Məhkəmə qərarları › İş №2(102)-5001/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5001/2019

19.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5001/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Səlimov Elvin Əliyusif oğlu, Cavabdeh1 vəkili Əliyev Mehman Əlizaman oğlunun iştirakları ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüquqlarına xitam verilməsi ilə mənzildən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi ilə; Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Qəhrəmanov, iş 2(003)-3423/2018) ilkin iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayon Mərdəkan həmin bağ ev indən çıxarılmaları, Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Şamayev və X.Sarıyev, iş № 2(103)-2792/2019) ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin olunmamış, mülki iş üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Əliyev Mehman Əlizaman oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq nor malarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Səlimov Elvin Əliyusif oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəl məmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında 08 sentyabr 2010-cu il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1002 saylı bağ evi İddiaçı 7000 manata satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə görə, ümumi sahəsi 55.1 kv.m olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1002 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 5651 nömrəli vərəqində 20.10.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1002 saylı bağ evinin əvvəlki mülkiyyətçisi olan Cavabdeh1 və anası Cavabdeh2 həmin ünvanda qeydiyyatda olmaqla hal-hazırda da orada yaşayırlar. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 646, 651, 144.1, 405.1, 337, 372.1, 373.1, 373.2, 354, 377.1-ci mad dələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq maddələrinə istinad edərək, mübahisələndirilən müqavilənin Mülki Məcəllənin tələblərinə zidd olaraq bağlandığı, satdığı əmlakın dəyərinin müqavilədə göstərildiyindən dəfələrlə yüksək olması ilə əsaslandırsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “..iddiaçı ilə cavabdeh arasında mübahisəli bağ evinə dair “Alqı-satqı müqaviləsi” tərəflərin iradə ifadəsi və müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanmış, müqavilə bağlanan zaman heç bir qanun pozuntusuna yol verilməmiş, cavabdeh, satıcının mülkiyyətində olan əmlakı müvafiq qanuna uyğun əqd əsasında əldə etmiş, bununla da həmin əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ qazanmışdır.” Məhkəmə ko llegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, “onlar ilkin iddiaçılara yalnız 0.0092 ha torpaq sahəsində inşa edilmiş 2 otaqlı bağ evini 70000 ( yetmiş min) manata satmaq istədiklərini bildirmişlər. İddiaçı o qədər pulu bir dəfəyə verə bilməyəcəyini bildirir və razılaşırlar ki, ilkin olaraq 7 000 ( yeddi min) manat ödənilir.Yerdə qalan məbləği hissə-hissə ödəyib başa çatdırdıqdan sonra evi İddiaçı təhfil verirlər. Notariat kontorunda yalnız 0.0092 ha topaq sahəsində inşa edilmiş 2 otaqlı 1002 saylı evin alqı-satqısından söhbət getmişdir və müqavilə bağlanmışdır. İcarə müqaviləsi əsasında X3 istifadəsinə verilmiş 0.10 ha (1000 m) bağ torpaq sahəsindən heç bir söhbət getməmiş və buna dair heç bir alqı-satqı müqaviləsi tərtib edilib imzalanmamışdır.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində satıcı – Cavabdeh1 alıcı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində istifadəsində olan 0.0092 ha torpaq sahəsində yerləşən 1002 saylı bağ evini yardımçı sahə 37.77 kv.m, yaşayış sahəsi 17.33. kv.metr, ümumi sahəsi 55.1 kv.metr 2 (iki) otağı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həqiqətən də 0.10 ha (1000 kv.m) torpaq sahəsi alqı-satqı müqaviləsinin predmetini təşkil etmir. Lakin bu xüsusat həmin alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yaratmır. İddiaçı adına verilmiş MA seriyalı ******* saylı çıxarışda da torpaq sahəsinin ölçüsü 0.0092 ha, mülkiyyət növü – dövlət qeyd olunmuşdur. İddiaçı adına tərtib olunmuş texniki pasportda faktiki sahənin 0.10000 ha qeyd olunması alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas təşkil edə bilməz. Belə ki, alqı-satqı müqaviləsi 08 sentyabr 2010-cu tarixli olduğu halda texniki pasport 14.10.2010-cu il tarixdə tərtib olunmuşdur. Sonradan tərtib olunmuş texniki pasport özündən əvvəl bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığına təsir göstərə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki iş ə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar