Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5017/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, Ərizəçi və vəkili Rəhmanov Emin Yelmar oğlunun iştirakı ilə, Ərizəçi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(009)3325/2018 saylı qətnaməsi ilə (hakim N.Bağırov) ərizə təmin edilərək, Ərizəçi 1971-ci ildən 1973-cü ilədək və 1975-ci ildən 1977-ci ilədək dövr ərzində Ermənistan Respublikası Ararat r ayon Xalisa kənd kolxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2(103)-3092/2019 saylı qətnaməsi ilə (hakimlər: V.Həsənov, Ş.Məmmədova və N.Cəfərov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(009)-3325/2018 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, Ərizəçi hüquqi faktın müəyyən olunmasına dair ərizəsi təmin edilməmişdir. Ərizəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2(103)-3092/2019 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 1971-ci ildən 1973-cü ilədək və 1975-ci ildən 1977-ci ilə dək Xalisə kənd kolxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Ərizəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019cu il tarixli, 2(103)-3092/2019 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Ərizəçi və vəkili Rəhmanov Emin Yelmar oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərb aycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan şahid kimi ifadə vermiş X1 ifadəsindən görünür ki, ərizəçi ilə qonşu olmuşdur. Ərizəçinin göstərilən müddətlərdə kolxozda işlməsini təsdiq edir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X2 və X3 şahid E.İbrahimovun ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan ərizəçi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş əmək kitabçasının surətindən görünür ki, ona 1 982-cu il tarixdə əmək kitabçası açılmış, kitabça məhz ərizəçiyə Ermənistan Respublikasında ilk işlədiyi müəssisə tərəfindən verilmiş və əmək fəaliyyətinə 22.12.1977-ci ildən başlandığı qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi sə bəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. İş materiallarından göründüyü kimi ərizəçi 1971-ci ildən 1973-cü ilədək və 1975-ci ildən 1977-c i ilədək Xalisə kənd kolxozunda fəhlə işləməyinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edil ir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin göstərdiyi müddətlərdə Xalisə kənd kolxozunda işləməsi təsdiq olunmur. Ərizəçi faktı təsdiq edən sübutlar olaraq üç nəfər şahidin ifadəsinə istinad etmişdir. Lakin şahidlərin həmin kolxozda işləmələri, işləmişlərsə hansı müddətdə işləmələri iş materialları ilə müəyyən edilmir. Şahidlərin əmək kitabçaları təqdim olunmamışdır. Bu baxımdan həmin şahidlərin ifadəsi hazırkı iş in düzgün həlli üçün möhtəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi həqiqətən Ermənistan Respublikasından qaçqındır. Ərizəçinin iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, o, Ermənistan Respublikasında 22.12.1977-ci ildən əmək fəaliyyətinə başlamış və məhz həmin respublikada ona əmək kitabçası açılmışdır. Həmin vaxt isə həqiqətən kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdursa, bu məlumatların əmək kitabçasına daxil edilməsinə hər hansı mane olmamışdır. İddiaçının həmin məlumatları əmək kitabçasına daxil etməməsi onu təsdiq edir ki, ərizəsində göstərdiyi müddətdə kolxozda işləməmiş və həmin müddət üçün o əmək stajına malik olmamışdır. Olmayan əmək stajının isə müəyyən olunması yolverilən hesab edilə bilməz. Bununla yanaşı qeyd edilməli dir ki, ərizəsi 1954cü ildə anadan olmuşdur. Əmək fəaliyyətinə başladığını qeyd etdiyi müddət məhz onun orta təhsil müddətinə aid olan müddətdir. Onun eyni zamanda təhsil alması və əmək fəaliyyəti ilə məşğul olması inandırıcı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara ald ı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5017/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5017/2019
18.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver