Məhkəmə qərarları › İş №2(102)-5008/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5008/2019

12.07.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5008/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və X3 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçının hüquq varisi X10-nun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1265/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin (hakim R.N.Quliyev) 2(005)-484/2016 nömrəli, 12 fevral 2016-cı il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçının Cavabdeh-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 48 saylı 3 otaqlı mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsinin Cavabdeh-yə həvalə olunması, ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, ilk iddianın qalan hissəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin cavabdeh iddiaçıya qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-yə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nı n (hakim M.A.Bağırova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və S.Ə.Məmmədov) 2(103)-6954/2016 nömrəli, 02 noyabr 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavbdeh Cavabdeh-yə qarşı mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh-nin cavabdeh iddiaçıya qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdeh ilə iddiaçı arasında ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 48 saylı 3 otaqlı mənzilin MMC tərəfindən İddiaçı satılması barədə 10.12.2012-ci il tarixli 152 saylı müqavilənin və 10.12.2012-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər G.A.Quliyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və Ə.Ə.Əliyev) 2(102)-1788/2017 nömrəli iş üzrə 01 mart 2017-ci il tarixli tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6954/2016 nömrəli, 02 noyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və S.F.Hacıyev) 2(103)-5284/2017 nömrəli, 28 avqust 2017-ci il tarixli q ətnaməsi ilə cavbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qətnaməsi qismən, yəni ilk iddianın qismən təmin edilməsi və ünvan 2 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 157,6 m2 ibarət olan 48 saylı üç otaqlı mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsinin “xxxx” MMC-yə həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsinə dair hissədə qətnamə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 70 mantın iddiaçının prosessual hüquq varisləri X8, X7 və X1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respu blikası Ali Məhkəməsinin MK-nın (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), Ə.M.Rüstəmov və Ə.Ə.Şadiyev) 2(102)-75/2018 nömrəli, 10 yanvar 2018-ci il tarixli qərarı ilə Alməmmədov Zöhrab Əmirxan oğlunun hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 28 avqust 2017-ci il tarixli qətnaməsi qismən – iddiaçının iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, işin həmin hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, Cavabdeh-nin qarşılıqlı iddia tələbinin rədd olunması ilə əlaqədar hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, Cavabdeh-nin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərd anova və İ.Ş.Vəliyev) 2(103)-3920/2018 nömrəli, 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-484/2016 saylı iş üzrə 12 fevral 2016-cı il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “ilk iddia tələbinin qismən təmin edilərək ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 48 saylı 3 otaqlı mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsinin Cavabdeh-yə həvalə olunması” hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləğinin Cavabdeh-yə aid edilməsi, əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın xərci olan 70 manatın isə həmin MMC- dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov) 2(102)-5543/2018 nömrəli, 03 sentyabr 2018-ci il tarixli tarixli qərarı ilə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11-in ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-3920/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)- 1265/2019 nömrəli, 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin isə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin (ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən üç otaqlı 48 saylı mənzilin təhvil verilməsi) təmin edilməməsi, eyni zamanda Alməmmədov Zöhrab Əmirxan oğlunun vərəsələrinə Cavabdeh ilə iddiaçı arasında bağlanmış 10 dekabr 2012-ci il tarixli müqaviləyə əsasən həmin mənzilin ölçülərinə uyğun başqa mənzilin verilməsi və ya onun real bazar dəyərinə müvafiq pul tələbi ilə bağlı Cavabdeh-yə qarşı ümumi qayadada məhkəməyə müraciət etmək hüququnun olm ası izah olunması, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən əvvəlki apellyasiya zamanı keçirilmiş ekspertiza xərci olan 70 (yetmiş) manatın isə Cavabdeh-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Hesab № AZ34CTRE********************; Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İlk iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil ver ilməsi və sair” tələbinə dair iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2012-ci il tarixdə MMC ilə arasında ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən üç otaqlı 48 saylı mənzilə dair müqavilə bağlandığını, müqaviləyə əsasən MMC-nin mənzili ona təhvil vermək barədə öhdəlik götürdüyünü, mənzilin dəyərini təşkil edən 65 000 manatın tərəfindən əvvəlki payçı X5 verildiyini, müqavilə bağlanan gün MMC-nin direktorunun mənzilin tam dəyərinin tərəfindən ödənilməsi və MMC-yə borcunun olmaması barədə maliyyə arayışı verdiyini, buna baxmayaraq MMC-nin öhdəliyini icra etmədiyini irəli sürmüş, buna görə də mənzilin ona təhvil verilməsi, bu müddət ərzində mənzildən istifadə edə bilməməsinə g örə ona dəymiş maddi zərər kimi MMC-dən qətnamə icra olunan günə kimi onun xeyrinə hər ay 300 manat, mənəvi zərərə görə 20 000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən MMC-nin təsisçisi X6 “xxxx” kiçik müəssisəsindən müəssisəyə məxsus 1638 kv.metr ölçüdə torpaq sahəsini aldığını və mübahisəli mənzilə dair müqavilənin “xxxx” kiçik müəssisəsinin göstərişi əsasında əvvəlcə X2, sonra isə cavabdehin adına sənədləşdirildiyini, lakin “xxxx” kiçik müəssisəsinin öz öhdəliyini icra etməməsi səbəbindən Z.Ə.Alməmmədovla bağlanmış 10 dekabr 2012- ci il tarixli müqavilənin ləğv edildiyini və onun hər hansı hüquqi qüvvəyə malik olmadığını irəli sürmüş, buna görə də mənzilin cavabdehə satılması barədə 10.12.2012-ci il tarixli xxx saylı müqavilənin və 10.12.2012-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının hüquq varisi X10 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1265/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi q ətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1265/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətlə ndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, iddiaçı ilə Cavabdeh arasında 10 dekabr 2012-ci il tarixdə xxx saylı müqavilə bağlanmış, həmin müqaviləyə görə adı çəkilən MMC ünvan 4 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən və tikinti sahəsi 157,6 m2 olan 3 otaqlı 48 saylı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndindən aydın olur ki, mənzilin 65 000 (altmış beş min) manat təşkil edən ümumi dəyəri Z.Alməmmədov tərəfindən əvvəlki payçı İ.Aslanova ödənilmişdir. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, sözügedən mənzilin pay dəyərinin ilkin iddiaçı tərəfindən tam ödənilməsi barədə ona 10.12.2012-ci il tarixində müvafiq maliyyə arayışı verilmişdir. Tərəflər arasında mübahisə, Cavabdeh-nin İddiaçı məktub göndərməsindən sonra yaranmış, həmin məktubda cavabdeh hüquqi şəxsin baş direktoru X13 (10.12.2012-ci il tarixli müqaviləni imzalayan şəxs), ilkin iddiaçıya satılmış mənzilin MMC-nin təsisçisi X14 X15 arasındakı torpaq alqı-satqısı müqabilində əvvəllər X15-ə verildiyini, sonradan ilkin iddiaçının adına sənədləşdirildiyini, X15-in öhdəliyinə əməl etmədiyini, buna görə də ilkin iddiaçı ilə bağlanmış 10.12.2012-ci il tarixli müqavilənin birtərəfli qaydada ləğv olunaraq onun mənzilinin satışa çıxarıldığını bildirmişdir. 2-ci dəfə apellyasiya qayda sında işə baxılarkən X16 tərəfindən təqdim olunmuş 16 yanvar 2007-ci il tarixli xx saylı müqaviləyə görə mübahisəli 48 saylı mənzil ona 157 600 manata satılmışdır və həmin tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyəri tərəfindən MMC-yə tam ödənilməklə borcu yoxdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş RX seriyalı ******* nömrəli çıxarışla müəyyən edilmişdir ki, ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən üç otaqlı 48 saylı mənzil X9 məxsusudur. Onun həmin mənzilə dair mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Z.Alməmmədovun vərəsələrinə Cavabdeh ilə iddiaçı arasında bağlanmış 10 dekabr 2012-ci il tarixli müqaviləyə əsasən həmin mənzilin ölçülərinə uyğu n başqa mənzilin verilməsi və ya onun real bazar dəyərinə müvafiq pul tələbi ilə bağlı Cavabdeh-yə qarşı ümumi qayadada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. Zöhrab Alməmmədovla Cavabdeh arasında bağlanmış 10.12.2012-ci il tarixli müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu müəyyən olunmamışdır; İş materiallarından görünür ki, 2015-ci ilin avqust ayında Z.Alməmmədov tərəfindən mənzilin ona təhvil verilməsi barədə iddia qaldırıldıqdan, həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi Ali Məhkəmənin 01 mart 2017-ci il tarixli qərarı ilə ləğv edilib iş yeni apellyasiya baxışına göndərildikdən və Z.Alməmmədov 01 may 2017-ci il tarixdə vəfat etdikdən sonra E.Mustafayev onunla MMC arasında bağlanmış 16 yanvar 2007-ci il tarixli müqaviləni apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş və 3cü şəxs qismində işə cəlb edilmişdir. E.Mustafayev tərəfindən təqdim olunmuş 16 yanvar 2007-ci il tarixli xx saylı müqaviləyə görə mübahisəli 48 saylı mənzil ona 157 600 manata satılmışdır və həmin tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyəri tərəfindən MMC-yə tam ödənilməklə borcu yoxdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş RX seriyalı ******* nömrəli çıxarışla müəyyən olunur ki, ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən üç otaqlı 48 saylı mənzil X9 məxsusudur. Mülkiyyətçi mənzilin təmiri üçün 124 min manat xərc çəkdiyini, hazırda da ailəsi ilə həmin mənzildə yaşadığını qeyd edir. O, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəməyə cəlb edilmişdir. Onun həmin mənzilə dair mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Normadan göründüyü kimi əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbayca n Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin e tibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Azər baycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş süb utlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edil sin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1265/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının hüquq varisi X10-nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1265/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar