Məhkəmə qərarları › İş №2(102)-5012/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5012/2021

10.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5012/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı prosessual hüquq varisi X1 və digərlərinin cavabdeh Cavabdeh Məhəmməd qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5012/21 (Açar sözlər: torpaq sahəsinə qoyulmuş vaqonun götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçılar: İddiaçı prosessual hüquq varisləri X3, X4 və X2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(104)-159/2021 saylı qətnaməsindən Cavabdeh Məhəmməd qızının kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh Məhəmməd qızına qarşı iddia qaldıraraq, Bərdə rayonu, Cəyirli kəndində yerləşən 11 noyabr 2011-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən cavabdehə məxsus vaqon tipli yaşayış evinin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bərdə Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.İ.Seyfullayev) iddia təmin edilərək, iddiaçının və ailə üzvl ərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 2,1346 ha torpaq sahəsinin 1,63 ha hissəsindən cavabdehə məxsus olan vaqonun çıxarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 11 noyabr 2011-ci il tarixli Çıxarışa əsasən, Bərdə rayonu, Cəyirli kəndində yerləşən 2.1346 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/8 hissədə Əli Atakişiyev, 1/8 hissədə Qaçay Atakişiyev, 1/8 hissədə Lələkişi Atakişiyev, 1/8 hissədə Mahmud Atakişiyev, 1/8 hissədə Umud Atakişiyev, 1/8 hissədə Qətibə Atakişiyeva və 2/8 hissədə İddiaçı adına qeydə alınıb. Mütəxəssis rəyinə görə, iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinin yerləşmə sxemi və sərhədləri torpaqların elektron kadastr uçotu və informasiya sistemi xəritəsindəki yerləşmə sxeminə və sərhədlərinə uyğundur. Torpaqların elektron kadastr uçotu və informasiya sistemi xəritəsinə əsasən cavabdehə məxsus vaqon iddiaçılara məxsus torpaq sahəsində yerləşir. İşin mübahisə edilməyn hallarına görə, iddiaçıların iddia etdikləri torpaq sahəsi onların mülkiyyətindədir. İddiaçıların qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla cavabdehə məxsus vaqon iddiaçıların və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1,63 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.1, 157.2, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, idd ianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.N.Quliyev sədrlik edən, məruzəçi, Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 152.1, 157.2-ci maddələrinin və digər maddi, prosessual hü quq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı pro sessual hüquq varisləri Mahmud Atakişiyev, Qaçay Atakişiyev və Umud Atakişiyev məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçılar Əli Atakişiyev, Lələkişi Atakişiyev, Qətibə Atakişiyeva, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1. və 152.5. maddələri). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədə n və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Torpaq Məcəlləsinin 49-cu maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 11 noyabr 2011-ci il tarixli Çıxarışa əsasən, Bərdə rayonu, Cəyirli kəndində yerləşən 2.1346 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/8 hissədə Əli Atakişiyev, 1/8 hissədə Qaçay Atakişiyev, 1/8 hissədə Lələkişi Atakişiyev, 1/8 hissədə Mahmud Atakişiyev, 1/8 hissədə Umud Atakişiyev, 1/8 hissədə Qətibə Atakişiyeva v ə 2/8 hissədə İddiaçı adına qeydə alınıb. 23 iyul 2020-ci ildə İddiaçı Bərdə rayonu, Cəyirli kəndində ölüb. Eyni zamanda işə əlavə edilmiş çoxsaylı mütəxəssis rəyləri ilə müəyyən olunur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə Rayon Şöbəsi tərəfindən hazırlanmış Dövlət Aktında və elektron kadastr məlumat bazasında olan koordinatlar əsasında verilmiş torpaq sahəsinin plan ölçü sənədində olan 2.1346 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada istifadə olunan vəziyyətə uyğun deyil. Torpaq sahəsi faktiki ölçülərkən torpaq sahəsinin 1,63 ha olduğu və torpaq sahəsi üzərində bir ədəd vaqonun yerləşdiyi müəyyən edilir. Daha sonra iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşmə sxemi və sərhədləri torpaqların elektron kadastr uçotu və informasiya sistemi xər itəsindəki yerləşmə sxeminə və sərhədlərinə uyğundur. Torpaqların elektron kadastr uçotu və informasiya sistemi xəritəsinə əsasən cavabdehə məxsus vaqon iddiaçılara məxsus olan torpaq sahəsində yerləşir. Həmçinin işə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıların faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşmə sxemi və sərhədləri torpaqların elektron kadastr uçotu və informasiya sistemi xəritəsindəki yerləşmə sxeminə və sərhədlərinə uyğundur. Torpaqların elektron kadastr uçotu və informasiya sistemi xəritəsinə əsasən cavabdehə məxsus vaqon iddiaçılara məxsus torpaq sahəsində yerləşir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən mütəxəssis və ekspert rəylərini tədqiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onların xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən iddiaçıların və onların ailə üzvlərinin paylı mülkiyyətlərində olan torpaq sahəsinə qanunsuz vaqon yerləşdirməsi iddiaçıların öz mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə hüququnu qanunsuz məhdudlaşdırmaqla, onların dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion hüquqlarını kobud şəkildə pozur. Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəll ənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat ve rməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsi iddiaçıların mülkiyyətində olduğundan və cavabdehin həmin torpaq sahəsinə qanunsuz vaqon yerləşdirməsi iddiaçıların mülkiyyət hüquqlarını pozduğundan, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini haz ırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh kassasiya şikayətində ona məxsus olan vaqonun yerləşdiyi ərazinin iddiaçılara aid olub-olmamasının hər hansı mötəbər yazılı sübutlarla müəyyən olunmadığını və işə baxan məhkəmələrin əsassız olaraq iddianı təmin etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işə əlavə edilmiş çoxsaylı mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, torpaqların elektron kadastr uçotu və informasiya sistemi xəritəsinə əsasən cavabdehə məxsus olan vaqon iddiaçılara məxsus olan torpaq sahəsində yerləşir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instan siyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Məhəmməd qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(104)-159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar