Məhkəmə qərarları › İş №2(102)-5002/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5002/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5002/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh tələbinə dair iş üzrə qızına qarşı evin kənar şəxslərdən və əşyalardan boşaldılması QƏRARİ Açar sözlər: əmlakın qanunsuz sahiblikdən qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və ov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, X Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX, ******* №-li 30.07.2015-ci il tarixli Çıxarışın surətinə əsasən X şəhəri, X rayonu, X küçəsi, 119 saylı evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. 35 saylı MKİS tərəfindən verilmiş 19.02.2016-cı il tarixli arayışa əsasən X şəhəri, X rayonu, X küçəsi, 119 saylı evin sahibi İddiaçı olmaqla evdə heç kim qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, X şəhəri, X rayonu, X küçəsi, 119 saylı ev üzərində İddiaçı mülkiyyət hüququ ilk dəfə 06.03.2007-ci il tarixdə qeydə alınmış, həmin yaşayış evi iddiaçı tərəfindən 29.06.2011-ci il tarixdə F.Xa, F.X tərəfindən isə 11.08.2011-ci il tarixdə V.Məmmədov tərəfindən verilmiş etibarnamə əsasında "xxxx" ASC tərəfindən “Emil-İ” firmasına verilmiş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, o cümlədən həmin etibarnamə əsasında yaşayış sahəsi üzərində ipoteka yüklülüyü saxlanılması şərti ilə qeyd edilən ev 17.04.2014-cü il tarixdə bankda kredit mütəxəssisi vəzifəsində çalışan X3, 23.07.2015-ci il tarixdə isə yenidən İddiaçı satılmışdır. X şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1067/206 saylı 13.04.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə X4 arasında bağlanmış 23.07.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Eyni zamanda Nəsimi rayon Məhk əməsinin 14.11.2017-ci il tarixli 2(006)6016/2017 saylı qətnaməsi ilə İddiaçı tərəfindən X şəhəri, X rayonu, X küçəsi, 119 saylı evin ipoteka ilə yüklü edilməsi zamanı əsas götürülmüş 11.08.2011-ci il tarixli V.Məmmədova verilmiş etibarnamə və həmin etibarnamə əsasında bağlanmış ipoteka, alqı-satqı müqaviləsi və digər sənədlər etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə X rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan X şəhəri, X rayonu, X küçəsində yerləşən 119 saylı evdən cavabdeh və ailə üzvlərinin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X şəhəri, X rayonu, X küçəsində yerləşən 119 saylı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Evi alarkən orada yaşa yan Cavabdeh qızı xahiş etmişdir ki, 31.12.2015-ci ilədək onların mənzildə yaşamalarına icazə versin. O da onların xahişlərini nəzərə alaraq göstərilən vaxtadək onların orada yaşamalarına icazə vermişdir. Lakin hazırda cavabdeh ailə üzvləri ilə birlikdə evdən çıxmaqdan imtina edir. Bununla da iddiaçının mülkiyyət hüquqlarını pozurlar. X şəhəri X rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 03 mart 2016-cı il tarixli 2(005)1098/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh qızının, əşyaları və ailə üzvləri birlikdə iddiaçının mülkiyyətində olan X şəhəri, X rayonu, X küçəsində yerləşən 119 saylı evdən çıxarılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X şəhəri, X rayonu, X küçəsi, 119 saylı ev İddiaçı mülkiyyətindədir. Həmin ev Cavabdeh qızı tərəfindən zə bt olunmuşdur. İddiaçı öz mülkiyyətinə daxil ola və ondan sərbəst şəkildə istifadə edə bilmir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddələrinə istinad edərək hesab etmişdir ki, Cavabdeh qızı əşyaları və ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan X şəhəri, X rayonu, X küçəsi 119 saylı evdən çıxarılmalı və yaşayış sahəsi boşaldılmalıdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, X rayon Məhkəməsinin 03.03.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi izahatı və təqdim etdiyi sənədləri əsas g ötürərək, onun iştirakını təmin etmədən iddiasını təmin etmişdir. Məhkəmə işə baxarkən həmin əmlakın həqiqətən də iddiaçıya məxsus olmasını, nə onun həmin mənzildə bu vaxta kimi və hansı əsaslarla yaşamağını araşdırmamış və nəticədə belə bir qətnamənin çıxmasına səbəb olmuşdur. Mübahisəli mənzil iddiaçıya formal məxsus olmaqla, ev "xxxx" ASC-nin 1 saylı filialı tərəfindən kredit alınması üçün maraqlı şəxs «Emil-1» firmasının direktoru X12 tərəfindən ipoteka ilə yüklü edilmişdir. Müqavilə şərtlərinə müvafiq olaraq kredit götürülmüş pul vaxtında və lazımi qaydada ödənilmədiyi üçün cavabdehin və onun ailə üzvlərinin razılığı ilə alqı-satqı edilərək X1. Sonradan həmin ev onun yaxın tanışı olan X10 adına alqıyolu ilə satılmışdır. Lakin ev onun istifadəsində olmuşdur. Maraqlı şəxs "xxxx" ASC -ni n 1 saylı filialında ipoteka ilə yüklü olaraq qalmışdır. Sonradan 2015-ci ilin yay aylarının əvvəlində Beytulla Hüseynov onun həyat yoldaşını və "xxxx" ASC-nin 1 saylı filialının müdiri X2 çağırıb bildirmişdir ki, ev onun olduğu üçün öz xoşuna ona qaytarılsın. Sonra həyat yoldaşı X9 və "xxxx" ASC-nin 1 saylı filialının müdiri X8 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə baş idarəsinin rəisi polkovnik Fizuli Əliyev otağına çağırıb bildirmişdir ki, həmin ev milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Telefon Rabitəsi istehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovundur. Bu səbəbdən də tezliklə kredit borcunu tam ödəyib evi boşaltmalısınız. Həyat yoldaşı X13 və Ələddin müəllim qorxudan gəlib evin qalan borcunu yarısın ı onun həyat yoldaşı, digər hissəsini isə Ələddin müəllim bankın adından və onların dediyi adımın hesabına, yarısını isə bankın hesabına ödəyib evi ipotekadan çıxarmışlar və İddiaçı adına rəsmiləşdirmişlər. İndi isə həmin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə əlaqədar Xətai rayon Məhkəməsinə iddia vermişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat X Apellyasiya Məhkəməsinin 2 (103)-4279/2016 saylı, 12 iyul 2016-cı il tarixli qərardadı ilə hazırki mülki işin icraatı iddiaçı X10 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddiasına baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. X Apellyasiya Məhkəməsinin 2 (103)-1248/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat təzələnmiş və mülki işə baxılmas ı 04.10.2018-ci il tarixə təyin edilmişdir. Bundan sonra İddiaçı icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X Apellyasiya Məhkəməsinin 2 (103)-1248/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, hazırki mülki iş üzrə icraat iddiaçı X6 cavabdehlər X14 və qeyrilərinə qarşı “evin ipotekaya qoyulmasına verilmiş razılıq ərizəsinin və etibarnamənin, ipoteka müqaviləsinin, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, cavabdehlərdən müştərək qaydada 383000 manat məbləğində pulun alınaraq onlara ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. X Apellyasiya Məhkəməsinin 2 (103)-9/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 25.01.2021-ci il tarixli qərardadı ilə cavabdehin həyat yoldaşı X13 iş üzrə cavabdeh tərəfindən mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. X Apelyasiya Məhkəməsinin sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı X Ərazi İdarəsinin cavab məktubundan, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışdan görünür ki, ümumi sahəsi 391 kv.m olan, 2005-ci ildə inşa edilmiş 3 mərtəbəli 7 otaqlı X şəhəri, X rayonu, X küçəsində yerləşən 119 saylı yaşayış evi iddiaçının mülkiyyətindədir. İş üzrə X Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Raqib Qurbanov) 17 fevral 20 21-ci il tarixli 2(103)-5/2021 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, X şəhəri X rayon Məhkəməsinin 2(005)-1098/2016 saylı 03.03.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə müəyyən etmişdir ki, ümumi sahəsi 391 kv.m olan, 2005-ci ildə inşa edilmiş 3 mərtəbəli 7 otaqlı X şəhəri, X rayonu, X küçəsində yerləşən 119 saylı yaşayış evi iddiaçının mülkiyyətindədir, evdə heç kim qeydiyyatda deyildir. Cavabdeh qızının həmin ev üzərində hər hansı hüquqverici sənədi olmasa da apelyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh və ailə üzvləri hazırda mübahisəli evdə yaşayır. İşdə olan məhkəmə aktlarından görünür ki, X şəhəri, X rayonu, X küçəsi, 119 saylı evlə bağlı digər mülki məhkəmə mübahisələri yekunlaşmış və yekunda məhkəmələr tərəfindən qeyd edilən evin İddiaçı iradə ifadəsi olmadan qanunsuz ipoteka ilə yüklü edildiyi və özgəninkiləşdirildiyi müəyyən edilərək həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ bərpa olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hazırda yaşadığı X şəhəri, X rayonu, X küçəsi, 119 saylı evə məhkəmə bildirişləri göndərilmiş, lakin həmin ünvan üzrə bildirişlər qəbul edilməmişdir. İşdə cavabdehin digər yaşayış ünvanı barədə məlumat olmadığından işə cavabdehin iştirakı olmadan baxmaql a məhkəmə tərəfindən hər hansı prosessual pozuntuya yol verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək X Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş materiallarına əlavə edilmiş hazırki mülki iş ilə əlaqədar olan məhkəmə aktları apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, işə apellyasiya instansiya sı məhkəməsində baxılarkən iş üzrə cavabdehin iştirakı təmin olunmamış və onun iştirakı və məlumatı olmadan işə baxılaraq qətnamə qəbul olunmuşdur. Nəticə etibarı ilə Cavabdeh iddia tələbinə dair öz etiraz və mülahizələrini irəli sürə bilməmiş və müvafiq sübutlarını təqdim edə bilməmişdir. Bununla da, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbi kobud şəkildə pozulmuşdur. Məhz bunun nəticəsidir ki, iddia tələbi Cavabdeh yönəldiyi halda, məhkəmə qətnaməsində Cavabdeh qızına qarşı iddianın təmin edilməsi öz əksini tapmışdır. İş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçının iddia tələbinin əsasız olması sübut olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq sübutları cavabdehin zə rərinə qərəzli olaraq qiymətləndirməklə iddia tələbini təmin etmişdir. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyay a) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə bax maqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən, kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh C avabdeh əmlakları ilə birlikdə evdən çıxarılması hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşı r. Cavabdeh X5 apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə iclasları barədə cavabdehin məlumatlı olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan bildirişlər cavabdehin faktiki yaşadığı mübahisəli evə göndərilmiş, lakin həmin sənədlər geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayətində öz ünvanını qeyd etməmişdir. Cavabdehin nümayəndəsi Şahin Mehdi zadəyə isə etibarnamə qüvvədə olduğu müddətdəgöndərilən məhkəmə bildirişləri və sənədləri onun tərəfindən alınmış, yeni etibarnamə təqdim edilmədiyindən sonrakı bildirişlər nümayəndəyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qətnamədə cavabdehin ata adının düzgün qeyd edilməməsi isə qətnamədə yol verilmiş yanlışlıqların düzəldilməsi qaydasında həll edilə bilən məsələ olmaqla, qətnamənin ləğvinə əsas ver mir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, cavabdeh Cavabdeh əmlakları ilə birlikdə evdən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mahmudova Bənovşə qızının kassasiya şikayəti təmin edilməsin. X Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə, Cavabdeh əmlakları ilə birlikdə evdən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar