Məhkəmə qərarları › İş №2(102)-5004/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5004/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5004/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Muxdar oğlunun cavabdeh Məmmədova Xuraman Mədət qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5004/21 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(104)1566/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı Muxdar oğlu məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən borca görə 7.910 manat, ödənilmiş hüquqi xidmətə görə 500 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bərdə Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Q.M.Əbilov) iddia qismən təmin edilərək, cavabdehdən borca görə 4.847,36 manat, hüquqi yardıma görə 500 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehə 9.700 manat borc pul verib və cavabdeh həmin puldan iddiaçıya bank kartı vasitəsilə 4.852,6 4 manat pul qaytarıb. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş 4.847,36 manat borcu qalıb. Eyni zamanda iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı ona hüquqi xidmət göstərmək üçün Cəmiyyətin hesabına 500 manat pul köçürüb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.H.Hüseynzadə s ədrlik edən, məruzəçi, L.S.Süleymanov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi cavabdehdən hüquqi yadıma görə tutulan 500 manat pulun tutulması hissəsində dəyişdirilib və cavabdehdən borca görə 4.847,36 manat, hüquqi yadıma görə 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 4.977,36 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi hüquqi yardıma görə cavabdehdən 500 manat pulun tutulması hissəsində səhv nəticəyə gəlib. Belə ki, həmin məbləğ həddən artıq yüksək olmaqla ağlabatan deyil. Eyni zamanda cavabdehin iddiaçı ya ödənilməmiş 4.847,36 manat borcunun qalması mülki iş materialları ilə istisna edilmir. Ona görə birinci instansiya məhkəməsinə qismən dəyişiklik edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya i nstansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, Cavabdeh və vəkili Müşfiq Mehdiyev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələ blərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə 9.700 manat borc pul verib və cavabdeh həmin puldan iddiaçıya bank kartı vasitəsilə 4.852,64 manat pul qaytarıb. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş 4.847,36 manat borcu qalıb. Eyni zamanda iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı ona hüquqi xidmət göstərmək üçün Cəmiyyətin hesabına 500 manat pul köçürüb. Apellyasiya instansiyası məhkəməsi, hüquqi xidmətə görə cavabdehdən iddiaçının xeyrinə 500 manat pulun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəti cə ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, iddiaçıda olan bank kartına cavabdehin etdiyi ödənişləri nəzərə alıb qalıq borcunun 4.847,36 manat olması nəticəsinə gələrək, iddia tələbini həmin hissədə təmin edib. Cavabdeh, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində bank kartına pul köçürmələrindən əlavə iddiaçıya işlətdiyi aptekdə 2020-ci ilin yanvar-fevral aylarında 1.000, 2.000, və 1.000 manat olmaqla ayrı-ayrı vaxtlarda 4.000 manat pul ödədiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Digər tərəfdən, bank çıxarışından görünür ki, cavabdeh 02 aprel 2019-cu ildən 01 iyul 2020-ci il tarixədək 5 manatdan 230 manatadək olmaqla müxtəlif vaxtlarda borcun ödənilməsi adı ilə karta pul köçürüb. Kiçik məbləğlərdə karta köçürmələ r etdiyi halda cavabdehin ayrı-ayrı vaxtlarda iddiaçıya 1.000, 2.000 və 1.000 manat böyük məbləğdə pul verməsi inandırıcı və ağlabatan görünmür. Bundan başqa, cavabdeh əlavə olaraq iddiaçıya 4.000 manat pul ödədiyini və iddiaçıya bütövlükdə ödənilməmiş 1.300-1.400 manat borcunun qaldığını iddia etsə də, bu hal başqa sübutlarla təsdiq olunmur. Əksinə, birinci instansiya məhkəməsi, bank hesabına köçürmələri nəzərə alaraq cavabdehin iddiaçıya ödənilməmiş 4.847,36 manat borcunun qalmasını müəyyən etməklə düzgün nəticəyə gəlib. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını mü vafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə al ıb qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehdən 4.847,36 manat pulun tutulub iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh, kassasiya şikayətində iddiaçıya olan borcunun böyük hissəsini bank kartı vasitəsi ilə və nağd şəkildə ödədiyini, iddiaçıya aşağı məbləğdə ödənilməmiş borcunun qaldığını və hazırda qalan borcunu ödəməkdə davam etdirdiyini və sair göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alı b hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-cu il tarixli, 2(104)-1566/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar