Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5003/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Gündüz Ağababa oğlu Quliyev və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Qasımov Məmməd Vaqif oğlunun iştirakı ilə, Cavabdeh “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4022/2019 nömrəli iş üzrə 29 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 2(006)-7076/2018 nömrəli, 24 dekabr 2018-ci il tarix li qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqı” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) 2(103)-4022/2019 nömrəli, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7076/2018 saylı, 24 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, “xxxx” ASC-nin 15.10.2018-ci il tarixli, K-18-05894 saylı əmrinin ləğv edilməsi, İddiaçı “xxxx” ASC-nin Cənub X3 və Satışı İdarəsinin Astara Elektrik Şəbəkəsində Enerji satış sahəsinin informasiya mühəndisi vəzifəsinə bərpa edilməsi və məcbur i işburaxma günləri üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan 15 oktyabr 2018-ci il tarixli K-18-xxxxxxxx saylı əmrin əsassız olduğundan ləğv edilməsi, əvvəlki iş yerinə yəni X2 Enerji Satış sahəsinin informasiya mühəndisi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)4022/2019 nömrəli iş üzrə 29 mart 2019-cu il ta rixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı vəkili Qasımov Məmməd Vaqif oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səb əbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-4022/2019 nömrəli iş üzrə 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya inst ansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan sübutlardan görünür ki, 09 fevral 2016-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “xxxx” ASC-nin cənub X3 və Satışı İdarəsinin Astara Elektrik Şəbəkəsində Enerj i satış sahəsində nəzarətçi mühəndis vəzifəsinə bir ay sınaq müddəti ilə 09 fevral 2016-cı il tarixli əmrlə təyin edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndində əmək müqaviləsinin 09.04.2016-cı il tarixədək bağlandığı qeyd olunmuşdur. “xxxx” ASC-nin 11.12.2017-ci il tarixli, K-17-06309 saylı əmrinə əsasən İddiaçı həmin Şəbəkədə informasiya mühəndisi vəzifəsinə keçirilmişdir. “xxxx” ASC-nin 15.10.2018-ci il tarixli, K-1805894 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqavil əsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər (bu norma 2018-ci ilin yanvar ayının 1-dək qüvvədə olmuşdur) Maddənin 4 və 5-ci bəndlərinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi hallar nəzərdə tutulmuş dur. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin imperativ tələblərini pozmuşdur. Belə ki, həmin maddənin tələbinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi hallar nəzərdə tutulmuşdur. Həmin halların içərisində iddiaçının yerinə yetirdiyi əmək funksiyasiyasına aid işlər nəzərdə tutulmamış və buna görə də işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Ona görə də, iddiaçı ilə əmək müqaviləsi müddətli bağlana bilməzdi. Apellyasiya instansiyası məhkəməsi onu da müəyyən etmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi nin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşdən göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsi 09 fevral 2016-ci il tarixdə bağlanmış və əmək müqaviləsinin 2.1-ci bəndində əmək müqaviləsinin 09.04.2016-cı il tarixədək bağlandığı qeyd olunmuş, işin birinci bir ayı isə sınaq müddəti hesab edilmişdir. Lakin həmin vaxtdan sonra iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri davam etmiş, hətta cavabdehin 11.12.2017-ci il tarixli, K-17-xxxxxxxxx saylı əmrinə əsasən iddiaçı həmin Şəbəkədə daha yüksək, yəni informasiya mühən disi vəzifəsinə keçirilmişdir. Bununla əlaqədar, əmək müqaviləsinin 8.2-ci bəndinə əlavələr edilmişdir. Bu vəzifədə də iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri davam etmiş və cavabdehin 15.10.2018-ci il tarixli, K-18-xxxxxxxxx saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtardığına görə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin bu mövqeyi anlaşılan olmamışdır. Belə ki, iddiaçı cavabdeh qurumda üç ilə yaxın müddətdə işləyərək əmək funksiyasını yerinə yetirmiş və gözlənilmədən cavabdeh tərəfindən qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilmişdir. Lakin üç ilə yaxın müddətdə əmək münasibətlərində olduğu iddiaçını birdən-birə hansı zərurətlə əlaqədar işdən azad etməsini hər hansı bir formada əsaslandırmamış, apellyasiya baxışı zamanı da nümayəndəsi bunun iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə əlaqədar olmadığı ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4022/2019 nömrəli iş üzrə 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiy a şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4022/2019 nömrəli iş üzrə 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5003/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5003/2019
19.07.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver