Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5011/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2022-ci il tarixli, 2(103)3293/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi. İşin halları İşin hallarına görə, 14 fevral 2014-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh QSC-nin X3 X kapitan vəzifəsinə təyin edilib; Cavabdeh QSC-nin 13 yanvar 2014-cü il tarixli Nizamnaməsinin 7.1.8-ci bəndinə əsasən, Cəmiyyətin sədri cəmiyyətin aparatının struktur bölmələrini müəyyən edir və onların əsasnamələrini və ştat cədvəlini təsdiq edir, müəyyən olunmuş qaydada aparatın işçilərini, habelə Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini, onların müavinlərini, baş mühasiblərini və digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir; Əsasnamənin 5.6-cı bəndinə əsasən, X rəisinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi Cavabdeh QSC tərəfindən həyata keçirilən işçilər istisna olmaqla, əmək qanunvericiliyinə və Cəmiyyətin daxili prosedurlarına uyğun olaraq əmək müqavilələri bağlayır və onlar barəsində qanunvericiliklə müəyyən olunmuş hədlərdə həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsini təmin edir; Cavabdeh QSC-nin X3 X 29 iyul 2021-ci il tarixli, 294 saylı əmri ilə “X-2” gəmisinin kapitanı İddiaçı kapitanın 2-ci köməkçisi vəzifəsinə keçirilib və hesabata uyğun olaraq həmin gəmiyə dəymiş ziyanın bir hissəsi, yəni 5.000 manat hissəsi İddiaçı ərizəsinə əsasən Donanmanın xeyrinə tutulması qərara alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə Cavabdeh QSC və üçüncü şəxs X1rşı iddia qaldıraraq, cavabdehin 29 iyul 2021-ci il tarixli, 294 saylı əmrinin ləğv edilməsi və onun “ Atlet-2” gəmisinin kapitanı vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, cavabdehin 29 iyul 2021-ci il tarixli, 294 saylı əmri qanunsuz və əsassızdır. Belə ki, o 16 noyabr 2019-cu il tarixdən “X-2” gəmisinin kapitanı vəzifəsində işləyib. 12 aprel 2021-ci il tarixdə “X-2” gəmisi Xneft yatağında dənizin dibindən metal konstruksiyanı gəmi kranı vasitəsilə qaldıran zaman kranın oxu qırılaraq dənizə düşüb. Bu hadisədə təqsirli bilinərək ona intizam tənbeh tədbiri tətbiq edilib. 12 aprel 2021-ci il tarixdə baş vermiş hadisədə onun təqsiri sübuta yetirilməyib. Bundan başqa, X3 Donanmasının 29 iyul 2021-ci il tarixli, 294 saylı Əmrini qəbul etmir və əmri imzalamış rəis Taqət Qurbanovun intizam tənbehi vermək səlahiyyəti yoxdur, çünk i o, işəgötürən səlahiyyətlərinə malik deyil. 12 aprel 2021-ci il tarixdə baş vermiş hadisə barədə onun izahatı alınmayıb və sözügedən əmr baş vermiş hadisədən 3 ay sonra verilib. Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. Belə ki, 14 fevral 2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, müqavilə iddiaçı ilə cavabdeh arasında deyil, onunla üçüncü şəxs arasında bağlanıb. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddia ona cavab verməli olan subyektə qarşı irəli sürüldüyü halda, iddianın əsaslı olub-olmaması məsələsinə hüquqi qiymət verilə bilər. İddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 50, 51, 54, 77.1, 88 və 217.4-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov sədrlik edən, məruzəçi, X.Mərdanova və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səba il Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 54.1, 54.2-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığını qeyd etsə də, X3 Donanmasının işəgötürən olmamasına diqqət yetirməyib. Buna görə də iddia ona cavab verməli olan Cavabdeh QSC-nə qarşı qaldırılıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh QSC-nin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə ic lası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 54.1-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər; 54.2-ci maddəsinə görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kas sasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Bel ə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 14 fevral 2014-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh QSC-nin X3 Donanmasına kapitan vəzifəsinə təyin edilib; Cavabdeh QSC-nin 13 yanvar 2014-cü il tarixli Nizamnaməsinin 7.1.8-ci bəndinə əsasən, Cəmiyyətin sədri cəmiyyətin aparatının struktur bölmələrini müəyyən edir və onların əsasnamələrini və ştat cədvəlini təsdiq edir, müəyyən olunmuş qaydada aparatın işçilərini, habelə Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini, onların müavinlərini, baş mühasiblərini və digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir; X3 Donunmasının Əsasnaməsinin 5.6-cı bəndinə əsasən, Xrəisi: Do nunmanın idarəetmə aparatının səmərəli fəaliyyət göstərməsini təmin edir; Donunmanın idarəetmə aparatının şöbələrinin (struktur bölmələrinin) əsasnamələrini və işçilərin vəzifə təlimatlarını təsdiq edir; vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi Cavabdeh QSC tərəfindən həyata keçirilən işçilər istisna olmaqla, əmək qanunvericiliyinə və Cəmiyyətin daxili prosedurlarına uyğun olaraq əmək müqavilələri bağlayır və onlar barəsində qanunvericiliklə müəyyən olunmuş hədlərdə həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsini təmin edir; Cavabdeh QSC-nin X3 Donanmasının 29 iyul 2021-ci il tarixli, 294 saylı əmri ilə “X-2” gəmisinin kapitanı İddiaçı kapitanın 2-ci köməkçisi vəzifəsinə keçirilib və hesabata uyğun olaraq həmin gəmiyə dəymiş ziyanın bir hissəsi, yəni 5.000 manat hissəsi İddiaçı ərizəsinə əsasən Xxeyrinə tutulması qərara alınıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, 14 fevral 2014-cü il tarixli əmək müqaviləsində işəgötürən X3 Donanması ilə iddiaçı arasında bağlanıb. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hazırki iddia ona cavab verməli olmayan Cavabdeh QSC-nə qarşı qaldırılıb. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh iləəvəz edə bilər; 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan normaların tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, sözügedən normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) istifadə etməyib. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməs i əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üç pilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş- hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, işçinin vəzifəyə təyin edilməsi, vəzifədən azad edilməsi Cavabdeh QSC tərəfindən həyata keçirilən işçilər is tisna olmaqla, əmək qanunvericiliyinə və Cəmiyyətin daxili prosedurlarına uyğun olaraq əmək müqavilələri bağlamaq və işçilər barəsində qanunvericiliklə müəyyən edilmiş hədlərdə həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi X3 Donunmasının Əsasnaməsinin 5.6-cı bəndinə görə Donanmamının rəisinin səlahiyyətinə aid edildiyindən, başqa sözlə iddia ona cavab verməli olmayan Cavabdeh QSC-nə qarşı qaldırıldığından, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu ola n apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2022-ci il tarixli, 2(103)-3293/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5011/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5011/2022
01.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver