Məhkəmə qərarları › İş №2(102)-5003/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5003/2022

29.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5003/2022 29.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlunun məruzəsi ilə, Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1719/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3101/2019 nömrəli, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-520 8/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), V.Ağayev, E.Həsənov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5802/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov, İ.Şəfiyev) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – “Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılması, hazırkı qətnamənin Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması” hissəsində ləğv edilməsi və həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1719/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov, F.Talışinski) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti vermiş və həmin şikayət 24 avqust 2022-ci il tarixli qərardadla kassasiya icraatına qəbul edilmişdir. Lakin, bundan sonra müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müdd ət ötürülməklə verilmiş, lakin prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 18 mart 2022-ci il tarixdə cavabdehin vəkilinin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh tərəfindən 25 aprel 2022-ci il tarixdə verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2022-ci il tarixli qərardadı ilə MPM-lə müəyyən edilmiş formada verilmədiyi üçün geri qaytarılmış, cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti 18 iyul 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmişdir. Göründüyü kimi, cavabdeh qətnamədən kassasiya şikayətini qətnaməni rəsmi qaydada aldığı gündən 4 ay sonra vermişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəmə si tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, apellyasiya instansiya məhkəməsi kassasiya şikayətinin prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan baxılması üçün Ali Məhkəməyə göndərmiş, kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq kassasiya icraatına qəbul olunmuşdur. Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarıla raq mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və MPM-in 130.3, 405.0.1, 408.1.4 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1719/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar