Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5007/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh “xxxx” MMC-nin vəkili X5 iştirakı ilə, Cavabdeh “xxxx” MMC-ninBakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2018-cü il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimovaiş №2(011)-3696/20180 İddiaçı Cavabdeh MMC-yə qarşı “onun və ailə üzvləri haqqında verilmiş şər və böhtan xarakterli xəbərin eyni proqramda və eyni müxbirlər vasitəsi ilə təkzib edilməsinə, vurulmuş ziyana görə 50.000 manatın tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh MMC-nin proqramında “Bərdədə müəllimə zorla qaçırıldı – başqasına nişanlıdır” başlıqlı reportajda X3 nişanlı olmasına dair yayılan yalan məlumatı təkzib etmək vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, Cavabdeh –dən vurulmuş mənəvi ziyana görə 500 manatın və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: V.Sadiqov (sədrlik edən və məruzəçi), A.Hüseynov, A.İm anovA.Q.Hüseynov, E.M.Əhmədov; 22(103)-2884/2018)cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh MMC-yə qarşı “şər və böhtan xarakterli xəbərlərin təkzib edilməsi və vurulmuş ziyana görə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xəbərlər proqramında onun oğlu və ailə üzvləri haqqında verilmiş şər və böhtan xarakterli xəbərin eyni proqramda təkzib edilməsi və vurulmuş ziyana görə cavabdehdən 50.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Hacallı kəndində yaşamaqla fərdi sahibkarlıqla məşğul o lur. X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bərdə rayonu ******** kənd tam orta məktəbi şəhid X4nun adını daşıyır. X2 həmin məktəbin direktorudur. X1 həmin məktəbdə müəllimə işləyir. Bütün ailə və qohumları ziyalı ailəsidir, dövlətə və vətənə layiqincə xidmət göstərib, nümunəvi ailə kimi yaşayırlar. O, ailəsi və qohumları Cavabdeh MMC-nin 18.01.2018-ci il tarixdə efirə verilmiş xəbərlər proqramında bölgə müxbiri və şərhçi tərəfindən 17.01.2018-ci il tarixdə ********* rayon sakini 23 yaşlı müəllimə G8 dərsdən çıxıb evə gedərkən rayon sakini T6 tərəfindən zorla qaçırıldığı, bu barədə polis şöbəsinə müraciət edildiyi və qaçırılan qızın nişanlı olması barədə heç bir əsası olmayan reportaj verilmişdir. T6 onun oğludur. Həmin reportajdan sonra o, b ütün qohumları və ailə üzvləri hüquq mühafizə orqanları tərəfindən araşdırmaya cəlb olunmuşlar. Təhsil Nazirliyindən həmin məktəbin direktoru olan bacısı S8.İddiaçının izahatı alınaraq ona ciddi irad tutulmuşdur. Bundan sonra onlar yaşadıqları kənd və rayon ictimaiyyətinin arasına çıxa bilmirlər. Vətən yolunda şəhid olmuş qardaşının və onun qohumlarının nüfuzu, hörməti araşdırmanın sonuna qədər demək olar ki, yalan informasiyanın ucbatından kölgələnmiş, hər kəs onlara sanki cinayətkar kimi baxır. Heç vaxt qanun pozuntusuna yol vermədikləri, nümunəvi bir nəsil, ailə olduqları halda Cavabdeh MMC-nin şok yaratdığı və buna məqsədli şəkildə etməyə çalışdığı, ehtimallardan ibarət, yalan, iftira ilə müşayət olunmuş xəbərindən sonra onun, ailəsinin, qohum-əqrəbasının dincliyi və yaşayış tərzi tam amilə pozulmuşdur və indiyə kimi də həmin yalan informasiyanın təsirindən çıxa bilmirlər. Cavabdehin hüquqa zidd hərəkətlərindən insanların arasına çıxa bilmir, intihar vəziyyətə gəlmişdir. Halbuki, həmin müəllimə özü öz iradəsi və könlü ilə onun oğlu ilə ailə qurmaq məqsədi ilə onunla getmiş və həmin şəxsin ailəsinin də razılığı və xeyir-duası ilə o, gənclərə el adəti ilə toy etmişdir. Ailə başçısı kimi o, cavabdeh şirkətin etdiyi hüquqazidd hərəkətləri nəticəsində ağır əsəb gərginliyi vəziyyətinə düşərək, hər an yalan olaraq cəmiyyətə çatdırılmış hərəkətlərdən intihar vəziyyətinə gəlmiş, özünü öldürmək istəmiş, həyatına və canına qəsd etmək istəmiş, kəskin şəkildə stress keçirərək əsəb sistemi ciddi qaydada pozulmuşdur. Həmin xəbərdən sonra hüquq mühafizə orqanları tərəfindən araşdırılma lar aparılması onun və ailəsinin dinc yaşayış və güzəranını pozmaqla kənd sakinləri, qonşular və ümumilikdə cəmiyyət arasına çıxmaq onlara iztirab vermişdir. Araşdırmalardan sonra verilən xəbərin yalan olduğu sübut olunduqdan sonra hüquq mühafizə orqanlarına xəbərin rəsmi qaydada təkzib olunmasını xahiş edərək bu özbaşınalığın axırına son qoyulmasını istəsə də nəticə etibarı ilə heç bir perspektivi olmamışdır. Cavabdehin hüquqazidd hərəkəti, ona və bütün qohumlarına qarşı şər və böhtanı onları tamamilə nüfuzdan salması, şəhid qardaşının ruhuna hörmətsizlik edilməsi təkzibedilməzdir. O, keçirtdiyi ciddi mənəvi sarsıntı nəticəsində səhhəti ciddi pozulmuş, bütün bunlara görə ona, ailəsinə, qohumlarına qarşı atdığı böhtanın şərəf və ləyaqətini alçaldan kimi qəbul edilməsini və bütün bunların z əminində ona vurduğu mənəvi ziyana görə cavabdehdən 50.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsini qanuni və əsaslı hesab edir. Cavabdeh şirkət verdiyi xəbərdə müəllimənin zorla qaçırılması və hətta onun nişanlı olmasının heç bir sübutu, rəsmi təsdiqi olmadan şok yaratması nəticəsində ona, bütün ailəsinə və qohumlarına qarşı cinayətkar fikir formalaşdırmışdır. Göründüyü kimi xəbərlərdə qeyd olunanlar işgüzar nüfuzu ləkələyən ifadələrdir və bütövlükdə şəhid ailəsi olan ona, onun ailə üzvləri və ümumilikdə qohumlarına qarşı mənfi ictimai rəy formalaşdırmaq məqsədi daşıyır. Cavabdeh şirkətə təkzib verilməsini tələb etmək hüququndan istifadə etməsinə baxmayaraq, cavabdeh tərəf onun bu hüququna hörmətlə yanaşmamış, bununla da işinin əsasını düzgünlük, obyektivlik, vicdanlılıq, paklıq, şəxsiy yətə və özgə ləyaqətinə ehtiram və s. təşkil etməli olan cavabdehin və onun müxbirinin informasiya materialında konkret şəxsləri gözdən salmaq məqsədi ilə yaydığı informasiyanın təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması məqsədilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 127-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 54, 77, 88-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,23, 1091-ci maddələrinin, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10, 44, 45, 62-ci maddələrinin, “S8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarlarının tələblərinin po zulması ilə çıxarılmış, iddiaçının hansı fiziki və mənəvi sarsıntı keçirməsi, bunların cavabdehin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərərə arasında hansı səbəbli əlaqənin olması, iddianın irəli sürülməsi üçün zəruri subyektiv hüququn olmaması nəzərə alınmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəməkollegiyasınıniclasında cavabdeh “xxxx” MMC-nin vəkili X8 kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməm işdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Bərdə Rayon İcra Hakimiyyəti başçısının Hacallı kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10.05.2018-ci il tarixli 117 saylı arayışından görünür ki, Bərdə rayon Hacallı kənd sakini İddiaçı ailə tərkibi təsərrüfat başına kitabda aşağıdakı kimi qeydə alınmışdır: 1968-ci il təvəllüdlü müəllimə işləyən X1, 1992-ci il təvəllüdlü X10, 1996-cı il təvəllüdlü müəllimə işləyən gəlini X6, 1967ci il təvəllüdlü müəllimə işləyən qardaşı arvadı X7, Bərdə rayon Hacallı kənd E6 adına tam orta məktəbin direktoru işləyən X2. Bərdə regional Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi 28.03.2018-ci il tarixli AZ-İİ № 260378 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X6 28.03.2018-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 364 nömrəsi ilə qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan “Xəzər” TV-nin xəbərlər proqramı tərəfindən yayılan “Bərdədə müəllimə zorla qaçırıldı - başqasına nişanlıdır” başlıqlı r epotajdan görünür ki, “Xəzər” TV-nin müxbiri “müəllimə dərsdən çıxıb evə gedən zaman qaçırılıb. Hadisə Bərdə rayonunda Hacallı kəndində olub. Kənd məktəbinin informatika müəllimi 23 yaşlı Heydarli Gülsümün rayon sakini T6 tərəfindən qaçırıldığı iddia olunur. Ötən ilin sentyabr ayından başlayaraq Təhsil Nazirliyinin xətti ilə kənddə yerləşən məktəbə təyinat alan müəllimə məktəbdə informatika müəlliməsi işləmiş 23 yaşlı müəllimənin qaçırılması isə dərs saatından sonra baş verib. Yəni məktəbdən çıxıb evə gedən zaman gördüyünüz bu yolda qaçırılıb. Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir. İnformatika fənnini tədris edən qısa zamanda şagirdlərinin və həmkarlarının böyük hörmətini qazanıb. Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis şöbəsinə və qaçırılan qızın ail əsinə məlumat verib. Hazırda Polis şöbəsində araşdırma aparılır. Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir” məzmunda reportaj hazırlayıb ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin öz fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıq larının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2.-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.4.-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 №-li Qərarında göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf v ə ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. İnsan ləyaqətinə hörmət etmək, ona təminat vermək və onu qorumaq əslində insanın əsas həyati hüquqlarına hörmət etmək, onları qorumaq, ona layiqli həyat şəraitini təmin etmək, ona ali varlıq kimi münasibət bəsləmək deməkdir. Şərəf-cəmiyyətin üzvi kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Şərəf ş əxsin müsbət sosial cəhətdən qiymətləndirilməsidir.Şərəf şəxsiyətin müsbət cəhətlərini (vicdanlı, ədalətli, cəsur) əks etdirir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostların əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Belə ki, işin mübahisələndirilməyən halına ondan ibarətdir ki, cavabdeh iddiaçının ailə ü zvü olan oğlunun nişanlı qızı qaçırmasına dair yalan məlumat yaymışdır. Cavabdeh isə yaydığı məlumatın həqiqət olmasını məhkəmə tədqiqatı zamanı sübuta yetirə bilməmişdir. Cavabdeh bununla bağlı nə birinci, nə də apellyasiya instansiya məhkəmələrinə heç bir sübut (sənəd) təqdim etməmişdir. Halbuki, yayılmış məlumatın həqiqət olmasını sübutetmə yükü cavabdehin üzərindədir. Bundan əlavə,iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olmamasına dair dəlili ilə bağlı məhkəmə düzgün olaraq hesab etmişdir ki, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir və kütləvi informasiya vasitələri öz fəaliyyətlərində vətəndaşların bu hüquqlarının qorunmasında xüsusi ilə diqqətli olmalıdırlar. Ailə başçısı olan iddiaçının öz ailə ü zvləri, yaxın qohumları barəsində yayılan yalan məlumata biganə qalması yaşadığımız cəmiyyətdə qeyri-mümkündür. Nişanlı qızın qaçırılması ifadəsi iddiaçının ailə üzvünün digər şəxsin şəxsi həyatına, ailəsinə sonuncunun iradə ifadəsinə zidd, məcburi şəkildə müdaxilə etməsi anlamına gəldiyindən iddiaçı başçısı olduğu ailə barəsində cavabdeh tərəfindən yayılan onun şərəfini və ləyaqətini ləkələyən yalan məlumatları birbaşa təkzib olunmasını tələb etməklə məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir. Ona görə də cavabdehin bu dəlilini əsassızdır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, döv lətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmin Qanunun 44-cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğ un olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 45-ci maddəsinə əsasən təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib, bir qayda olaraq, məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və «Təkzib» başlığı altında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. Apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən maddi və prosessual qanunun yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçı barəsində yaydığı məlumatın həqiqətə uyğun olmamadığından, bu məlumatın yayılması ilə iddiaçının şəxsi həyatına müdaxilə edilməsinin öz təsdiqini tapdığından yalan məlumatı təkzib etmək vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməlidir. Bundan əlavə, yuxarıda sadalanmış qanunvericilik aktlarına əsasən şərəf və ləyaqətin alçaldılması tələbinə dair sübut etmə vəzifəsi cavabdehin üzərinə düşdüyündən, cavabdeh iddia tələbinə qarşı heç bir mötəbər sübut təqdim etməmişdir. Mənəvi zərər hüquq pozuntusunun (cavabdehin təqsirli hərəkətlərinin) nəticəsi olduğuna görə iddiaçı mənəvi zərərin mövcudluğunu sübut etməyə məcbur edilə bilməz. B ununla belə, mənəvi zərərin məbləği ədalətli və ağlabatan olmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvizərərinödənilməsiiləəlaqədarqanunvericiliyinmüddəalarınəzərəalınmaqlaşəxsəmən əvizərərvurulmasıonun şərəf, ləyaqətvəişgüzarnüfuzununləkələnməsi, hərhansıbaşqahüquqlarınınmüvəqqətiolaraqməhdudlaşdırılmasıvəyahəminhüquqlardanm əhrumolması, sağlamlığaxəsarətyetirilməsivəs. hallardaözünübüruzəverəbilər. Məhkəməmənəvizərərinödənilməsibarədətələblərəbaxdıqdaməsuliyyətinyaranmasıəsaslar ınımüəyyənetməkləbərabərzərərçəkəninmənəvisarsıntıvəiztirablaraməruzqalmasınınnədəi fadəolunmasını, bunlarınhansışəraitdəvəhansıhərəkə t (hərəkətsizlik) nəticəsindəbaşverməsini, zərərvuranşəxsintəqsirini, zərərçəkənşəxsinhansımənəvisarsıntıvəiztirablarkeçirməsini, zərərçəkəninbunlarıhansıməbləğdəvəsairmaddiformadaqiymətləndirməsiniaydınladırmağa borcludur. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı” çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi zərər hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi zərərin mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi zərərlə bağlı təcrübəsi göstərir ki, mənəvi zərərin müəyyən edilməsi üçün dəqiq meyarlar yoxdur, mənəvi zərər xüsusi xarakterə malik olmaqla həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi zərərin məbləğini müəy yən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq mənəvi zərərlə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq yaşadığı ərazidə özünün ailə üzvlərinin davranışına, cəmiyyətdəki fəaliyyətlərinə görə ziyalı, nümunəvi ailənin başçısı kimi tanınan iddiaçının yayılan yalan məlumata görə keçirdiyi stressi, narahatlığı, məyusluğu mənəvi sarsıntılar kimi qiymətləndirmiş və cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə birinci instansiya məhkəməsi tərəfindən 500 manat məbləğində pul vəsaitinin tutulmasını ağlabatan və ədalətli hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1,372.6,372.7-ci maddələrinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara qeyd olunan Məcəllənin 88-ci maddəsinin tələblərinə müvafiq qaydada iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq edərək, prosessual hüquq normalarına əməl etməklə qanuni qətnamə qəbul etmişidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüq uq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5007/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5007/2019
11.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver