Məhkəmə qərarları › İş №2(102)-5003/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5003/2020

12.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5003/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək müqaviləsinin müddətin bitməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili XXX oğlunun, Cavabdehin nümayəndələri, vəkillər X1 və XXX oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2137/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili XXX oğlu tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə xx xxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh İB-nin Bakı X4 Departamentinin Sabunçu rayonu üzrə texniki istismar xidmətinin XXX vəzifəsinə işə bərpa olunması, xx xxxxxx 2019-cu il tarixdən işə bərpa olunduğu günədək bütün məcburi iş buraxma müddətinə görə hesablanmış əmək haqqı məbləğinin və mənəvi zərərə görə 100000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(011)7565/2019 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia qismən təmin edilmiş, Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, S0CAR**********00070020B00899 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Bakı X4 Departamentinin Sabunçu rayonu üzrə texniki istismar xidmətinin XXX vəzifəsinə bərpa edilməsi, xx xxxxxx 2019-cu il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2137/2020 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova - sədrlik edən və məruzəçi, E.M.Həsənov və F.F.Babayev) iddiaçının apelyasiya şikayəti təm in edilməmiş, cavabdehin apelyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(011)-7565/2019 nömrəli qətnaməsi qismən ləğv edilmiş və iddia tələbləri təmin olunmuş hissədə rədd edilmişdir. İddiaçı və vəkili XXX oğlu kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2137/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, təqdim etdiyi sübutları nəzərə almamış və onlara qiymət ver məmişdir. İddiaçı cavabdeh təşkilatda 30 il müddətində işləmiş, məcburetmə və aldadılma nəticəsində onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin müddəti yanvar ayının 11-də bitsə də, əmək münasibətlərinə xx xxxxxx 2019-cu il tarixdə xitam verilmiş və Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndi pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində də əmək müqaviləsinin müddətinin bitmə tarixi xx xxxxxx 2020-ci il göstərilmişdir. Həmçinin xx xxxxxx 2019-cu il tarixdə iddiaçının halının pisləşməsi səbəbindən, o, təcili yardımla işdən aparılmış və işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq edilməmiş, ona bildiriş verilməmişdir ki, Əmək Məcəlləsinin 73-cü mad dəsinin 5-ci hissəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında İddiaçı və vəkili XXX oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndələri, vəkilləri X2 və XXX oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı apelyasiya məhkəməsinin q ətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı və Cavabdeh İB arasında xx xxxxxx 2016-cı il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə işəgötürənin xx xxxxxx 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-ci maddəsinin 2-ci bəndinə əsasən (yəni əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) xitam verilmişdir. İş materiallarında olan XXX saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətinə əsasən iddiaçı sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək a mbulator rejimdə müalicə aldığı üçün əmək funksiyasının icrasında azad edilmiş, onun işə başlama vaxtı isə xx xxxxxx 2019-cu il müəyyən edilmişdir. Lakin iddiaçı işə xx xxxxxx 2019-cu il tarixdə çıxmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı rədd edən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı işə başladığı gün, yəni xx xxxxxx 2019-cu il tarixdə yenidən əmək qabiliyyətinin olmaması barədə arayış alaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri mübahisələndirmiş, bununla da qanunvericiliyin ona verdiyi hüquqlardan sui-istifadə etmişdir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, cavabdeh qanunvericiliyin tələblərinə riayət etmişdir, bu səbəbdən də iddiaçının tələbi əsaslı sayıla bilməz. Daha sonra apelyasiya instansiyası məhkəməsi iddiaçının mənəvi zərərin tutulması tələbi ilə bağlı bildirmişdir ki, cavabdehin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən hər hansı bir hərəkətlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut tə qdim edilmədiyindən, iddiaçının mənəvi ziyan tələbinin hüquqi əsası müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əmək və mülki prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürməmiş və nəticə olaraq əsassız nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri dava m etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Apelyasiya instansiyası məhkəməsi iddiaçının xəstəlikdən sonra işə çıxdığı birinci gün əmək müqaviləsinə xitam verildiyini əsas götürərək, işəgötürən tərəfindən əmək qanunverici liyinin riayət edildiyi, iddiaçının isə bunun əksinin sübut etmədiyi qənaətinə gəlmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarından iddiaçının xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək ambulator rejimdə müalicə aldığı müəyyən olunur. Həmçinin iş materiallarında İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək, xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək səhhəti ilə bağlı işdən azad olunması ilə bağlı tibbi sənədlər mövcuddur. Bununla belə, işə iddiaçının müqavilənin bitdiyi xx xxxxxx 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx xxxxxx 2019-cu il tarixədək olan 8 aya yaxın müddətdə daimi olaraq üzrlü səbəbdən işə çıxmadığını təsdiq edən sübutlar əlavə olun mamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh təşkilatın əmri mübahisələndirildiyindən, həmin əmrin qanuniliyinin və əsaslılığının sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Lakin apelyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci hissəsinin dispozitiv şərtlərinə dair iş materiallarında sübutlar mövcud olmadığı halda, həm in maddəyə istinad etməklə, cavabdehin əmrinin qanuni olması qənaətinə gəlmişdir. Digər tərəfdən iddianı təmin edən birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair arayışa görə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti cavabdehin iddia etdiyi kimi xx xxxxxx 2019-cu il yox, xx xxxxxx 2020-ci il tarixdə qurtarmalı idi. Cavabdeh əmək müqaviləsinin müddətinin xx xxxxxx 2019-cu il tarixdə bitməsini əmək müqaviləsinin 2-ci bəndi ilə əsaslandırsa da, işin hallarından görünür ki, əmək müqaviləsinin qeyd edilən bəndi ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışda göstərilmiş əmək müqaviləsinin bitməsi müddəti ilə bağlı qeyd arasında ziddiyyət mövcuddur. Əmək müqaviləsi bildirişi elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə yalnız işəgötürən tərəfindən yerləşdirilir. Həmin məlumatların düzgünlüyünə görə məsuliyyəti isə işəgötürən özü daşıyır. Elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi barədə məlumatlara kənar şəxslərin müdaxilə etməsi isə qeyri-mümkündür. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx xxxxxx 2020-ci il tarixdə bitdiyi halda, cavabdeh tərəfindən həmin əsasla əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli əmr Əmək Məcəlləsinin 73-cü maddəsinə zidd olduğundan, ləğv edilm əli və işçi əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat gön dərilməsindən sonra yaranır. Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin h) bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2014-cü il ta rixli, 183 saylı qərarının 4-cü bəndində əmək müqaviləsinin bağlanılması ilə əlaqədar əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsinin 2 forması nəzərdə tutulmuşdur: avtomatik rejimdə daxil olan məlumatlar və avtomatik rejimdə daxil olmayan məlumatlar. Qaydaların 4.3-cü bəndinə əsasən əmək müqaviləsinin bağlanıldığı tarix (elektron informasiya sistemi istifadəyə verilən tarixdən sonra bağlanılmış əmək müqavilələri istisna olmaqla) və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix avtomatik rejimdə daxil olunmayan məlumatlardır ki, həmin məlumatları sistemə işəgötürən daxil edir. İş materiallarından müəyyən olunur ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu verərək, İddiaçı “e-gov. az” portalından əldə etdiyi iş yerinə dair arayışda “ müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: xx.xx.2020” qeydin aparılmasına əsas olmuş məlumatların (sənədlərin təsdiq edilmiş sürətlərinin) məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Lakin həmin sorğuya cavab iş materiallarına əlavə olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdeh İB-yə ünvanlandırılmış xx xxxxx 2020-ci il tarixli məktubun və ona əlavə olunmuş cədvəlin surətinə əsasən Nazirliyin Elektron hökumət portalında yerləşdirilmiş “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətində istifadəçilərin proqram təminatının şərtlərinə müdaxilə etmək imkanı yoxdur və əmək müqaviləsi bildirişinə Əmək Müqaviləsinin 73.2-ci bəndinə əsasən xitam ver ildiyi halda proqram təminatına xitamla bağlı hər hansı məhdudiyyət daxil edilməmişdir. Lakin məktuba əlavə olunmuş cədvəl-arayışda müqavilənin müddətinin uzadılmasına dair məlumatın hansı tarixdə və hansı qaydada (avtomatik və ya qeyri-avtomatik) daxil edilməsi göstərilməmişdir. Beləliklə, iddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsinin xx xxxxxx 2019-cu il tarixdən sonra hansı əsasla uzadılması araşdırılmamış qalmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh təşkilatın əmrinin qanuniliyinə hüquqi qiymət verilməsi üçün həmin hallar əhəmiyyət kəsb etdiyindən verilmiş sorğuya cavabın alınması təmin edilməli, məlumat avtomatik olaraq elektron informasiya sisteminə daxil edildiyi halda, bunun hüquqi nəticələri qanunvericiliyə uyğun araşdırılmalı və nəticəsindən asılı olara q mübahisəyə hüquqi qiymət verilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsində göstərmişdir ki, o 1992-ci ildən cavabdeh təşkilatda işləmiş, lakin 2016-cı ildə qanunsuz olaraq onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin dördüncü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Qeyd olunan maddənin beşinci hissəsinə əsasən isə müd dətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Lakin iş materiallarında iddiaçı və cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli əmək müqaviləsinin surəti əlavə edilsə də, iddiaçının cavabdeh təşkilatda hansı tarixdən işləməsi, qeyd olunan müqavilədən əvvəl əmək müqaviləsinin bağlanılıbbağlanmaması, tərəflərin müqavilə münasibətlərinin fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam etməsi və bundan irəli gələrək iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli olmasında qanun pozuntusunun mövcud olmasından ibarət iddiaçının dəlillərinə hüquqi qiymət verilməmişdir. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mül ki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsu n. Qərarda həmçinin göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kasasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2006 -cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tər əflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı, iddia tələbinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yana şı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apelyasiya şikayətinin bütün dəlillərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mənəvi ziyanla bağlı tələbləri onun cavabdehlə arasında olan əmək münasibətlərindən irəli gəldiyindən və əmək mübahisəsi ilə bağlı əlavə araşdırmaya zərurət olduğundan, apelyasiya instansiyası məhkəməsinin iddianın mənəvi zərərin rədd olunması hissəsi üzrə mövqeyinə əlavə hüquqi qiymət verilməsinə prosessual qənaət pr insipinə uyğun zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili XXX oğlu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2137/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar