Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-501/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı; Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-501/21 (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)6222/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları X4 və X2 ilə birlikdə yaşayış sahəsindən istifadə hüquqları olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi (keçmiş Buynakski) 9 saylı evin 7 saylı mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Cavabdeh da öz növbəsində İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncunun övladları- 2001-ci ildə doğulmuş X4 və 2003-cü ildə doğulmuş X3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, 9 saylı evin 7 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim İ.Ş.Rüstəmli) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, İddiaçı övladları X4 və X2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi (keçmiş Buynakski küçəsi) 9 saylı evin 7 saylı mənzilinə köçürülmələri qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı mübahisəli mənzilin kirayəçisi mərhum xx ailə üzvü olub və sonuncu ilə birlikdə həmin mənzildə birgə yaşamaqla ümumi təsərrüfatı birgə idarə edib. Eyni zamanda İddiaçı daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getməsi mülki iş materialları ilə təsdiq olunmur və onun mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən və məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qə bul edilməklə, ilk və qarşılıqlı iddia ərizələri rədd edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139, 139-1, 146-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, E.R.Vəliyeva və E.Y.Şamayev) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı ilk iddiasının rədd edilməsi hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən və məruzəçi, İ.Ə.Kərimli və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” ilk iddiasının təmin olunması hissəsində Cavabdeh apelya siya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kasasiya şikayətinə dair etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiya sı məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılıması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil2 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Tətbiq edilən hüquq xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Maddənin 3-cü hissəsinə görə, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətin in dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasa siya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. İşdən görünür ki, hazırki mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 9 saylı evin 7 saylı mənzili Bakı şəhər X1 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxxxxxx 1971-ci il tarixli dəyişmə orderinə əsasən İddiaçı X5ya yaşaması üçün ayrılıb. Hazırda İddiaçı iddia edir ki, onun daimi qeydiyyatda olmaqla, istifadə hüququ olduğu Bakı şəhəri, Səbail rayonu Şeyx Şamil küçəsi (keçmiş Buynakski) 9 saylı evin 7 saylı mənzilinin kirayəçisi, bu yaxınlarda vəfat etmiş X5 olub. Həmin mənzil X5ya 1971-ci ildə mənzil dəyişmə orderinə əsasən verilib. Mənzilə X5 ilə birlikdə mərhum atası, onun babası Əhməd Sadıxov köçüb. Babasının sağlığında, X1 Bakı şəhəri, Keşlə qəsəbəsində qeydiyyatda olsa da, X5dan xahiş edib ki, onu mü bahisəli mənzilə qeydiyyata aldırsın. X1 mənzilə köçdükdən sonra X5nı mənzilə buraxmayıb. xx ailə qurduqdan sonra da mənzildə yaşamağa davam edib. Bundan sonra X5 hazırda onun övladları ilə birlikdə yaşadığı qohumunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, M.Maqamayev küçəsi 75 saylı evin 7 saylı mənzilinə köçüb. X5 sağlığında mənzili özəlləşdirmək istəyib, lakin xx mənzildə qeydiyyatda olduğu üçün buna razılıq verməyib. xx xxxxxx 2018-ci il tarixdə X5 vəfat edib. Hazırda istifadəsində digər yaşayış sahəsi yoxdur, özünün daimi qeydiyyatda olduğu və istifadə hüququ olan mənzilə köçmək istəyir. Lakin Cavabdeh buna mane olur. Ona görə də ilk iddianın təmin edilməsini xahiş edir. Apelyasiya instansiyası məhkəməsi müahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəl diyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi ilə bağlı hissə hazırki apelyasiya baxışının predmeti olmadığından və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi həmin hissədə qanuni qüvvəsini aldığından, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız ilk iddiaya aid hissədə yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi ilk iddiaya aid hissədə araşdırma apararaq müəyyən etmişdir ki, İddiaçı Cavabdeh qarşı ilk tələbi övladları xx və xx ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi (keçmiş Buynakski) 9 saylı evin 7 saylı mənzilinə köçürülmələri barədədir. Həmin mənzil Bakı şəhər X1 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxxxxxx 1971-ci il tarixl i mənzil dəyişmə orderinə əsasən, İddiaçı X5ya məxsus olub və həmin mənzil bu günədək dövlət mənzil fondunda qalmaqla özəlləşdirilməyib. Mənzilin icarədarı xx isə xx xxxxxx 2018-ci il tarixdə ölüb. Apelyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin İddiaçı X5nın icarəsində olmasını əsas tutub haqlı olaraq belə qənaətə gəlmişdir ki, İddiaçı mənzilin icarədarı xxnın ailə üzvü olduğundan və həmin mənzildə onunla birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, mənzildən istifadə hüququ əldə edib. Lakin İddiaçı mənzilə olan istifadə hüququ Cavabdeh qanunsuz hərəkətləri nəticəsində pozulub. Bu səbəbdən də ilk İddiaçı mənzildən istifadə hüququnu həyata keçirmək imkanından məhrum olub. Ona görə də, İddiaçı mübahisəli mənzildən istifadə hüququ təmin edilməli və onun həmin mənzildən istifadə hüqu qunun həyata keçirilməsi ilə əlaqədar Cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, uşaqları ilə birlikdə həmin mənzilə köçürülməlidir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən digər normalarla yanaşı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri ilə də əsaslandırmışdır. Həmin Maddənin tələbinə görə, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Maddənin 53-cü maddəsinin 3-cü hissəsinə görə, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat ap aran digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşıdırıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələblərini tətbiq edib İddiaçı ilk iddiasını təmin etməklə düzgün nəticəyə gəlib. Digər tərəfdən işdən görünür ki, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə qarşılıqlı iddiası Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə rədd edilməsinə baxmayaraq, o, qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib və həmin hissədə qətnamə artıq qanuni qüvvəsini almışdır. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı mənzilə olan istifadə hüququ mülki iş materialları ilə istisna edilmədiyindən, habelə Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə qarşılıqlı iddiası artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edildiyindən, ilk iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb eyni zamanda hesab edir ki, Cavabdeh kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətini n dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)6222/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-501/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-501/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver