinin 29.1, 30.2, 30.4, 34.1, 34.2-ci, MPM-in 88, 101.1, 217, 218.1, 385.1.1 və 386-cı maddəsinə istinad apellyasiya şiklayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsi istisna olmaqla, sadalanan digər maddi hüquq normalarının tələblərini pozaraq onları ümumiyyətlə tətbiq etməmiş, məhkəmə qətnaməsində həmin hüquq normalarının adı belə çəkilməmiş, tətbiq edilməsi qeyd olunan Mülki Mə cəllənin 228.2-ci, eləcə də həmin maddənin MPM-in 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 12iyul 2016-cı il tarixli qərarına istinad olunsa da, həmin hüquq normaları da düzgün tətbiq edilməmişdir. İddiaçı tərəfindən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün, uşaqları Nicat və Eldar istisna olmaqla yalnız cavabdehə, bir ayı üçün 150 manat olmaqla 3 ilə görə 5400 manat kompensasiya təklif olunması real olmuşdur. Qüvvədə olan qanunvericilikdə də belə hallarda məhz neçə ay və yaxud il üçün kompensasiya hesablanmasını müəyyən edən hüquq norması yoxdur. Ona görə də məhkəmələrin iddiaçının kompensasiyanın məbləğini təklif edərkən, mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini nəzərə almaması və kompensasiyanın məbləğinin 5400 manat, daha sonra 6500 manat məbləğində təklif edilməsinin ağlabatan və reallığa uyğun qiymət hesab etməməsi barədə qənaəti əsassız və qanunun tələblərinə zidd olmuş və iddiaçı tərəfindən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün cavabdehə, həmin evin bütöv sahəsinə, yəni 105,4 kv metrdən ibarət sahəyə görə kompensasiya ödənilməli deyildir. Apellyasiya məhkəməsi prosessual hüquq normalarının da tələblərini pozaraq onları düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 13 (birinci hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olu nur.

34. Maddə 29 (birinci hissə). Hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qayd asında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

37. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-ci il tarixli qərarı

38. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüq uquna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

39. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldıra rkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

51. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində ir əli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3594/2024 nömrəli iş üzrə 24 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar