Məhkəmə qərarları › İş №2(102)-501/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-501/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-501/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ((Açar sözlər: mülkiyyətin müdafiəsinə dair tələb, mülkiyyətin qanunsuz sahiblikdən qaytarılması (vindikasiya tələbi), ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin həmin yaşayış sahəsini tərk etmələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabde h3, Cavabdeh2, Cavabdeh1 qarşı evdən çıxarılma və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-690/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-7049/2016 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 əsas kredit borcu üzrə 31.282 ABŞ dolları, faiz borcu üzrə 4.519,68 A BŞ dolları, cərimə borcu üzrə 1.721,81 ABŞ dolları olmaqla, cəmi 37.523,49 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat xidmət haqqının əvəzinin tutularaq "xxxx" X5 Səhmdar Cəmiyyətinə verilməsi, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 "xxxx" X5 Səhmdar Cəmiyyətinə olan cəmi 37.523,49 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat xidmət h aqqının əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməsi, "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmiş, Cavabdeh3 "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-2045/2017 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X5 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-7049/2016 saylı qətnaməsi ilk iddia nın cavabdehlərin yaşayış sahəsindən çıxarılmamasına aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. X2 Yekunlaşması barədə 140 nömrəli Protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərindəki 3 saylı fərdi yaşayış evi alıcı "xxxx" Kommersiya Bankı ASC-nin balansına keçmiş, bu barədə "xxxx" Kommersiya Bankı ASC ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC arasında xx.xx.2018-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

4. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada t əsdiq olunmuş surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.1 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Kommersiya Bankı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Abşeron rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 və onun ailə üzvləri hal-hazırda ünvan 2 ünvanında yaşayırlar.

6. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışlara əsasən Mirişov X1 rayonu, Bozayran kəndində, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., ev 56/26-da, Mirişov X4 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, Z.Tağıyev küçəsi, dalan 1, ev 18 ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" KB ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bankın mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evindən (bundan sonra “mübahisəli ev”) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların ailə üzvləri çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, Bank hərrac vasitəsi ilə mübahisəli evi almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dö vlət reyestrində 71 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyat aparılmış, eləcə də RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Mübahisəli ev kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır.

9. AR DİN Abşeron Rayon Polis idarəsinin xx.xx.2020-ci il tarixli 10819253 saylı məktubuna əsasən Cavabdeh3 və onun ailə üzvləri hazırda mübahisəli evdə yaşayırlar. Cavabdehlərin həmin evdə yaşaması Bankın mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır.

10. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, "yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun". Lakin mübahisə li evin mülkiyyətçisi olan Bankla orada faktiki yaşayan keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvlərinin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvlərinin mübahisəli evdən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir.

11. Hazırda mübahisəli evin mülkiyyətçisi Bankdır. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ vardır.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2 və 157.4-cü maddələrinə istinad etmişdir.

13. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişdirlər.

14. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(012)-2620/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvləri çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması qət olunmuşdur. (hakim Habil Əhmədov)

15. Birinci instansiya məhkəməsi mübahisəli evin kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmasını, həmin evə tutma yönəldilməsini, evin hərrac vasitəsilə Bank tərəfindən qanunauyğun qaydada əldə edilməsini müəyyən edərək göstə rmişdir ki, iddiaçının mülkiyyət hüququ toxunulmaz olduğundan, cavabdehlərin mübahisəli evdə yaşamaları mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, buna görə də iddia təmin olunmalıdır.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 178.1, 146, 152.1, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ev ona məxsusdur. Bank “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC ilə qanunsuz əlbir olaraq onun evini mənimsəmişdir. Həmin hərracdan onun məlumatı olmamışdır. Hərrac tam qanunsuz keçilmişdir. Hazırda məhkəmə qətnaməsinin surətini alarkən bundan xəbər tutmuşdur. İddiaçı qanunsuz olaraq onun evini mənimsəmişdir. Hazırda Bank qanunsuz iddia ərizəsi ilə onu və ailə üzvlərini evdən çıxartmaq istəyir. Bununla da onun konstitusion mülkiyyət hüququnu pozur. İddiaçı öz mülki hüquqlarından sui-istifadə edir, nəticədə Mülki Məcəllənin 16.1-ci maddəsinin tələblərini pozur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almadan, onun məhkəmə iclasında iştirakını təmin etməyərək, onun dəlillərini nəzərə almadan, yalnız iddiaçının yalan məlumatlarına əsasən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

19. Cavabdeh3 da apellyasiya şikayətini eyni məzmunda əsaslandırmışdır.

20. Sum qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-690/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2620/2020 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər – Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Səyyad Qafari)

21. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, apellyasiya şikayətləri məhkəmə aktının ləğvinə yönəldiyindən, apellyasiya baxışının həddini qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissələrdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

22. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, i şin mübahisəsiz hallarına görə mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər hazırda həmin mənzildə yaşayırlar.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçının irəli sürdüyü tələbin faktiki halları onun tələbinin qanuni əsası kimi məhz Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Belə ki, qeyd olunan normanın dispozitiv şərtləri ondan ibarətdir ki, tələb edən şəxs əmlakın mülkiyyətçisi olmalı, mülkiyyət hüququ ilə ona məxsus olan əmlak özgəsinin sahibliyində olmalı və bu sahiblik qanunsuz sahiblik kimi mövcud olmalıdır (sahibli yin qanuni əsası olmamalıdır). İndiki halda, iş materiallarına əsasən mübahisə predmeti olan əmlak mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus mənzildə yaşayırlar, mübahisə predmeti olan mənzil faktiki olaraq cavabdehlərin sahibliyindədir. Lakin həmin sahibliyin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, cavabdehlər həmin mənzildə yaşasalar da, onların mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Başqa sözlə, mübahisə predmeti olan mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında həmin yaşayış sahəsindən istifadə hüququna dair hər hansı yazılı notarial təsdiq edilmiş yazılı razılaşmanın olması, bu hüququn qanunverici liklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması və ya digər qanuni əsaslarla sahiblik və istifadə hüququnun yaranması halı aşkar edilməmişdir. Bu halda, mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi qismində iddiaçı çıxış etdiyindən, həmin yaşayış sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması halı aşkar olunduğundan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi hərracın keçirilməsinin nəticələrinin qanunsuz olması, mülkiyyət hüququnun qanuni əsas olmadan əldə edilməsi kimi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mübahisə predmeti olan mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və həmin reyestrin məzmunun hə qiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Bundan əlavə, qeyd olunan hallar hazırki iş üzrə iddia tələbinin predmetinə aid olmadığından, cavabdeh həmin hallarla bağlı ayrıca məhkəmə icraatı çərçivəsində pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini həyata keçirə bilər. Qeyd olunan hallar hazırki məhkəmə icraatı çərçivəsində araşdırılmalı olan hallarla birbaşa bağlı deyildir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 139.1, 152.5, 157.2, 205.2, 228.1 və 228.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh kassasiya şikayətini apellyasiya şi kayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, mübahisəli ev ona məxsusdur. Bank “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC ilə birlik olaraq qanunsuz şəkildə onun evini mənimsəmişdir. Həmin hərracdan onun heç bir məlumatı olmamışdır, o, yalnız məhkəmə qətnaməsinin surətini alarkən bundan xəbər tutmuşdur. Hərrac tam qanunsuz şəkildə həyata keçirilmiş, iddiaçı qanunsuz olaraq evini mənimsəmişdir. Hazırda Bank qanunsuz iddia ərizəsi ilə onu və ailə üzvlərini evdən çıxartmaq istəyir. Bu isə cavabdehin mülki hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Belə ki, cavabdehlər hazırda mübahisəli evdə yaşayırlar və bu ev faktiki olaraq onların sahibliyindədir. Apellyasiya instansiyası məhkəməsi bütün bu faktlara diqqət yetirməmiş, yalnız iddiaçının qeyd etdiyi məlumatlar əsaslanm ışdır. Məhkəmə yalnız iddiaçının dəlillərini sadalamaqla kifayətlənmiş, düzgün araşdırma aparmamış, sübutlar əlaqələndirilməmiş, nəticədə əsaslandırılmamış qətnamə qəbul edilmişdir. Qətnamədə isə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etm ək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin əmlaka mülkiyyə t hüququnun yarandığı andan xitam verilir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsa sən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şi kayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti Cavabdeh1 apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı hissəsində olmuşdur. Bu baxımdan qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

34. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mübahisədə adı keçən evi ipoteka yüklülüyü ilə təmin edilən kredit müqaviləsi üzrə tələbin yönəldilməsi qaydasında hərrac vasitəsilə almasına istinad edib.

35. İş in müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli ev iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır, cavabdeh isə hazırda da həmin evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur.

36. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyest rində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – hərracın tam qanunsuz şəkildə həyata keçirilməsi, iddiaçının qanunsuz olaraq evini mənimsəməsi – əsassız sayır. Əvvəla bu dəlilə apellyasiya instansiyası məhkəməsi qiymət verib. Bundan əlavə, məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, hazırki iddia tələbi qeydə alınmış əşya hüququna söykənir. İddiaç ının mülkiyyət hüquqları qeydə alınıb. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-690/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar