Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5001/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi, birgə kreditorlar) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı1 və vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1, qohumları İddiaçı2 3300 manat, İddiaçı3 və İddiaçı4 isə 8000 manat borc alaraq, ümumilikdə 11.300 manat məbləğində pulu müvafiq olaraq, 28 oktyabr və 10 dekabr 2018-ci ilədək qaytarmaq şərtilə Cavabdeh borc vermişdir. Borc verən İddiaçı1lə borc alan Cavabdeh arasında bu barədə 05.05.2018-ci il tarixli yazılı sənədlər tərtib edilmiş və imzalanmışdır.
2. İddiaçılar borcun vaxtında qaytarılmadığına istinad edərək 03.02.2020-ci ildə aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin tədbiri olaraq Cavabdeh mülkiyyətində olan bütün əmlaklarının üzərinə həbs q oyulmaqla, Cavabdeh ümumilikdə 11.300 (on bir min üç yüz) manat borc məbləğinin alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia yuxarıda göstərilənlərə uyğun şəkildə əsaslandırılmışdır (§ 1-2).
5. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəməyə ərizə göndərərək, İddiaçı1 11.300 manat məbləğində borc aldığını və vaxtında qaytara bilmədiyini bildirərək ona əlavə vaxt verilməsini xahiş etmişdir.
6. Kəlbəcər Rayon Məhkəməsinin (hakim H.Qəniyev) 11 mart 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11.300 manat məbləğində pulun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə qaydada ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 739-cu maddə sinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların tələbinin qismən əsaslı olması cavabdehin özünün qismən etirafedici müraciəti ilə təsdiq olunur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və Ç.Məmmədov) 27 iyul 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kass asiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən onun apellyasiya şikayətdə irəli sürdüyü dəlillərin heç biri araşdırılmamış, onlara qiymət verilməmiş və ən əsası məhkəmədə iştirakını təmin etməmiş, nəticədə o, məhkəmə müdafiəsi hüququnu həyata keçirə bilməmişdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, MPM-nin 135-ci, 136-cı və 376-cı maddələrinin tələblərinin pozulması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili İlham Əliyev kassas iya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 493.1. Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır.
18. Maddə 493.2. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
19. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qa nuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Baxılan işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1, 11.300 manat məbləğində pulu Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini (28 oktyabr və 10 dek abr 2018-ci il) razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh borcunu vaxtında qaytarmadığı üçün öhdəliyin icrasını (xatırlatmasız) gecikdirmiş borclu vəziyyətinə düşmüş və İddiaçı1 tələb hüququ meydana gəlmişdir. Belə olan halda, İddiaçı1 borcun cavabdehdən tutulması tələbi yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 19-20).
28. Eyni zamanda cavabdehin dəlilləri İddiaçı1 iddiasını tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, İddiaçı1 iddiasının təmin edilməsi qanuni və əsaslı olmuşdur.
29. Kollegiya, məhkəmədə iştirakının təmin olunmaması barədə kassatorun dəlilini də əsaslı saymır. Ona görə ki, apellyasiya məhkəməsində qətnamənin çıxarıldığı 27.07.2020-ci il tarixli məhkəmə iclasına çağırılma barədə bildiriş 16.06.2021-ci il tarixdə rəsmi qaydada Cavabdeh təqdim edilmişdir. Cavabdeh isə həmin məhkəmə iclasına gəlməmişdir.
30. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, İddiaçı1 aid hissədə kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Bununla belə Kollegiya hesab edir ki, cavabdehdən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə pulun tutulması hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
32. Belə ki, qətnamədə 11.300 manat pulun adları çəkilən iddiaçılara birgə qaydada ödənilməsi qət edilmişdir. Bu hal ona dəlalət edir ki, məhkəmələr həmin iddiaçıları cavabdehin birgə kreditorları kimi qiymətləndirmiş, cavabdehin onların da qarşısında öhdəlik daşıdığı qənaətinə gəlmişlər.
33. Kollegiya vurğulayır ki, birgə kreditorlar hər birinin borcludan icranı tam şəkildə tələb etməyə səlahiyyəti olan şəxslərdir. Bu zaman borcluya öz öhdəliyini yalnız birdəfəlik icra etməsi həvalə olunur və belə icra bir qayda olaraq istənilən kreditora edilə bilər (§ 17-18).
34. Birgə kreditorların da tələb hüquqları (borclunun onlar qarşısındakı öhdəliyi) qanuni əsasa söykənməlidir. Belə ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək və s.) vəzifəsi başa düşülür. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, bununla belə öhdəlik qanundan da (zərər vurulmadan, əsassız varlanmadan və s.) irəli gələ bilər (§ 15-16).
35. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçılar, hansısa bir müqaviləyə və ya qanundan irəli gələn öhdəliyə görə cavabdehin onlar qarşısında məsuliyyət daşıdığını, əgər tələbi birgə kreditorlar kimi tələb irəli sürürlərsə, icranı borcludan tam şəkildə tələb etməyə hər birinin səlahiyyətli olduqlarını sübuta yetirməlidirlər (§ 21).
36. Hazırkı işdə İddiaçı1 cavabdehə verdiyi pul vəsaitininin 8000 manatını qohumları İddiaçı3 və İddiaçı4, 3300 manatını isə İddiaçı2 borc aldığı iddia ərizəsində qeyd edilmişdir. Eyni zamanda yazılı borc sənədlərində Cavabdeh borcu İddiaçı1 qaytarmağı öhdəsinə götürmüşdür.
37. Buna baxmayaraq, 11300 manat pulun iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 da birgə qaydada ödənilməsini qət edən məhkəmələr cavabdehin həmin şəxslər qarşısındakı öhdəliyinin hansısa müqavilədən və ya qanundan irəli gəldiyini, başqa sözlə adları çəkilən iddiaçıların hansı əsasla cavabdehin birgə k reditorları olmalarını, bu qənaətin işdəki hansı sübutlara söykəndiyini əsaslandırmamışlar.
38. Bundan əlavə, İddiaçı2 və İddiaçı3, habelə İddiaçı4 borc verdikləri məbləğlər müvafiq olaraq 8000 və 3300 manat təşkil etdiyi halda, onların 11300 manat pulu (tam icranı) cavabdehdən tələb etmək səlahiyyətlərinə malik olub-olmamalarına da müvafiq hüquqi qiymət verilməmişdir.
39. Bu hallar ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normasına əməl etməmişdir (§ 22).
40. Kollegiya hesab edir ki, iş üzrə tərəflər arasındakı hüquq münasibətləri tam və hərtərəfli şəkildə aydınlaşdırılmalı, müqavilə münasibətlərinin kimlərin arasında yarandığı dəqiqliklə tə sbit edilməli, İddiaçı1 pulu özünün də başqalarından (digər iddiaçılardan) borc alması, cavabdehin bunu bilməsi, hətta İddiaçı1 borc verən üçüncü şəxsləri tanımasının onun həmin şəxslər qarşısında öhdəliyinin yaranmasına səbəb olub-olmamasına hüquqi qiymət verilməlidir.
41. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 aid hissədə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin onlara münasibətdə yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının x nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.