Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5000/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaq sahəsinin zəbt edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(104)686/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 kəndində yerləşən 0,15 ha kənd təsərrüfatlı torpaq sahəsi 19 dekabr 2018ci il tarixli icarə müqaviləsi ilə Kiçik Qaramurad bələdiyyəsi tərəfindən 49 il müddətinə İddiaçı1 icarəsinə verilmişdir. Sonuncunun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 1 kəndində 1,31 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Cavabdeh1 və onun ailə üzvlərinə verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə verilmiş, Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında Cavabdeh1 məxsus olan ünvan 1 kəndində yerləşən 1,31 ha torpaq sahəsinin hər hansı hissəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı1 məxsus olan, ünvan 1 kəndində yerləşən 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın plan ölçüsünə əsasən icarə hüququ əsasında İddiaçı1 məxsus olan, ünvan 1 kəndində yerləşən 0,15 ha torpaq sahəsinin koordinatları bütünlüklə cavabdehin faktiki istifadəsində o lan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. X1 31 yanvar 2020-ci il tarixli, 128 saylı ekspert rəyinə görə Torpağa mülkiyyət hüququna dair JN-135 KOD 50519018 saylı Dövlət aktına əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 saylı qərarı ilə Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş ünvan 1 kəndində yerləşən 1,31 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmiş, 1,31 ha torpaq sahəsinin iddia olunan əraziyə aidiyyətinin olmadığı və başqa ərazidə yerləşdiyi, Torpağa mülkiyyət hüququna dair JN135 KOD 50519018 saylı Dövlət aktına əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 kəndində yerləşən 1,31 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 icarəsində olan ünvan 1 kəndində yerləşən 0,15 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 icarəsində olan ünvan 1 kəndində yerləşən 0,15 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh1 tərəfindən tutulduğu və metal torla hasara alındığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının icarəsində olan 0,15 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin cavabdeh tərəfindən əkilməsi nəticəsində əldən çıxmış fayda olaraq 1500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaç ının icarəsinə verilmiş torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz istifadə olunur. 0,15 ha torpaq sahəsindən ildə 1500 kq kartof əldə etmək olar və həmin kartof məhsulunun 1 illik dəyəri 1500 manat təşkil edir. Gədəbəy Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(042)-551/2019 nömrəli qətnaməsi ilə (hakim M.S.Kazımov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, icarə hüququ əsasında İddiaçı1 verilmiş 0,15 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məc əlləsinin 139, 139-1.1.1, 152.1, 157.2, 157.4, 157.5, 157.8, 241.1, 706-ci, Torpaq Məcəlləsinin 66-cı və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 19.1-ci maddələrinə, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsinin Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olduğu, torpaq sahəsinin iddiaçının qanuni sahibliyində və istifadəsində olduğu və həmin ərazinin faktiki vəziyyətdə cavabdeh tərəfindən istifadə ed ildiyi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlərlə, tərəflərin izahatları ilə, eləcə də mütəxəssis rəyi ilə müəyyən edilir. Cavabdeh iddiaçıya icarə hüququ əsasında məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edir. Eləcə də, cavabdeh mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsindən cavabdeh tərəfindən əldə edilmiş gəlirin cavabdehdən alınaraq onlara verilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(042 )-551/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(104)-686/2020 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Q.Rzaquliyevdən və A.H.Hüseynzadədən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(042)-551/2019 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, icarə hüququ əsasında İ ddiaçı1 verilmiş 0,15 ha torpaq sahəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(104)-686/2020 nömrəli qətn aməsinin ləğv olunması və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozulmasına yol vermişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi özəl ekspertiza təyin etmiş, ekspert rəyi əsassız olmuşdur. Bundan başqa cavabdeh məhkəmə prosesinə gələ bilmədiyi üçün məhkəməyə teleqram ünvanlayaraq, işin təxirə salınmasını xahiş etmiş, məhkəmə isə onun iştirakı olmadan işə baxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılm alarına baxmayaraq, tərəflər və ya vəkilləri məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka d igər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83-c ü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsi ndə onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidl ərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair m üəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur.... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kаdаstrındа və dövlət torpaq reyestrində qeydiyyata аlınmаlıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququnа dair dövlət аktı, torpаqdаn dаimi istifadə hüququnа dair dövlət аktı, torpаqdаn müvəqqəti istifadə hüququnа dair şəhadətnamə, torpаğın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmil əşdirilir. Bu sənədlər olmаdаn torpağa yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpaq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqların müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyində (icarəsində) olması, onun cavabdeh tərəfindən zəbt edilməsi və cavabdehin qeyd olunan sahəyə hər hansı hüququnun olmaması işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən edilmişdir. Cavabdeh mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində və 20 ildən artıq faktiki istifadəsində olmasını iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyi və apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış ekspert rəy ilə iddiaçının icarəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması, sonuncunun mülkiyyətində olan 1,31 ha torpaq sahəsinin isə mübahsələndirilən əraziyə aidiyyətinin olmaması və başqa ərazidə yerləşməsi müəyyən edilmişdir. Cavabdehin həmin torpaqdan uzun müddət ərzində faktiki istifadə etməsi isə cavabdehin ona hər hansı hüququnun olması kimi qiymətləndirilə bilməz. Həmçinin ekspert rəyinin əsassız olmasına dair cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi rəy əsaslandırılmış və orada gəlinmiş nəticələrin düzgün olmamasına dair cavabdeh tərəfindən hər hansı əsas gətirilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(104)-686/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5000/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5000/2021
04.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver