Məhkəmə qərarları › İş №2(102)-5010/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5010/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5010/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, X1 katibliyiilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1487/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 03 dekab r 2008-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girmiş, birgə nikahdan iki uşaqları olmuşdur. Tovuz Rayon Məhkəməsinin 16 iyun 2010-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, həmin məhkəmənin 04 noyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı uşaqların saxlanılması üçün Cavabdeh xeyrinə aliment tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2017-ci il tarixdə keçmiş arvadı Cavabdeh ona ailə münasibətlərinin bərpası təklifi ilə müraciət etməsini və bunun səbəbini uşaqlarının böyüməsi, onunla birgə biznes fəaliyyəti ilə məşğul olmaq istəməsi ilə əsaslandırmasını, barışdıqdan sonra cavabdehə əvvəlcə 5000 manat, sonra bankdan 6000 manat məbləğində kredit götür ərək verməsini, daha sonra cavabdehin ondan əlavə olaraq 2000 manat, cəmi 13.000 manat məbləğində borc almasını, cavabdehin onu aldatdığını başa düşdüyü üçün həmin pul məbləğinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-2048/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: N.Q.Mustafayev) iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 11.000 manat tutulması qət olunmuş, qalan hissədə iddia təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək iddiaçı ilə ailə münasibətlərinin onun 0,12 ha torpaq sahəsinin uşağına bağışladıqdan sonra 2018-ci ildən faktiki bərpa olunmasını və 2019-cu ilin iyul ayında ailə münasibətlərinin yenidən pozul masını, iddiaçının ondan tələb etdiyi 5000 manatın ona deyil, onunla birlikdə işləyən Ramin adlı şəxsə verməsini, iddiaçı tərəfindən tələb edilən pul məbləğinin ona verilməməsini və işdə bunu təsdiq edən sübutların olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1487/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.Bayramov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilərək Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(062)-2048/2020 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddianın həmin hissədə rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin düzgün qiymətləndirilməmiş sübutlar əsasında çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izah atı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (1091.2) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi tələb oldunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı i ddia etməsinə görə Cavabdeh məqsədli şəkildə onunla ailə münasibətlərinin bərpa olunmasına nail olaraq birgə iş fəaliyyəti qurmaq adı ilə ona məxsus 13.000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin tələbin qanuni əsasının əsassız varlanma ilə əlaqədar yaranmış münasibətlərə uyğun olması nəticəsinə gələrək mübahisəni Mülki Məcəllənin həmin münasibətləri tənzimləyən 1091, 1092-ci maddələrinin tələbləri baxımından həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmu r. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (1091.2) Həmin Məcəllənin1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, işdə tələb olunan pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edən hər hansı bir mötəbər sübut yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi şahidlərin ifadələri isə həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edən sübut kimi qəbul edilmədiyindən iddia tələbi rədd edilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, iddiaçı tələbinin əsaslı olmasını sübuta yetirə bi lməmişdir. Kollegiyaya görə qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarılmış, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1487/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar