Məhkəmə qərarları › İş №2(102)-5014/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5014/2022

01.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5014/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma 01.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və əldən çıxmış gəlirin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1011/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiy a şikayətinə 1 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 5.06 ha pay torpaq sahəsi verilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN0056, kod 30404028 saylı Dövlət aktı tərtib edilmişdir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45 saylı çıxarışa əsasən, Şabran rayonu Aygünlü kəndi ərazisində yerləşən 3.7622 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X1 ünvanlanmış 14 may 2020-ci il tarixli məktubda qeyd edilmişdir, onun və ailə üzvlərinin adına olan 5.06 ha torpaq sahəsinə verilmiş JN-0056 KOD 30404028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 1.2959 ha hissəsi Şabran rayon notariat kontorunun 21 oktyabr 2017-ci il tarixli, 4Ə-767 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona və ailə üzvlərinə məxsus Şabran rayonu, Aygünlü kəndində yerləşən torpaq sahəsinin zəbt edilmiş 2,00 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt edilmiş 13 il müddətində ailə büdcəsinə vurulmuş ümumi likdə 62000 manat məbləğində maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlərin təqsiri üzündən 2007-ci ildən bəri dövlət tərəfindən onlara verilmiş pay torpaq sahələrindən istifadə edə bilmirlər. Belə ki, Cavabdeh1 Nemətulla oğlu 2007-ci ildə ona müraciət edib, onlara məxsus 3,7622 ha torpaq sahəsinin əlverişli yerdə yerləşdiyini bildirərək həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Onlar isə torpaq sahəsini satmaq fikirlərinin olmadığını, lakin başqa torpaq sahəsi ilə dəyişdirə biləcəklərini bildirmişlər. Həmin il onun ailəsinə 1.70 ha həcmində başqa yedən torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahə sinin onlara verilməsi barədə heç bir sənədləşmə aparılmamışdır. Lakin buna baxmayaraq onlar bu təkliflə razılaşmışlar. Torpaq sahəsinin qalan 2,00 ha hissəsi isə bu günə kimi cavabdehlərin istifadəsində olmaqla bunun müqabilində onlara heç bir şey verilməmişdir. Belə ki, torpaq sahəsində Cavabdeh2 heyva bağı salmış, oranı dəmir setkaya almış və onları öz torpaq sahəsinə buraxmırlar. Faktiki olaraq mülkiyyətlərində olan torpaq sahəsi qanunsuz olaraq onların iradələrinin əleyhinə zidd olaraq cavabdehlər tərəfindən zəbt edilmişdir. Dəfələrlə Cavabdeh1 torpaq sahəsini boşaltmağı, yaxud bir razılığa gəlməyi təklif etsə də, sonuncu müxtəlif bəhanələr göstərərək danışığa girməkdən qaçmışdır. Cavabdeh1 13 ildir ki, onları aldatmışdır. Onun yalan danışdığını görəndən sonra o, Cavabdeh2la torpaq sa həsi barədə danışmaq istəyərkən sonuncu bildirmişdir ki, guya onda olan hansısa siyahıda adının qarşısında 8000 manat pul göstərilib və həmin pulu almışdır. Cavabdeh1 torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar sənədlərin hazırlaması üçün onlara cəmi 750 manat pul vermiş, ona və ya ailə üzvlərinə başqa pul verməmişdir.

6. İddiaçı hesab edir ki, torpaq sahəsinin yerləşdiyi ərazidə torpağın bir hektarının icarə haqqı ildə 1000 manatdır, yəni hər il əkmədən - biçmədən iddiaçı o torpaqdan 2000 manat gəlir götürə bilərdi ki, bu da torpaq sahəsinin 13 il cvabdehlərin istifadəsində olduğu müddət ərzində 26000 manat pul təşkil edir. Bundan başqa torpaq sahəsində payı olan insanlar-iddiaçının uşaqları mülkiyyətlərində torpaq sahəsi olduğuna görə dövlətdən sosial yardım hüququndan məhrum olublar. H ansı ki, 10 uşaq üçün hər ay ödənilən 100 manat sosial müavinət bir ildə 12000 manat, 3 təqvim ilində isə 36000 manat təşkil edir. Ümumilikdə cavabdehlər tərəfindən qanunsuz olaraq torpaq sahələri zəbt edildiyi 13 il ərzində ailələrinə ən azından 62000 manat zərər dəymişdir.

7. Şabran Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(031)-86/2021 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia tələbi qismən təmin edilib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “Torpağa mülkiyyət hüququna dair” JN-0056, kod 30404028 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus qanunsuz olaraq zəbt etdikləri 2,00 ha torpaq sahəsindən çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə mütəxəssis rəyinin alınıb işə əlavə edilməsi mümkün olmasa da, Cavabdeh1 ifadəsi və işin buna uyğun olan digər faktiki halları belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mülkiyyətində olan 2,00 ha torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “Torpağa mülkiyyət hüququna dair” JN-0056, kod 30404028 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus qanunsuz olaraq zəbt etdikləri 2,00 ha torpaq sahəsindən çıxarılmalıdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 11, 21.1, 21.2, 21.3, 139, 157.2 və 157.4-cü maddələri, Torpaq Məcəlləsinin 68, 84.1, 103.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 106 və 217.4-cü maddələri ilə əsaslandırmışdı r. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Alerksandr oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilib, iddia tələbinin həmin hissədə rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisələndirilən torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunmamasına, iddiaçının həmin torpaq sahəsini digər Cavabdeh1 direktoru olduğu dövrdə "xxxx" MMC-yə əvəzli şəkildə satmasına, Cavabdeh2 hazırki iddia tələbi ilə bağlı cavabdeh olmayan şəxs olmasına hüquqi qiymət verməmiş, mübahisəli torpaq sahəsinin kim tərəfindən zəbt edilməsi barədə mütəxəssis və ya ekspert rəyi alınmadan yekun qərar qəbul edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinə t əqdim edilmiş Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN 0056 kod 30404028 saylı Dövlət aktı və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 11,09.2020-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********45 olan çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan mübahisəli 2.00 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1011/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iş in müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq qismən təmin edilmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 164.1, 164.2-cü maddələrinə, Torpaq Məcəlləsinin 67, 68 və 111-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələ binin Cavabdeh2 münasibətdə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Maddə 152.5. M ülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdiril dikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

24. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Torpaq Məcəlləsi

25. Maddə

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrind ə aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

26. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

27. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş ( zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılm a ilə razılaşır.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1011/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar