Məhkəmə qərarları › İş №2(102)-5017/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5017/2022

27.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5017/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) 27.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2552/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı yaşayış evi tarixsiz olaraq X15, Pikə Səməd qızının, Sona Səməd qızının, Xanlar İskəndər oğlunun və Səkinə İskəndər qızının adlarına ilkin qeydiyyatdan keçmişdir.

2. Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 03 sentyabr 1970-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/5 hissəsi 04 sentyabr 1970-ci il tarixdə X3 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir (i/v 56).

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qətnaməsi ilə Cavabdehlər X13 və İddiaçı qarşı iddiası təmin edilərək onun övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı evdə yerləşən bir otaq, balkon və mətbəxdən ibarət mənzilə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat İddi açı cavabdeh Mürsəliyeva (Səmədova) Səbinə Aydın qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun bacısı oğlu X1 həyat yoldaşı olmaqla məhkəmə qətnaməsi ilə evin 2 otaq və mətbəxdən ibarət hissəsinə köçürülməsini və həmin evə köçdükdən sonra, orada doğulmasına və ömrü boyu orada yaşamasına baxmayaraq Cavabdeh tərəfindən oradan qovulmasını əsas göstərməklə Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən fərdi ev onun ata evi olmaqla, heç kəsin şəxsi mülkiyyətində deyil. İddiaçı xx.xx.1959-cu il tarixdə bu evdə doğulmuş, bütün ömür boyu da bu evdə yaşamış, qeydiyyatı da ailə üzvləri ilə birlikdə 1976-cı ildən həmin ev ədir. 2016-cı ilin yay aylarında cavabdeh X4 oğlanları ilə birlikdə iddiaçıya məxsus evə qonaq qismində gəlmiş, sonradan bu evdən getmək istəməmiş, onu sıxışdırmağa, öz şərtlərini diktə etməyə başlamış, evdə özünün müəyyənləşdirdiyi qaydalarla yaşamağa məcbur etməyə cəhdlər etmişdir. Bir müddət sonra isə evin qapısına onun qoydurduğu qıfılı qıraraq yenisi ilə əvəz etdirmiş, açarını isə ona verməkdən imtina etmişdir. Bu üsulla o, iddiaçını yaşadığı öz doğma ata evindən qovub, əşyalarının bir qismini də küçəyə çıxartdırmışdır. Evindən qovulduqdan sonra yaşamağa yeri olmadığı üçün məcburən Bakı şəhərinin Xətai rayonunda mənzil kirayələmişdir. Hal-hazırda həmin mənzildə yaşayır. Maddi vəziyyətinin cox ağır olduğu bu dönəmdə üstəlik hər ay kirayə haqqı ödəmək onu çıxılmaz duruma salmışdır. Ona görə də dəfələrlə doğulub böyüdüyü ata evinə qayıtmağa, orada yaşamağa cəhdlər göstərsə də, cavabdeh X4 hər dəfə buna qətiyyətlə mane olmuş, nəinki o evdə yaşamağa, hətta evə daxil olub onunla söhbət etməyinə belə ona icazə verməmişdir.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-529/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia rədd edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz.

4. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. İddiaçı apellyasiya şikayəti verərək mübahisəli evin atasına məxsus olmasını, orada doğulub yaşamasına baxmayaraq Cavabdeh tərəfindən evə buraxılmamasını, xalası oğlu X9 06 may 2021-ci il tarixdə vəfat et məsini, hazırda evin heç kimin mülkiyyətində olmamasını, işə onun iştirakının təmin olunmadan baxılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6504/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddianın təmin edilərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ata xətti ilə paylı mülkiyyətdə olan mübahisəli mənzildə doğulub boya-başa çatmış, ailə üzvləri il ə birlikdə qeydiyyatda olmaqla, orada yaşamış, mənzildə təmir işləri aparmış, mənzilin açarları onda olmuşdur. Mənzilin açarlarının iddiaçıda olması halı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 2(004)-529/2021 saylı mülki işə baxılarkən, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş iddia ərizəsində də öz əksini tapmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(004)-529/2021 saylı qətnaməsi əsasında cavabdeh həmin mənzilə köçürüldükdən sonra, tərəflər arasında bir müddət normal münasibət olsa da, cavabdeh sonradan iddiaçını mübahisəli mənzilə buraxmamış, mənzilin qıfılını dəyişməklə, açarları hal-hazırda cavabdehdədir. İddiaçı köçmək istədiyi yaşayış sahəsində yaşamış, həmin yaşayış sahəsindən məhrum edilmiş, məhrum edilmə qanunsuz olmuşdur. Kassasiya instansi yası məhkəməsindəki birinci icraat Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən və qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)672/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov – məruzəçi, Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən evin mülkiyyətçilərinin sağ olub -olmamalarını, həmin evin vərəsəlik hüququ əsasında mülkiyyətçilərin vərəsələrinə keçib-keçməməsini, mülkiyyətçilərdən hansının iddiaçının babası və ya atası olmasını, evin neçə otaqdan ibarət olmasını, iddiaçının faktiki olaraq evin hansı hissəsində yaşamasını müəyyən etməmişdir.

14. Mübahisəli ev ümumi mülkiyyət hüququ əsasında bir neçə mülkiyyətçiyə məxsus olduğu üçün işə baxan məhkəmə iddiaçının evin hansı hissəsinə iddia etdiyini dəqiqləşdirməli və yalnız bundan sonra mübahisəni həll etməli idi.

15. Evin bir neçə mülkiyyətçisinin olmasına baxmayaraq iddiaçı tələbini dəqiqləşdirmədən bütün evə köçürülməsini xahiş etmiş və bu zaman cavabdeh qismində məhkəmə qətnaməsi ilə həmin evə köçürülmüş Cavabdeh qarşı iddia qaldırmışdır.

16. Evin mülkiyyətçilərinin olması iddianın Cavabdeh qarşı qa ldırılmasını istisna etməklə mülkiyyətçilərin hüququnu pozduğundan, belə halda məhkəmə evin mülkiyyətçilərini cavabdeh qismində işə cəlb edilməsi imkanını müzakirə etməli idi.

17. İş materiallarından görünür ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında İddiaçı evə olan qeydiyyatının formal xarakter daşımaqla onun təxminən 30 il əvvəl ailə quraraq başqa daimi yaşayış yerinə köçməsini göstərməklə iddianın rədd olunmasını xahiş etmişdir. Lakin onun apellyasiya instansiyası 11. məhkəməsində verdiyi izahatına görə isə o, mübahisəli evə köçdükdə evin qapısının iddiaçı tərəfindən qıfıllandığını görmüş, evin damı və qapısı iddiaçı tərəfindən düzəltdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin izahatına əsaslanarkən həmin izahatla onun birinci instansiya məhk əməsində verdiyi izahatı arasında ziddiyyətlərin olmasına əhəmiyyət verməmiş, iddiaçının həqiqətən də, 30 il əvvəl ailə qurması ilə əlaqədar evdən gedib həmin vaxtdan orada yaşamamasına dair cavabdehin göstərdiklərini yoxlamamış, evə istifadə hüququnu hansı mülkiyyətçiyə münasibətdə əldə etməsini aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Təkrar apellyasiya icraatı zamanı mübahisəli sahənin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 ünvanına yerli baxış keçirmişdir. Yerli baxışla müəyyən etmişdir ki, iddiaçı faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, 14-cü N.Nərimanov döngəsi 8 saylı fərdi yaşayış sahəsinin həyətə girişdən düzünə və bir qədər sağda yerləşən evə köçürülməsini xahiş edir. Yerli baxış zamanı həmin ünvanda bir necə a yrı-ayrı tikililərin olduğu müəyyən olunmuşdur. Mübahisəli yaşayış sahəsi ümumi həyətə girdikdə düzünə və bir qədər sağda yerləşməklə, həm dəhliz, həm də mətbəx kimi istifadə olunan 1 otaqdan, 1 yaşayış otağından və sanitar qovşaqdan ibarətdir. Hazırda evdə yaşayış yoxdur, təmir gedir. Evdə təmir işlərini görən X5 bildirmişdir ki, təmiri Cavabdeh sifarişi ilə görür. Yerli baxış zamanı həmçinin müəyyən edilmişdir ki, X7 məxsus olan (1/5) hissə sökülüb. İş üzrə tərəflər bildirdilər ki, Xizqiyə Tamriyevə məxsus sahə onların arasında olan mülki mübahisənin predmeti deyil. İddiaçının məhz köçürülməsini tələb etdiyi sahə isə onun nənəsi X6 məxsus olmuş sahədir. Bu hal tərəflər arasında mübahisə doğurmur. Bundan başqa, yaşayış sahəsinin 1/5 hissəsi 1970-ci ildə hazırki iş üzrə tərəf olmayan X8 tə rəfindən alğı-satqı müqaviləsi əsasında əldə edilməklə onun mülkiyyətinə keçmişdir ki, həmin sahəsinin mübahisələndirilən sahə olmaması da mübahisəsiz haldır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2552/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddianın təmin edilərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi yaşayış sahəsinin həyətə girişdən düzünə və bir qədər sağda yerləşən sahəyə köçürülməsi qət edilmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2016-cı ilin ortalarına kimi mübahisəli evdə yaşamış və ev onun yaşayış yeri olmuşdur. O, 1982-ci ildə ailə quraraq başqa ünvana köçsə də, köçdüyü sahədə uzun müddət yaşamamış, lakin 1986-cı ildə yenidən mübahisəli sahəyə qayıtmışdır. Hazırkı iş üzrə cavabdeh iddiaçının həmin evdə olan qeydiyyatının formal xarakter daşımasını, evdə təxminən 30 il ərzində yaşamamasını bildirsə də, Yasamal Rayon Məhkəməsinin 2(004)-7003/2016 saylı iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilmiş xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı Cavabdeh iddiası onunla əsaslandırılmışdır ki, mübahisəli sahə faktiki olaraq İddiaçı sərəncamında olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının köçməsini tələb etdiyi mübahisəli sahəyə dair evin mülkiyyətçisi, yəni iddiaçının nənəsi X2 olmasa da həmin sahə vərəsəlik hüququ əsasında mülkiyyətçilərin vərəsələrinə keçməmişdir. Bununla bağlı hər hansı bir sübut məhkəmələrə təqdim olunmamışdır.

21. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı (mülkiyyət hüququ qeydiyyata alınmadığı və s.) üçün iddiaçının yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və şikayətini əvvəlki kassasiya şikayətinin dəlillərinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının yaşayış yeri deyil, o, 30 ildir ki, Əhmədli qəsəbəsində yaşayır. Məhkəmə həmin hala düzgün qiymət verməmişdir. Apellya siya instansiyası məhkəməsi Ali Məhkəməsinin göstərişlərinə əməl etmədən qətnamə qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2552/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə

43. İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

26. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyə n müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

27. Maddə 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

28. Maddə 213.2 Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallar a yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır.

37. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2016-cı ilin ortalarına kimi mübahisəli evdə yaşamış və ev onun yaşayış yeri olmuşdur. O, 1982-ci ildə ailə quraraq başqa ünvana köçsə də, köçdüyü sahədə uzun müddət yaşamamış, lakin 1986-cı ildə yenidən mübahisəli sahəyə qayıtmışdır. Ha zırkı iş üzrə cavabdeh iddiaçının həmin evdə olan qeydiyyatının formal xarakter daşımasını, evdə təxminən 30 il ərzində yaşamamasını bildirsə də, Yasamal Rayon Məhkəməsinin 2(004)-7003/2016 saylı iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilmiş xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı Cavabdeh iddiası onunla əsaslandırılmışdır ki, mübahisəli sahə faktiki olaraq İddiaçı sərəncamında olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının köçməsini tələb etdiyi mübahisəli sahəyə dair evin mülkiyyətçisi, yəni iddiaçının nənəsi X2 olmasa da həmin sahə vərəsəlik hüququ əsasında mülkiyyətçilərin vərəsələrinə keçməmişdir.

41. Daha sonra apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığ ı (mülkiyyət hüququ qeydiyyata alınmadığı və s.) üçün iddiaçının yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur.

42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Kollegiya kassasiyanın dəlili ilə bağlı bir məsələni də qeyd edir ki, konkret mübahisəyə mülkiyyət hüquqi ilə bağlı müddəaların tətbiq edilməsi istisnadır. Belə ki, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların ı və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur.

44. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratma malıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəm əsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

47. Bu səbəbdən, kassasiya şikayəti təmin ed ilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

45. Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2(103)-2552/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar